Dr. Mustafa GÖRÜryilmaz



Yüklə 3,77 Mb.
Pdf görüntüsü
səhifə27/175
tarix15.03.2018
ölçüsü3,77 Mb.
#31547
1   ...   23   24   25   26   27   28   29   30   ...   175

59 

 

Duyulmaz dərdimə dərman harada? 



 

Dağıtdılar yuvasını bülbülün,  

Xəzan vurdu yarpağını hər gülün,  

Susdurdular nəğməsini bir elin,  

Canana can verən o can harada? 

 

Məskənimiz həp fəlakət bucağı,  

Besterimiz fırtınalar qucağı,  

Sönmüşdürmü əcəb Türkün ocağı,  

Anadolu harda, Turan harada? 

 

Lənətəmi uğramışız həpimiz:  

Cavanımız, ixtiyarımız, igidimiz,  

Bir sahil yoxdurmu çıxa gəmimiz,  

Ağlaşır analar, duyan harada? 

 

Qərib, sürgün, öksüz cocuqlar ağlar,  

Layla söylər uğultulu dalğalar;  

Mərhəmət naminə səni haraylar,  

Ədalət harada, vicdan harada? 

 

Səba, yetir sevgilimə sözümü,  

Mükəddər halımı, gülməz üzümü,  

Yanıqlı halımı, ağlar gözümü,  

Aşiqlərin harada, canan harada? 

 

Nargin  adasından  qaçırılan,  ya  da  Sibirdən  bir  yolunu  tapıb,  Türkiyəyə 



dönməyə  çalıĢan  əsir  türk  zabit  və  əsgərləri  də  Qafqazda  yaĢayan  qardaĢlarına 

yardım edirdilər. Anadolu və Qafqazda müharibənin davam etdiyini öyrənən gənc 

zabitlər,  Azərbaycan  türklərinin  qurduğu  müqavimət  birliklərində  könüllü  olaraq 

xidmət göstərməyə baĢlamıĢdılar. Bilgi, səriĢtə və təcrübələrini Qafqazın müxtəlif 

bölgələrində  ruslara  qarĢı  qurulan  müqavimət  təĢkilatlarında  qardaĢlarıyla 

bölüĢürdülər.  Bu  yeraltı  təĢkilatlarında,  xüsusilə  gənc  azərbaycanlı  türklərə, 

təĢkilatlanma, kəĢfiyyat, silahdan istifadə etmə və hərbi təlim dərsləri verirdilər. 

Əsarətdən  qurtarılan  türk  zabitləri  arasında  olan  Hüsaməddin  Tuğaç, 

Osmanlı dövlətindən  hərbi  yardım  istəmək  üçün Ġstanbula  göndərilən  Azərbaycan 

heyətində  də  yer  almıĢdı.  Müzəffər  Tuğsavul  isə  Qafqazdakı  vəzifəsinin  sona 




60 

 

çatmasından  sonra  Türkiyəyə  dönmüĢ,  Milli  Mücadiləyə  qatılmıĢ  və  Türk  Silahlı 



Qüvvələrində ordu generalı rütbəsinə qədər yüksəlmiĢdi. 

Azərbaycan  mənbələri,  ġəkidə  təĢkil  edilən  könüllü  birliklərə  türk 

zabitlərindən Bədri və Sidqi bəylərin rəhbərlik etdiyini qeyd edir. Rus bolĢevik və 

erməni  daĢnak  qüvvələrindən  ibarət  olan  Qızıl  Ordu  birlikləri  ġamaxını  iĢğal 

etdikdən  sonra  Göyçay  və  QutqaĢen  istiqamətinə  yönəlmiĢdi.  Bədri  və  Sidqi 

bəylərin rəhbərlik etdiyi könüllü müqavimətçilər çalıĢmalarını sürətləndirmiĢdilər. 

Bu çalıĢmaların davam etdiyi tarixlərdə Gəncəyə girən Türk Qafqaz Ġslam Ordusu 

komandanı  Nuru  PaĢa  ġəki  bölgəsi  komandirliyinə  Bədri  bəyi  təyin  etmiĢdi. 

QutqaĢen  bölgəsində  yürüdülən  müqavimət  hərəkatının  daha  nizamlı  davam 

etdirilməsi üçün də Sidqi bəyi bu bölgəyə göndərmiĢdi. Zaqatalada qurulan könüllü 

müqavimət  birliklərini  təĢkilatlandırmaq  üçün  isə  Haqqı  və  Ələddin  bəylərə 

tapĢırıq vermiĢdi. 

 

5.Rusiyadakı bolĢevik ixtilalının cəbhəyə təsiri: 

Rusiyada  1916-cı  ilin  payızından  etibarən  rahatlıq  və  sabitlik  pozulmuĢdu. 

Ölkədə  sosial  tarazlıq  yox  olmuĢ,  xalq  yüksək  infilasiya  və  yoxsulluğun 

pəncəsində  qıvrılmağa  baĢlamıĢdı.  Rus  çarlığının  paytaxtı  Sn.Peterburqda  baĢ 

verən  nümayiĢ  və  tətillər  idarəni  təhdid  edəcək  ölçüyə  çatmıĢdı.  Rusiyanın  içinə 

düĢdüyü bu anarxiya Ģəraiti gedərək idarəyə qarĢı bir üsyana dönmüĢ, bu durumdan 

ġərqi  Avropa  və  Qafqazdakı  cəbhələrdə  olan  rus  hərbi  birlikləri  də  təsirlənməyə 

baĢlamıĢdı.  Rus  ordusu  1917-ci  ildə  savaĢ,  aclıq,  xəstəlik  və  nizam-intizamsızlıq 

üzündən  təxminən  100  min  əsgərini  itirmiĢdi.  Ġxtilal  cərəyanının  ordu  arasında 

sürətlə  yayılması,  savaĢma  istəyini  ortadan  qaldırmıĢ  və  əsgərlərin  kütləvi  halda 

fərarilik etməsinə yol açmıĢdı.

48

 



Rus  çarının  12  mart  1917-ci  il  tarixində  taxtdan  çəkildiyini  açıqlaması  ilə 

Romanov  sülaləsi  tarixə  qarıĢdı.  Peterburqda  16  martda  sosialist  menĢeviklər, 

Kerenski  rəhbərliyində  keçici  bir  hökumət  qurdu.

49

  Bu  hökumət  savaĢın  davam 



etməsini  istəyirdi.  Rus  ordusu  Alman  cəbhəsində  əsas  bir  hücuma  keçdi,  ancaq 

ehtiyatda  olan  əsgərlərin  savaĢmaq  istəməməsi  üzündən  uğursuzluğa  düçar  oldu. 

Rus  xalqı  və  ordusu  savaĢdan  təngə  gəlmiĢdi.  Bu  və  buna  bənzər  uğursuzluqlar 

nəticəsində  idarə  avtoritetini  itirdi.  Kəndlilər,  torpaq  sahibləriylə  zənginlər  və 

əsilzadələrin  evlərini  və  əkin  sahələrini  talan  etməyə  baĢladılar.  Əsgərlər 

komandirlərini  öldürür,  kütləvi  Ģəkildə  fərariliklər  baĢ  verirdi.  Ordudakı  nizam-

intizam tamamilə ortadan qalxmıĢdı. 

Rusiyada  meydana  gələn  ixtilaldan  və  Rus  çarının  vəzifəsindən 

çəkilməsindən  sonra,  ġərqi  Anadolu  və  Ġranda  yaĢayan  ermənilər,  Azərbaycan  və 

ġimali Qafqazın müxtəlif bölgələrinə köç etməyə baĢladılar. Ərdahan, Qars, Oltu, 

Artvin,  Təbriz  və  buna  bənzər  bir  çox  bölgədə  yaĢayan  ermənilər  axın  halında 



61 

 

Cənubi  Qafqaza  qaçırdılar.  Ermənilərin  Cənubi  Qafqaza  köçü  savaĢın  ilk 



günlərində  baĢlamıĢdı.  Rus  səlahiyyətliləri  tərəfindən  hazırlanan  raportlarda 

evlərindən  qaçan  ermənilərin  sayının  120  mini  keçdiyi  haqqında  bilgilər  var  idi. 

Bakıya isə yalnız 1915-ci ilin avqustunda 1820 erməni getmiĢdi. 

Rusiyanın Qafqaz BaĢ Ġdarəsi ermənilərin bölgəyə köç etməsindən məmnun 

deyildi.  Paytaxta  göndərdiyi  raportlarda  əsasən  ermənilərin  yerlə,  yemək  və 

içməklə təmin edilməsində yaĢanan çətinliklərə diqqəti çəkirdi. Göndərilən "gizli" 

və  "çox  gizli"  ibarəli  yazılarda  isə  ermənlərin  bölgədə  asayiĢi  poza  biləcəkləri 

bildirilir  və  Rusiya  dövlətinə  qarĢı  muxtariyyət,  ya  da  müstəqillik  istəkləriylə 

üsyan  edə  biləcəklərinin  göz  ardı  edilməməsi  gərəkliyi  qeyd  edilirdi.  Qafqaz  BaĢ 

Valiliyi bu görüĢlərini savaĢ baĢlamazdan öncə də sıx-sıx dilə gətirirdi. 

4 sentyabr 1915 tarixli "Bakı qəzeti"ndə yer alan "Ermənistanın göz yaĢları" 

baĢlıqlı  məqalədə  Türkiydə  təxminən  1.200.000  erməni  yaĢadığı  bildirilərək, 

"savaĢın  sonuna  qədər  bunlardan  əcəba  neçəsi  həyatda  qalacaq?",  deyə  soruĢulur 

və  "Onlardan  200.000  nəfərinin  Cənubi  Qafqaza  köç  etdiyi"  bildirilirdi.  Həmin 

qəzetin  8  sentyabr  tarixli  sayında  isə  Cənubi  Qafqaza  köçən  ermənilərin  sayının 

250.000 olduğu yazılmıĢdı. 

Bakıdakı  Ermənilərə  Yardım  Komitəsinin  sədri  Ter-Mikaelyan,  Rusiyanın 

Qafqaz Köçkünlərinə Yardım Xidmətlisi general TamamĢevə göndərdiyi 18 dekabr 

1915 tarixli məktubda Bakıya gələn ermənilərdən yaĢlı, qadın və uĢaqların sayının 

2.300 nəfərə çatdığını bildirmiĢdi. Qafqaz Erməni Yardım Mərkəzi Heyətinin sədri 

və  Erməni  Mərkəz  Komitəsi  rəisi  Arutunov  da  Rusiyanın  Qafqaz  BaĢ  Ġdarəsi 

Komandanlığına  göndərdiyi  18  yanvar  1916-cı  il  tarixli  məktubda  1  avqust  -  1 

dekabr  1915-ci  il  tarixləri  arasında  Bakıya  3.200-ü  erməni  olmaq  üzrə  4.690 

nəfərin köç etdiyini yazmıĢdı.

50

 

Zaqafqaziyada  ermənilər  ilə  yerli  türklər  arasında  qısa  müddətdə  sürtüĢmə 



baĢladı.  Gəncə  valisi  4  iyun  1914/1440  tarix  və  saylı  gizli  raportunda  bölgədəki 

türklər ilə ermənilər arasında anlaĢmazlığın gedərək arta biləcəyini bildirirdi. 

Rus Qafqaz Ġdarəsi Mülki ĠĢlər Yardımçısı Peterson Bakı valisi AlıĢevskiyə 

göndərdiyi  9  avqust  1914/1457  tarix  və  saylı  "gizli  və  Ģəxsi"  məktubda  bölgədə 

türk-erməni  qarĢıdurması  çıxa  biləcəyi  xəbərdarlığını  edərək,  ermənilərin  türklərə 

hücum etmək üçün fürsət gözlədiklərini və imkan tapa bilərlərsə bu hücumlara hər 

an  baĢlaya  biləcəklərini  bildirdi.  Peterson  ermənilərin  müsəlmanlara  qarĢı  indilik 

açıq  düĢmənçilik  göstərmədiklərini,  ancaq  bəzi  davranıĢlarının  da  yaxĢı  qonĢuluq 

münasibətlərinə  uymadığını  yazdı.  Qafqazda  erməni-türk  qarĢıdurmasına 

Rusiyanın  idarəçiliyində  olan  digər  bölgələrdəki  türklərin  laqeyd  qala 

bilməyəcəyini  xatırladan  Peterson  iki  xalq  arasında  toqquĢma  çıxması  halında  o 

bölgənin yüksək polis məmurlarını dərhal vəzifədən alınacaqlarını da vurğuladı. 




Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə