Dr. Mustafa GÖRÜryilmaz



Yüklə 3,77 Mb.
Pdf görüntüsü
səhifə157/175
tarix15.03.2018
ölçüsü3,77 Mb.
#31547
1   ...   153   154   155   156   157   158   159   160   ...   175

335 

 

almaq  üçün  müsəlmanlar  və  ermənilər  arasında  qarĢılıqlı  münaqiĢə  olmuĢ  və  bu 



zaman 2  minə  qədər erməni tələf olmuĢdur. Osmanlı qüvvələrinin Ģəhərə  girməsi 

ilə bu münaqiĢəyə dərhal son qoyulmuĢ və müsəlmanlardan bu iĢdə günahkar olan 

174  adam  edam  edilmiĢ,  ermənilərin  malını  qarət  etməklə,  onları  öldürməklə 

məĢğul olan daha 3 nəfər isə dünən asılmıĢdır. Halbuki mart hadisələrində 20 minə 

yaxın  müsəlman  qətl  edilmiĢ,  malları  qarət  edilmiĢ,  məscidlər  topa  tutulmuĢ, 

yüzlərlə  böyük  bina  uçurulmuĢ,  olmazın  faciələr  baĢ  vermiĢdir.  Bu  dəfə 

müsəlmanların  etdikləri  müqayisəyəgəlməz  dərəcədə  əhəmiyyətsizdir.  Ġrəvan 

ətrafında  yerləĢən  240  türk  kəndi  əhalisi  ilə  bərabər  yer  üzündən  silinmiĢdir.  Bu 

faciə azərbaycan xalqının qulaqlarında hələ də səslənməkdədir. 

3.

 



MünaqiĢələrdə  və  mart  hadisələrində  Ģəxsən  iĢtirak  edən  bəzi 

ermənilər  həbs  olunmuĢdur.  Bunlardan  günahı  sübut  olunmayanlar  azad  edilmiĢ, 

digərləri barədə isə Azərbaycan hökuməti tərəfindən dindirilmə aparıldıqdan sonra, 

qanunla hərəkət ediləcəkdir. Əsasən, çoxdan bəri həbs tədbirinə əl atılmadığı kimi, 

bu üsula yenidən müraciət edilməmiĢdir. 

4.

 



Erməni  xalqından  Gürcüstan  və  Ermənistana  getmək  istəyənlərə  heç 

bir maneçilik törədilməmiĢdir." 

Mudros  saziĢinin  imzalandığı  vaxtlarda  Osmanlı  ordusunun  ġərq 

cəbhəsindəki yeri belə idi: 

-

 

Qafqaz Ġslam Ordusu Qərargahı - Komandan Nuru paĢa Bakıda, 



-

 

5-ci  Qafqaz  Piyada  Diviziyası  Qərargahı  -  Bakıda.  Diviziyadan  bəzi 



birliklər  Qarabağda  Andranikə  və  erməni  partizanlara  qarĢı  hərbi  hərəkatı  davam 

etdirirdilər. Diviziya Ġstanbula göndəriləcəkdi. 

-

 

15-ci  Piyada  Diviziyası  -  Dağıstana  və  Mahaçqalaya  hücumu  davam 



etdirirdi  (45-ci  alayı  və  bir  topçu  batalyonu  ilə  ərzaq,  cəbbəxana  və  digər  xidmət 

qolları olmadan). Diviziya, Ġstanbula göndəriləcəkdi. 

Diviziyanın  107-ci  alayı  -  15-ci  piyada  diviziyası  ilə  Mahaçqalada 

hücumda. 

-

 

36-cı Diviziyanın 106-cı alayı - Bakıda. 



-

 

36-cı Diviziyadan bir topçu batalyonu - Bakıda. 



-

 

1-ci Azərbaycan Korpusu Qərargahı - Bakıda. 



-

 

1-ci  Azərbaycan  diviziyası  Qərargahı  -  ġuĢada,  böyük  qismi  ilə  ġuĢa, 



Ağdam və Gəncə bölgəsində. 

-

 



2-ci Azərbaycan Diviziyası - Bakıda. 

-

 



9-cu Ordu Qərargahı - Komandan Yaqub ġövqi paĢa, Qarsda. 

-

 



11-ci  Qafqaz  Diviziyası  Qərargahı  -  Xoyda.  Müxtəlif  siniflərdən  ibarət 

bir  dəstəsi  Təbrizdə.  Diviziyanın  böyük  qismi  Dilman-Culfa-Xoy  xəttində 

yerləĢmiĢdi. 



336 

 

-



 

9-cu  Qafqaz  Diviziyası  Qərargahı  -  Qəmərlidə.  Culfanın  Ģimalından 

Sərdarabada  qədər  Qars  vadisi  bölgəsində  yerləĢib,  Qarabağı  və  Ġrəvan  erməni 

sərhədini qorumaq tapĢırığı alıb. 

-

 

12-ci Diviziya  - Urmiyadan Gümrüyə doğru geri çəkilərək Sərdarabadda 



toplaĢmıĢ vəziyyətdə. 

-

 



36-cı  Diviziya  Qərargahı  -  Gümrüdə.  Qalan  birliklər  Alagöz-Axalkalaki 

arasında  Erməni-Gürcü  hüdudlarını  qorumaq  vəzifəsini  daĢıyır.  Bu  diviziya 

Ġstanbula göndəriləcəkdir. 

-

 



3-cü  Qafqaz  Diviziyası  Qərargahı  -  Axıskada.  Axalkalaki-Axıska 

Ģəhərlərini,  Batum  hüduduna  qədər  olan  bölgəni  gürcülərə  qarĢı  bağlamaq  və 

qorumaq vəzifəsini icra edirdi. 

-

 



Rumeli dəstəsi (177-ci Piyada alayı və bir batareya) - Çürüksu bölgəsində 

gürcülərə qarĢı sərhədi bağlayırdı və Batum Komandanlığı sərəncamında idi. 

-

 

10-cu  Qafqaz  Diviziyası  –  Bir  hissəsi  Ġstanbula  göndərildi.  Diviziya 



Qərargahı və əsgəri birlikləri Batumdan Ġstanbula getmək üçün gəmi gözləyir. 

-

 



Qars və Batumda da yerli komandanlıqlar var idi

22



Osmanlı Dövlətinin Birinci Dünya müharibəsindəki müttəfiqlərinin məğlub 

olması  səbəbindən  saziĢ  bağlanması  ilə  əlaqədar  hazırlıqlar  davam  edərkən, 

Qafqazda çox böyük fədakarlıqlarla əldə edilən üstünlüyün, bir fəlakətlə tamamilə 

aradan  qalxması  kimi  bir  vəziyyət  ortaya  çıxdı.  Ənvər  paĢa,  vəzifəsindən 

getməzdən qabaq, Qafqazdakı və Cənubi Azərbaycandakı türk hərbi qüvvələrinin, 

Dağıstan  və  Azərbaycan  milli  ordusu  kimi  yerlərində  qalmasını  planlaĢdırmıĢdı. 

Ġttihad və Tərəqqi Partiyası hökumətinin yerini tutan Əhməd Ġzzət paĢa kabineti isə 

heç  olmazsa,  Brest-Litovsk  Müqaviləsi  ilə  Osmanlı  Dövlətinə  qatılan  Qars, 

Ərdəhan və Batumun qurtarıla bilməsi üçün, Batum Müqaviləsi nəticəsində alınan 

Axıska,  Axalkalaki  və  Gümrü  bölgələrinin,  Qafqazda  Dağıstan  və  Azərbaycanın 

boĢaldılmasına qərar vermiĢdi. 

Osmanlı BaĢ Qərargahı, 21 oktyabr 1918-ci il tarixli və 8.852 saylı bir yazı 

ilə ġərq Orduları Qrupu Komandanlığına bu əmri göndərdi: 

1.

 



ġərq Orduları Qrupu və BaĢ Mənzil MüfəttiĢliyi və 1-ci Qafqaz Korpusu 

Qərargahları ləğv edilərək, qərargah heyətlərinin Ġstanbula dönməsi, 

2.

 

6-cı və 9-cu Orduların birbaĢa BaĢ Qərargaha bağlandığı, 



3.

 

Ġranda olan nizami süvari briqadasının 6-cı Ordunun əmrinə verildiyi, 



4.

 

10-cu Qafqaz diviziyası, 5-ci Qafqaz diviziyası, 36-cı diviziya və 15-ci 



piyada  diviziyasının  Ġstanbula  nəqlindən  sonra,  3-cü,  9-cu,  11-ci  Qafqaz 

diviziyalarının və 12-ci diviziyanın 9-cu Ordunun əmrində qalacağı. 

5.

 

9-cu  Ordunun  Ġran  və  yenə  Brest-Litovsk  Müqaviləsi  ilə  Osmanlı 



Dövlətinə verilməmiĢ bütün torpaqları boĢaltması...

23




Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   153   154   155   156   157   158   159   160   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə