Dr. Mustafa GÖRÜryilmaz



Yüklə 3,77 Mb.
Pdf görüntüsü
səhifə154/175
tarix15.03.2018
ölçüsü3,77 Mb.
#31547
1   ...   150   151   152   153   154   155   156   157   ...   175

328 

 

53.



 

Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, 

II c, s. 611; Süleyman Ġzzət, böyük hərbdə 15-ci piyada tüməninin Azərbaycan və 

ġimali Qafqazdakı hərəkat və döyüĢləri, s. 163-165. 

54.

 

Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, 



II c, s. 614; Süleyman Ġzzət, böyük hərbdə 15-ci piyada tüməninin Azərbaycan və 

ġimali Qafqazdakı hərəkat və döyüĢləri, s. 200-207. 

55.

 

Süleyman  Ġzzət  bəy,  Tarki  dağı  döyüĢündə  107-ci  alayın 



məğlubiyyətinin  qarĢısını  aldıqdan  sonra,  əməliyyatları  idarə  etdiyi  Ağaçağıl 

kəndinə qayıtdı. Olduğu yerdən 38-ci alaya kömək etmək məqsədi ilə qarĢısındakı 

düĢmənə  bir  müddət  pulemyotdan  atəĢ  açdı.  DüĢmənin  çəkilməsindən  sonra  da 

hadisələri  təqib  etməkdə  idi:  "38-ci  alayın  qarĢısında,  200-400  m  irəlidə,  bir 

düĢmən  dəstəsi  inadla  müdafiəyə  çəkilmiĢdi.  Arasıkəsilmədən  atəĢ  edirdilər. 

DüĢmənin qazmasını topçu durbini ilə izləyərkən, təqribən 4.40-da (16.40) ağır bir 

cismin sol ayağıma dəydiyini hiss etdim. Ayağımın yanında boĢ bir top mərmisinin 

gilizi vardı. Əvvəlcə, geri atılan boĢ mərminin dəydiyini zənn etdim. Çox üstündə 

durmadım, amma dəhĢətli bir ağrı verirdi. Çəkməni kəsdirərək ayağımı çıxardım. 

Çəkmədən qan boĢaldı. Piyada gülləsi ilə yaralanmıĢ olduğumu anladım. Süleyman 

Ġzzət,  böyük  hərbdə  15-ci  piyada  tüməninin  Azərbaycan  və  ġimali  Qafqazdakı 

hərəkat və döyüĢləri, s. 211. 

56.

 

Xəritə 16. 



57.

 

Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, 



II c, s. 616; Süleyman Ġzzət, böyük hərbdə 15-ci piyada tüməninin Azərbaycan və 

ġimali Qafqazdakı hərəkat və döyüĢləri, s. 212-213. 

58.

 

Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, 



II c, s. 617; Süleyman Ġzzət, böyük hərbdə 15-ci piyada tüməninin Azərbaycan və 

ġimali Qafqazdakı hərəkat və döyüĢləri. 

59.

 

Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, 



II c, s. 618; Süleyman Ġzzət, böyük hərbdə 15-ci piyada tüməninin Azərbaycan və 

ġimali Qafqazdakı hərəkat və döyüĢləri, s. 219. 

60.

 

Süleyman Ġzzət, böyük hərbdə 15-ci piyada tüməninin Azərbaycan və 



ġimali Qafqazdakı hərəkat və döyüĢləri, s. 220. 

61.


 

Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, 

II c, s. 618; Süleyman Ġzzət, böyük hərbdə 15-ci piyada tüməninin Azərbaycan və 

ġimali Qafqazdakı hərəkat və döyüĢləri, s. 221. 

62.

 

Tarki,  SSRĠ-nin  məĢhur  rejissoru  Andrey  Tarkovskinin  kəndidir. 



Tarkovski bütün dünyada  rus  əsilli olaraq bilinir, ancaq türk  soyludur.  Dağıstanlı 

Kumık türklərindən, Terkin ġamxallarından bir ailənin övladıdır. SSRĠ dönəmində 

millətini açıqlamaqda çətinlik çəkmiĢdi. Çünki SSRĠ zamanında sənət və ədəbiyyat 

sahələrində  türkcə  danıĢanlar  cəzalandırılırdı.  Tarkovski  də  bu  səbəbdən  türk 




329 

 

olduğunu  gizləmə  ehtiyacı  hiss  etmiĢdi.  Qumtərqala  isə  Mahaçqalanın  20  km 



qərbində, dəmir yolu üzərində önəmli bir yaĢayıĢ məntəqəsidir. 

63.


 

Süleyman Ġzzət, böyük hərbdə 15-ci piyada tüməninin Azərbaycan və 

ġimali Qafqazdakı hərəkat və döyüĢləri, s. 221-222. 

64.


 

Yenə orada, s. 222-223. 

65.

 

Berkok, böyük hərbdə ġimali Qafqazdakı fəaliyyətlərimiz, s. 101. 




330 

 

X   HĠSSƏ 

 

TÜRK QAFQAZ ĠSLAM ORDUSUNUN QAFQAZI BOġALTMASI 



 

1. Mudros barıĢığı 

a.  Osmanlı  Dövlətində  Tələt  paĢa  hökumətinin  istefaya  getməsi:  Birinci 

Dünya  müharibəsi davam edərkən, 1918-ci  ilin  yay aylarında  Osmanlı dövləti və 

müttəfiqləri  Almaniya,  Avstriya-Macarıstan  Ġmperiyası  və  Bolqarıstan,  döyüĢ 

cəbhələrində  ağır  məğlubiyyətlərə  uğrayaraq  böyük  torpaq  sahələri  itirmiĢdilər.

1

 

Bolqarıstan 15 sentyabrda Makedoniya cəbhəsində faciəvi bir məğlubiyyətə uğradı 



və  Antanta  Dövlətləri  ilə  29  sentyabrda  barıĢıq  imzaladı.  Beləliklə,  Osmanlı 

Dövlətinin,  müttəfiqləri  ilə  qurudan  əlaqəsi  kəsilmiĢ  oldu.  Cənub  cəbhəsinin 

süqutu nəticəsində iĢğal təhlükəsi ilə üz-üzə qalan Avstriya-Macarıstan Ġmperiyası 

da  5  oktyabrda  Ġtaliyada  qalib  dövlətlərlə  barıĢıq  imzaladı.  Almaniya  isə  11 

noyabrda Fransada barıĢığa imza atdı

2



Müharibənin  sona  çatmasının  hiss  olunduğu  bir  dövrdə,  Ənvər  paĢa  ġərq 

Orduları qrupu Komandanı Xəlil paĢaya göndərdiyi məxsusi əmrdə belə deyirdi: 

"Mövcud  vəziyyətdəki  dəyiĢiklik  səbəbi  ilə,  ehtimal  ki,  bizdən  sonra 

gələcək kabinet, Azərbaycan və ġimali Qafqazın boĢaldılması Ģərtini qəbul edəcək 

və  yerinə  yetirəcək.  Əvvəlcə  yazdığım  kimi,  Nuru  (Nuru  paĢa),  orada  özü  ilə 

iĢləmək üçün qalacaq zabit, serjant və birlikləri, indidən elə hazırlasın ki, boĢaltma 

əmrindən sonra da fasiləsiz çalıĢmaq üçün qala bilsin."

3

 



Müharibə  boyunca  Osmanlı  Dövlətini  sövq  və  idarə  edən,  orduları 

istiqamətləndirən Ġttihad və Tərəqqi Partiyası və hökumət baĢçıları Tələt, Ənvər və 

Cəmil paĢalar, müharibənin gediĢatından ümidlərini kəsmiĢdilər. Ġttihad və Tərəqqi 

Partiyası,  7  oktyabr  1918-ci  il  tarixində  hökumətə  etimadsızlıq  göstərdiyini 

bildirdi.  Bununla  əlaqədar  BaĢ  Nazir  Tələt  paĢa  8  oktyabrda  istefa  verdi

4

.  Sultan 



Məhmət  Vahdəddin  London  Səfiri  Tofiq  paĢaya  yeni  hökumət  qurmaq  tapĢırığı 

verdi. Lakin Tofiq paĢa bu iĢin öhdəsindən gələ bilmədi. Hərbi Nazir Əhməd Ġzzət 

paĢa  13  oktyabrda  hökumət  qurdu  və  Tələt  paĢanın  istefası  da  ictimaiyyətə 

bildirildi

5



Osmanlı  Dövləti  5  oktyabrdan  12  oktyabra  qədər  sülh  imzalanması  üçün 



Amerikaya  bir  neçə  dəfə  təklif  etdi.  Əhməd  Ġzzət  paĢa  sülh  təkliflərinə  rəğmən, 

böyük  fədakarlıqla  əldə  edilən  Qafqazda  əldə  olunmuĢ  nailiyyətlərin  itirilməməsi 

üçün də bəzi təĢəbbüslərlə çıxıĢ etdi. Bu bölgələrin əldən çıxmaması üçün çalıĢdı. 

Brest-Litovsk  Müqaviləsi  ilə  Türkiyənin  tərkibinə  keçən  Qars,  Ərdahan  və 

Batumun  tərk  edilməməsi  üçün  də,  müqavilə  xaricində  ələ  keçirilən  Dağıstan, 

Azərbaycan,  Axıska,  Axalkalaki  və  Gümrü  ilə  Cənubi  Azərbaycandakı  bəzi 

bölgələrin boĢadılmasının mümkün olduğunu düĢünürdü. 



Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə