Dr. Mustafa GÖRÜryilmaz



Yüklə 3,77 Mb.
Pdf görüntüsü
səhifə150/175
tarix15.03.2018
ölçüsü3,77 Mb.
#31547
1   ...   146   147   148   149   150   151   152   153   ...   175

320 

 

toplaya bildi. Yenidən nizama salaraq Biçeraxov qüvvələrinə qarĢı hücuma keçirdi 



və  düĢmənin  tamamilə  geri  oturdulmasını  təmin  etdi.  Hədəfdəki  Tarki  dağının 

2362 və 1579 m yüksəklikdəki təpələri qanlı döyüĢlərdən sonra ələ keçirilə bildi. 

Ġki gün davam edən qanlı döyüĢlər çox ağır Ģəraitdə və dondurucu soyuqlar altında 

cərəyan etmiĢdi.  BaĢda  Süleyman Ġzzət bəy olmaqla, zabit və  əsgərlərin bir çoxu 

malyariyaya  tutulmuĢdu.  Yüksək  hərarət  və  malyariya  ağrıları  altında 

qəhrəmanlıqla vuruĢurdular

54



6  noyabr  1918-ci  ildə  səhərin  erkən  saatlarında  bütün  istiqamətlərdən 



baĢlayan  hücumda,  axĢam  saatlarına  doğru  Biçeraxov  qüvvələri  böyük  tələfat 

verərək geri çəkilməli oldular. Mahaçqala istiqamətində qaçan düĢmən, ciddi təqib 

altındaydı. 

Süleyman Ġzzət  bəy də  bu  müharibədə  yaralanmıĢdı

55

.  Artıq dağınıq halda 



qaçan  Biçeraxov  qüvvələrinin  məhv  edilməsi  və  Mahaçqalanın  ələ  keçirilməsi 

asanlaĢmıĢdı.  Çox  ağır  Ģərtlərlə  cərəyan  edən  Tarki  dağı  döyüĢü  qələbə  ilə  baĢa 

çatmıĢdı

56

.  6  noyabr  müharibəsi  bir  aya  qədər  davam  edən  qanlı  döyüĢlərin 



sonuncusu oldu. Çünki 6 noyabr 1918-ci il tarixində saat 14.00-da bir ingilis və bir 

fransız zabit Yusif Ġzzət paĢanın qərargahına gələrək, Osmanlı Dövlətinin Antanta 

dövlətləri  ilə  sülh  razılığına  gəldiyini  bildirdilər  və  hərbi  hərəkatın 

dayandırılmasının  lazım  gələcəyini  ifadə  etdilər.  Yusif  Ġzzət  paĢa  isə  gecə  saat 

21.00-da  hərbi  hərəkatın  dayandırılmasını  bildirərək,  hərbi  birliklərin  olduğu  yeri 

mühafizə etməsini istədi

57



8. Türk Ordusunun Mahaçqalaya (Ġnciqala) girməsi 



Ġki  gün  davam  edən  qanlı  müharibələrdə,  cəbhədəki  ərazi  çox  narahat  idi. 

Ətrafda  sıx  kolluqlar  ilə  çox  dik  və  sərt  qayalıqlar  vardı.  Dayanmadan  yağan 

yağıĢdan sonra ərazi sürüĢkən və palçıqlı idi. Əsgərlər ümumiyyətlə yolu olmayan 

ərazini  dırmanmaq,  tullanmaq,  sürünməklə  keçib  irəliləyə  bilirdilər.  Ağaclı-Tarki 

arasındakı cığırlar isə  heyvanların keçməsi üçün belə  əlveriĢli deyildi.  Buna  görə 

də  bütün  sursat  (cəbbəxana)  yalnız  döyüĢən  əsgərlər  vasitəsilə  daĢına  bilirdi. 

Yaralanan  Mehmetçik  isə  yenə  də  silah  yoldaĢlarının  kürəyində  daĢınıb  səhiyyə 

bölüklərinə çatdırılırdı. Mehmetçiyin üç gün boyunca gözünə yuxu getməmiĢdi, bu 

müddət ərzində Tarki dağı ətrafında düĢmənə qarĢı güclü həmlə etmiĢ, bəzən geri 

çəkilmiĢ, bəzən də qanlı döyüĢlərə girmiĢdi. Ərazinin dik olması ilə yanaĢı, duman, 

rütubət və yağıĢ da əsgərləri yormuĢdu. 

Biçeraxova  tabe  əsgərlərdən  canını  qurtara  bilənlər,  Mahaçqalanın 

Ģimalındakı  HəĢtərxana  qaçdılar.  Mahaçqaladan  10  nəfərlik  mülki  heyət,  8 

noyabrda  Ģəhərin  kənar  məhəllələrinə  qədər  yaxınlaĢmıĢ  olan  38-ci  piyada  alayı 

komandanının  yanına  gəldi.  Heyətin  tərkibində  iki  din  alimi,  dəmir  yolu  rəisi  və 

Mahaçqala  liman  rəisi  də  var  idi.  Heyət,  Biçeraxovun  qüvvələrinin  Mahaçqalanı 

tamamilə tərk etdiyini, xalqın küçə və evlərdə qarətə baĢladığını bildirərək, sabitlik 



321 

 

yaranması  üçün  türk  əsgərinin  Ģəhərə  girməsini  rica  etdilər.  KəĢfiyyatlar 



nəticəsində  səngərlərdə  və  topçu  mövqelərində  heç  kimin  olmadığı  aydınlaĢdı. 

DüĢmənin  yerdə  qalan  hissəsinin  silahlarını  götürüb  gəmilərlə  Ģəhərdən  qaçmağa 

çalıĢdığı xəbəri gəldi. Bu əsnada Mahaçqaladan əllərində ağ bayraq bir qrup mülki 

Ģəxsin  türk  əsgərlərinə  doğru  gəldiyi  müĢahidə  edildi

58

.  Türk  ordusunun  bütün 



çətinliklərə  sinə gərərək,  soyuq və aclığa baxmadan, qan tökərək ġimali Qafqaza 

qədər  gedən  zabit  və  sıravilərinin  Mudros  BarıĢığının  imzalanmıĢ  olması 

səbəbindən  Mahaçqalaya,  yəni  Ġnciqalaya  girməməsi,  böyük  bir  üzüntüyə  yol 

açmıĢdı. Məhmetçik soyuq və açıq havada, yemək sarıdan korluq çəkərək, narahat 

bir halda Tarki dağında və Mahaçqalanın yan-yörəsində gözləyirdi. 

Mahaçqalanın  düĢmən  birliklərindən  tamamilə  boĢaldığına  dair  xəbər 

gəldikdən sonra 8 noyabr 1918-ci il saat 14.00-da 15-ci piyada diviziyasının bütün 

qüvvələri, 38-ci piyada alayı komandanı polkovnik Səlim bəyin komandası altında 

Ģəhərə  girdi.  56-cı  piyada  alayının  2-ci  batalyonuna  Ģəhərdə  asayiĢi  təmin  etmək 

həvalə olundu. Mahaçqala Yerli komandanlığına da 107-ci  alay komandanı albay 

Fəzli bəy gətirildi. ġəhər tezliklə nəzarət altına alındı. Mahaçqalanın bütün meydan 

və küçələri türk və ġimali Qafqaz Respublikası bayraqları ilə bəzədildi

59



15-ci  piyada  diviziyası  komandanı  yarbay  Süleyman  Ġzzət  bəy  Ģəhərin 



təslim olmasını belə təsvir edir: 

"Günortadan  sonra  saat  2-də  (14.00)  əmr  olunan  sıra  ilə  Petrovsk 

(Mahaçqala) istiqamətində hərəkət baĢladı. Bu vaxt 38-ci alay komandanına səhər-

səhər  müraciət  edən  heyət  məni  ziyarət  etməyə  gəldi.  Bunlar  ikisi  din  alimi,  biri 

dəmir  yolu  mühəndisi,  biri  Petrovsk  liman  rəisi  olmaqla  on  nəfərdən  ibarət  idi. 

Adları  belə  idi:  Əhmədxan  Ġbrahimbəyov,  mühəndis  Martinovski,  mühəndis 

Seridinski,  keĢiĢ Ramzadze, qazı Adilhan Hadis Hacı,  musəvi Sicsim, iranlı Hacı 

Ağabəy,  Əzmüddin  bəy  Alıkbaçev,  Mirzə  Hüseyin.  Bu  heyəti  yaralı  halda 

yatdığım Ağaçağıl kəndinin kənarında və iki otaqdan ibarət kiçik bir kənd evində 

qəbul etdim. TəĢəkkür etdim və yanlarına bir zabit qoĢaraq, 38-ci alay komandanı 

Səlim  bəyin  yanına  göndərdim.  YürüĢ  cinahının  baĢında  albay  Səlim  bəy  ilə 

bərabər Ģəhərə girdilər"

60



15-ci  piyada  diviziyası  komandanı  Süleyman  Ġzzət  bəy  Dağıstan 



müharibələrində  hər  zaman  əsgərlərinin  baĢında  və  ən  ön  sıradakı  döyüĢlərdə 

olmuĢdu. Komandirin Mehmetçiyin baĢında və bəzən də ön sıralardakı hücumlarda 

görünməsi,  dağılma  və  ya  pozulma  halında  ani  qərar  qəbul  edərək  birlikləri  bir 

yerə  yığması  və  yenidən  hücumun  davam  etdirilməsini  təmin  etməsi 

təqdirəlayiqdir. Necə ki, Süleyman Ġzzət bəy 6 noyabr müharibələrində ayağından 

yaralanmasına  baxmayaraq,  əlində  silahı  ilə  düĢmənə  qarĢı  vuruĢmuĢdu. 

Mahaçqala fatehi Süleyman Ġzzət bəy qoltuq ağacları ilə 9 noyabrda saat 10.00-da 

Mahaçqalaya  daxil  oldu.

61

  15-ci  piyada  diviziyasından  bəzi  hərbi  birliklər,  10 




Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə