Dr. Mustafa GÖRÜryilmaz



Yüklə 3,77 Mb.
Pdf görüntüsü
səhifə163/175
tarix15.03.2018
ölçüsü3,77 Mb.
#31547
1   ...   159   160   161   162   163   164   165   166   ...   175

347 

 

bunu Mürsəl paĢaya baĢa salmaq mümkün olmadı. PaĢa, necə olursa olsun, bunun 



Batuma, oradan da Türkiyəyə göndərilməsini istəyirdi. 

Vəziyyəti ona izah etməyə çalıĢdım. Əgər biz bu sursatı Batuma göndərsək, 

ingilislər müsadirə edərək ermənilərə verəcəkdilər. Mürsəl paĢa, sursatın Gürcülərə 

qalmasını  istəmirdi.  Mütləq  Türkiyəyə  çatdırılmasını  istəyirdi,  bu  isə  mümkün 

deyildi. 

Mürsəl paĢa gürcü Hərbiyə Naziri ilə əlaqə yaradaraq sursat dolu qatarların 

Batuma  gətirilməsinə  zəmanət  aldı.  Səhər  yuxudan  duranda  qatarlar  yola 

çıxmamıĢdı. Mürsəl paĢa o gün Batuma hərəkət etdi və gedərkən də mənə bir əmr 

verərək, qatarların yola salınması üçün mümkün olan hər Ģeyi etməyimi tələb etdi. 

Ertəsi gün gürcü əsgərləri qatarları mühasirəyə aldı və sursatı oğurlamağa, 

almağa  cəhd  etdilər.  Mən  də  bunun  mümkün  olmadığını  dedim.  Çətin  vəziyyətə 

düĢmüĢdük.  Çünki  silah  və  sursatını  qoruya  bilməyən  əsgər  vəziyyətinə 

düĢəcəkdik.  Əvvəlcə  stansiya  rəisi  məni  inandırmağa  çalıĢdı.  Bu  alınmadıqda, 

Hərbiyə  Nazirin  MüĢaviri  olan  yaĢlı  bir  kiĢi  yanıma  gəldi.  O  da  məni  dilə  tuta 

bilmədi. Lakin "Sursatı Batuma aparsanız, onu ermənilərə verəcəklər və yenə sizə 

qarĢı çevirəcəklər" dedi. Bu söz məni tutdu. Sonra belə bir ortaq fikrə gəldik: 

- Siz bu qatarları gün batanda Batum istiqamətində yola salın. Gecə düĢəndə 

qaranlıq  bir  stansiyaya  çəkib  silahları  alarsınız.  Mən  Batumda  bu  vəziyyəti 

hökumətə bildirərəm. Onlar sizi protest edərlər. Qatarı mühafizə edən əsgərlərin də 

sizə müqavimət göstərməmələri üçün əmr verərəm. 

MüĢavir  çox  razı  qaldı.  QərarlaĢdırdığımız  kimi  hərəkət  etdilər.  Beləliklə 

də, sursatımız ingilislər vasitəsilə ermənilərin əlinə keçmədi. 

Ertəsi  gün  Kutaisi  stansiyasına  çatmıĢdım.  Oradakı  qatarları  da  Batuma 

göndərdikdən sonra biz də yola çıxdıq

59



Ġngilislər  barıĢıq  Ģərtlərinə  məhəl  qoymadan  və  imzaladıqları  sənədləri 



yaddan  çıxararaq,  Batumda  özbaĢınalıq  edirdilər.  Ancaq  mehmetçik  səsini  çıxara 

bilmirdi, çünki qalib gəldiyi halda məğlub sayılırdı. Batumda gəmi olmadığı üçün 

15-ci  piyada  diviziyasının  38-ci  və  56-cı  alayları  25  gün  idi  ki  məyus  halda 

gözləyirdi. Ən nəhayət komandirlər bir az da gözləməyin mehmetçiyə böyük zərər 

vuracağı nəticəsinə gəldilər və 28 dekabrda Batumdan çıxaraq, vətənə nəqliyyatsız 

getməyi  qərarlaĢdırdılar.  Ġngilislər  Batumu  keçərkən  türk  əsgərinin  üst-baĢını 

axtarmağa  baĢladılar.  Çox  olduğu  hesab  edilən  bəzi  heyvan  və  əĢyaları 

götürürdülər.  Buna  görə  38-ci  və  56-cı  alayların  komandir  və  əsgər  heyəti 

Ġngilislərə  hücum etmək üçün müharibə  vəziyyətinə  keçdilər. Vəziyyətin  bu Ģəkil 

aldığını  görən  Ġngilislər,  Batumdakı  komandirləri  ilə  telefon  əlaqəsi  yaradaraq 

danıĢdıqdan  sonra,  hər  hansı  silahlı  münaqiĢəyə  yol  açmadılar  və  ara  sakitləĢdi. 

Beləliklə,  15-ci  piyada  diviziyası,  Batumdan  çıxaraq  Türkiyə  torpaqlarında 

Trabzon  istiqamətində  hərəkət  etməyə  baĢladı.  1919-cu  il  yanvar  ayının  sonuna 



348 

 

doğru xidmət edəcəkləri bölgə olan Samsun, ÇərĢəmbə, Bafra və Hövzə dairəsində 



toplana bildi

60



5-ci  Qafqaz  piyada  diviziyasının  ilk  bölməsi  isə  18  yanvar  1919-cu  il 

tarixində Batumdan quru yolu ilə vətənə istiqamət götürdü. Bununla da 19 yanvar 

1919-cu  il  tarixində  Batum,  türk  əsgərləri  tərəfindən  tamamilə  boĢaldılmıĢ  oldu. 

Hərbi birliklərin Qara dəniz sahili boyunca və yanvar ayının Ģaxtasında yeriyərək 

keçməsi, heyət arasında böyük sıxıntılara səbəb olmuĢdu. Batum-Trabzon arasında 

ərzaq çatıĢmazlığı vardı. Batumda qalan təxminən 800 yaralı və xəstə ilə bəzi əĢya 

isə ancaq 1919-cu ilin fevral ayında Türkiyəyə göndərilə bildi.

61

 



ġER 

Sənin baş ucunda daş  

Bizim gözümüzdə yaş  

Sən borcunu ödədin  

Sıra bizdə, arkadaş... 

1.

 



Ġttihad  və  Tərəqqi  Partiyası  BaĢ  Katibi  Əli  Fəthi  Okyar,  Almaniyanın 

müharibəni uduzmaq üzrə olduğunu, xatirələrində belə nəql edir: "1 oktyabr 1918 

çərĢənbə  axĢamı  günü,  çox  erkən  saatlarda,  Tələt  paĢanın  "təcili  dəvətini  alaraq 

evinə getdim. Əlindəki teleqramı mənə verdi. Vyana səfirimiz, Almaniyanın silahı 

yerə  qoymaq  üzrə  olduğunu  bildirirdi.  Almaniya  bu  qərarı  çox  əvvəl  almıĢdı. 

Ancaq  bunu  məharətlə  gizlətmiĢdilər.  Burada  əsl  məsələ,  Osmanlı  dövlətindən, 

uzun  zamandan  bəri  planlaĢdırdıqları  payları  almaq  idi.  Okyar,  Öz  dövrdə  bir 

adam, s. 236. 

2.

 

Türk Ġstiqlal hərbi, s. 24-28. 



3.

 



Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, II 

c,  s.  622;  1.10.1344  tarixli  teleqram  üçün  bax:  Aydəmir,  Makedoniyadan  Orta 

Asiyaya Ənvər paĢa, s. 440. 

4.

 



Okyar, Öz dövrdə bir adam, s. 238-239. 

5.

 



Türk Ġstiqlal hərbi, s. 28. 

6.

 



Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, II 

c, s. 622-623. 

7.

 

Sultan  Məhməd  Vəhdəddin,  heyət  rəisi  olaraq  Damad  Fərid  paĢanın 



göndərilməsini istəmiĢdi. Sədrəzəm Əhməd Ġzzət paĢa, Sultana, "Bu adam dəlidir, 

belə bir iĢi bacara bilməz deyərək etiraz etdi. Sultan israr etdi və məsələ Nazirlər 

Kabinetinə  nəql  edildi.  Fərid  paĢanın  görüĢmələrdə  iĢtirakı  qadağan  edildi. 

Vəhdəddin, görüĢmə  heyətinə bu təlimatın verilməsini Sədrəzəmdən rica etmiĢdi: 

"a)  Xilafət,  səltənət  və  xanədan  haqlarının  tam  mənasıyla  qorunmasını;  b)  Bəzi 

əyalətlərə  veriləcək  muxtariyyətin  ancaq  idari  olub,  siyasi  bir  xüsusiyyət 

daĢımamasını,  siyasi  muxtariyyətin  Ġslam  aləminə  xəyanət  sayılacağını  bildirin 

demiĢdi. Həqiqətən də Damad Fərid paĢa, sözün tam mənasında dəli kimi bir adam 




Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   159   160   161   162   163   164   165   166   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə