Dr. Mustafa GÖRÜryilmaz



Yüklə 3,77 Mb.
Pdf görüntüsü
səhifə159/175
tarix15.03.2018
ölçüsü3,77 Mb.
#31547
1   ...   155   156   157   158   159   160   161   162   ...   175

339 

 

Ģərtlərdə  Qars,  Ərdahan  və  Batumun  da  boĢaldılması  lazım  gəlirdi.  Eləcə  də, 



ġimali  Qafqazda  və  Azərbaycanda  da  heç  bir  türk  əsgəri  qalmayacaqdı.  Osmanlı 

BaĢ Naziri Əhməd Ġzzət paĢanın, Mudros saziĢi imzalanmadan, Qafqaz və Cənubi 

Azərbaycandakı türk hərbi birliklərinin çəkilməsi üçün hazırlıqlara baĢlamıĢ olması 

da bir nəticə verməmiĢdi. 

Dağıstanda  olan  15-ci  piyada  diviziyasının  bölgəni  boĢaltması  üçün 

hazırlıqlar  davam  edirdi.  Bunun  üçün  də  Manas  körpüsünün  uçan  dirəklərinin 

yenidən  düzəldilərək,  qatarların  keçməsi  üçün  yararlı  vəziyyətə  gətirilməsi  lazım 

idi. Bu iĢlər davam edərkən, Süleyman Ġzzət bəy paytaxt Temirxan ġura Ģəhərinə 

gedərək  Yusif  Ġzzət  paĢa  və  ġimali  Qafqaz  Respublikası  baĢçıları  ilə  görüĢdü. 

Süleyman Ġzzət bəy xəstəxanada yaralıları ziyarət etdi. Xəstəxana Ģəraitinin çox pis 

olduğunu,  yaralılara  yaxĢı  baxılmadığını,  qapısında  növbətçi  belə  olmadığını,  acı 

bir  Ģəkildə  qeyd  etdi.  Süleyman  Ġzzət  bəy  silah  yoldaĢları  olan  qəhrəman 

Mehmetçiyə "heç bir yaralı əsgərin burada qalmayacağını və hamısını məmləkətə 

aparacağını" söylədi

32



3. Bakının ingilislər tərəfindən iĢğal edilməsi 



Ənzəlidəki  ingilis  komandanı  General  Tomson,  12  noyabr  1918-ci  ildə 

Bakıya bir heyət göndərərək, Ģəhərin 17 noyabr 1918-ci il tarixində saat 10.00-da 

iĢğal ediləcəyini, bu səbəbdən Bakının boĢaldılmasını, Türk Qafqaz Ġslam Ordusu 

Komandanı  Nuru  paĢadan  rəsmən  tələb  etdi.  Ġngilis  heyəti  Mudros  saziĢi 

imzalandıqdan  sonra  davam  edən  Mahaçqala  hücumu  və  bölgənin  ələ 

keçirilməsinin, barıĢıq Ģərtlərinə zidd olduğunu nəzərə çatdıraraq, 17 noyabr 1918-

ci  il  tarixində  saat  10.00-dan  sonra  Bakıda  və  bölgədə  qalan  türk  əsgərlərini  əsir 

götürəcəyini bildirdi

33



Nuru  paĢa  ingilislərə  verdiyi  cavabda,  Bakının  iĢğal  edilməsi  məsələsini 



Azərbaycan  hökuməti  ilə  müzakirə  etmək  lazım  olduğunu  söylədisə  də,  General 

Tomson  belə  bir  hökuməti  tanımadıqlarını  bildirdi.  Bundan  sonra  Bakıdan  bir 

heyət, Ənzəliyə getdi. Ġngilis generalı Tomson türk heyətinə verdiyi cavabda belə 

demiĢdi: 

"Bizim  bildiyimizə  görə  Azərbaycan  xalqının  səsverməsi  ilə  qurulmuĢ  bir 

respublika ortada yoxdur. Türk komandanlığının intriqaları ilə təĢəkkül tapmıĢ bir 

hökumət vardır. Madam ki siz bunun əksini iddia edirsiniz, gəlib vəziyyəti yerində 

araĢdırar və ona uyğun qərar verərik"

34



General  Tomson,  Bakıya  rus  və  erməni  əsgəri  gətirməyəcəyi  barədə  türk 



heyətinə söz də vermiĢdi. 

Nuru  paĢa,  bu  danıĢıqlarda  17  noyabra  qədər  Dağıstandakı  qüvvələrin 

daĢınmasının qeyri-mümkün olduğunu bildirərək, verilən vaxtın 26 noyabra qədər 

uzadılmasını  istədi.  General  Tomson  köçmə  iĢlərinin  verilən  vaxt  ərzində  həyata 




340 

 

keçirilməsində  israr  etsə  də,  sonradan  Biləcəri  stansiyasından  əsgər  daĢıyan 



qatarların keçiĢinə icazə verilə biləcəyini qeyd etdi. 

Ġngilislərin  Qafqazın  boĢaldılmasını  istədikləri  tarixdə  Türk  ordusunun 

əhatə dairəsi belə idi: 5-ci Qafqaz piyada diviziyası tabeliyindəki birliklərdən 9-cu 

Qafqaz  alayı  Qarabağ  bölgəsində,  10-cu  Qafqaz  alayı  Hacıqabulda,  13  və  196-cı 

Qafqaz  alayları  isə  Bakı  ətrafında  idi.  Azərbaycandakı  türk  hərbi  birlikləri  və 

qərargahları yavaĢ-yavaĢ Xırdalanda toplaĢmağa baĢlamıĢdı. Qafqaz Ġslam Ordusu 

Komandanı Nuru paĢa, vəzifəsindən istefa verərək, Azərbaycan ordusunda xidmət 

etməyi  qəbul  etdi.  Qafqaz  Ġslam  Ordusu  ləğv  edildiyi  üçün  Nuru  paĢa  əmr  və 

komandanı  5-ci

 

Qafqaz  piyada  diviziyası  komandanı  Mürsəl  paĢaya  həvalə  etdi. 



Beləliklə,  Mürsəl  paĢa  Azərbaycandakı  Osmanlı  hərbi  qüvvələrinin  komandanı 

oldu


35

Ġngilis  komandir  General  Tomson  17  noyabr  1918-ci  il  tarixində  səhər 



saatlarında  çar  Rusiyası  bayraqları  altında  üzən  gəmilərlə  Bakı  limanına  gəldi

36



Bərabərində  təxminən  1.200  ingilis  əsgəri  ilə  Dağıstanın  Ģimalına  çəkilən 

Biçeraxovun tabeliyindəki çar ordusundan bir alay qədər rus kazakı və bir neçə yüz 

erməni  əsgəri  var  idi

37

.  Eyni  gündə,  Bakı  səmalarında  uçan  rus  təyyarələri  xalqa 



vərəqələr  ataraq  "Bakının  ana  vətənə  yenidən  qovuĢması  münasibəti  ilə  Rusiya 

vətəndaĢlarını" təbrik edirdi

38

. General Tomson isə 19 noyabr 1918-ci il tarixində 



yaydığı  bir  bildiriĢdə  "Rusiyadan  qoparılmıĢ  Qafqazın  düĢmən  iĢğalından 

qurtarılması  üçün  Ufada  qurulan  rus  hökuməti  ilə  razılığa  gələrək  Bakıya 

gəldikləri" barədə məlumat verirdi

39



Azərbaycan hökuməti, bu bildiriĢlə bağlı bir nota verərək General Tomsona 

etiraz  etdi.  Çünki  Azərbaycan  hökuməti  çox  ağır  vəziyyətdə  idi.  Bir  tərəfdən 

müharibənin  qalibi  olan  ölkənin  silahlı  qüvvələri  paytaxtı  iĢğal  etmiĢdi  və 

Azərbaycan  Respublikası adlı bir dövləti tanımadığını iddia edirdi, digər tərəfdən 

də xalqın seçdiyi və dəstəklədiyi bir Milli Məclis və onun Nazirlər Kabineti vəzifə 

baĢında  idi.  Üstəlik  bu  məclisin  və  hökumətin  güvəndiyi  silahlı  güc  isə  ortadan 

çəkilmiĢdi. Ġngilislərin Bakını iĢğal etməsi Ģəhərdəki erməni və rus cəmiyyətləri və 

partiyalarına qol-qanad vermiĢdi. Onlar Azərbaycanın rəhbərlərinə "elan etdiyiniz 

dövlətdən  və  müstəqillikdən  dərhal  əl  çəksəniz,  sizin  üçün  ingilislərdən  xahiĢ 

edərik  ki,  yeni  qurulan  hökumətdə  türklərə  yaxĢı  yerlər  versinlər"  deyərək  lağ 

edirdilər. Bu Ģəraitdə Azərbaycan Milli Məclisi və hökuməti daha təmkinli olmağa 

çalıĢırdı. Bəzi hökumət adamları və ziyalılar isə "müstəqillikdən əl çəkmək" fikrini 

müzakirə etməyi təklif edirdilər

40



BaĢ Nazir Fətəli  Xan  Xoyskinin ciddi  mövqeyi  və  Milli  Məclisdəki  siyasi 

partiyaların  birlikdə  fəaliyyəti  nəticəsində,  Bakının  iĢğalından  sonra  yayılan 

Ģayiələrə  son  qoyuldu.  Mandat  fikri  qətiyyətlə  rədd  edildi.  Milli  Məclis  qəbul 

etdiyi  bir  qərarda  Azərbaycan  torpaqlarında  yaĢayan  "rus  və  erməni  əhalinin 




Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   155   156   157   158   159   160   161   162   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə