Dr. Mustafa GÖRÜryilmaz



Yüklə 3,77 Mb.
Pdf görüntüsü
səhifə39/175
tarix15.03.2018
ölçüsü3,77 Mb.
#31547
1   ...   35   36   37   38   39   40   41   42   ...   175

84 

 

mütləq  alacağımız  məntəqə  daxilində  qalacaqdır.  Gürcülərin  bizimlə  dost 



olmalarını təmin etmək üçün onlara Batumidən iqtisadi məsələlərdə faydalanma və 

Qara dəniz ilə buradan əlaqə qurma icazəsi verə bilərik. 

Bu  gün  ingilis  və  fransızlardan  bir  az  yardım  görən,  sabah  bu  yardımdan 

məhrum  olunca,  Rusiyanın  alacağı  intiqam  hərəkətlərinə  müqavimət  göstərə 

bilməz. Bizimlə yaxĢı davranmağa və dost olmağa məcburdur. Yaxında baĢlayacaq 

Trabzon  müzakirələrində  bu  əsasın  mühafizə  edilməsi  və  diqqətə  alınması 

lazımdır.  Bu  məqsədlə  zəif  müqavimətlərdən  çəkinməyərək,  müstəqil  hərbi 

dəstələrimizin  mümkün  olduğu  qədər  irəliləmələri  və  qıra  bilmədikləri  bir 

müqavimətlə  qarĢılaĢdıqları  təqdirdə  dayanaraq  həqiqi  qüvvələrin  gəlməsini 

gözləmələri vacibdir".

11

 

Qafqaz  Cəbhəsindəki  3-cü  Ordu  komandanı  Vəhib  paĢa  Ənvər  paĢaya 



Qafqaz  haqqında  göndərdiyi  məktubda  Osmanlı  ərkanı-hərbiyəsinin  bu 

dəyərləndirmələrinə qarĢı ehtiyatla yanaĢırdı. 

Vəhib paĢanın 3 aprel 1918-ci tarixli məktubu belə idi: 

"Bu gün SarıqamıĢa, sabah da sahil hərəkatına baĢlayırıq. Sizdən daha fərqli 

əmr  almadıqca  sahil  hərəkatı  davam  edəcəkdir...  Bu  ərz  etdiyim  məsələlərin 

əsgərliklə  əlaqəsi  yoxdur.  Bir  vətən  övladı  olmaq,  söz  və  vicdan  azadlığının  hər 

zaman  və  hər  yerdə  haqqını  vermək  məcburiyyətindəndir  ki,  bunu  nəzərinizə 

çatdırıram.  Qısaca  bildirirəm  ki,  Qafqazdakı  hərəkat  ilə  dövlət  acı  bir 

çıxılmamazlığa sürüklənməkdədir." 

Vəhib  paĢa  Qafqazda  irəli  hərəkata  baĢlanması  üçün,  hər  Ģeydən  əvvəl, 

əlində  lazımi  hərbi  qüvvənin  olmadığını  düĢünürdü.  Bölgədə  asayiĢ  və 

təhlükəsizliyin  təmin  edilməsində  çətinliklə  qarĢılaĢılacağına,  bu  vəziyyətdə  də 

Osmanlı  dövlətinin  Qafqazda  anarxiya  Ģəraitinə  son  verə  bilməyəcəyinə  və  bu 

səbəbdən  dünya  ictimaiyyəti  qarĢısında  çətin  vəziyyətdə  qalacağına  inanırdı. 

Erməni  və  gürcülərin  türklərə  qarĢı  birlikdə  hərəkət  edəcəyini  əvvəlcədən  görən 

Vəhib  paĢa  bunun  nəticəsində  ortaya  çıxacaq  hərbi  gücün,  bölgədəki  türk  və 

müsəlman əhalinin qırılmasına və ortadan qaldırılmasına yol aça biləcəyini güman 

edirdi.  Bakıda  ermənilərin  vəziyyətə  hakim  olacağını  müəyyən  edərək,  indiyə 

qədər  fikri  və  hissi  olaraq  lazım  olduğu  qədər  yetiĢməmiĢ  və  olduqca  ağır  bir 

istibdad  altında  əzilmiĢ  ünsürlərdən  ibarət  olan  Qafqaz  türklərindən  yardım 

gözlənə bilməyəcəyini qeyd edirdi. Vəhib PaĢa təxminən yüz ildi rus iĢğalı altında 

olan Qafqazda xalqın zülm gördüyünü və əsgərlik peĢəsindən uzaq tutulduğunu da 

hesablayırdı.  BolĢeviklərin  Rusiyada  qayda-qanunu  və  asayiĢi  təmin  etdikdən 

sonra  Qafqazda  yenidən  hakimiyyətə  nail  olmaq  üçün  mütləq  hərbi  birliklərini 

bölgəyə göndərəcəyini düĢünürdü.

12

 



Ənvər  paĢa  isə  4  aprel  1918-ci  ildə  3-cü  Ordu  komandanı  Vəhib  paĢaya 

göndərdiyi  cavabda:  "üç  ildir  tökdüyü  qanların  və  uğradığı  çətinliklərin  və 




85 

 

fəlakətlərin mükafatı olaraq, Osmanlı dövlətinin keçmiĢdə itirdiyi və Brest-Litovsk 



müqaviləsi  ilə  istiqbalını  təmin  etdiyi  Batum,  Qars  və  Ərdahanı  iĢğal  etmək 

hökumətin vəzifəsidir" demiĢdi.

15

 

3-cü  Ordu  Ġstanbuldan  gələn  əmrə  görə  zatən  davam  edən  hərbi  hərəkatı 



sürətləndirdi.

14

  Ərdahan  3  apreldə  yenidən  türk  hakimiyyətinə  girdi.  Qara  dəniz 



sahilində  olan  37-ci  və  10-cu  Qafqaz  diviziyaları  da  Borçka  və  Batum  üzərinə 

yeridi. O tarixlərdə Trabzonda olan Çenkelinin gecikdirmələrinə rəğmən türk hərbi 

birlikləri  10  apreldə  Batuma  beĢ kilometr  aralı  olan  Orta  Batumi  iĢğal  etdi.  37-ci 

diviziyaya  bağlı  hərbi  birliklər,  nəhayət,  14  aprel  günü  axĢama  doğru  Batuma 

girdi.

16

 



Batum və ətrafında  yaĢayan türk  və  müsəlman  əhali bolĢevik  zülmünə  son 

verən türk əsgərini bir xilaskar olaraq görmüĢdü. 

Qarsın  qurtarılması  3-cü  Orduya  bağlı  1-ci  Qafqaz  korpusuna  tapĢırıldı.

17

 



Korpus  komandiri  albay  Kazım  (Qarabəkir)  bəy,  ermənilərin  SarıqamıĢa 

çəkilməsinə  fürsət  vermədən  məhv  edilmələri  üçün  9-cu  Qafqaz  diviziyasını 

hərəkətə  keçirdi.  Bundan  sonra  bölgədən  qaçan  ermənilər  Qarsa  doğru  geri 

çəkildilər.  Ermənilər  geri  çəkilərkən  SarıqamıĢ,  Səlim,  Kağızman  və  ətrafındakı 

kəndlərdə  yaĢayan  türkləri  öldürürdülər.  36-cı  və  9-cu  diviziyalar  bölgəni 

ermənilərdən  təmizləyərək  irəliləyirdi.  22  apreldə  Səlim  ələ  keçirildi.  Sivil 

ermənilər panikaya düĢərək Qarsdan qaçıb Gümrü və Ġrəvana gedirdilər. 23 apreldə 

də Qars qalası  mühasirə olundu. Qarsda olan bolĢeviklər ilə ermənilər  və bunlara 

hərbi  dəstək  verən  ingilislər  mühasirəni  yara  bilməyəcəklərini  anladıqda,  25 

apreldə axĢama yaxın Ģəhəri təslim etməyə məcbur oldular. 1-ci korpusa bağlı 1-ci 

avcı  taboru  axĢam  saatlarında  Qarsa  girərək  nəzarəti  təmin  etdi.  Beləliklə,  1877-

78-ci  illərdəki  müharibədə  rusların  əlinə  keçən  Qars  40  il  sonra  vətənə 

qaytarılmıĢdı. 

Albay Kazım bəyin Ərzincan, Ərzurum və SarıqamıĢ hücumunda göstərdiyi 

qərarlı  davranıĢı,  istiqamətvermə  və  idarəetmədəki  üstün  qabiliyyəti  1-ci  Qafqaz 

korpusunu Qars yaxınlıqlarına qədər bacarıqla gətirməsi, bölgədə yaĢayan minlərcə 

türkün  ermənilər  tərəfindən  öldürülməsinin  qarĢısını  almıĢdı.  Qarsın  ələ 

keçirilməsiylə Osmanlı dövləti 1877-ci ildəki Ģərq sərhədlərinə çatmıĢdı.

18

 

BaĢkomandanlıq  vəkaləti  ingilis  və  ermənilərin  Təbrizdə  bir  qüvvə 



yaratmağa  çalıĢdıqlarını  xəbər  almıĢdı.  Buna  görə  türk  ordusu  Arpaçayın 

Ģərqindəki  Gümrü-Naxçıvan-Culfa  dəmir  yolunu  ələ  keçirərək,  Təbrizə  hərbi 

qüvvə  göndərməyi  planladı.  Beləliklə,  Təbriz  ətrafındakı  ingilis  qüvvələri  ilə 

ermənilərin  ünsiyyətini  qoparmağı  düĢünürdü.

19 

Osmanlı  dövləti  Zaqafqaziya 



idarəsindən 1829-cu ildə Ədirnə müqaviləsi ilə ruslara verilən və əhalisi tamamən 

türklərdən ibarət olan Axıska və Axalkələk bölgəsinin dərhal boĢaldılmasını istədi. 

Vəhib paĢa 1-ci və 2-ci korpusların 15 may 1918-ci ildə Arpaçayın Ģərqinə keçərək 



Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə