Dr. Mustafa GÖRÜryilmaz



Yüklə 3,77 Mb.
Pdf görüntüsü
səhifə169/175
tarix15.03.2018
ölçüsü3,77 Mb.
#31547
1   ...   165   166   167   168   169   170   171   172   ...   175

359 

 

♦ 



Sabah ictimasından sonra tövləyə tərəf getdi. Kürən dayça dünən axĢamdan 

narahat idi. Baxmayaraq ki, axĢam yemini, suyunu vermiĢdi, amma yenə də onunla 

bir az "danıĢmalıydı". 

"Qarabəkir paĢa, bu gün kürən dayçaya minmək istəyər" - deyə düĢündü. 

Növbətçi əsgər onu görən kimi səsləndi: 

"Məhmət  OnbaĢı,  PaĢanın  atı  səhərə  yaxın  heç  dayanmadan  kiĢnəyirdi. 

Sanki ağlayırdı. Ġstəyirsən baytara xəbər ver". 

Kürən ata heç bir Ģey olmamıĢdı. Yüyənindən tutdu, açıq havaya çıxarıb bir 

az gəzdirdi. 

Günortadan sonra toplanmaq Ģeypuru çalındı. Bu, çoxdan bəri görülməyən 

bir Ģey idi. Xeyirdir inĢallah, deyərək, ictima meydanına doğru tələsdi. 

 

Gecənin  qaranlığında  yola  çıxan  qara  qatarın  çarxları  relslərə  toxunduqca, 

çıxardığı  səs  Ģirin  bir  laylanı  xatırladırdı...  Bir  az  qulaq  asdı.  Sonra  vaqondakı 

silahdaĢlarına  baxdı.  Aradan  keçən  uzun  illərin  verdiyi  hər  an  tətikdə  olma 

alıĢqanlığına  rəğmən,  göz  qapaqlarının  üstünə  çökən  ağırlığın  verdiyi  Ģirin 

mürgüyə  yenik  düĢmüĢdülər.  Bəzən  yırğalanaraq,  çox  zaman  sarsılaraq  gedən 

qatarın  açıq  qapısından  bir  tül  ilə  örtülmüĢ  qarĢıdakı  təpələrə  və  bədirlənmiĢ  aya 

baxdı... 

Göyçay  döyüĢlərində  Ģəhid  olan  yoldaĢı  Qədir  yadına  düĢdü.  Bığırdan 

Qaraməryəmə  gedən  yolun  iki  tərəfində  sərp  və  dik  yamaclar  vardı.  DüĢmənin 

təpədə  qurduğu  pulemyotlar  Mehmetçiyin  üzərinə  ölüm  yağdırırdı.  28-ci 

batalyonun komandiri Ġzzət bəy oranın ələ keçirilməsini əmr etmiĢdi. Dik yamacın 

baĢındakı  səngərlərə  atəĢ  açmağın  bir  faydası  yox  idi.  Süngü  taxıb  aĢağıdan 

yuxarıya  doğru  sürünməyə  baĢladılar.  Təpəyə  yaxınlaĢanda  Qədir  belindəki  əl 

qumbarasını  atəĢ  saçan  pulemyot  nöqtələrindən  birinə  tərəf  tulladı...  Bir  müddət 

sonra  çox  sevdiyi  sirdaĢı  və  silahdaĢı  Qədirin  sinəsi  al  qana  boyanmıĢdı...  Su 

qabında qalan bir udum suyu, istidən qaynamıĢ bir içimlik suyu, son yolçuluğunda 

silah yoldaĢının dodaqlarına söykəyə bildi... 



 

Amudərya  kənarındakı  üzü  nurlu  bir  ağsaqqalın  hekayəsini  ona  babası 

danıĢmıĢdı.  Günlərdən  bir  gün  ocaqdan  olduğunu  bildikləri  ağsaqqal  bir  dərviĢ 

obaya  gəlmiĢdi.  Ağsaqqallar,  igidlər,  pəhləvanlar,  əli  qarğı  tutanlar,  qolu  yay 

çəkənlər hamısı orada idi. Yeniyetmələr belə, o gün at çapmırlar, dayları dördnala 

qovdurmurdular. Hamısı ağsaqqalın ətrafına toplaĢıb, diqqətlə qulaq asırdılar: 

"Pirimiz  Xoca  Əhməd,  Oğuz  Atanın  mirası  olan  qarğıyı  günbatana  doğru 

atdı. Qarğı Rum iqliminə düĢdü. 




360 

 

Ağsaqqal  dərviĢ  Oğuzun  mübarək  törəsi  deyirdi.  Törələr  qarĢısında  hər 



kəsin boynu qıldan nazikdir. Amma o qızıl qarğı necəydi,  nə qədər uzağa çatardı 

ki? Sonra, Rum iklimi hara idi? Bunu heç biri bilə bilmədi. 

Günlər aylar bir-birini əvəz etdi, qara qıĢ hökmünü sürdü, qıĢın Ģaxtası çölü 

bürüdü,  sonra  qoyunlar  quzuladı.  GünəĢ  qoç  bürcünə  girdikdən  10  gün  sonra 

Bəydən  dəvət  gəldi.  Dan  yeri  ağararkən  çadırları  söküb  dəvələrə  yüklədilər. 

Dərəni, təpəni aĢıb ulu dəryanın Ģimalını dolandılar və Qaf dağına çatdılar... Aylar, 

illər  bir-birini  əvəz  etdi...  Sonra  Dərbəndi  keçdilər.  Çayları,  gölləri,  dağları, 

yaylaları, vadiləri aĢa-aĢa Qarsa çatdılar. 

Böyük ağa artıq daha qərbə getmək istəmirdi. Necə də olsa, Amudəryadan 

yola  çıxalı  bir  neçə  nəsil  gəlib  keçmiĢdi.  Lakin,  igidlər  istəkli  və  arzuluydu. 

Bəziləri  qızıl  cidanın  özləri  üçün  yeri  deĢmədiyini  söyləyirdilər.  Uzun  yaylanın 

Ģərqində  Kanqalın  yaxınlığına yerləĢdilər. Bulaqlardan doyunca su içdilər. Ovada 

qıĢlayıb,  yaylaqda  dördnala  at  sürdülər.  Rum  iqliminin  havasını  ciyərlərinə 

çəkdilər. Fəqət daha irəliyə - günbatana doğru getməliydilər. Xınzır dağını aĢaraq 

BeĢtəpələrin  dibindəki  Maqsud  bulağında  yağız  atlarını,  dəvələrini,  qoyunlarını 

suladılar. Qaratəpənin döĢünə qonmağa qərar verdilər... 

Məhmət  OnbaĢının  babası  atalarının  bu  uzun  yürüĢdə  neçə  gün,  neçə  ay, 

neçə il, neçə Novruz Bayramı qarĢıladıqlarını bilmirdi. Ancaq bildiyi bir Ģey vardı, 

o  da  550  ildir  Qaratəpənin  ətəklərində  qıĢladıqları,  Xınzırı  dağında  yayladıqları 

idi... 


 

Evə gedirdi, sevinməliydi. Lakin içinə səbəbini bilmədiyi, məchul bir hüzün 

çökmüĢdü, nədənsə ürəyi ağrıyırdı. Kazım paĢanın əlini öpərkən sevinclə kədəri bir 

arada  yaĢadığı  yadına  düĢdü.  Ġndi  də  beyni  qarmaqarıĢıqdı,  ürəyi  əsirdi.  Böyük 

qardaĢları  Rifat,  Yəhya,  Əli  ilə  Bəkiri  düĢündü.  Sonra  əmiuĢaqları  gözlərinin 

önünə gəldi. 

Səfərbərlik  zamanı  təlim  keçəcəkləri  kazarmaya  getmək  üçün  Kayseridən 

ayrılarkən,  sarılıb  əllərini  öpdüyündə,  böyükləri  bir-bir  onu  qucaqlamıĢ,  alnından 

öpmüĢdülər. Baxmayaraq ki, qardaĢları da onun kimi cəbhəyə gedirdilər. Ən böyük 

qardaĢı  Rifat  onu  çox  sevirdi.  Ayrılarkən  Rifat  qardaĢının,  göz  yaĢlarını  zorla 

saxlamağa çalıĢaraq, astadan dediyi sözləri xatırladı: "Yavrum, çox kiçiksən"... 

QardaĢlarının  hansı  cəbhəyə  getdiyini  bilmirdi.  SarıqamıĢdan  sağ-salamat 

çıxdıqlarından aylar sonra, minbaĢı Ġsmayıl Haqqı bəy Çanaqqalanı ingilislərə dar 

etdiklərini  söyləmiĢdi.  Amma  qardaĢlarından,  dayıları  və  əmi  uĢaqlarından, 

yamacda, çöllükdə, dağın baĢında novruzgülü topladıqları yoldaĢlarından doqquz il 

idi ki heç bir xəbər tuta bilməmiĢdi. 




Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   165   166   167   168   169   170   171   172   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə