Dr. Mustafa GÖRÜryilmaz



Yüklə 3,77 Mb.
Pdf görüntüsü
səhifə175/175
tarix15.03.2018
ölçüsü3,77 Mb.
#31547
1   ...   167   168   169   170   171   172   173   174   175

374 

 

Son  günlərdə  müstəqilliyini  elan  edən  və  Osmanlı  Dövləti  ilə  dostluq 



müqaviləsi  bağlayan  Azərbaycan  Cümhuriyyəti  hökuməti,  Rusiya  inqilabının 

nəticəsi  olaraq  daxildə  böyük  çətinliklərlə  üzləĢmiĢdir.  Azərbaycan  ərazisinin 

böyük bir qismində üsyan bayrağı qaldıran və özlərini "bolĢevik" adlandıran quldur 

dəstələri,  məmləkətin  idarə  mərkəzi,  sərvət  mənbəyi,  bir  sözlə  can  nöqtəsi  olan 

Bakı  Ģəhərini,  Ģəhərlə  bərabər  Bakı  vilayətini  də  əllərinə  keçirərək  əhalini  qarət 

edir,  Azərbaycan  Cümhuriyyəti  hökumətini  tanımır,  binaları  yıxır,  özlərinə  tabe 

olmayanları atəĢ və qılıncla  susdurur, Ģəhəri dağıdır, əhalini qətl edərək mallarını 

talayır.  Vilayət  mərkəzi  olan  Bakıdan  baĢqa  ġamaxı,  Quba,  Lənkəran  kimi 

vilayətlərlə,  bu  vilayətlərin  mərkəzi  olan  Ģəhərlər  də  adı  çəkilən  quldurların 

təcavüz  və  istilasına  məruz  qalmıĢdır,  Gəncə  vilayəti  də  təhlükə  altındadır.  Gün-

gündən qüvvətlənməkdə, Ģimaldakı müttəfiqlərindən və Ġranda intriqalar icra edən 

ingilislərdən  hər  zaman  yardımlar  almaqda  olan  bu  fəsadçı  zümrənin 

zərərsizləĢdirilməsi, yeni qurulan Cümhuriyyətin imkanı xaricində müĢkül bir iĢdir. 

Məmləkətin  narahat  və  baĢqalarının  mülkündən  faydalanmağa  düĢkün  olan 

ünsürləri  üzərində  də  zərərli  təsirlər  icra  edən  bu  fəsadçılar

 

ortadan 



qaldırılmadıqca, bir çox müĢküllərə səbəb olur və üsyan çıxarırlar. 

Bu  səbəblərdən  Bakı  vilayətinin  tezliklə  bolĢevik  adlandırılan  quldur 

dəstələrindən qurtarılması, Azərbaycan hökumətinin birinci vəzifəsidir. Bu məsələ 

yaxın bir zamanda arzu olunan Ģəkildə həll edilməsə, cümhuriyyətin mövcudiyyəti 

böyük  Ģübhələr  altında  qalmaqla  bərabər,  əhalinin  həyatı  da  ağla  sığmayan 

fəlakətlərə  məruz  qalacaqdır  ki,  müxtəlif  zamanlarda  Azərbaycan  əhalisi  adından 

Osmanlı  Dövlətinə  təkrar-təkrar  edilən  müraciətlər  səbəbiylə  də  bundan  xəbərdar 

olduğunuzu zənn edirəm. 

Yuxarıda  bəhs  edilən  təhlükənin  mövcudiyyətinə  və  Osmanlı  Dövləti  ilə 

Azərbaycan  Cümhuriyyəti  arasında  bağlanan  dostluq  müqaviləsinin  dördüncü 

maddəsinə dayanaraq, Ģəxsinizə müraciət edərək, Osmanlı Dövlətinin hərbi qüvvə 

vasitəsi ilə bolĢevik quldur dəstələrini cəzalandırmaq və onlara hədlərini bildirmək 

üçün tabe  olduğum  hökumətə  yardım etmələri arzusunu bildirməyə  cürət  edirəm. 

Azərbaycan  əhalisinin  qüdrətli  və  xeyirxah  qonĢuları  olan  əzəmətli  Türkiyə 

Dövlətinə qarĢı vaqe olan bu arzuların qəbul ediləcəyinə inamımın tam olduğunu 

bilməyinizi və ehtiramlarımı qəbul etməyinizi rica edirəm. 

Azərbaycan Cümhuriyyəti hökuməti Xarici ĠĢlər Naziri  

Məmməd Həsən Hacınski  

B) Osmanlı nümayəndə heyətinin rəisi Xəlil bəy əfəndi həzrətlərinə N-13 

Azərbaycan  Milli  Məclisi,  məmləkətində  zühur  edən  quldur  dəstələrinin 

cəzalandırılması  və  zərərsizləĢdirilməsi  üçün,  Azərbaycan  Cümhuriyyəti 

hökumətinə  yardım  olaraq  Osmanlı  hərbi  qüvvələrinin  cəlb  edilməsini  xahiĢ 

etməyi qərara almıĢdır. 




375 

 

Bu  qərarı  vacib  qılan  Ģərtlər  Azərbaycan  hökuməti  Xarici  ĠĢlər  Naziri 



Məmməd  Həsən  Hacınski  həzrətlərinin,  Ģəxsiniz  vasitəsi  ilə  Osmanlı  hökumətinə 

müraciətində təfsilatı ilə izah edilmiĢdir. 

Azərbaycan  əhalisini  təmsil  edən  Milli  Məclisin,  ümumxalq  arzusuna 

tərcüman olaraq aldığı qərar barəsindəki bu xahiĢin Osmanlı hökuməti tərəfindən 

qəbul  ediləcəyinə  qüvvətli  ümid  bəsləyərək,  müraciətimizin  Babı-Aliyə 

çatdırılması üçün vasitəçi olmağınızı rica və ehtiramlarımı ərz edirəm. 

Azərbaycan Milli Məclisinin sədri  

Rəsulzadə Məmməd Əmin 

 

ƏLAVƏ 5 

 

Osmanlı Dövləti tərəfindən 



Azərbaycan hökumətinə barıĢıq Ģərtləri haqqında məlumat 

(Xarici ĠĢlər Nazirliyi arxivi, H. Ö. 533 nömrəli qutu) 

Ġstanbul, Noyabr 1918, ġəxsi, gizli 

Osmanlı Ordusu BaĢ Komandanlıq Vəkaləti 

Məcburiyyət  qarĢısında  sülh  tələb  etməyimiz  səbəbiylə  Azərbaycandakı 

birliklərimizi geri çəkmək və Azərbaycanda qalmaq istəyən zabitlərimizin Osmanlı 

ordusu ilə əlaqələrini kəsmələri gərəkdiyini elan etmək vəziyyətindəyik. 

Ġttifaq  ölkələri  adından  ingilislərlə  bağladığımız  sülhün  bir  maddəsində, 

ingilislərin Bakını iĢğal etmələrinə etiraz bildirməməyi boyun olduq və Qafqazdakı 

ordu komandanlığına bu barədə əmr verdik. 

Ġslam  və  Türk  hökuməti  olaraq  təĢəkkül  etməyə  çalıĢdığımız  bu  böhranlı 

vaxtda, əgər mövcud isə gizli təĢəbbüs və iĢlərdən əl çəkərək, qonĢularınızla yaxĢı 

keçinməyə  var  qüvvənizlə  çalıĢmağınızı  və  bütün  dünyanın  haqq  və  ədalət  əsası 

üzərində  birləĢdiyi  əsnada,  bu  prinsiplərə  tamamilə  riayət  etməyinizi,  Ġngiltərə 

dövləti  ilə  yaxĢı  əlaqələr  qurmağa  cəhd  etməyinizi  tövsiyə  və  rica  edir,  qarĢılıqlı 

ihdayı-islam və məvəddət diləyirəm. 

BarıĢığın, o bölgələr haqqındakı maddələri aĢağıdakı kimidir. 

11 TəĢrini-sani 1334 (11 noyabr 1918) 

Sədrəzəm Əhməd Ġzzət 

 

ƏLAVƏ 6 

 

ġimali Qafqaz hökumətinin Türkiyəyə müraciəti 



(Xarici ĠĢlər Nazirliyi arxivi, 124 nömrəli qutu) 

Əzəmətli və yüksək sədrlik məqamına 

Acizanə olaraq bildiririk ki; 



376 

 

Rusiyada  zühur  edən  inqilab  səbəbiylə  ġimali  Qafqazın  müsəlman  əhalisi, 



iĢləri  idarə  etmək  üçün  ümumxalq  səsverməsi  ilə  bir  hökumət  təĢkil  etmiĢ  və 

millətin  əksəriyyətinin  səsinə  istinad  edən  bu  hökumət,  məmləkətin  tarixi 

sərhədləri daxilində istiqlalını elan və bu barədəki rəsmi sənədləri yaxın zamanda 

Osmanlı hökumətinə və digər hökumətlərə təqdim etmiĢdir. 

Ġndi bu surətlə hal-hazırkı və gələcək müqəddəratının sövq və idarəsini öz 

qüdrət əlində toplamıĢ olan ġimali Qafqazın müsəlman əhalisi, məmləkətin səadət 

və  rifahının  təmini  və  istiqlal  duyğusunun  təhriki  ilə,  Ġslamiyyət  cəhətindən 

müqəddəs bir bağla bağlanmıĢ olduğu böyük Ġslam Xilafəti və  Osmanlı Səltənəti 

ilə  bir  dostluq  ittifaqına  girmək  tələbi  ilə  iftixar  etməkdədir.  Ancaq  Rusiyada 

hökumət bolĢeviklərin əlinə keçdiyi gündən etibarən, adı çəkilənlərin elan və iddia 

etdikləri  kimi  məmləkətə  səadət  və  rifah  gətirməkləri  bir  yana  qalsın,  əski 

imperatorluğun  bütün  ərazilərini  qan  və  iğtiĢaĢ  içinə  atdıqları  və  bu  zülm 

alovlarının Cənubi Qafqazın Bakı və ətrafında olduğu kimi, ġimali Qafqazın bütün 

məntəqələrinə  sirayət  etdiyi  və  altı  aydan  bəri  müsəlmanların  yaĢadıqları  bütün 

yerləri  və  xüsusilə  Terek  vilayətini  məhv  və  talan  etmək  məqsədi  güdən  bir  çox 

quldur  dəstəsinin  hücumları  bütün  dünyanın  bildiyi  bir  həqiqət  olduğundan, 

həmvətənlərimizin  can  və  mal  əmniyyəti  üçün  arzu  etdiyimiz  dostluq 

müqaviləsinin  rəsmi  və  qəti  bir  Ģəkil  almasını  gözləməyə  vaxt  və  imkan 

verməməkdə  və  Osmanlı  hökumətindən  dərhal  hərbi  və  siyasi  yardım  istəməyə 

sövq etməkdədir. Həqiqətən  ġimali Qafqaz  hökumətinin  hələ  çox  təzə olan  hərbi 

təĢkilatının  qeyri-mükəmməl  və  əldə  mövcud  silah  və  cəbbəxanasının  bəlanı  dəf 

etmək üçün  yetərsiz  bir dərəcədə  olması,  qədimdən bəri bağlı olduğumuz  Xilafət 

və  Osmanlı  hökumətinin  belə  haqlı  bir  tələbi  belə  tarixi  bir  gündə  rədd 

etməyəcəyini zənn etmək üçün kafi bir dəlil olmaqla, hər nə surət və yolla olursa 

olsun, yetərli dərəcədə nizamlı və silahlı bir hərbi qüvvənin dərhal ġimali Qafqaza 

gəlməsini və aĢağıda imzası olan, hökumətimizin tam səlahiyyət verdiyi və etimad 

göstərdiyi, ġimali Qafqazın müsəlman əhalisinin səmimi məqsədlərini dilə gətirən 

nümayəndələrin,  hadisələrdən  lütfən  xəbərdar  edilməsini  ərz  və  xahiĢ  edirik.  Bu 

xüsusda qərar və fərman, əmr sahibinindir. 

Dərsəadət, 12 may 1334 

ġimali Qafqaz hökuməti nümayəndəsi  

Heydər Bammatov yerinə Mehmet Kari 

ġimali Qafqaz hökuməti nümayəndəsi 



Əbdülməcid Çermiyev 

 

 



 

 



377 

 

ƏLAVƏ 7 

 

ġimali Qafqaz ilə Türkiyə arasında müqavilə 



(Xarici ĠĢlər Nazirliyi arxivi, 560 nömrəli qutu) 

Bismillahirrəhmanirrəhim 

Osmanlı Səltənəti ilə 

Qafqaz Dağlıları Ġttifaqı hökuməti arasında dostluq müqaviləsi 

Bir  tərəfdə  Osmanlı  hökuməti,  digər  tərəfdə  son  zamanda  istiqlalını  elan 

edən Qafqaz Dağlıları Ġttifaqı hökuməti, siyasi, hüquqi, iqtisadi və fikri sahələrdə 

dostca əlaqələr təsis etmək barəsində razılığa gəldiklərindən, nümayəndələri olmaq 

üzrə; 

Osmanlı Dövləti 



Ədliyyə naziri və Dövlət ġurası rəisi Xəlil bəy əfəndi həzrətləri ilə 

Qafqaz  cəbhəsi  Osmanlı  orduları  komandanı  General  Vəhib  paĢa 

həzrətlərini 

Və 


Qafqaz Dağlılar Ġttifaqı hökuməti Heydər Bammatov həzrətləri, 

Əbdülməcid Çermiyev həzrətləri, 

Zübeyir bəy Temurxanov həzrətləri, 

Əlixan Qantəmirov həzrətlərini 

təyin  etmiĢlər  və  adı  çəkilənlərin  səlahiyyət  vəsiqələri  tədqiq  edildikdən 

sonra aĢağıdakı maddələri qərarlaĢdırmıĢlar: 

Birinci maddə 

Osmanlı hökuməti ilə Qafqaz Dağlılar Ġttifaqı hökuməti arasında daimi sülh 

və istiqrarlı dostluq bərqərar olacaqdır. 

İkinci maddə 

Qafqaz  Dağlılar  Ġttifaqı  hökuməti  tərəfindən  tələb  olunduqda,  Osmanlı 

hökuməti daxili intizam və asayiĢin təmin edilməsi üçün, silahlı qüvvələrlə yardım 

edəcəkdir. 



Üçüncü maddə 

Dövləti-Aliyyəyi-Osmaniyyə ilə Qafqaz Dağlılar ittifaqı hökuməti arasında 

daha əvvəl  heç bir əhdnamə, müqavilə, etilafnamə və sair  mövcud olmadığından, 

hər iki tərəf bir Ģəhbəndərlik müqavilənaməsi ilə bir  ticarət  əhdnaməsi və  hüquqi 

və  iqtisadi  münasibətlərın  nizamlanması  üçün  lazım  gələn  digər  sənədləri  tərtib 

etmək barədə razılığa gəlmiĢdir. 

ġəhbəndərlik  müqavilənaməsi, bu  müqavilənin  təsdiqnamələrinin qarĢılıqlı 

olaraq    təqdimi  tarixindən  etibarən  iki  il  ərzində  təsdiq  ediləcəkdir.  Aradakı 

müvəqqəti  dövrdə  hər  iki  tərəfin  baĢ  Ģəhbəndərləri,  Ģəhbəndərləri  və  Ģəhbəndər 

vəkilləri  imtiyaz  və  məsuliyyətlərində  ümumi  dövlətlər  hüququ  əsaslarına  uyğun 




378 

 

və  millətin  mənafeyinə  ən  münasib  Ģəkildə  hərəkət  edəcəklər.  Yenə  dövlətlər 



hüququ  prinsiplərinə  uyğun  bir  ticarət  əhdnaməsinin  tərtib  edilməsi  üçün 

müzakirələr,  bir  tərəfdə  Osmanlı  Dövləti  və  digər  tərəfdə  hərb  halında  olan 

dövlətlər  arasında,  sülhün  təminindən  sonra  baĢlayacaqdır.  O  vaxta  qədər  və  hər 

surətdə 1335-ci ilin dekabr ayının 31-ci gününə qədər bu müqaviləyə rəbt edilmiĢ 

bir  nömrəli  əlavə,  hər  iki  tərəfdə  tətbiq  olunacaqdır.  Bu  əlavənin  ləğvi  30  iyun 

1335 tarixindən etibarən elan oluna bilər və bunun nəticəsi altı ay sonra tətbiq edilə 

bilər. Quru yolu ilə ticarət, bu müqavilənin təsdiqnamələri qarĢılıqlı surətdə təqdim 

edildiyi andan etibarən baĢlayacaqdır. 



Dördüncü maddə 

Qafqaz  Dağlılar  Ġttifaqı  hökuməti  beynəlxalq  poçt  və  teleqraf  ittifaqı 

müqaviləsinə  qoĢuluncaya  qədər,  Osmanlı  Dövləti  ilə  Qafqaz  Dağlılar  Ġttifaqı 

hökuməti arasında poçt və teleqraf iĢləri, bu müqavilə təsdiqnamələrinin qarĢılıqlı 

təqdimindən  etibarən,  beynəlxalq  poçt  və  teleqraf  ittifaqının  müqavilə  və 

nizamnamələrinə uyğun bir Ģəkildə təsis ediləcək. 



Beşinci maddə 

Brest-Litovskda  Osmanlı  Dövləti  və  müttəfiqləri  ilə  Rusiya  arasında 

bağlanan  müĢtərək  sülh  müqaviləsinin  hökmlərindən,  bu  müqaviləyə  zidd 

olmayanlar, hər iki tərəf üçün qüvvədə olacaq. 



Altıncı maddə 

Bu  müqavilə  təsdiq  olunacaq  və  təsdiqnamələri  bir  ay  içində,  yaxud 

mümkün  olan  ən  qısa  müddətdə  Dərsəadətdə  qarĢılıqlı  olaraq  tərəflərə  təqdim 

ediləcək. Nümayəndələr, bu müqaviləni imza və möhürləri ilə təsdiq etmiĢdir. 

Bu  müqavilə  8  iyun  1334  tarixində  iki  nüsxə  olaraq  Batumda  tərtib 

edilmiĢdir. 



Xəlil 

Heydər Bammatov 

Vəhib 

Əbdülməcid Çermiyev 

                               Əlixan Qantəmir 

                               Zübeyir Temurxan 

                               Mehmet Kari 

 

 



ƏLAVƏ 8 

 

Qafqaz Ġslam Ordusunun qurulması və vəzifələri 



haqqında təlimatnamə 

Nuru  paĢa,  Qafqaz  Ġslam  Ordusunun  qurulması  ilə  ordu  komandanlığının 

vəzifələri  haqqında  5  aprel  1918  tarixli  12  maddədən  ibarət  olan  və  Hərbiyyə 



379 

 

Naziri  Ənvər  paĢanın  imzasını  daĢıyan  aĢağıdakı  təlimatnaməyə  görə  hərəkət 



edirdi: 

1.

 



Qafqaz  Ġslam  Ordusunun  təĢkil  edilməsinin  məqsədi,  Qafqazlıların 

quracaqları ordunun əsasını vücuda gətirmək və bu əsası tədricən geniĢləndirmək, 

Qafqazlı  sıravilərə  təlim  vermək,  Qafqazda  uca  islam  mənfəətlərini,  Xilafətin 

müqəddəs hüququnu və Osmanlı Dövləti ilə siyasi və hərbi əlaqələri təsis etməkdir. 

Bu təĢkilat tədricən Rusiya daxilindəki bütün Müsəlmanlara imkan daxilində Ģamil 

ediləcəkdir. 

2.

 

Ordu  komandanı,  hələlik  Osmanlı  hökumətinin  Qafqazdakı  ən  böyük 



nümayəndəsidir. 

3.

 



Ordu Qərargah Rəisi, yalnız hərbi məsələlərlə məĢğul olacaq və heç bir 

surətdə bunun xaricindəki iĢlərə müdaxilə etməyəcəkdir. 

4.

 

Ordu komandanı, siyasi məsələləri Siyasi ĠĢlər ġöbəsi vasitəsi ilə Ģəxsən 



idarə edəcəkdir. 

5.

 



Ordu komandanı,  lazım olduğu zaman Qərargah Rəisi və  Siyasi  ĠĢlər 

ġöbəsi müdirinin fikirlərini nəzərə alaraq qərar verə bilər. 

6.

 

Ordunun əmr və komanda iĢləri və ləvazimatlarla əlaqədar iĢlər, eyni 



ilə  digər  ordularda  olduğu  kimi  Hərbiyyə  Nazirliyinin  bölmələri  və  Ģöbələri 

tərəfindən idarə olunacaq və bu məsələlər barəsində Nazirliyə müraciət ediləcəkdir. 

7.

 

Ġslam məsələləri, siyasi və iqtisadi iĢlər Ģəxsən Hərbiyyə Nazirinə ərz 



ediləcəkdir. 

8.

 



Ordunun  yerli  xalqdan  toplanan  əsgərlərlə  gücləndirilməsi  iĢləri  ordu 

komandanlığına  aiddir;  ancaq  Osmanlı  təbəələri  hesabına  gücləndirmə  iĢləri 

Nazirlik tərəfindən yerinə yetiriləcəkdir. 

9.

 



Ordunun  silahlandırılması,  təchizatı,  geyim  və  iaĢəsi  və  sair  xərcləri 

hələlik Osmanlı Hərbiyyə Nazirliyi tərəfindən ödənəcəkdir. 

10.

 

Qafqaz Ordusuna mənsub olanlar arasında cərəyan edəcək hüquqi iĢlər 



və cəzalandırmalar, tamamən Osmanlı Ordusunda cari olan qanunlar və qaydalara 

uyğun olacaq, ancaq ordu komandanı  yerli vəziyyətə  görə  yerli xalqdan toplanan 

əsgərlər üçün bəzi xüsusi halları nəzərə alaraq qanunları azaltmaq və ya çoxaltmaq 

barəsində səlahiyyət sahibidir. 

11.

 

Fəxri  olaraq  "üst"  əlaməti  daĢıyan  zabitlər,  Qafqazda  olduqları 



müddətdə fəxri rütbələrinin səlahiyyətlərinə sahib olacaqlar. 

12.


 

 Ordunun  Ġstanbuldakı  xüsusi  iĢləri  ilə  ordu  mənsublarının  ailələrinin 

iĢlərini burada izləmək və sürətləndirmək vəzifəsi, ġərq ĠĢlərindəki xüsusi bir Ģöbə 

tərəfindən həyata keçiriləcək. 

 

 

 




380 

 

ƏLAVƏ 9 



 

ġimali Qafqaz Komandanı Kurmay Yarbay Ġsmayıl bəyin 

ġimali Qafqaz xalqlarına xitabən yayımladığı bildiriĢ 

21.06.1334 

Qafqaz Ġslam Ordusu komandanlığına 

ġimali  Qafqazda  yayımlanmaq  üzrə  hazırlanan  bəyannamənin  bir  nüsxəsi 

tərəfinizə göndərilmiĢdir. 

ġimali Qafqaz Komandanı. 

ġimali Qafqazın Bütün Müsəlman Əhalisinə 

Əziz  və  möhtərəm  müsəlman  qardaĢlarımız.  Soltan  Məhməd  RəĢad 

həzrətləri  tərəfindən  Qafqaz  Ġslam  Ordusu  komandalığına  təyin  edilən  Nuru  paĢa 

həzrətləri məni ġimali Qafqaz komandanı vəzifəsi ilə bura göndərdi. Əsrlərdən bəri 

Quranı cırmaq, islam dinini ortadan qaldırmaq məqsədini güdən dövlətlərdən olan 

Rusiya hökumətinin çöküĢünü və batıĢını görürsünüz. Müqəddəs xilafət vəzifəsini 

üzərimizə götürən və bu səbəbdən də bütün dünyada yaĢayan müsəlmanların həyat 

və inancları barədə məsuliyyət daĢıyan biz Osmanlı hökuməti və milləti, 600 ildən 

çoxdur ki, aramsız olaraq xristianların hücumlarına və təcavüzlərinə qarĢı mübarizə 

apardıq  və  bu  gün  də  aparmaqdayıq.  Bu  səfərki  dünya  müharibəsinə  də  aynı 

məqsədlə girdik və bu yolda yüz minlərlə islam övladını fəda elədik. 

Bizim sizdən istədiyimiz: 

Ey əsrlərdən bəri zülm altında inləmiĢ olan müsəlman qardaĢlarımız, sizdən 

gözlədiyimiz,  rusların  yenidən  dirilmələri  ehtimalı  qarĢısında  mövcudiyyətinizi 

mühafizə  etmək,  iman  əhlinin  qurtarılması  adına  giriĢdiyimiz  bu  ümumi 

mücadilədə  qala  divarları  kimi  yan-yana  olmaq  və  bu  surətlə  güclə 

dağılmayacağımızı  dünyaya  göstərməkdir.  Bu  da  bir-birimizə  yardım  etməklə 

mümkün olacaqdır. 

ġimali Qafqaz komandanı Ġsmayıl 



381 

 



382 

 



383 

 



384 

 



385 

 



386 

 



387 

 



388 

 



389 

 



390 

 



391 

 



392 

 



393 

 



394 

 



395 

 



396 

 



397 

 



398 

 



399 

 



400 

 



401 

 



402 

 



403 

 



404 

 



405 

 



406 

 



407 

 



408 

 



409 

 



410 

 

 




411 

 

 




412 

 

 




413 

 



414 

 



415 

 

 




416 

 

 




417 

 



418 

 



419 

 

         Dr.Mustafa GÖRÜRYILMAZ 



 

 

 



TÜRK QAFQAZ ĠSLAM ORDUSU 

VƏ ERMƏNĠLƏR 

 

 

(Azərbaycan dilində) 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

«Qismət» mətbəəsində 

ofset üsulu ilə çap edilmiĢdir. 

Azərbaycan, Bakı, AZ122, H.Zərdabi pr. 78 

Tel: (+994 12) 497 57 61, Faks: (+994 12) 497 70 23 



E-mail: qismetaz@yaho.com 

 

Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   167   168   169   170   171   172   173   174   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə