Dr. Mustafa GÖRÜryilmaz



Yüklə 3,77 Mb.
Pdf görüntüsü
səhifə174/175
tarix15.03.2018
ölçüsü3,77 Mb.
#31547
1   ...   167   168   169   170   171   172   173   174   175

371 

 

Səkkizinci maddə 

Müqavilə  tərəflərindən  birinə  mənsub  əhalidən,  sərhədin  digər  tərəfində 

yerləĢən  daĢınmaz  əmlak  üzərində  sahiblik  və  faydalanma  haqqı  olanların, 

bunlardan faydalanmağa, bunları iĢlətməyə və yaxud kirayə verməyə, bunları idarə, 

yaxud Ģəxsən və ya vəkilləri vasitəsi ilə satmağa haqları olacaqdır. 

Dövlətin  mənfəəti  olmadan  və  əvvəlcədən  təzminat  verilmədən,  heç  kəs 

daĢınmaz  malları  üzərindəki  sahiblik  haqqından  məhrum  edilə  bilməz.  Əhali  və 

nahiyələrin vəkilləri, yerləĢdikləri məhəllənin rəsmi məmuru tərəfindən verilən və 

qarĢı  tərəfin  təsdiqlədiyi  yol  vəsiqələrini  göstərərək,  sərhədin  qarĢı  tərəfinə 

sərbəstcə keçə biləcəklər. 

Bu  hökmlərin  təfərrüatları,  bu  müqavilənin  iki  nömrəli  əlavəsində 

göstərilmiĢdir. 

Doqquzuncu maddə 

Azərbaycan  Milli  Hökuməti  beynəlxalq  poçt  və  teleqraf  ittifaqı 

müqaviləsinə  qoĢuluncaya  qədər,  Osmanlı  Dövləti  ilə  Azərbaycan  Cümhuriyyəti 

hökuməti arasında poçt və teleqraf iĢləri, bu müqavilə təsdiqnamələrinin qarĢılıqlı 

təqdimindən  etibarən,  beynəlxalq  Poçt  və  teleqraf  ittifaqının  müqavilə  və 

nizamnamələrinə uyğun bir Ģəkildə təsis ediləcək. 



Onuncu maddə 

Brest-Litovskda  Osmanlı  Dövləti  və  müttəfiqləri  ilə  Rusiya  arasında 

bağlanan  müĢtərək  sülh  müqaviləsinin  hökmlərindən,  bu  müqaviləyə  zidd 

olmayanlar, hər iki tərəf üçün qüvvədə olacaq. 



On birinci maddə 

Bu  müqavilə  təsdiq  olunacaq  və  təsdiqnamələri  bir  ay  içində,  yaxud 

mümkün  olan  ən  qısa  müddətdə  Dərsəadətdə  qarĢılıqlı  olaraq  tərəflərə  təqdim 

ediləcək. Nümayəndələr, bu müqaviləni imza və möhürləri ilə təsdiq etmiĢdir. 

4 iyun 1334 (1918) 

Məmməd Həsən Hacınski 

       Xəlil 

Məmməd Əmin Rəsulzadə 

       Vəhib 

 

ƏLAVƏ 3  



 

Azərbaycan Cümhuriyyəti ilə müqaviləyə əlavə  



Bismillahirrəhmanirrəhim 

Osmanlı  Hökuməti  ilə  Azərbaycan  Cümhuriyyəti  Hökuməti  müharibədən 

irəli  gələn  və  onları  birbaĢa  maraqlandıran  bəzi  hərbi  məsələləri  həll  etmək 

arzusunda  olduqlarından  bir  müqavilə  bağlamağı  qərara  almıĢdır.  Bunun  üçün 

nümayəndələri olmaq üzrə 

Osmanlı Dövləti 




372 

 

Ədliyyə naziri və Dövlət ġurası rəisi Xəlil bəy əfəndi həzrətləri ilə 



Qafqaz  cəbhəsi  Osmanlı  orduları  komandanı  General  Vəhib  paĢa 

həzrətlərini 

Və 

Azərbaycan  Cümhuriyyəti  hökuməti  Xariciyyə  naziri  Məmməd  Həsən 



Hacınski həzrətləri ilə 

Milli Məclis rəisi Rəsulzadə Məmməd Əmin bəy əfəndi həzrətlərini təyin 

etmiĢlər və adları çəkilən Ģəxslər üsula uyğun olaraq tərtib edilən rüsxətnamələrini 

qarĢılıqlı olaraq təqdim etdikdən sonra, aĢağıdakı maddələri qərarlaĢdırmıĢlar: 



Birinci maddə 

Azərbaycan Cümhuriyyəti hökuməti, Osmanlı Dövləti və ya müttəfiqləri ilə 

müharibə Ģəraitində olan dövlətlərin və ya onlarla ittifaq halındakı dövlətlərin zabit 

və  mülki  məmurlarını  sərhədlərindən  uzaqlaĢdırmağı  və  müharibə  davam  etdiyi 

müddətcə bu kimi Ģəxsləri ordu və hökumət xidmətinə qəbul etməməyi vəd edir. 

İkinci maddə 

Azərbaycan  Cümhuriyyəti  hökuməti,  müĢtərək  sərhədi  üzərində  Osmanlı 

ordusunun  hər  cürə  hərbi  daĢıma  (birliklər,  əlavə  qüvvələr,  əĢya  və  savaĢ  alətləri, 

cəbbəxana və sairə) həyata keçirməsinə izin verəcək. 



Üçüncü maddə 

1.

 



Osmanlı ordusu tərəfindən təyin  olunacaq  bir  komissiya,  Azərbaycan 

Cümhuriyyəti  hökumətinin  təyin  edəcəyi  komissiya  ilə  müĢtərək  olaraq, 

Azərbaycan  sərhədinin  maksimum  imkanlarına  görə,  yuxarıda  zikr  edilən  hərbi 

daĢımanın  əsaslarını  və  təfərrüatını  müəyyənləĢdirəcək.  Bu  daĢıma,  Osmanlı  

komissiyası  rəisinin,  Osmanlı  Ordu  komandanlığından  alacağı  əmrlərə  görə 

verəcəyi  təlimatlar  istiqamətində,  Azərbaycan  dəmiryolu  idarəsinin  məmurları  və 

texniki imkanları vasitəsiylə icra olunacaq. 

2.

 



Ġki  tərəfin  dəmiryolu  komissiyalarının  müĢtərək  təyin  edəcəkləri 

mühüm  stansiyalarda,  daĢınan  Osmanlı  birliklərinin  iaĢə  və  istirahətinin  təmin 

edilməsi  və  daĢıma  haqqında  tərtib  edilən  səfər  cədvəli  və  təlimatının  Osmanlı 

ordusu mənsublarına çatdırılmasından məsuliyyət daĢıyan Osmanlı zabitinə, lazım 

gələn  qədər  məmur  və  köməkçilər  veriləcək.  Bu  zabit,  stansiya  məmurlarının 

iĢlərinə müdaxilə etməyəcək. DaĢınan Osmanlı birliklərinin iaĢəsi üçün, adı çəkilən 

zabitin lazımi yerlərdə görəcəyi iĢlərə Azərbaycan hökuməti yardım edəcək. 

3.

 



Adı çəkilən komissiyalar, bu müqavilənin imzalandığı tarixdən ən gec 

bir  həftə  sonra,  hələlik  Gəncədə  çalıĢmağa  baĢlayacaqlar.  Azərbaycan  dəmiryolu 

idarəsi bu vaxta qədər dəmiryolu komissiyalarına lazım olan məlumatları, xüsusilə 

sərhəddəki  mütəhərrik  avadanlıqların  miqdarı  ilə  sərhəddəki  vəziyyət  haqqında 

lazım gələn məlumatları toplamıĢ və bildirmiĢ olacaq. 



373 

 

4. 



Azərbaycan  Cümhuriyyəti  hökuməti,  həm  dəmiryolu  xəttini,  həm  də 

dəmiryolunun  sabit  və  mütəhərrik  avadanlıqlarını  hər  zaman  saz  vəziyyətdə 

saxlamağı və bunları hər cür xətərdən qorumağı, ortaya çıxan problemləri mümkün 

olduğu qədər tez aradan qaldırmağı vəd edir. 

5. 

Azərbaycan Cümhuriyyəti hökuməti, öz istəyi xilafında hər hansı bir 



qəsdin itki və dağıntıya yol açmamağı üçün, Osmanlının daĢımanı həyata keçirdiyi 

nöqtələri hərbi birliklərlə mühafizə edəcəkdir. Bu mühafizə sərhədin hər hansı bir 

yerində, hər hansı bir səbəblə Azərbaycan hökuməti üçün mümkün olmaqda, bu iĢi 

Osmanlı ordusu öz üzərinə götürəcəkdir. 

6. 

Osmanlı  ordusu,  hərbi  daĢımaların  miqyası  ölçüsündə,  Azərbaycan 



sərhədləri  daxilində  bu  hökumətin  hər  cürə  daĢımalarına  xələl  gətirməməyə 

çalıĢacaqdır. 



Dördüncü maddə 

Osmanlı  Dövlətinin  tələbi  üzərinə,  Azərbaycan  Cümhuriyyəti  hökuməti, 

Bakı  limanındakı  müəssisələrlə,  Xəzər  dənizində  özünə  aid  olan  gəmi  və  sair 

vasitələri,  hərbi  məqsədlər  üçün  iĢlədilmək  üzrə  Osmanlı  hökumətinin  əmrinə 

verməyi vəd edir. 

Beşinci maddə 

Osmanlı  hökuməti  ikinci  və  üçüncü  maddələrdən  irəli  gələn  haqlarından, 

müttəfiq dövlətlərin ordularının da istifadə etməsinə icazə verə bilər. 

Altıncı maddə 

Osmanlı  hökuməti,  Azərbaycan  Cümhuriyyəti  daxilindəki  yollardan  hərbi 

məqsədlər

 

üçün yararlana bilər. 



Yeddinci maddə 

Bu  müqavilə  təsdiq  olunacaq  və  təsdiqnamələri  bir  ay  içində,  yaxud 

mümkün  olan  ən  qısa  müddətdə  Dərsəadətdə  qarĢılıqlı  olaraq  tərəflərə  təqdim 

ediləcək. Nümayəndələr bu  müqaviləni imza  və  möhürləri ilə təsdiq etmiĢdir. Ġki 

nüsxə olaraq Batumda tərtib edilmiĢdir. 

4 Ġyun 1334 (1918) 



Məmməd Həsən Hacınski 

            Xəlil 

Məmməd Əmin Rəsulzadə 

           Vəhib 

 

ƏLAVƏ 4 

 

Azərbaycanın Türkiyədən hərbi yardım istəməsi 



A) Batum Konfransına göndərilən Azərbaycan nümayəndələrindən Osmanlı 

nümayəndə heyətinin rəisi Xəlil bəy əfəndi həzrətlərinə 1334 /N-12 

Hökumətimdən  aldığım  açıq  əmrlərlə,  aĢağıdakı  xahiĢimin  ən  qısa 

müddətdə Osmanlı hökumətinə çatdırılmasını rica edirəm. 




Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   167   168   169   170   171   172   173   174   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə