Dr. Mustafa GÖRÜryilmaz



Yüklə 3,77 Mb.
Pdf görüntüsü
səhifə38/175
tarix15.03.2018
ölçüsü3,77 Mb.
#31547
1   ...   34   35   36   37   38   39   40   41   ...   175

82 

 

bolĢeviklər ilə Zaqafqaziya hökuməti və Seymdə olan erməni və gürcülər arasında 



gizli bir məlumat axını olduğu da bilinirdi. 

Hüseyn Rauf, Çenkeliyə göndərdiyi bir məktubda görüĢmələrin müsbət bir 

nəticə  verə  bilməsi  üçün  Zaqafqaziya  hökumətinin  siyasi  və  idari  baxımdan 

təĢkilati quruluĢu, xarakteristikası və dövlətlərarası hüququn vacib gördüyü Ģərtləri 

daĢıyıb-daĢımadığı  kimi  məsələlərin  cavablandırılmasını  istədi.  Ancaq  Çenkeli  və 

baĢqa  nümayəndələr  görüĢmələr  boyu  Zaqafqaziya  hökumətinin  müstəqilliyi  və 

təĢkilatının xüsusiyyəti kimi məsələlərə açıq və dürüst bir cavab verə bilmədilər. 

Həqiqətən  də  Zaqafqaziya  hökumətini  yaradan  gürcü,  erməni  və  türklərdə 

eyni  dövlət  içində,  bir  bayraq  altında,  bir  və  bərabər  yaĢama  iradəsi,  əzmi  və 

mövcud ortaqlığı davam etdirmə arzusu yox idi. Bu üç millətin milli maraqları bir-

birinə zidd idi və aralarında da tarixi düĢmənçiliklər və dərin ayrılıqlar var idi. Hər 

üç  millətin  təmsilçiləri  və  ziyalıları  istiqballarını  təmin  edə  bilmək  üçün  özlərinə 

yaxın hesab etdikləri dövlətlərlə gizli və ya açıq münasibətə girmiĢdilər. 

Zaqafqaziya  hökuməti  təmsilçiləri  heyətində  olan  türklərdən  alınan 

məlumatlara  görə,  Çenkeli,  Trabzona  qəbul  edilməsi  mümkün  olmayan  istəklərlə 

gəlmiĢdi. Seym Məclisinin istəkləri bu Ģəkildə xülasə edilə bilir: 

1.  Zaqafqaziya  Seym  Məclisi  Osmanlı  dövləti  ilə  sülh  bağlanılması  üçün 

özünü səlahiyyətli bilir və sülhün imzalanması üçün lazım olan iradəni daĢıyır. 

2.1914-cü  ildəki  sərhədlər  imzalanacaq  sülh  müqaviləsinin  əsasını  təĢkil 

edir.  


3.Osmanlı  dövləti  sərhədləri  daxilində  muxtariyyət  verilmiĢ  bir  "Türkiyə 

Ermənistanı" təĢkil edilməsi üçün cəhd göstəriləcəkdir. 

Çenkeli  14  mart  günü  rəsmi  görüĢlər  baĢlamadan  əvvəl  mətbuata  verdiyi 

açıqlamada  hökumətinin  Brest-Litovsk  müqaviləsini  tanımadığını  bildirdi. 

GörüĢmələrə təməl olmaq üçün Birinci Dünya müharibəsinin baĢlandığı tarix olan 

1914-cü ildəki sərhədləri əsas alacaqlarını qeyd etdi. 

Trabzon  müzakirələri  Seym  Məclisi  heyəti  üzvləri  arasındakı  dərin  görüĢ 

ayrılıqlarının su üzünə çıxdığı Ģərtlər altında baĢladı. Çenkeli görüĢmələr sırasında 

Batuminin  onlara  verilməsi  halında  erməni  istəklərinin  yüngülləĢdiriləcəyini 

söylədi.  Bundan  sonra  erməni  əsilli  üzv  Xatisov,  Hüseyn  Raufa  gizli  bir  mesaj 

göndərdi.  Xatisov  ruslara  yardım  edən  və  cəbhənin  çökməsi  nəticəsində  türk 

ordusunun  önündən  Qafqaza  qaçan  400  min  erməninin  evlərinə  dönməsinə  izin 

verilməsinə  qarĢılıq  olaraq,  Qars,  Ərdahan  və  Batuminin  Osmanlı  dövlətinə 

bağlanması görüĢünü dəstəklədiklərini bildirdi. Bu görüĢün qəbul edilməsi halında 

gürcülərə bu məsələdə təzyiq göstərəcəklərini də qeyd etdi.

8

 



Osmanlı  dövləti  Brest-Litovsk  müqaviləsi  Ģərtlərinin  tətbiq  olunmasında 

qərarlıydı. Osmanlı heyyəti gürcü və erməni nümayəndələrin irəli sürdüyü təklif və 

görüĢlərin araĢdırılmasını belə vacib bilmədən rədd etdi. 



83 

 

Erməni və gürcü nümayəndələr, içində olduqları Ģərtləri qavramaqdan uzaq 



bir  davranıĢ  sərgiləyirdilər.  Davam  etdirdikləri  bu  barıĢmaz  və  sərt  davranıĢ, 

görüĢmələri  dayandırmıĢdı.  Bu  səbəbdən  3-cü  Ordu  Qars  və  Ərdahan  üzərinə 

hərəkət etdi. Türk əsgərinin irəli hərəkatı Tiflisdəki Zaqafqaziya hökumətində bəzi 

dəyiĢikliklərə  yol açdı. Hökumətdə  yer alan erməni  və gürcülər türklərə görə çox 

əhəmiyyətli  nazirlikləri  ələ  keçirmiĢdilər.  Çenkeli  sədrliyindəki  heyət  yeni 

hökumətlə görüĢlər keçirmək məqsədiylə Tiflisə getdi. Bir müddət sonra Trabzona 

dönən  Qafqaz  nümayəndələrinin,  ikinci  dəfə  baĢlayan  müzakirələrdə,  fikirlərində 

ciddi  bir  dəyiĢiklik  olmadığı  göründü.  Seym  Məclis  heyəti  Ərdahanı  Osmanlılara 

verir, Qars və Batumi haqqındakı görüĢlərində isə israr edirdilər. 

Seym Məclisi heyəti türkləri boĢ yerə gözlədirdilər. Buna görə Hüseyn Rauf 

6  aprel  1918-ci  ildə  Zaqafqaziya  heyətinə  bir  ultimatum  verdi.  Rauf  bəy 

görüĢmələrin  davam  etdirilməsi  üçün  Zaqafqaziya  hökumətinin  Rusiyadan 

ayrılaraq  dərhal  müstəqilliyini  elan  etməsini  və  Brest-Litovsk  müqaviləsinin 

Qafqazı  maraqlandıran  hökmlərini  qeyd-Ģərtsiz  qəbul  etdiyini  açıqlamasını  istədi. 

Ancaq  bu  Ģərtlərin  qəbul  edilməsi  halında  görüĢmələrin  davam  edə  biləcəyini 

bildirdi.

Zaqafqaziya  təmsilçiləri  bu səbəbdən  müzakirələri  yarıda  kəsərək Tiflisə 



döndü.  Trabzon  Konfransı  mövzusunda  görüĢmələr  aparan  Seym  Məclisində 

türklər,  gürcülər  və  ermənilər  arasında  sərt  mübahisələr  yaĢandı.

10

  Ermənilər  və 



gürcülər Osmanlı birliklərinin baĢlatdığı hərbi hərəkatı dayandırmaq üçün Ġngiltərə 

və  Almaniyanın  dəstəyini  almaqdan  söz  etdilər.  Türklər  isə  bölgədə  sülh,  əmin-

amanlıq  və  sabitliyin  təmin  olunması  üçün  Osmanlı  dövlətinin  Brest-Litovsk 

müqaviləsindən doğan istəklərinin qəbul edilməsinin vacibliyini bildirdilər. 



3. Qars, Ərdahan və Batum Hərbi Hərəkatı: 

Trabzon  Konfransının  çağırıldığı  günlərdə  hərbi  nazir  və  baĢkomandan 

vəkili  Ənvər  PaĢa  3-cü  Ordu  komandanı  Vəhib  PaĢaya  göndərdiyi  əmrdə,  Brest-

Litovsk  müqaviləsinin  Qafqazı  maraqlandıran  hərbi  mahiyyətdəki  hökmlərinin 

yerinə yetirilməsi üçün qəti təlimat verdi. Buna görə Qars, Ərdahan və Batuminin 

həqiqətən  ələ  keçirilməsi  lazım  gəlirdi.  Trabzonda  təĢkil  olunacaq  görüĢmələrə 

gedəcək  türk  heyətinə  də  Əlviyəi-Səlasə  sancaqları  barədə  heç  bir  Ģəkildə  güzəĢt 

etməmələrini tapĢırdı. Ənvər paĢa və Osmanlı BaĢ Qərargahı Batuminin həm hərbi 

və  siyasi  yöndən,  həm  də  ticarət  yönündən  Qafqaz,  Orta  Asiya  və  Ġrana  açılan 

əhəmiyyətli bir qapı olduğunu düĢünürdü. Bu baxımdan Batuminin zəbti Osmanlı 

dövləti  üçün  çox  əhəmiyyətli  idi.  Ənvər  paĢanın  3-cü  Ordu  komandanı  Vəhib 

paĢaya Batuminin alınması haqqında göndərdiyi əmr belə idi: 

"Gürcüləri  məmnun  etmək  üçün  öz  maraqlarımızı  fəda  edərək  Batumini 

gürcülərə heç bir Ģəkildə verə bilmərik. Brest-Litovsk müqaviləsinin hökumətimizə 

verdiyi  mövqelərdən  ən  əhəmiyyətlisi,  yalnız  Qafqazın  deyil,  bəlkə  Ġran  və  ġərqi 

Asiyada  yaĢayan  müsəlmanların  yeganə  limanını  təĢkil  edəcək  olan  Batumi, 




Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə