Dr. Mustafa GÖRÜryilmaz



Yüklə 3,77 Mb.
Pdf görüntüsü
səhifə26/175
tarix15.03.2018
ölçüsü3,77 Mb.
#31547
1   ...   22   23   24   25   26   27   28   29   ...   175

57 

 

Ertəsi  gün  xəstəxananın  bağçasında  300  adamlıq  təmtəraqlı  bir  ziyafət 



verildi.  Qonaqlığa  Gəncənin  nüfuzlu  hərbi  və  sivil  rəhbərləri  ilə  əĢrafdan  bir  çox 

insan qatılmıĢdı. Bələdiyyə rəisi Həsən bəy qonaqlıqda etdiyi çıxıĢında dedi: 

-  Əsir  qardaĢlarım!  Siz  burada  özünüzü  əsarətdə  və  qürbətdə  saymayın. 

Ətrafınızdakı Ģəhər, qəsəbə və kəndlərdə yaĢayan əhalinin hamısı da sizin kimi türk 

millətinə  mənsubdur.  Sizlərin  öz  qardaĢlarınızdır.  Bu  ziyafəti  sizlərin  Ģərəfinə 

qardaĢımız Hacı Həsən ağa öz pulu ilə verir. 

Bu sözlərdən sonra Hacı Həsən ağa oturduğu yerdən qalxaraq belə dedi: 

-  Xəlil  bəy,  onlar  bizi  əsarətdən  qurtarmaq  üçün  vuruĢurlar.  Onlar  bizim 

üçün  canlarını  verirlər.  Bizim  verdiyimiz  bir  qaĢıq  Ģorba  onların  xidmətlərinin 

yanında nədir ki? 

Azərbaycan  türkləri,  Sibirə  göndərilən  xəstə  və  əsirlərə  yardım  edən 

Gənclik Cəmiyyəti ilə bərabər, bir də "QardaĢ köməyi" adlı baĢqa bir gizli təĢkilat 

da  qurmuĢdular.  Bu  təĢkilatın  əsl  məqsədi  rus  iĢğalı  altındakı  ġərqi  Anadoluda 

erməni  zülmünə  və  soyqırıma  məruz  qalan  soydaĢlarına  maddi  və  mənəvi 

yardımdı. 

Birinci  Dünya  müharibəsi  illərində  ermənilərin  türklərə  qarĢı  qətliam 

törətdiyi  bir  vaxtda,  bəzi  ailələr  Cənubi  Qafqaza  qaçmıĢdı.  "QardaĢ  köməyi" 

təĢkilatının  üzvləri  bu  vəziyyətdə  olan  və  sığınacaq  bir  dama,  içəcək  isti  bir 

Ģorbaya möhtac olan ailələri və insanları taparaq ehtiyaclarını qarĢılamağa çalıĢırdı. 

Azərbaycanın  bir  çox  bölgəsində  bu  təĢkilatın  Ģöbələri  açılmıĢ,  qardaĢları  üçün 

yemək,  geyim  və  pul  toplayırdı.  "QardaĢ  köməyi"  təĢkilatı  eyni  adla  bir  qəzet  də 

çıxararaq, yardımların toplanması və ehtiyac sahiblərinin müəyyən olunması üçün 

kampaniyalar təĢkil edirdi. 

"QardaĢ  köməyi"  təĢkilatı  istər  ġərqi  Anadoluda,  istərsə  bugünkü 

Ermənistanın  yerləĢdiyi  torpaqlarda  erməni  quldurlarının  hücumları  nəticəsində 

həyatını  itirən  türklərin  yetim  qalan  uĢaqlarını  da  axtarıb  tapırdı.  Ata-anası  ölən 

kimsəsiz  uĢaqlar  üçün  uĢaq  evləri  açır,  ya  da  türk  ailələrinin  yanına  övladlığa 

verirdilər.  MəktəbyaĢlı  uĢaqların  isə  təlim  və  təhsillərini  davam  etdirmələri  üçün 

əllərindən  gələni  edirdilər.  Beləliklə,  müharibənin  qurbanı  olan  türk  uĢaqları 

Azərbaycan  türklərinin  göstərdiyi  səy  və  qayğı  nəticəsində  həyata  yenidən 

bağlanırdılar. 

Nağı ġeyxzamanlı xatirəsində ata-anasını itirmiĢ bir uĢaq haqqında maraqlı 

bir  hadisə  danıĢır.  ġeyxzamanlı  bu  hadisənin  Türk  Qafqaz  Ġslam  Ordusunun 

Gəncədə qarĢılanması zamanı yaĢandığını bildirir. 

Bakılı  bəzi  universitet  tələbələri  və  gənc  ziyalılar  da  gizli  bir  təĢkilat 

qurmuĢdular.  Bu  təĢkilatın  üzvləri,  rusların  ġərqi  Anadoluda  əsir  aldığı  zabit  və 

əsgərlərin  bir  hissəsinin  Bakı  açıqlarındakı  Nargin  adasında  saxlandığını 

öyrənmiĢdi.  Bu  gizli  təĢkilatın  baĢlıca  məqsədi,  Nargin  adasındakı  əsirləri 




58 

 

qaçırmaqdı.  Bundan  baĢqa,  Sibirdən  qaçıb  Anadoluya  getməyə  çalıĢan  əsir  türk 



qardaĢlarını da tapıb onlara yardım etməyə çalıĢırdı. 

Azərbaycan  türklərinin  milli  qüvvələri,  Nargin  adasında  rus  əsarəti  altında 

zülm  çəkən  qardaĢlarının  dustaqlığını  qəbul  edə  bilmirdilər.  Bu  gizli  təĢkilatın 

önəmli  üzvlərindən  biri  olan  Mirzə  Seyidli,  1933-cü  ildə  "Azərbaycan  Yurd 

Bilgisi"  adlı  qəzetdə  çap  olunan  bir  yazıda  mövzuyla  əlaqəli  bu  məlumatları 

vermiĢdi:  

"Türkiyədən  gətirilən  əsirlərə  yardım  edən  gizli  təĢkilat  sırf  tələbələrdən 

ibarət  idi.  Sayımız  az  idi,  ancaq  Bakıda  yaĢayan  yüksək  təbəqə  və  əĢrafın 

ailələrindən  və  xanımlarından  da  ciddi  yardımlar  alırdıq.  Onlar  vasitəsilə  əsirlərə 

yeməklə  bərabər  silah  və  batareyalı  cib  fənəri  də  göndərirdik.  Bu  xanımlar 

vasitəsilə  xəbərləĢdiyimiz  bəzi  zabit  və  əsgərləri  Nargin  adasından  qaçırmıĢdıq. 

TəĢkilatımıza  aid  qayıqlar,  gecəyarısı  ada  sahilinə  gizlicə  yanaĢırdı.  Qaçırılması 

planlanan türk əsirlər ilə cib lampası vasitəsilə iĢarətləĢirdik. Bu yolla bir çox türk 

qardaĢımızı Nargin adasından qurtarmıĢdıq. 

Bir gün əsir zabitlərdən on altısını adadan qaçırmıĢdıq. TəĢkilata aid qayığı 

Zığ  burnunda  bir  yerdə  gizlətmiĢdik.  Gecə  baĢ  verən  fırtınada  dalğalar  qayığın 

ipini  qoparmıĢ  və  dənizə  sürükləmiĢdi.  Ruslar  səhər  çağı  qayığı  tapmıĢ  və  16 

zabitin  də  yerlərində  olmadığını  öyrənmiĢdilər.  Rus  hərbi  səlahiyyətliləri  adadakı 

əsir zabitlərdən 16-sının gecə qaçmağa çalıĢarkən, baĢ verən fırtınada qayığın tərs 

çevrilərək  hamısının  öldüyünü  zənn  etmiĢdilər.  Ertəsi  gün  nəĢr  olunan  rusca 

qəzetlər bu xəbəri böyük bir sevinclə oxucularına çatdırırdılar. Bu qəzetlər Nargin 

adasından  qaçmağa  çalıĢan  türk  əsirlərin  Ģiddətli  fırtınada  dənizdə  bataraq 

öldüklərini  və  qayıqlarının  Xəzər  dənizində  içi  boĢ  olaraq  ələ  keçirildiyini 

yazmıĢdılar. Halbuki türk əsir qardaĢlarımız o günlərdə Cəmiyyəti-Xeyriyyəyə aid 

olan Ġsmailiyyə binasında gizlənirdilər". 

Azərbaycan  türkləri,  ziyalılar,  Ģair  və  yazarlar  türk  ordusunun  yardıma 

gəlməsini  hər  fürsətdə  dilə  gətirirdilər.  Bunlar  arasında  Ümümgülsümün  Ģeiri 

önəmli bir yer tuturdu: 

 

TURAN TÜTƏYĠ 

Dərdli-dərdli sürükləndim, inlədim,  

Acı-acı fəryadları dinlədim,  

Gəldim işdə, dərdim sənə söylədim.  

Ərzimi dinləyən, soran harada? 

 

Unudulmaz dərdim, ovunmaz qəlbim,  

Gülsə cahan, gülməz mənim taleyim,  

Gəl yaramı sən özün sar...  



Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə