Dr. Mustafa GÖRÜryilmaz



Yüklə 3,77 Mb.
Pdf görüntüsü
səhifə172/175
tarix15.03.2018
ölçüsü3,77 Mb.
#31547
1   ...   167   168   169   170   171   172   173   174   175

366 

 

-



 

Təhsin Ünal, Türk siyasi tarixi, Ankara, 1978. 

-

 

Təyyar  Bilən,  Qafqaz  hərəkatı  və  Bakının  qurtarılması,  "Azərbaycan 



dərgisi, 1990. 

-

 



Timurbek  DövlətĢin,  Sovet  Tatarıstanı,  (tərc.  Mehmet  Əmircan),  Kültür 

Bakanlığı nəĢriyyatı, Ankara, 1981. 

-

 

Türk  Ġstiqlal  hərbi,  I  c,  Mudros  mütarikəsi  və  tətbiqatı,  Genelkurmay 



mətbəəsi, Ankara, 1962. 

-

 



V.  E.  D.  Allan,  P.  Muradov,  Türk-Qafqaz  sərhədindəki  müharibələrin 

tarixi (1828-1921), Genelkurmay mətbəəsi, Ankara, 1966. 

-

 

Yılmaz Öztuna, Ġslam Dövlətləri, I c., Ankara, 1989. 



-

 

Yusif  Halacoğlu,  Osmanlı  Dövləti  nədən  təhcir  tətbiq  etdi?  Təhcir 



haqqında həqiqətlər və Osmanlının son dövründə ermənilər, Ankara, 2002. 

-

 



Yusif  Hikmət  Bayur,  Türk  inqilabı  tarixi,  III  c.,  III  qisim,  Türk  Tarix 

Qurumu nəĢriyyatı, Ankara, 1991. 

-

 

Yusif  Hikmət  Bayur,  Türk  inqilabı  tarixi,  III  c,  IV  qisim,  Türk  Tarix 



Qurumu nəĢriyyatı, Ankara, 1991. 

-

 



Yusif  Hikmət  Bayur,  Türkiyə  Dövlətinin  xarici  siyasəti,  Türk  Tarix 

Qurumu nəĢriyyatı, Ankara, 1973. 

-

 

YüzbaĢı Səlahəddinin romanı, (nəĢrə haz. Ġlxan Səlcuq), Ġstanbul, 1984. 



-

 

Ziya  Göyalp,  Türkçülüyün  əsasları,  (nəĢrə  haz.  Mehmet  Qaplan).  Kültür 



Bakanlığı nəĢriyyatı, Ankara, 1976. 

 

ƏLAVƏLƏR 

 

ƏLAVƏ 1 

Xalq Komissarları Sovetinin sədri Lenin və Millətlər Komissarı Stalinin 

Rusiya və ġərqin əməkçi müsəlmanlarına müraciəti 

(3 dekabr 1917) 

YoldaĢlar, qardaĢlar! 

Rusiyada  böyük  hadisələr  cərəyan  etməkdədir.  BaĢqalarının  ölkələrini 

bölüĢdürmək üçün baĢladılan qanlı müharibə sona yaxınlaĢmaqdadır. Bütün dünya 

millətlərini  boyunduruq  altına  almıĢ  olan  bütün  yırtıcıların  hakimiyyət  və 

səltənətləri  yıxılmaqdadır.  Köhnə  məhkumiyyət  və  zülm  idarələri  rus  inqilabının 

zərbələri altında çatlamıĢdır. Cəbr və təhəkküm dünyası son günlərini yaĢayır. Yeni 

bir dünya - əməkçilərin və azadlıq istəyənlərin dünyası doğulur. Bu inqilabın lideri 

Rusiyanın fəhlə və kəndli hökuməti - Xalq Komissarları Sovetidir. 

Fəhlə, kəndli və əsgərlərin təmsilçiləri olan inqilab sovetləri bütün Rusiyaya 

yayılmıĢdır. Ölkədə hakimiyyət xalqın əlindədir. Rusiyanın əməkçi xalqının bir tək 




367 

 

arzusu vardır: Ģərəfli bir sülhə imza atmaq və bütün dünyadakı məhkum millətlərin 



müstəqilliklərini əldə etmələrinə kömək göstərmək. 

Rusiya bu müqəddəs iĢdə yalnız deyildir. Rus inqilabından qopan qurtuluĢ 

dəvəti qərbin və Ģərqin bütün əməkçiləri tərəfindən dəstəklənməkdədir. Avropanın 

savaĢdan yorulan xalqı, sülh üçün əlini uzatmaqdadır. Qərbin fəhlələri və əsgərləri, 

sosializm bayrağı altında imperializmin qalalarına hücuma keçir. Uzaq Hindistan - 

əsrlərdən bəri Avropalı yırtıcılar tərəfindən əzilməkdə olan Hindistan öz imkanları 

ilə  sovetlər  təĢkil  etmək  və  mənfur  köləlik  zəncirlərini  qırmaq  surəti  ilə  üsyan 

bayrağını  qaldırmıĢdır  və  Ģərqin  əzilmiĢ  millətlərini  qurtuluĢ  savaĢına  dəvət 

etməkdədir. 

Kapitalizmin  köləlik  və  talan  səltənəti  yıxılır.  Alçaq  imperialistlərinin 

ayaqlarının altındakı bünövrələr çökür. 

Bu  böyük  hadisələr  qarĢısında  biz,  Rusiyanın  və  Ģərqin  məhkum 

zəhmətkeĢlərinə səslənirik. 

Rusiya müsəlmanları, Volqa boylarının, Krımın tatarları, Sibir və Türküstan 

qırğızları,  Zaqafqaziya  türk  və  tatarları,  Qafqaz  çeçenləri  və  dağlılar,  zalım  rus 

çarları tərəfindən məscidləri, minbərləri dağıdılan, dinləri və adətləri tapdalananlar 

- biz sizə müraciət edirik. 

Bundan belə  sizin əqidə  və  adətləriniz,  milli  və  mədəni qurumlarınız  azad 

və  hər  cürə  təcavüzdən  uzaq  olacaqdır.  Yəni  milli  həyatınızı  azad  bir  surətdə  və 

bildiyiniz kimi qurun. Sizin buna haqqınız var. Bilin ki, sizin də, Rusiyada yaĢayan 

digər millətlərin də haqları inqilabın gücü və onun təmsilçisi olan fəhlə, kəndli və 

əsgər deputatları sovetləri tərəfindən qorunmaqdadır. 

Ġnqilaba və onun hökumətinə yardım edin. 

Ey  Ģərq  Müsəlmanları,  farslar,  türklər,  ərəblər,  hindlilər,  əsrlərdən  bəri 

həyatları, malları, azadlıqları və vətənləri Avropalı alçaq tacirlərin malına çevrilən 

və  müharibəyə baĢlayan qəsbkarlar tərəfindən ölkələri bölüĢdürülmək istənən  hər 

kəs: 

Ġstanbulu  ələ  keçirmək  üçün  taxtdan  salınan  çar  tərəfindən  bağlanan  və 



Kerenski  tərəfindən  təsdiq  edilən  gizli  müqavilələrin  bundan  sonra  hökmsüz 

olduğunu  elan  edirik.  Rusiya  Respublikası  və  onun  hökuməti  olan  Xalq 

Komissarları  Soveti,  xarici  ölkələrin  iĢğalına  qarĢıdır.  Ġstanbul  Müsəlmanların 

əlində qalmalıdır. 

Ġranın  bölüĢdürülməsi  haqqındakı  müqavilə  də  cırılıb  atılmıĢdır.  Hərbi 

hərəkat qurtaran kimi əsgərlər Ġrandan çıxarılacaq və Ġran xalqına öz müqəddəratını 

təyin etmə haqqı veriləcəkdir. 

Türkiyənin bölüĢdürülməsi və ondan Ermənistanın  qoparılması haqqındakı 

müqavilənin  də  cırılıb  atıldığını  elan  edirik.  Hərbi  hərəkat  qurtaran  kimi, 

ermənilərə öz siyasi gələcəklərini sərbəst təyin etmək haqqı veriləcəkdir. 




368 

 

Rusiyadan  və  onun  inqilab  hökumətindən  sizə  qorxu  və  pislik  gəlməz; 



qorxu  və  pislik  vətəninizi  talan  edərək  müstəmləkə  halına  gətirən  alçaq  Avropa 

imperialistlərindən gəlir. 

Məmləkətinizə köləlik gətirən bu qəsbkarları dəf edin. Müharibələrin köhnə 

dünyanın təməllərini sarsıtdığı, imperialistlərə qarĢı bütün dünyada alovlanan nifrət 

atəĢinin hər qığılcımının inqilabın gücü ilə bir alov halına gəldiyi, xaricilərin əsarət 

boyunduruğu  altında  əzilib  inləməkdə  olan  Hindistanlı  müsəlmanların  öz  zalım 

müstəbidlərinə  qarĢı  ayaqlandıqları  bir  vaxtda  susmaq  olmaz.  Vaxt  itirməyin  və 

məmləkətlərinizi əsrlər boyu qəsb etmiĢ olanları boynunuzdan atın. Öz ocağınızın 

talan  edilməsinə  imkan  verməyin.  Öz  ölkənizə  özünüz  sahib  olun.  Həyat  və 

məiĢətinizi öz  arzu  və  ehtiyaclarınıza  görə  qurun. Sizin buna haqqınız  var, çünki 

müqəddəratınız öz əlinizdədir. 

YoldaĢlar, qardaĢlar! 

Ədalətli və demokratik bir sülhə doğru sərt və qərarlı addımlarla yürüyək. 

Biz, bayrağımızla bütün dünyanın məzlum xalqlarına azadlıq aparırıq! 

Rusiya müsəlmanları! 

ġərq müsəlmanları! 

Yeni  dünyaya  aparan  bu  yolda  sizdən  bizi  baĢa  düĢməyinizi  və  yardım 

gözləyirik. 

Xalq Komissarları Sovetinin sədri Ulyanov (Lenin)  

Millətlər Komissarı CuqaĢvili (Stalin) 

 

ƏLAVƏ 2 

 

Azərbaycan ilə Osmanlı Dövləti arasındakı müqavilə 

(Xarici ĠĢlər Nazirliyi arxivi, 560 nömrəli qutu) 

Bismillahirrəhmanirrəhim 

Osmanlı  Səltənəti  Hökuməti  ilə  Azərbaycan  Cümhuriyyəti  Hökuməti 

arasında bağlanan yoldaĢlıq müqaviləsi 

Bir  tərəfdə  Osmanlı  hökuməti,  digər  tərəfdə  axır  zamanda  istiqlalını  elan 

edən Azərbaycan Cümhuriyyəti hökuməti siyasi, hüquqi, iqtisadi və fikri sahələrdə 

məmləkətləri arasındakı münasibətləri dostluq və qonĢuluq zəminində təsis etmək 

xüsusunda ittifaq elədiklərindən, nümayəndələri olmaq üzrə: 

Osmanlı Dövləti 

Ədliyyə naziri və Dövlət ġurası rəisi Xəlil bəy əfəndi həzrətləri ilə 

Qafqaz  cəbhəsi  Osmanlı  orduları  komandanı  General  Vəhib  paĢa 

həzrətlərini 

Və 


Azərbaycan Cümhuriyyəti hökuməti 


Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   167   168   169   170   171   172   173   174   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə