Dr. Mustafa GÖRÜryilmaz



Yüklə 3,77 Mb.
Pdf görüntüsü
səhifə165/175
tarix15.03.2018
ölçüsü3,77 Mb.
#31547
1   ...   161   162   163   164   165   166   167   168   ...   175

351 

 

36.



 

YüzbaĢı  Səlahəddin,  xatirələrində  bu  məsələni  belə  nəql  etməkdədir: 

"Mən gərgin bir surətdə çalıĢmağa baĢlamıĢdım. Bakı-Batumi xətti təxminən 1 000 

km-dir.  Bu  dəmir  yolunun  digər  parçaları  ilə  bərabər  idarə  mərkəzi  Bakıda  idi. 

Amma  xəttin bir bölümü  Azərbaycanda, bir bölümü Gürcüstanda,  bir bölümü isə 

Batumidə  idi.  Batumi  isə  Osmanlı  dövlətinin  sərhədləri  daxilinə  idi.  BolĢevikləri 

meydana  gətirdikləri  anarxiya,  dəmiryolu  xəttini  fəaliyyətdən  məhrum  etmiĢdi. 

Vaqon  və  lokomotiv  yox,  bunları  iĢlədəcək  adam  da  tapılmırdı.  Amma  biz  bu 

məsələni  yoluna  qoya  bilməsək,  əsgərlərimiz  piyada  getmək  məcburiyyətində 

qalacaq  və  daha  faciəvi  bir  vəziyyət  meydana  çıxacaqdı.  Bu  səbəbdən 

nəqliyyatı yoluna qoymağa çalıĢırdıq. 

Bakı-Batumi  dəmir  yolu  xəttinə  paralel  olaraq,  1  m  diametri  olan  bir  neft 

kəməri  çəkilmiĢdi.  Bu  kəmər,  dəniz  səviyyəsindən  yüksəkliyi  400-500  m  olan 

ərazilərdən keçərək Batumiyə qədər gedirdi. Kiçik təzyiq cihazları ilə Bakı nefti bu 

kəmər  vasitəsi  ilə  Qara  dənizə  nəql  edilirdi.  Türk  ordusu  Qafqaza  gəldiyində, 

ordunun  ehtiyacı  olan  hər  Ģey  Batumiyə  gedən  paroxodlarla  nəql  edilmiĢdi. 

Türkiyənin neft ehtiyacı da Bakıdan Batumiyə  uzanan bu kəmərlə, Batumidən də 

paroxodlarla göndərilirdi. 

Ən  son  aldığımız  əmrdə,  Bakının  10.11.1918  günü  boĢaldılmasının  vacib 

olduğu  və  17.11.1918  tarixində  sabah  saat  10.00-da  dəniz  yolu  ilə  gələcək  olan 

ingilis  komandanı  general  Tomsonun  birliklərinin  Ģəhəri  iĢğal  edəcəyi 

bildirilmiĢdi. Bu saata qədər Ģəhərdə türk ordusundan heç kim qalmayacaqdı. Əgər 

qalsa,  müharibə  əsiri  sayılacaqdı.  Axırıncı  türk  birliyindən  sonra  Ordu  Qərargahı 

yola çıxacaq, gecə yarısından sonra saat 3-də mənim qatarım Bakıdan ayrılacaq və 

Ģəhərin  8  km  Ģimalında,  Ģimal  və  cənub  Qafqaz  xətlərinin  birləĢdiyi  nöqtəyə 

gedəcəkdi. YüzbaĢı Səlahəddinin romanı, s. 436. 

37.

 

Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, 



II  c,  s.  641;  General  Tomson,  Bakıya  rus  və  erməni  əsgərlərinin  girməsinə  icazə 

verməyəcəyi barəsində türk heyətinə verdiyi vədi yerinə yetirməmiĢdi. 

38.

 

Mirzəbala Məmmədzadə, Milli Azərbaycan hərəkatı, s. 99. 



39.

 

General Tomsonun bəhs etdiyi hakimiyyət, bolĢeviklərə qarĢı olan bir 



qrup rus və belorusun Ural dağlarındakı Ufa bölgəsinə çəkilərək, qurduqlarını elan 

etdikləri hökumət idi. Bu təĢəbbüs uğursuz olmuĢdur. 

40.

 

Buna  oxĢar  bir  vəziyyət,  ingilislərin  Ġstanbulu  iĢğal  etdiyi  illərdə 



Türkiyədə  də  yaĢanmıĢdır.  Bəzi  ziyalılar,  təəssüf  ki,  Ġngiltərəninmi  yoxsa 

Amerikanınmı  idarəsi  altına  girməyin  daha  yaxĢı  olacağını  müzakirə  etməyə 

baĢlamıĢdılar. 

41.


 

Mirzəbala Məmmədzadə, Milli Azərbaycan hərəkatı, s. 100. 

42.

 

Yenə orada. 




352 

 

43.



 

Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, 

II c, s. 641. 

44.


 

Xəlil  paĢa  Mudros  barıĢığından  sonra  Ġstanbula  qayıtmıĢ  və  Ġngiltərə 

Yüksək  Komissarının  əmri  ilə  həbs  edilmiĢdi.  1919-cu  ilin  avqust  ayında 

"Bəkirağa  Bölüyü  adlanan  həbsxanadan  qaçaraq  Sivasa  getmiĢ  və  Milli 

Mücadiləyə xidmət etməyə baĢlamıĢdı. Xəlil paĢa, 1919-cu ilin oktyabrında SSRĠ 

hökuməti ilə qeyri-rəsmi bir əlaqə yaratmaq məqsədi ilə Qafqaz üstündən Rusiyaya 

göndərildi. Moskvaya ancaq 1920-ci ilin yazında çata bildi. Antanta dövlətlərinin 

hücumu  nəticəsində  Türkiyənin  düĢdüyü  ağır  vəziyyəti  Sovet  hökumətinə  anlatdı 

və  qısa  zamanda  Anadoluda  Sovet  Rusiya  ilə  dostluq  və  əməkdaĢlıq  müqaviləsi 

imzalamağa  hazır  olan  milli  bir  hökumət  qurulacağını  bildirdi.  A.  ġəmsutdinov, 

QurtuluĢ savaĢı illərində Türkiyə-SSRĠ əlaqələri, Cümhuriyyət nəĢriyyatı, Ġstanbul 

2000, s. 8. 

45.

 

Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, 



II c, s. 641. 

46.


 

ġövkət  Sürəyya  Aydəmir,  Suyu  axtaran  adam,  Rəmzi  nəĢriyyatı, 

Ġstanbul, 1979, s. 137. 

47.


 

Süleyman Ġzzət, böyük hərbdə 15-ci piyada tüməninin Azərbaycan və 

ġimali Qafqazdakı hərəkat və döyüĢləri, s. 244. 

48.


 

Yenə orada, s. 249. 

49.

 

Yenə orada, s. 249-250. 



50.

 

"Hər Ģeyi tamamladıq. Ordu komandanının qatarı da hərəkət etdiyində, 



tamamilə ümidsizliyə qapıldım. Tarixi yürüĢ durmuĢ, Turan xülyası basdırılmıĢdı. 

Ələm və iztirab içində  gəldiyim Bakı  stansiya  komandanlığı otağında  oturduğum 

yerdə  yuxuya  getmiĢdim.  Gözlərimi  açdığımda  stansiyanın  qapqaranlıq  olduğunu 

gördüm.  Mənim  qatarım  da  getmiĢdi.  Bir  az  sonra  günəĢ  doğacaq,  mən  ya 

ingilislərə  əsir  düĢəcək,  ya  da  ermənilərin  əlində  parçalanacaqdım.  Kədərdən 

boğulurdum.  Stansiya  müdiri  ilə  dava  edərək  bir  lokomotiv  aldım  və  qatarımın 

olduğu stansiyaya çatdım. YüzbaĢı Səlahəddinin romanı, s. 436. 

51.


 

Süleyman Ġzzət, böyük hərbdə 15-ci piyada tüməninin Azərbaycan və 

ġimali Qafqazdakı hərəkat və döyüĢləri, s. 252. 

52.


 

Süleyman Ġzzət, böyük hərbdə 15-ci piyada tüməninin Azərbaycan və 

ġimali  Qafqazdakı  hərəkat  və  döyüĢləri,  s.  254-255.  YüzbaĢı  Səlahəddin  də  türk 

əsgərlərinin  Qafqazdan  çəkilərkən  yaĢadığı  acı  xatirələri  belə  nəql  etməkdədir: 

"Azərbaycanın  əhalisi  beĢ  milyon  idi.  Bunun  dörd  milyon  yarımı  türklər,  yarım 

milyonu ruslar və ermənilər idi. Ruslar və ermənilər türk ordusunun Azərbaycana 

gələrək  orada  bir  dövlət  qurmasını  istəmirdilər.  Amma  orada  olduğum  qısa 

müddətdə anladım ki, 4,5 milyon türkdən çox azı bizi istəyirdi. Bizi istəyənlər milli 

duyğuları  oyanmıĢ  adamlardı.  Uzaq  baĢı,  bizimlə  rus  idarəsi  arasında  bir  fərq 



Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   161   162   163   164   165   166   167   168   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə