Dr. Mustafa GÖRÜryilmaz



Yüklə 3,77 Mb.
Pdf görüntüsü
səhifə36/175
tarix15.03.2018
ölçüsü3,77 Mb.
#31547
1   ...   32   33   34   35   36   37   38   39   ...   175

78 

 

64.



 

Yenə orada, s. 440. 

65.

 

Yenə orada, s. 443. 



66.

 

Yenə  orada,  s.  443-464.  YüzbaĢı  Səlahəddin  bəy,  xatirələrində  belə 



yazmaqdadır:  "17  dekabr  1917  tarixində,  mərkəzi  SuĢəhrində  olan  3-cü  ordu, 

Ərzincanda  ruslarla  barıĢıq  imzaladı.  Biz  də  1  yanvar  1918  tarixində  ruslarla 

Mosulda imzalamıĢdıq. Bu surətlə, ingilislərlə qarĢı-qarĢıya qalmıĢdıq. Bu vəziyyət 

bir ay davam etdikdən sonra, BaĢ Qərargahdan belə bir əmr aldıq: «Bizimlə barıĢıq 

imzalayan  rus  ordusu  cəbhədən  çəkilmiĢ,  yerində  üsyançı  erməni  birlikləri 

qalmıĢdır.  Bu  ermənilər  yerli  müsəlmanlara  zülm  etməkdə  və  bir  çox  yerdə 

müsəlmanları öldürərək mallarını talamaqdadırlar. Bu səbəbdən 3-cü ordu hərəkətə 

keçərək, rus ordusunun əsas hissələrinə çatana qədər irəli gedəcək.» 

Bu  əmr  səbəbiylə  3-cü  ordu,  7  fevral  1918  tarixində  hərəkətə  keçdi  və  13 

fevral 1918 tarixində Ərzincanı, 19 fevralda Bayburtu, 22 fevralda Nənəxatunu, 24 

fevralda Trabzonu, 12 martda Ərzurumu, 16 martda Körpüköyü, 25 martda Oltuyu 

aldı. Albay Kazım bəy (Qarabəkir) Ərzincan, Ərzurum və Qars yolu üzərindən bu 

hücumun əsl yükünü çəkmiĢdir. Bu döyüĢlər nəticəsində 36 yaĢında general oldu. 

3-cü ordu komandanı Vəhib paĢa, əməliyyatların raportlarını hər axĢam 6-cı 

orduya  göndərirdi.  Yadımda  qaldığına  görə,  bu  raportlardan  biri  belə  idi: 

«Ərzincana  gedən  birliklərimiz,  Ərzincan  küçələrində  divarlara  məmələrindən 

mıxlanmıĢ,  dodaqları,  qulaqları  kəsilmiĢ,  gözləri  oyulmuĢ  qadınlar  gördülər. 

Küçələrdə gözləri çıxarılaraq, kəsilərək və yandırılaraq öldürülən minlərcə gənc və 

yaĢlı  görülməkdədir.  YandırılmıĢ  və  çuxurlara  doldurulmuĢ  cəsədlərə  hər  yanda 

rastlanmaqdadır.» YüzbaĢı Səlahəddinin romanı, s. 359-360. 

67.

 

Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, II 



c,  s.  468-469;  Bu  mövzuda  daha  geniĢ  məlumat  üçün  bax:  I  Qafqaz  Ordusunun 

General  Harbord  rəyasətindəki  Amerikan  heyətinə  təqdim  etdiyi  "i  Qafqaz 

korpusunun  1334-cü  ildəki  hərəkatı  haqqında  müĢahidələr  raportu,  15-ci  korpus 

mətbəəsi, Ərzurum, 1335, s. 3-5. 

68.

 

Yusif  Hikmət  Bayur,  Türkiyə  Dövlətinin  xarici  siyasəti,  Türk  Tarix 



Qurumu nəĢriyyatı, Ankara, 1973, s. 11-13. 

69.


 

Faxir  Armaoğlu,  20-ci  əsr  siyasi  tarixi  (1914-1980),  Türkiyə  ĠĢ  Bankı 

nəĢriyyatı, Ankara, 1983, s. 132. 

70.


 

Lenin  və  Stalinin  3.12.1917  tarixində  "Rusiya  və  Ģərqin  əməkçi 

müsəlmanlarına xitabən yayımladıqları bildiriĢ üçün bax: Əlavə 1. 

71.


 

Brest-Litovsk Ģəhəri, PolĢada VarĢavanın Ģərqində, Buuq çayı üzərində, 

PolĢa-Rusiya sərhədində bir yaĢayıĢ məntəqəsidir. 

72.


 

Armaoğlu, 20-ci əsr siyasi tarixi, s, 139-140. 

73.

 

Bayur, Türkiyə Dövlətinin xarici siyasəti, s. 13. 




79 

 

II   HĠSSƏ 

 

AZƏRBAYCANIN MÜSTƏQĠLLĠYĠNĠ HAZIRLAYAN HADĠSƏLƏR 



 

1.Zaqafqaziya Seyminin quruluĢu və strukturu: 

Rusiyada  inqilab  baĢladığı  zaman  Tiflisdə,  Rusiya  Dövlət  Dumasındakı 

vəkillərdən ibarət olan və çarın təmsilçisi rolunda çıxıĢ edən "Xüsusi Zaqafqaziya 

Komitəsi"  var  idi.  Bununla  bərabər  Cənubi  Qafqaz  da  türk,  erməni  və  gürcülər, 

Rusiya  Məclisinə  də  təmsilçilər  seçmiĢdilər.  Bu  təmsilçilər  inqilab  üzündən 

vəzifələrinə  gedə  bilməmiĢdilər.  Bölgədə  bəzi  həmkarlar  birlikləri  və  sivil 

cəmiyyət  quruluĢları  ilə  siyasi  partiyalar  da  fəaliyyət  göstərirdi.  Hərbi  və  sivil 

quruluĢlar  bir  araya  gələrək,  "Zaqafqaziya  Komissarlığı"  adı  altında  keçici  bir 

fəaliyyət  orqanı  yaratdılar.  Bu  icra  heyəti  Cənubi  Qafqazda  Məclisi-Müəssisan 

(təsisçilər məclisi) təĢkil edilənə qədər yalnız daxili iĢlərə baxacaqdı. 

Zaqafqaziya  Komissarlığı,  bolĢeviklərin  Rusiya  Məclisini  dağıtmasından 

sonra  qurulan  hökuməti  tanımamıĢdı.  Digər  tərəfdən  də  Osmanlı  dövləti  ilə 

bölgənin  gələcəyi  haqqında  bəzi  görüĢlər  keçirmək  məcburiyyətindəydi. 

Komissarlıq  bu  vəziyyət  qarĢısında  Cənubi  Qafqazdan  seçilmiĢ  vəkillərdən  ibarət 

olan  bir  "Zaqafqaziya  Seymi"  qurulması  məqsədilə  üzvləri  Tiflisə  dəvət  etdi  və 

səlahiyyətlərini  bu  məclisə  tapĢırdı.  Bu  məclisdə  sosialist  menĢeviklər  liderlik 

edirdi.  Cənubi  Qafqazın  ən  yüksək  təmsil  və  idarə  orqanı  olan  bu  məclisdə 

Azərbaycan türkləri bu Ģəkildə təmsil edilirdi: 

1.

 

Rusiyada  federal  bir  quruluĢ  istəyən  "Müsavat  Xalq  Partiyası"  və 



"Tərəfsiz Demokrat Qrup": 30 vəkil; 

2.

 



"Müsəlman Sosialistlər Bloku": 7 vəkil; 

3.

 



"Ġttihad": 3 vəkil. 

Azərbaycan türklərinin təmsilçilərindən bolĢevik Hümmət Partiyası üzvləri, 

menĢevik  siyahısından  seçilmiĢdilər  və  Seymdə  də  soydaĢları  yerinə  gürcü 

sosialistlərlə  birlikdə  hərəkət  edirdilər.  "Zaqafqaziya  Seymi"  tərkibində  xidmət 

göstərən Azərbaycan partiyaları, Hümmət xaricində, Müsavat Xalq Partiyasının və 

onun lideri Məmməd  Əmin  Rəsulzadənin  sədrliyi  ətrafında  bir  qrup  təĢkil etdilər. 

Bu  qrupun  sədr  müavini  Nəsib  bəy  Yusifbəyli  ilə  Məmməd  Yusif  Cəfərzadə, 

katiblər isə Mustafa Mahmudzadə və Rəhim Vəkilli idi.

1

 

Cənubi  Qafqazda  yaĢayan  türklər,  gürcü  və  ermənilər,  hadisələrin  sürətlə 



inkiĢafı  və  milli  maraqların  fərqli tərəflərdə  olması səbəbindən,  Rusiyadan  faktiki 

olaraq  ayrılmıĢdı.  Bölgəni  idarə  etmək  üçün  bir  məclis  və  bir  idarə  heyəti 

qurmuĢdular.  Bu  heyətlər  Cənubi  Qafqazın  gələcəyinə  istiqamət  verəcək, 

müqəddəratını təyin edəcəkdi. Seymdəki sosialistlər Rusiyadan qətiyyən ayrılmaq 

istəmirdilər.  Bu  qrupun  baĢında  duran  gürcü  sosialistlər  Seymin  keçici  bir  orqan 



Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə