Dr. Mustafa GÖRÜryilmaz



Yüklə 3,77 Mb.
Pdf görüntüsü
səhifə168/175
tarix15.03.2018
ölçüsü3,77 Mb.
#31547
1   ...   164   165   166   167   168   169   170   171   ...   175

357 

 

idi.  Dövrün tələbinə  görə  son dərəcə  müasir bir respublika Ģəklində  təĢkil olunan 



bu dövlət, dövlətlərarası arenada da tanınmıĢ və qəbul olunmuĢdu

2



Azərbaycan  dövləti  Sovet  hökuməti  tərəfindən  Qızıl  Ordu  vasitəsilə 

dağıdıldı, ölkə iĢğal edildi və yeni bir sovet rejimi təsis edildi. Rusiyadan gələn bu 

qırmızı  istilaya,  Azərbaycan  bütün  qüvvəsi  ilə  müqavimət  göstərmiĢ,  bu  yolda 

yüzlərlə qurban vermiĢdir. 

Türk  silahlı  qüvvələri  Azərbaycanda  misli  görülməmiĢ  bir  fədakarlıqla 

döyüĢmüĢlər.  Ana  vətənin  hər  yerində  əsgərə  ehtiyac  duyularkən,  əvvəlcə  5-ci 

Qafqaz piyada diviziyasının, ardından isə 15-ci piyada diviziyasının Azərbaycana 

göndərilməsi,  türklüyün  qurtuluĢu  və  oyanıĢı  uğrunda  atılmıĢ  bir  addım  olduğu 

üçün,  bu  hərbi  hərəkatın  hədəfi,  səbəbi  və  nəticələrinin  tənqid  olunması  heç  də 

düzgün  deyildir.  Türk  Qafqaz  Ġslam  Ordusunun  Cənubi  Azərbaycanda  Təbriz 

ətrafında  olan  9-cu  Orduya  Bakı-Lənkəran  üzərindən  keçərək  çatmasına  imkan 

vardı. Buradan Türküstana hərəkət edilə bilərdi. Dağıstandakı hərbi birliklərin əsas 

ordudan  uzaqlaĢmıĢ  olduqları  da  nəzərə  alınmamıĢdır.  Çətin  bir  Ģəraitdə  olan 

Osmanlı  Dövlətinin  bu  fədakarlığı  xüsusilə  qeyd  olunmalıdır.  Bununla  bərabər 

siyasi  və  eyni  millətin  övladlarının  ortaq  mənafeyi  baxımından  yeni  insan 

mənbələri  də  əldə  edilmiĢ  ola  bilərdi.  Eyni  millətin  övladlarının,  birlikdə  axıtdığı 

qan Anadolu və Azərbaycan coğrafi məkanlarında yaĢayan türk övladları arasında 

birlik və bərabərliyi də möhkəmləndirmiĢdi. 

Ġngilislər  əvvəlcə  Çanaqqalada,  ardından  Qutda  və  nəhayət,  Bakıda 

qəhrəman  türk  silahlı  qüvvələri  tərəfindən  ağır  məğlubiyyətə  uğramıĢdı. 

Azərbaycanda  ağır  məğlubiyyətə  uğrayan  General  Deustervil,  Bakıya  getdiyi 

zaman, bölgədəki ingilis qüvvələrinin beĢ min nəfərə çatdırılacağını bildirərək, elə 

ġaumyan  kimi,  erməni  daĢnakları  və  ruslarla  birləĢərək  türklərə  qarĢı  hücuma 

keçəcəklərini  və  onları  Qara  dənizə  tökəcəklərini  elan  etmiĢdi.  Qəhrəman 

Mehmetçiyi  Qara  dənizə  qədər  qovmaq  bir  yana  dursun,  türk  əsgərinin  əzm  və 

iradəsi  qarĢısında,  üstün  vəziyyətinə  baxmayaraq,  Bakını  müdafiə  etməkdə  belə 

aciz qalan bu general, nə üçün gəldiyini unudaraq, əsgərlərini də götürüb gəmilərlə 

Cənubi Azərbaycanın iĢğal altında olan Ənzəli Ģəhəri istiqamətində qaçmıĢdır. 

Ġngilislərin  planları  və  əmrləri əsasında  hərəkət edən rus kazakı polkovnik 

Biçeraxov,  Deustervil  kimi,  Kürdəmir  və  Bakı  yaxınlığında  uğursuzluğa  düçar 

olmuĢdur.  Biçeraxov,  Bakı  və  Dərbəndlə  Mahaçqala  ətrafında  bir  çox  Ģiddətli 

döyüĢlərə  baĢlamıĢ  və  hər  dəfə  də  ağır  itkilər  verərək  geri  çəkilmiĢdir.  Sonuncu 

dəfə  Tarki  dağı  və  Mahaçqalada  qəhrəman  məhmətçik  tərəfindən  mühasirəyə 

alınmıĢ,  ingilis  generalı  kimi,  üstün  qüvvələrə  baxmayaraq,  türklərin  cəsarəti  və 

iradəsi qarĢısında qəti məğlubiyyətə uğramaqdan yaxa qurtara bilməmiĢdir. ġimali 

Qafqaz  Respublikasının  icazəsi  ilə  Mahaçqalanı  tərk  edərək,  Xəzər  dənizindəki 

gəmilərə  minərək  Ģimala-Rusiyaya  çəkilmiĢdir.  Biçeraxov  bu  yolla  özünü  və 



358 

 

əsgərlərini  xilas  etmiĢdir.  Bu  surətlə,  Azərbaycan  kimi  qədim  türk  vətəni  olan 



Dağıstan torpaqları da düĢməndən tamamilə təmizlənmiĢdir. 

Bir  çox  çətinliklərə  sinə  gərərək  və  son  damla  qanını  axıdaraq,  bu  parlaq 

nəticəni əldə edən qəhrəman türk əsgəri, barıĢığın ağır Ģərtləri nəticəsində, özündən 

asılı  olmayaraq  bu  torpaqları  boĢaltmaq  məcburiyyətində  qaldı.  Dağıstanda  və 

Azərbaycanda arxasınca gözü yaĢlı qardaĢlarını, həqiqi türkləri qoyaraq, yenə Qara 

dəniz sahilinə və buradan da evinə döndü. Anadolu türkləri ilə Qafqaz türklərinin, 

Azərbaycanın və Dağıstanın müstəqilliyi və gələcəyi üçün etdikləri çətin və qanlı 

müharibələr,  mübarizələr,  nəsildən-nəslə  yaddaĢlara  ötürüləcək,  unudulmaz  bir 

dastan halında yaĢadılacaqdır. 

 

Gənclərin bığ yerləri təzə tərləyirdi. Qanları qaynayar, içərilərindəki coĢqu 

dünyaya  sığmırdı.  Bir  gün  təbillər  vuruldu  və  on  beĢlilər  çağırıldı.  1315-lilər  də 

getdi.  Bu  dəliqanlılar,  15-lilər  dünyada  tayı-bərabəri  olmayan  bir  yola  çıxdılar. 

Qərar  verdilər,  and  içdilər  və  sözlərindən  bir  daha  dönmədilər!  Ataları,  əmiləri, 

dayıları, hətta anaları ilə birlikdə döyüĢdülər, Ģəhidlik Ģərbəti içdilər, qazi oldular! 

Qəhrəmanlıq  irəli  atılmaqdır,  qəhrəmanlıq  dərd  çəkməkdir,  əsla 

dönməməkdir!  On  beĢlilərin  arxasından  ağılar  deyildi,  nəğmələr  söyləndi.  Ancaq 

onlar dönmədilər, çünki növbə onların idi! Mehmetçik Qafqazda yaĢayan türklərin 

harayını  eĢitdi.  Azərbaycanda  yaĢayan  qardaĢlarının  imdadına  çatdı!  Al  qanını 

torpağın qara bağrına tökdü, sel kimi! Dönmədi! 

 

QƏHRƏMANLIQ 



Qəhrəmanlıq nə yalnız bir yüksəliş deməkdir 

Nə də ulduzlar kimi parlayıb sönməməkdir. 

Ölməzliyi düşünmək boşuna bir əməkdir 

Qəhrəmanlıq şığıyıb, bir daha dönməməkdir. 

 

Sızlasa da könlümüz ölənlərin yasından 



Qoşar addım getməli onların arxasından. 

Qəhrəmanlıq - içərək acı ölüm tasından,  

İrəliyə atılıb və sonra dönməməkdir

3

Məhmət, nəslin ən kiçik oğlan övladı idi. Bığ yeri təzə tərləyirdi... Vətənin 

dörd  bir  tərəfini  düĢmən  bürümüĢdü.  Böyük  qardaĢları,  əmiləri,  əmi  oğulları, 

dayıları və  yaĢıdlarıyla  yan-yana, birlikdə  vətənin  müdafiəsinə qalxmıĢdı... Hansı 

cəbhədə  kim qaldı,  neçə  xain pusquda  "vətən sağ olsun" dedi,  sayını unutmuĢdu. 

Neçə  il  döyüĢdü,  artıq  onu  da  xatırlamırdı.  Bir  gün  silahı  yeri  qoymasını  tələb 

etdilər, haydı, evə, dedilər. 

 



Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   164   165   166   167   168   169   170   171   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə