Dr. Mustafa GÖRÜryilmaz



Yüklə 3,77 Mb.
Pdf görüntüsü
səhifə23/175
tarix15.03.2018
ölçüsü3,77 Mb.
#31547
1   ...   19   20   21   22   23   24   25   26   ...   175

51 

 

vətəndaĢlarını  yox  etmək,  ortadan  qaldırmaq  istəyən  bir  dövlətin,  o  millətin 



fərdlərinə günlük xərclik verməsi, əlbəttə ki, düĢünülə bilməz. 

Osmanlı dövləti erməni DaĢnak və Hnçaq rəhbərləri ilə silahlı militanları və 

bunların  ailələrini  Ġraq,  Suriya  və  Ġordaniya  bölgəsində  məcburi  yerləĢməyə  tabe 

etmiĢdi.  Bunların  xaricindəki  ermənilərə  toxunmamıĢdı.  Misal  olaraq,  erməni  və 

fransız  qaynaqlarına  görə,  Adana  Ģəhər  mərkəzində  yerlərində  qalan  ermənilərin 

sayı  8  mindir.  Osmanlı  dövlətində  1.300.000  erməni  vətəndaĢı  yaĢayırdı.  Erməni 

patriarxlığı  isə  bu  ədədin  1.980.000  olduğunu  bildirir.  Bugünkü  Türkiyə 

torpaqlarında 1920-ci ildə 1.200.000 erməninin yaĢadığı Qərb mənbələri tərəfindən 

dilə  gətirilməkdədir.  MünaqiĢə,  epidemiya  və  yoluxucu  xəstəlik,  yaĢlılıq  və 

soyuqdan  ölənlərin  sayını,  Qərb  mənbələri  200  min  ilə  300  min  arasında 

verməkdədir.  Təhcir  qərarı  alındıqdan  sonra,  xüsusilə  ġərqi  Anadoluda  yaĢayan 

ermənilərdən  bir  qismi  Qafqaza,  Azərbaycan,  Gürcüstan  və  Ermənistan  ilə 

Rusiyaya  qaçdı.  Ġstanbulda  erməni  liderlərindən  Boqos  Nubar  PaĢanın  yazdığı 

raportlara görə, Anadoludakı ermənilərdən 250 mini Qafqaz ölkələrinə, 50 mini də 

Ġrana getmiĢdi. Təhcir edilənlərin də önəmli bir qismi Birinci Dünya müharibəsinin 

sona çatmasının ardından evlərinə dönmüĢdü. Bir bölümü də evlərinə getməyərək, 

Avropaya, ġimali və Cənubi Amerikaya köç etmiĢdilər. 

Osmanlı  dövləti  özünə  sadiq  olan  erməniləri,  dövlətə  xəyanət  etməyənləri 

evlərinə buraxmıĢdı. Onların can və mal təhlükəsizliyini təmin etmiĢdi. Nubar PaĢa 

21 noyabr 1914-cü il tarixində fransızlarla apardığı görüĢmələrdə "Adana, Mərsin 

və  Çuxurova  bölgəsində  əhalinin  qırx  faizi  erməni  əsillidir.  Əgər  Ġskəndərun 

körfəzinə  bir  hərbi  çıxarma  edərsəniz,  Kilikiya  (Çuxurova)  erməniləri  olaraq  sizə 

yardımçı olarıq" demiĢdir. 

Tarixin  önündə  duran  və  ciddi  mənada  araĢdırılması  vacib  olan  bir  mövzu 

da  Birinci  Dünya  müharibəsindən  əvvəl  ġərqi  Anadolu,  Qafqaz  və  Ermənistanda 

yaĢayan  erməni  əhalisinin  təsbit  edilməsidir.  Bu  təsbitdən  sonra  yenə  eyni 

coğrafiyada  yaĢayan  erməni  əhalisi  ilə  olan  qarĢılaĢdırmada  ölən  və  köç  edən 

erməni  əhalisi  asanca  məlum  olacaqdır.  Ancaq  ermənilər  bu  həqiqətin  ortaya 

çıxmasını istəmirlər. 

Ermənilərin  millətlərarası  məhkəməyə  baĢ  vuraraq,  türklərin  onlara  qarĢı 

soyqırım  etdiyinə  dair  iddialarını  isbat  etmələri  gərəkdir.  Çünki  iddia  sahibinin 

iddiasını isbat etmək  vəzifəsi,  hüququn təməl  prinsipidir. Bundan  baĢqa,  soyqırım 

və  etnik  arındırma  millətlərarası  bir  suçdur.  Məhkəmə  qərarı  olmadan  bir  insana 

"qatil" deyilə bilməyəcəyi  kimi,  millətlərarası məhkəmə tərəfindən bu istiqamətdə 

alınmıĢ  bir  qərar  da  yoxdursa,  bir  millət  haqqında  "soyqırım  etdi"  deyilə  bilməz. 

Bu səbəbdən Avropadakı erməni təĢkilatları və Ermənistan dövlətinin bu məsələdə 

millətlərarası  məhkəməyə  gedərək,  Türkiyə  haqqında  yaxın  bir  zamanda  iddia 

qaldırması yerində olacaqdır. 




52 

 

Ermənilər  Birinci  Dünya  müharibəsində  baĢqa  millətə  və  dinə  mənsub 



olduqları  üçün  türkləri  həqiqətən  qətl  etmiĢdilər.  Qafqazda  yaĢayan  türklərə  qarĢı 

soyqırım  törətmiĢdilər.  Bakı,  ġamaxı,  Ağsu,  Qaraməryəm,  Quba,  Qarabağ  və 

Zəngəzur  bölgələri  ilə  bugünkü  Ermənistanda  yaĢayan  türkləri  baĢqa  millətə  və 

dinə mənsub olduqları üçün acımasızca öldürmüĢdülər. Qırğın yolu ilə yox etməyə 

çalıĢmıĢ,  evlərindən  və  yaĢadıqları  yerlərindən  zorla  qovmuĢdular.  Tarixin  qeyd 

etdiyi bu hadisə həqiqi mənada bir soyqırım və etnik təmizlikdir. Sovet Ġttifaqının 

dağılmağa  baĢladığı  1988-ci  ildə  Ermənistanda  və  daha  sonra  Qarabağda 

törətdikləri də etnik təmizləmə hərəkətinin millətlərarası tərifinə uyğundur. 

Azərbaycan  dövlətinin,  istər  1918-ci  ildə  və  istərsə  də  1988-1994-cü  illər 

arasında  Qarabağda  yaĢayan  türklərə  qarĢı  ermənilərin  tətbiq  etdiyi  soyqırım  və 

etnik təmizləmə mövzusunda, sənədləri ilə birlikdə, La Haye Millətlərarası Ədalət 

Divanı məhkəməsində iddia qaldırması lazımdır. 



c.MuĢ və  Bitlisin qurtuluĢu: Çanaqqala  savaĢlarında  üstün  müvəffəqiyyət 

əldə edən Mustafa Kamal generallığa yüksəlmiĢdi. Anafartalar qəhrəmanı Mustafa 

Kamal  PaĢa  2-ci  Orduya  bağlı  16-cı  korpus  komandanı  vəzifəsindəykən  1916-cı 

ilin  yaz  və  yay  aylarında  4-cü  rus  korpusunun  iĢğalında  olan  MuĢ  və  Bitlisi  geri 

aldı.

45

  3  noyabrda  Vanın  cənubundakı  Vatsanı  ələ  keçirdi.  QıĢın  gəlməsi 



nəticəsində 16-cı korpus irəli  hərəkatını dayandırmaq  məcburiyyətində qaldı. O il 

qıĢ çox çətin keçdiyi üçün tərəflər önəmli bir hərbi hərəkata giriĢmədilər. 

Mustafa  Kamal  PaĢanın  ġərqi  Anadoludakı  bu  uğuru  Rus  çarı  Böyük 

Pyotrun "isti dənizlərə çıxma" xəyalını və vəsiyyətini də nəticəsiz buraxdı. Böyük 

Pyotr  ruslara  buraxdığı  vəsiyyətnamədə  Ġstanbul  və  Çanaqqala  boğazlarının  ələ 

keçirilməsini,  Bizansın  tarixi  paytaxtı  olaraq  xarakterizə  etdiyi  Ġstanbulun  iĢğal 

edilərək  ġərqi  Roma  Ġmperatorluğunun  varisi  olunmasını,  bundan  baĢqa  Anadolu 

torpaqlarının 

ruslaĢdırılaraq  ölkə  sərhədlərinin  Aralıq  dənizinə  qədər 

geniĢləndirilməsini istəmiĢdi. Anafartalar qəhramanı Mustafa Kamal PaĢanın ġərqi 

Anadoluda  qazandığı  bu  hərbi  uğurun  nəticələri  türk  tarixində  kifayət  qədər 

araĢdırılmamıĢ  və  incələnməmiĢdir.  Ermənilər  quracaqları  dövlətin  sərhədlərinin 

Xəzər dənizi, Qara dəniz və Ġskəndərun körfəzindən Aralıq dənizi sahillərinə qədər 

çatması  üçün  can  atırdılar.  Ruslar  isə  Boğazlar  və  Anadolunu  gözə  almıĢdılar. 

Ancaq  Mustafa  Kamalın  ġərqi  Anadoludakı  bu  təvazökar,  amma  son  dərəcə 

önəmli  uğuru  ermənilərin  və  rusların  xəyallarına  son  qoydu.  Azərbaycan 

türklərinin təbiri ilə desək, "puç etdi". 

4. Osmanlı dövlətinin Qafqaz türkləri ilə münasibətləri: 

Rusiyanın iĢğalı altında yaĢayan türk ellərində müstəqillik düĢüncəsi heç bir 

zaman  sönməmiĢdi.  Osmanlı  dövlətində  olduğu  kimi,  bugünkü  Gürcüstan, 

Dağıstan  və  Qafqazın  bəzi  bölgələri  ilə  Azərbaycanda  da  Oğuz  türkləri  və 

müsəlmanlar  yaĢayırdı.  Hər  iki  xalq  da  Oğuz  türklərinə  mənsub  boy,  tayfa  və 



Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə