Dr. Mustafa GÖRÜryilmaz



Yüklə 3,77 Mb.
Pdf görüntüsü
səhifə173/175
tarix15.03.2018
ölçüsü3,77 Mb.
#31547
1   ...   167   168   169   170   171   172   173   174   175

369 

 

Xariciyyə naziri Məmməd Həsən Hacınski həzrətləri ilə 



Milli Məclis rəisi Rəsulzadə Məmməd Əmin bəy əfəndi həzrətlərini 

təyin  etmiĢlər  və  adları  çəkilən  Ģəxslər  üsula  uyğun  olaraq  tərtib  edilən 

rüsxətnamələrini  qarĢılıqlı  olaraq  təqdim  etdikdən  sonra,  aĢağıdakı  maddələri 

qərarlaĢdırmıĢlar: 



Birinci maddə 

Osmanlı  hökuməti  ilə  Azərbaycan  Cümhuriyyəti  hökuməti  arasında  daimi 

sülh və istiqrarlı dostluq hökm sürəcəkdir. 

İkinci maddə 

AĢağıdakı  sərhəd  xətti  Osmanlı  məmləkəti  ilə  Azərbaycan,  Gürcüstan  və 

Ermənistan cümhuriyyətlərinin ərazilərini ayırmaqdadır: 

Sərhəd Qara dənizdə Çolok çayı mənsəbindən baĢlayaraq ġavnabud dağına 

qədər  93  (1877-1878)  hərbindən  əvvəlki  sərhəd  xətti  üzrə  uzanır,  ġavnabud 

dağından sonra isə zirvələrdən keçərək Xalxama dağına, oradan Meziksaru dağına 

gəlir,  buradan  cənuba  dönərək  Yirsədağ  dağından  və  Abatumanın  iki  kilometr 

cənubundan  keçir,  buradan  Ģimal-Ģərqə  keçərək  Karhul  dağına  və  oradan  beĢ 

kilometr  Ģimal-Ģərqə,  sonra  cənub-Ģərqə  dönərək  Gürqal  üzərindən  Atsxorun  iki 

kilometr  cənubundan  Kür  çayını  keçər  və  zirvələr  üzərindən  Qayabağı,  Artatavı 

dağlarının  zirvəsinə  gəlir,  buradan  sonra  yenə  zirvələr  üzərindən  Qaraqaya 

dağından  Molita  kilsəsinin  cənubunda  Tapisxurska  gölünə  çatır.  Molita 

monastırının  cənubundan  qarĢı  sahildə  gölün  Ģimal  ucunun  bir  kilometr  yarım 

cənub-Ģərqindəki  nöqtəyə  uzanan  xəttin  cənubundakı  qisim  Osmanlıda  qalmaq 

üzrə,  bu  gölü  keçərək  Tavkutalı  dağına  gəlir.  Burdan  cənuba  enərək  ġavnabud-

Qaraquzu-Samsal dağlarının zirvəsinə gəlir. Sərhəd xətti bundan sonra zirvələrdən 

keçərək BaĢqıran, Nurrəhman dağından  sonra  cənub istiqamətində  irəliləyərək  və 

daim  zirvə  nöqtələrindən  keçərək,  Ağbulaq  mövqeyinin  beĢ  kilometr  qərbində 

Aleksandropol-Tiflis  dəmiryolunu  kəsir.  Burada  yenə  zirvə  nöqtələrdən  keçərək 

Xanvəli  mövqeyinə  gəlir.  Xanvəli  mövqeyindən  sonra  bir  müstəqim  xətt 

istiqamətində  Alagöz  dağının  ən  yüksək  nöqtəsinə  və  yenə  bir  müstəqim  xətt 

halında  Ezmiədzinin  yeddi kilometr qərbində  Ezmiədzin-Sərvərabad yoluna  çatır. 

Ezmiədzinin  yeddi  kilometr  ətrafında  dolaĢaraq  və  Aleksandropol-Culfa 

dəmiryolunun  təqribən  altı  kilometr  Ģimalından,  bu  dəmiryolu  xəttinə  gələn  yolu 

kəsir. Sərhəd xətti bundan sonra  cənub-Ģərqə  dönərək  AĢağı Qarabağlar  kəndinin 

bir  kilometr  qərbindən  ġaqablı,  Qaraxaz,  AĢağı  Çanaqçı  mövqeyindən  keçərək 

Alpinçaya çatır və bu çayı izləyərək Arpa mövqeyinə gəlir. Arpadan sonra sərhəd 

xətti  Ģərq  istiqamətindən  Arpaçayını  təqib  edərək  Qayalı  mövqeyinə  və  Qaya 

çayını  izləyərək  Reliyan  çayı  vadisinə  gəlir  və  bu  çayın  yatağını  izləyərək  Aza 

mövqeyinin cənubundan Alıcın mövqeyində əvvəlki Rus-Ġran sərhədinə çatar. 



Üçüncü maddə 


370 

 

Azərbaycan Cümhuriyyəti hökuməti ilə Ermənistan Cümhuriyyəti hökuməti 



arasında  sərhədin  təyini  üçün  tərtib  olunan  protokol  Osmanlı  hökumətinə  təbliğ 

ediləcək və o protokol, bu maddənin ayrılmaz bir parçasını təĢkil edəcəkdir. 



Dördüncü maddə 

Azərbaycan Cümhuriyyəti hökuməti tərəfindən tələb hasil olduğu təqdirdə, 

Osmanlı hökuməti, daxili intizam və asayiĢin təmini üçün, gərəkli silahlı qüvvəylə 

yardım edəcəkdir. 



Beşinci maddə 

Azərbaycan  Cümhuriyyəti  hökuməti,  sərhədləri  daxilində  heç  bir 

qruplaĢmanın  təĢkilinə  və  silahlanmasına  imkan  verməməyi  və  sərhədini  keçən 

bütün qrupları tərksilah edərək dağıtmağı vəd edir. 



Altıncı maddə 

Müqavilənin  tərəfləri,  endirimli  tariflər  tətbiq  etmək  surəti  ilə,  dəmiryolu 

nəqliyyatı barəsində bir-birlərinə mümkün olduğu qədər yardım edəcəklər. 

Xüsusilə  dəmiryollarının  inĢası,  iĢlədilməsi,  müntəzəm  təmiri  yaxud  digər 

faydalı iĢlərin hamısı üçün lazım gələn avadanlıqların nəqli üçün xüsusi endirimli 

tariflər  tətbiq  ediləcəkdir.  Hər  iki  tərəfə  aid  dəmiryollarında  mütəhərrik 

avadanlıqların mübadiləsi, beynəlxalq qaydalara uyğun bir Ģəkildə icra ediləcəkdir. 

Hər  iki  tərəf,  bu  xüsusda  detalları  müəyyənləĢdirmək  üçün  tezliklə  müzakirəyə 

baĢlayacaqdır. 

Yeddinci maddə 

Dövləti-Aliyyəyi-Osmaniyyə  ilə  Azərbaycan  Cümhuriyyəti  hökuməti 

arasında  daha  əvvəl  heç  bir  əhdnamə,  müqavilə,  etilafnamə  və  sair  mövcud 

olmadığından,  hər  iki  tərəf  bir  Ģəhbəndərlik  müqavilənaməsi  ilə  bir  ticarət 

əhdnaməsi  və  hüquqi  və  iqtisadi  münasibətlərin  nizamlanması  üçün  lazım  gələn 

digər sənədləri tərtib etmək barədə razılığa gəlmiĢdir. 

ġəhbəndərlik  müqavilənaməsi, bu  müqavilənin təsdiqnamələrinin qarĢılıqlı 

olaraq  təqdimi  tarixindən  etibarən  iki  il  ərzində  təsdiq  ediləcəkdir.  Aradakı 

müvəqqəti  dövrdə  hər  iki  tərəfin  baĢ  Ģəhbəndərləri,  Ģəhbəndərləri  və  Ģəhbəndər 

vəkilləri  imtiyaz  və  məsuliyyətlərində  ümumi  dövlətlər  hüququ  əsaslarına  uyğun 

və  millətin  mənafeyinə  ən  münasib  Ģəkildə  hərəkət  edəcəklər.  Yenə  dövlətlər 

hüququ  prinsiplərinə  uyğun  bir  ticarət  əhdnaməsinin  tərtib  edilməsi  üçün 

müzakirələr,  bir  tərəfdə  Osmanlı  Dövləti  və  digər  tərəfdə  hərb  halında  olan 

dövlətlər  arasında,  sülhün  təminindən  sonra  baĢlayacaqdır.  O  vaxta  qədər  və  hər 

surətdə 1335-ci ilin dekabr ayının 31-ci gününə qədər bu müqaviləyə rəbt edilmiĢ 

bir  nömrəli  əlavə,  hər  iki  tərəfdə  tətbiq  olunacaqdır.  Bu  əlavənin  ləğvi  30  iyun 

1335 tarixindən etibarən elan oluna bilər və bunun nəticəsi altı ay sonra tətbiq edilə 

bilər. Quru yolu ilə ticarət, bu müqavilənin təsdiqnamələri qarĢılıqlı surətdə təqdim 

edildiyi andan etibarən baĢlayacaqdır. 



Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   167   168   169   170   171   172   173   174   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə