Dr. Mustafa GÖRÜryilmaz



Yüklə 3,77 Mb.
Pdf görüntüsü
səhifə30/175
tarix15.03.2018
ölçüsü3,77 Mb.
#31547
1   ...   26   27   28   29   30   31   32   33   ...   175

66 

 

kimi, milis (silahlı xalq qüvvələri) təĢkilatı qurmaqdadırlar. Milislərin silahlanması 



üçün də rus əsgər qatarlarını soyaraq ləvazimat əldə etməkdədirlər. 

-Ermənilərin  kütləvi  qətliamından  qorxan  Azərbaycanlı  türklər  türk 

ordusunun onları qurtarmasını gözləməkdədir. 

-Erməni  və  rus  bolĢeviklərin  Bakıdan  baĢlayıb  bütün  Azərbaycanı  əhatə 

edən  bir  hücum  planları  vardır.  Bu  birləĢmiĢ  qüvvələr  Qafqazdakı  yerli  türkləri 

öldürüb, bölgədə bir etnik təmizləmə aparmaq istəməkdədirlər. 

-Erməni  DaĢnak  komitəsi  rus  ordusunun  tərk  etdiyi  Ģərq  vilayətlərində  bir 

nəfər  də  müsəlman  saxlamamaq  üçün  kütləvi  qırğın  planı  hazırlamıĢdır.  DaĢnak 

Mauzer Tugayı bu bölgədə cinayətlərə giriĢmiĢdir. 

Rus ordusu hərəkat meydanında və arxa bölgələrdə bir çox ərzaq və geyim 

ilə hərbi alət və materiallar buraxmıĢdır.

61

 



Doğruluğu  haqqında  heç  bir  Ģübhəyə  yer  buraxmayan  bu  açıqlamalardan 

sonra Hüsaməddin bəy raportunda bu görüĢlərə yer verməkdədir: 

"Ordumuz vaxtı uzatmadan irəli hərəkata keçməlidir. Hərəkat nə qədər gec 

olarsa,  ermənilərin  türklərə  qarĢı  giriĢdiyi  kütləvi  qırğın  o  qədər  geniĢ  olacaqdır. 

Ruslardan qalan hərbə lazımlı maddələrin bəlkə də hamısının ermənilər tərəfindən 

ələ keçirilməsi ehtimalı vardır". 

Vəhib  paĢa  Qafqaz  haqqındakı  raportu  diqqətlə  incələdikdən  sonra 

Hüsaməddin  bəyin  göstərdiyi  bu  xidmətin  çox  böyük  olduğunu  söylədi.  Ġndiyə 

qədər  Qafqazdakı  cəbhə  arxasından  belə  əhatəli  bir  raportu  ilk  dəfə  aldıqlarını, 

ordunun  da  bir  çox  əskiyi  və  sıxıntısı  olduğunu  bildirərək,  irəli  hərəkata  may 

ayında baĢlamağı düĢündüklərini bildirdi və "indi təkər dönməz" dedi. Vəhib paĢa 

baĢkomandan vəkili Ənvər paĢa ilə teleqraf xəbərləĢmələrindən sonra Hüsaməddin 

bəyə "Əlimizdə bu qədər əhatəli bir raport yoxdu. 3-cü  Ordunun hərəkatını sənin 

raportuna isnad etdirəcəyəm" demiĢdi. 

Hüsaməddin bəy Vəhib paĢaya bu cavabı verdi: 

"PaĢam,  irəliyə  doğru  atılacaq  hər  addım  sizi  bol-bol  ərzağa  və  geyim 

əĢyasına, sayıla bilməyəcək qədər çox nəqliyyat vasitəsinə, hərbi ləvazimatlara və 

ordu  üçün  lazım  olan  hər  cür  maddələrə  qovuĢduracaqdır.  Rusların  tərk  etdiyi 

nəqliyyat  vasitələri,  mekkarilər  və  atlar  nəzarətsiz  qalmıĢdır.  Hərəkat  geciksə, 

bunlara ermənilər sahib çıxa bilər və gec qalınmıĢ ola bilər".

62

 

Süvari teymen Hüsaməddin bəyin raportundan da anlaĢıldığına  görə, ġərqi 



Anadoluda  rusların  boĢaltdığı  bölgələri,  Azərbaycanda  və  Cənubi  Qafqazın  hər 

yerində  rus  hərbi  birliklərinin  boĢaltdığı  yerləri  erməni  daĢnak  qüvvələri  sürətlə 

dodururdu.  Rus  ordusunun  ağır  və  yüngül  silahları  ilə  nəqliyyat  vasitələrinə  iĢə 

yarayacaq  heyvanlara,  və  bütün  əĢyalara  əl  qoyurdular.  Türklər  isə  yalnız  Gəncə 

ətrafında  saxladıqları  qatarlardan  piyadaların  tüfənglərini  ala  bilirdilər.  Onun  da 



67 

 

sayı  son  dərəcə  az  idi.  Üstəlik  Vəhib  paĢanın  "təkərlərini  döndərmədiyi 



mövsümdə" önündə heç bir hərbi qüvvə də yox idi. 

Rus  general  Karqanov  1918-ci  ildəki  hərbi  hərəkata  aid  yazısında 

Hüsaməddin bəyin anlatdıqlarını doğrulayır. Karqanov Qafqaz cəbhəsindən çəkilən 

rus  hərbi  birliklərinin  yerini  tutan  erməni  qüvvələrini  bir  ovzu  tüməni,  üç  piyada 

tugayı, üç süvari alayı ilə bir alay və tabor halındakı müstəqil birliklər olmaq üzrə 

cəmi 36 piyada taboru olaraq göstərməkdədir. O tarixlərdə erməni qüvvələri arxa 

təĢkilatları ilə birlikdə 50 min nəfər olaraq təxmin edilirdi.

63

 



Bu hadisələr çərçivəsində və Ənvər paĢanın da ani qərarlar verməsinə alıĢıq 

olan  Vəhib  paĢa  3-cü  Orduya  bağlı  korpuslara  28  yanvar  1918-ci  ildə  bir  əmr 

verərək,  iĢğal  altındakı  torpaqların  qurtarılması  üçün  hər  an  bir  irəli  hərəkata 

baĢlana  biləcəyini  bildirdi.  Bu  əmrin  verilməsinin  üçüncü  günündə  bütün 

birliklərin  irəli  hərəkət  etmələri  zərurəti  yarandığından,  gərəkli  hazırlıqların 

tezliklə baĢladılmasını istədi.

64

 

BaĢkomandanlıq  Vəkaləti  3-cü  Orduya  hərəkət  sərbəstliyi  vermiĢdi. 



Bununla  bərabər,  irəli  hərəkatda  gərəksiz  durğunluqlara  meydan  verməmək  üçün 

hazırlıqların  qısa  müddətdə  baĢa  çatdırılmasını  əmr  etdi.  Bu  sistemləĢdirmələr 

aparılarkən  1-ci  Qafqaz  Korpus  Komandanlığına  təyin  olunan  albay  Kazım  bəy 

(Qarabəkir)  də  28  yanvar  1918-ci  ildə  Refahiyyəyə  gedərək  korpusun  əmr  və 

komandasını təhvil almıĢdı.

65

 



Vəhib paĢa komandanlığındakı 3-cü Ordu 5 fevral 1918-ci ildə ermənilərə 

qarĢı hərəkətə keçmə qərarı aldı və bunu 7 fevralda tətbiq etməyə baĢladı. Bitlisdən 

Qara  dəniz  sahilindəki  Tireboluya  qədər  olan  cəbhə  xəttinin  Ģərqinə  hərəkət  etdi. 

Türk  ordusu  altı  qoldan  irəli  hərəkatı  sürdürərək,  7  fevraldan  26  marta  qədər 

Kelkit,  Ərzincan,  Bayburt,  Tercan,  Trabzon,  Malazgirt,  Hınıs,  Ərzurum, 

Köprüköy, Tortum və Oltunu düĢmən iĢğalından qurtardı. Türk əsgəri Vana isə 8 

apreldə  girdi.  Rus  və  ermənilərin  qorxunc  Ģəkildə  qətliam  törətdikləri  və  Ģəhəri 

tamamən  xarabaya  çevirdikləri  göründü.  Türk  ordusu  beləcə  Birinci  Dünya 

müharibəsinin baĢladığı 1914-cü ildən əvvəlki Ģərq sərhədlərinə çatmıĢ oldu.

66

 



Türk ordusunun irəli hərəkatında ermənilər geri qaçarkən qarĢılarındakı türk 

kəndlərin  hamısını  yandırmıĢdılar.  Hərbi  hərəkatı  idarə  edən  korpus  komandiri 

albay  Kazım  bəy  25  sentyabr  1919-cu  ildə  Ərzuruma  gedən  amerikan  generalı 

Harbord  və  onu  müĢayət  edən  heyətə  təqdim  etdiyi  raportda  ermənilərin  türklərə 

qarĢı törətdiyi qətliamın sənədlərini vermiĢdi. 3-cü Ordu komandanı Vəhib paĢa da 

BaĢkomandanlıq  Vəkalətinə  göndərdiyi  raportlarda  insanın  ağlına  gəlməyəcək 

dərəcədə vəhĢilikləri gözlər önünə sərmiĢdi.

67

 



6.ġərq Cəbhəsində müharibənin sona çatması: 

Rusiyadakı  1917-ci  il  bolĢevik  ixtilalı  dünyadakı  tarazlığı  dəyiĢdirdi. 

Müharibənin  gediĢatı  da  bundan  böyük  ölçüdə  təsirləndi.  BolĢeviklər  idarəyə  əl 



Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə