Dr. Mustafa GÖRÜryilmaz



Yüklə 3,77 Mb.
Pdf görüntüsü
səhifə167/175
tarix15.03.2018
ölçüsü3,77 Mb.
#31547
1   ...   163   164   165   166   167   168   169   170   ...   175

355 

 

NƏTĠCƏ 



 

Bakı, ġərq və Türk dünyası üçün istər elm və mədəniyyət, istərsə də sənaye 

və  ticarət  baxımından  dərin  kökləri  olan  bir  mərkəzdir.  Qafqaz  və  Orta  Asiyaya 

gedən  yollarda  əhəmiyyətli  bir  körpü  rolunu  oynamıĢdır.  DüĢmən  iĢğalından 

qurtarıla bilməsi üçün təxminən dörd aydan çox qan axıdılan və can verilən Bakı 

Ģəhəri,  nəhayət,  türk  hərbi  qüvvələri  və  silahı  ilə  36  saat  davam  edən  bir 

mübarizədən  sonra  ələ  keçirilə  bilmiĢdi.  Qələbə  tacı  qoymuĢ  türk  silahlılarına 

boyun  əyən  təkcə  erməni  daĢnakları  və  rus  bolĢevikləri  deyildi.  Ġran  və  Cənubi 

Azərbaycandan rus və ermənilərin imdadına çatan General Deustervil tabeliyindəki 

ingilislər də məğlublar arasında idi. 

Ġngilis  hərbi  birləĢmələri,  görünüĢdə  Bakıdakı  erməni  və  ruslara  kömək 

etmək  üçün  gəlmiĢdi.  Əgər  elə  olsaydı,  ingilis  birliklərinin  kömək  üçün 

Ermənistana getməsi lazım idi. Əslində isə, türk qövmlərinin birlik və bütövlüyünü 

təmin  etmək  üçün  Qafqaz  və  Orta  Asiyaya  yürüĢ  edən  Osmanlı  Oğuz  türklərini 

dayandırmaq üçün, məhz Bakıya getmiĢdilər. 

Ġngilislər Osmanlı Türklərinin Qafqaz və Orta Asiyadakı böyük türk əhalisi 

ilə  birləĢməsini,  böyük  müstəmləkəsi  Hindistan  üçün  real  bir  təhlükə  olaraq 

görürdü.  Türk  ordusunu,  körpü  Bakıda  tutmaq,  baĢını  qatmaq  və  beləliklə  Xəzər 

dənizinin ġərq və Ģimal sahillərinə keçməsinin qarĢısını almaq istəyirdi. Ġngilislərin 

bütün  düĢüncə  və  məqsədi,  müstəmləkəçi  Britaniya  imperiyasını  və  Hindistanı 

mühafizə etməyə yönəlmiĢdi. 

"GünəĢ  Batmayan  Ġmperiya"nın  orduları,  lap  Çanaqqala  və  Qutda  olduğu 

kimi,  Bakı  yaxınlığında  da  ağır  məğlubiyyətə  uğramıĢdılar.  Bu  ordu  Bakı 

məğlubiyyəti  üstündə  "komandanını  itirmiĢ"  və  Deustervilin  yerinə  Tomson 

gətirilmiĢdi. Hərbi mənbələr hər cür silah, sursat və mühümmatla təchiz olunmuĢ, 

ərzaq və paltar sarıdan korluq çəkməyən Ġngilislərin Bakıya  gələn heyətinin üçdə 

birini itirərək, gəldiyi yerə qayıtdığını bildirirlər. 

Bakının  ələ  keçirilməsi  üçün  aparılan  36  saatlıq  ikinci  müharibələrdə  17 

erməni,  9  rus  və  10  gürcü  zabiti  ilə,  1,151  erməni,  383  rus,  4  ingilis  və  müxtəlif 

millətlərdən 113 əsgər əsir alınmıĢdı. Ġngilis əsirlərin sayının az olmasının baĢlıca 

səbəbi, 14 sentyabr 1918-ci il gecəsi onların gəmilərlə Bakını tərk etmələridir. Ələ 

keçirilən  hərbi  mühümmat  arasında  top,  silah  və  bunlara  aid  mərmi  ilə  yanaĢı,  5 

təyyarə və baĢqa materiallar də var idi. 

5-ci Qafqaz piyada diviziyası ilə 15-ci piyada diviziyasının cəmi itkisi 800 

ilə  1000  nəfər  arasındadır.  Türk  ordusunun  Azərbaycana  girdiyi  25  maydan 

Bakının  qurtuluĢuna  qədər  keçən  dövrdə  Ģəhidlərin  sayı,  bəzi  mənbələrə  görə  30 

zabit  və  1,100  sıravi,  bəzi  mənbələrə  görə  isə  cəmi  1,142  zabit  və  əsgərdən 

ibarətdir. 




356 

 

5-ci Qafqaz piyada diviziyasının  təxminən dörd aydan çox  müddət ərzində 



verdiyi  Ģəhid  və  yaralıların  qanı  ilə  suvarılan  bu  qardaĢ  torpağı  üzərində,  Gəncə-

Göyçay-Ağsu-ġamaxı-Bakı  yolunun  hər  iki  tərəfi,  Salyan-Bakı  və  Quba-Xaçmaz 

ilə 

Müsüslü-Kürdəmir-Karrar-Hacıqabul-Ələt-Bakı  dəmir  yolu  ətrafında, 



Naxçıvan-Qarabağ  və Kür çayı sahillərində, xalqın ziyarətgaha çevirdiyi  məzarlar 

var  idi.  Ġndi  itmiĢ  o  məzarlarda,  Qaf  dağındakı  öz  qardaĢlarının  imdadına  çatan 

adsız  qəhrəmanlar,  Anadolu  Mehmetçiyi  yatırdı.  Qəhrəman  Mehmetçik,  o 

torpaqlarda,  vətənin  müdafiəsinə,  namus  və  heysiyyat  mübarizəsinə  qalxan 

Azərbaycan Türkləri olan qardaĢları ilə çiyin-çiyinə əbədi yuxuya getmiĢdi. 

Rus imperiyası və onun davamı olan Sovet Ġttifaqı zülm üzərində qurulmuĢ 

bir  istismarçı  dövlət  idi.  Qafqazın  Rusiya  tərəfindən  iĢğalı  uzun  sürən  qanlı 

hadisələr  nəticəsində  gerçəkləĢdi.  Avropa,  19-cu  əsrin  ortalarında  müstəbid 

hökmdarlara  qarĢı  demokratik  üsyan  və  oyanıĢlar  yolu  ilə  mübarizə  apararkən, 

Qafqaz,  ġeyx  ġamilin  baĢçılığı  ilə  rus  istilasına  qarĢı  qəhrəmancasına  vuruĢurdu. 

Qafqazda  yaĢayan  türklər  və  digər  müsəlman  xalqlar,  bu  mübarizəyə 

qoĢulmuĢdular. Qafqazdakı bu azadlıq mübarizəsini Avropa da yaxından izləyirdi. 

ġeyx ġamil, avropalıların gözündə əsl azadlıq simvolu idi. 

Rusiya,  Qafqazda  yaĢayan  xalqları  hər  cür  milli  haqq  və  azadlıqdan 

məhrum  etdi.  Bölgədə  yaĢayan  millətlər  təxminən  100  il  boyunca  böyük  bir 

assimilyasiya  və  ruslaĢdırma  siyasəti  ilə  üzləĢdilər.  Birinci  Dünya  müharibəsində 

Rus  Çarlığının  süqutundan  sonra,  Qafqazda  yaĢayan  millətlər  azadlıq  əldə  etmək 

üçün ayağa qalxdılar, müstəqilliklərini elan etdilər və Respublika yaratdılar. ġimali 

Qafqaz  (Dağıstan),  Gürcüstan,  Ermənistan  və  Azərbaycan  dövlətləri  meydana 

gəldi.  Bir  çox  Avropa  ölkəsi  və  Amerika  BirləĢmiĢ  Dövlətləri,  bu  müstəqilik 

hərəkatını tanıyaraq qəbul etdi

1

.



 

Rusiyada hakimiyyətə gələn bolĢeviklər, millətlərin öz müqəddəratını təyin

 

etmə haqqına sahib olduqlarını böyük bir mərasimlə, bəzəkli və parlaq, insanların 



ruhunu oxĢayan cümlələrlə bütün dünyaya elan etdilər. Lakin az müddətdən sonra, 

Qafqaz,  Orta  Asiya  və  daha  bir  çox  bölgədə  milli  müqəddəratlarını  əldə  edən 

millətlərin  iĢlərinə  xaincəsinə  müdaxiləyə  keçdilər.  Üstün  qüvvələrinə  güvənərək 

türk respublikalarını ləğv etdilər, bu ölkələri sovetləĢdirdilər. Buna qarĢı çıxanların 

səsini boğaraq, müqavimətini qıraraq, ziyalıların canları bahasına türk torpaqlarını 

ələ keçirdilər. 

Azərbaycan xalqının dil, din, tarix, mədəniyyət və gələcəyi birlikdə qurma 

arzusu  da  daxil  olmaqla,  rus  milləti  ilə  heç  bir  uyğunluğu  yoxdur.  Rus 

Ġmperiyasının  süqutundan  sonra,  Azərbaycan  demokratiyanın  ən  müqəddəs 

prinsiplərindən  faydalanaraq,  müstəqilliyini  elan  etdi.  Azərbaycanlılar  28  may 

1918-ci  il  tarixində,  öz  təmsilçilərindən  ibarət  Milli  ġuranın  əli  ilə  öz  dövlətini 

qurdu. Qərbi Avropa tərzində təĢkil  edilən bu dövlətin idarəetmə Ģəkli respublika 




Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   163   164   165   166   167   168   169   170   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə