Dr. Mustafa GÖRÜryilmaz



Yüklə 3,77 Mb.
Pdf görüntüsü
səhifə170/175
tarix15.03.2018
ölçüsü3,77 Mb.
#31547
1   ...   167   168   169   170   171   172   173   174   175

361 

 

"ĠnĢallah,  məndən  qabaq  kəndə  dönmüĢ  olarlar"  deyə  ürəyi  döyündü, 



həyəcanlandı.  Dan  yeri  ağarırdı.  Gözləri  uzaqlara,  düzün  ortasında  ay  iĢığında 

qıvrılaraq gedən gümüĢ parıltısına sataĢdı... Bu, Qızıl irmaq olmalı idi. 



 

Qatar  platformaya  çatana  qədər  tale  yoldaĢlarıyla,  silahdaĢlarıyla  bir-bir 

qucaqlaĢdı, halallaĢdı. Torbasını vaqonun açıq qapısından bayıra tulladı, ardından 

da özü atıldı. Bir müddət eləcə qaldı, düĢdüyü yerdə... Ayağa qalxıb ətrafına baxdı, 

gözləriylə üfüqü daradı. Dərindən nəfəs aldı. Baharın ilk yeli QızılgəriĢi sarmıĢdı. 

Sonra  gün  çıxana  tərəf  getməyə  baĢladı.  Çaydakı  taxta  körpünün  yalnız  daĢdan 

hörülmüĢ  dirəkləri  qalmıĢdı.  Çəkmələrini  çıxardı,  balaqlarını  çırmaladı.  Çaydan 

keçərkən belinə qədər suya batdığını gördü. "Deməli, bu il qar çox yağıb" düĢündü. 

Sonra  birdən  yadına  düĢdü,  babası  Kəbədən  qayıdanda  iki  rükət  Ģükür 

namazı qılmıĢdı. Nə də olsa, artıq evə çatmıĢ sayılırdı. 

Ardındakı  günəĢ,  kölgəsini  uzadırdı.  Demək,  gün  günortanı  aĢmıĢdı. 

Qurdağzı  qayasına  çatanda  dayandı.  Suluya  doğru  baxdı,  hər  yer  yamyaĢıl  idi. 

Gözləri Maqsud bulağına, oradan Üçbulağa sarı döndü. Belin baĢı ilə BeĢtəpələr də 

yerindəydi... 

"Guya hara gedəcəkdilər" deyə öz-özünə çaĢdı, heyfsiləndi. Sanki, oradan, 

uzaqdan  onu  salamlayırdılar.  Sonra,  sanki  bir  qüsur,  bir  günah  iĢlədibmiĢ  kimi, 

kimsə görüb ayıb olacaqmıĢ kimi astaca Qaratəpəyə və kəndə tərəf döndü. Uzun-

uzadı baxdı. Bir neçə evin üstündən tüstü qalxırdı. 

"Təndirləri yandırıblar" deyə düĢündü... 

Bağlara doğru addımladı. 

♦ 

Çil  Fati  (Çilli  Fatimə)  o  gün  nə  içəridə  dura  bildi,  nə  də  bayırda  rahatlıq 



tapdı.  Səhər  inəyi  sağdıqdan  sonra  elə  hey  sağ  gözü  səyriyirdi.  Bu  gün  niyə  bu 

qədər  uzundu,  heç  keçmək  bilmirdi?  BaĢa  düĢə  bilmirdi...  Təndiri  yandırdı, 

tüstünün  çəkilməsini  gözləmək  üçün  bayıra  çıxdı.  Çox  uzaqdan  görünən  Xınzırı 

dağının zirvələrində qar var idi. Neçə vaxt idi ki, yaylağa da çıxmırdılar. 

"Hamısı ermənilərə görə" deyə düĢündü. 

Yamaca  doğru baxdı.  BeĢtəpələrdən Kayseriyə  doğru  uzanıb gedən  torpaq 

yolda toz buludu axtardı, görə bilmədi. Gələn-gedən yox idi. Nə bir maĢın, nə bir at 

arabası, nə də bir atlı... Kamal paĢanın maĢını da keçmiĢdi bu yoldan. Bütün kənd 

əhli PaĢa bulağında qarĢılamağa getmiĢdilər. PaĢa orada dayanmıĢ, bir qab su içmiĢ 

və əl-üzünü yumuĢdu... QarĢı yatan qara dağlara döndü. Gün, yavaĢ-yavaĢ dağların 

ardında gizlənməyə hazırlaĢırdı... 

Birdən qarabaĢın mırıldamağa, hürməyə baĢladığını eĢitdi. Təpənin altından 

uzun  boylu,  əsmər,  pəhləvan  cüssəli  bir  əsgərin  addımlayaraq  yuxarı  doğru 



362 

 

çıxdığını  gördü.  Gün  arxasından  düĢürdü,  üzünü  seçə  bilmədi.  Amma,  birdən 



ürəyinin atlandığını hiss etdi, sanki boğazında bir yumruq düyünlənmiĢdi. 

"Məmədim" deyə bildi. 

Qucağına alıb bələdiyi, ağ südündən doya-doya əmizdirdiyi balasını bağrına 

basdı, uzun-uzadı qoxladı. Ana-oğulun göz yaĢları sel olub axdı... 

Məhməd  OnbaĢı,  aradan  nə  qədər  vaxt  keçdiyini  bilmirdi.  UĢaqların  səs-

küyündən  özünə  gəldi.  Ətrafında  fırlanır,  əlinə-ayağına  dolaĢır,  ataları 

səfərbərlikdən  qayıdıbmıĢ  kimi  ağlaĢırdılar,  sual  dolu  nəzərlərlə  baxırdılar... 

UĢaqlardan  nisbətən  böyüyü,  yaĢıl  gözlərini  ona  dikmiĢdi,  ümid  dolu  baxıĢlarla 

süzdü, titrək bir səslə: 

"Mən Əhmədəm, Rifatın oğlu"... deyə bildi. 

Böyük qardaĢı Rifatın oğlu Əhməd... Səfərbərliyə gedərkən Əhməd hələ 4-5 

yaĢlarındaydı... O birilərin adını bilmədi, unutmuĢdu... 

Hacı  Nəbi  əmi  məsciddən  qayıdarkən  evin  qarĢısında  bir  çaxnaĢma 

olduğunu  gördü.  Öz-özünə  "xeyirdir  inĢallah"  deyərək,  əsasını  möhkəm  tutdu, 

addımlarını  yeyinlətdi.  UĢaqların  Ģən  çığır-bağırının  sevincdən  olduğunu 

anlayaraq,  rahat  nəfəs  aldı...  "Nə  əcəb  muĢtuluq  almağa  gələn  olmadı"  deyə 

düĢündü... Məhmət OnbaĢı, atasının əlini öpdü, alnına qoydu. Nəbi əmi qəhrəman 

oğlunun  çiyinlərindən  tutdu,  ilk  dəfə  görürmüĢ  kimi  əvvəlcə  səma  kimi  mavi 

gözlərinə, sonra günəĢdən, küləkdən yanmıĢ çöhrəsinə baxdı. Sonra alnından öpdü, 

bağrına basdı, uzun müddət belə qaldı, səssizcə: 

"Buna da Ģükür" dedi. 

Hacı  Nəbi  əminin  gözlərindən  axan  iki  damla  yaĢın,  ağ  saqqalından 

süzüldüyünü,  Məhmət  OnbaĢıdan  baĢqa  kimsə  görmədi...  Demək,  qardaĢlarından 

evə dönən olmamıĢdı... 

Qoyub  getdikləri  uĢaqlar  böyümüĢ,  yetkinləĢmiĢdi.  Oğlanlar  iĢə-gücə 

yarayan yaĢa, qızlar isə hardasa gəlinlik yaĢına çatmıĢdılar. Bunlara ana-ata olmaq 

lazım

 

idi...  Elə  də  etdi.  Atalarının  550  il  yaĢadığı  dərələrdə,  vadilərdə,  təpələrdə, 



yana-yana  su  içdikləri  bulaqların  baĢında,  əkib-biçdikləri  torpaqlarda  həyat,  heç 

nəyə baxmayaraq, davam etməliydi... 

♦ 

Kəndin  ağsaqqalları,  qazilər,  adsız  qəhrəmanlar,  qarlı  qıĢ  günlərində 



otaqdakı taxtın  üstündə  cərgə-cərgə  oturar,  maraqlı  söhbətlər edərdilər. Müharibə 

günlərini  yad  edərdilər.  Nəvələr  isə  təzəyin  isitdiyi  sac  sobanın  yanında  onları 

diqqətlə dinləyərdilər. Heç biri yatmaq istəməzdi. 

Məhmət  OnbaĢı,  söhbətin  ĢirinləĢdiyi,  xatirələrin  canlandığı  günlərdə, 

Soğanlı  dağlarını,  Göyçayı,  ġamaxını,  Qubanı,  Qarabağı  yada  salardı.  Bakının 

qurtuluĢundan böyük bir zövqlə söz açardı. Amudəryadakı dərviĢin ətrafına yığıĢan 

igidlər  kimi,  Məhmət  OnbaĢının  nəvələri  də  bu  yerləri  heç  tanımırdılar, 



Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   167   168   169   170   171   172   173   174   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə