Dr. Mustafa GÖRÜryilmaz



Yüklə 3,77 Mb.
Pdf görüntüsü
səhifə147/175
tarix15.03.2018
ölçüsü3,77 Mb.
#31547
1   ...   143   144   145   146   147   148   149   150   ...   175

314 

 

uğurlarda,  heç  Ģübhəsiz,  Türk  Qafqaz  Ġslam  Ordusunun  Azərbaycanda  yaratdığı 



atmosferin böyük təsiri olmuĢdu. 

5. Dərbəndin qurtuluĢu 

Türk  Qafqaz  Ġslam  Ordusu  Komandanı  Nuru  paĢa  Dağıstanın  ələ 

keçirilməsi  üçün  15-ci  piyada  diviziyası  komandanı  yarbay  Süleyman  Ġzzət  bəyə 

20 sentyabr 1918-ci il tarixində bir əmr göndərdi

25

. Türk Qafqaz Ġslam Ordusunun 



ġimali  Qafqazdakı  hərbi  hərəkat  planı  belə  idi:  Dağıstan  hərbi  hərəkatı  ilə 

təlimatlandırılan  15-ci  piyada  diviziyası  sürətlə  Xaçmaz  istiqamətində  hərəkət 

edəcək  və  Dərbənd  qısa  bir  müddətdə  ələ  keçiriləcəkdi.  Hərbi  birliklər  Ģəhərin  5 

kilometrliyinə  qədər irəliləyəcək və  burada  mövqe  tutacaqdı.  Əldə  edilən  mövqe, 

bəzi  hərbi  qüvvələrlə  gücləndiriləcək  107-ci  Qafqaz  alayından  ibarət  Dərbənd 

dəstəsinə təhvil verildikdən sonra 15-ci piyada diviziyası geri çəkiləcəkdi. Xaçmaz 

dəstəsi də 15-ci piyada diviziyasının tabeliyinə veriləcəkdi

26



Lazımi  hazırlıqlar  baĢa  çatdıqdan  sonra,  15-ci  piyada  diviziyasının  bəzi 

hissələri  1  oktyabrda  Biləcəri  stansiyasından  Dağıstana  getmək  üçün  qatarlara 

mindirildilər. Əvvəlcə 15-ci piyada diviziyasına tabe olan 56-cı alay yola çıxdı, 36-

cı  alay  isə  daha  sonra  hərəkət  edəcəkdi.  Quba  və  Xaçmaz  bölgəsini  düĢmən 

iĢğalından qurtaran minbaĢı Səbri bəyin komandası altında olan Xaçmaz dəstəsi də 

diviziyanın toplaĢma yeri olan Xaçmazda türk hərbi birliklərinə qoĢulmağa baĢladı. 

38-ci  piyada  alayının  əsas  döyüĢkən  heyətindən  bir  bölüyün  Bakıda  saxlanılması 

əmr  edildi.  Buna  görə  də  müharibə  gücü  bir  xeyli  zəifləmiĢdi  və  Xaçmaz 

bölgəsindəki qüvvələrlə gücləndirilməsi planlaĢdırılırdı

27

. 15-ci piyada diviziyasına 



daha sonra iki zirehli qatar veriləcəkdi

28

. Bu hərbi hərəkatın davam etdiyi əsnada, 



15-ci  piyada  diviziyasının  Ġstanbula  göndərilməsi  məsələsi  ortaya  çıxdı.  Bu 

səbəbdən 38-ci piyada alayının Dağıstan hərəkatında iĢtirak etməli olan heyəti yola 

çıxmaq üçün Bakıda qatar gözlədiyi halda, Nuru paĢa təftiĢlər apardığı Ağdamdan 

Xaçmaza getmək üçün Bakıya gəldi

29



15-ci  piyada  diviziyası  və  Dağıstan  hərəkatında  iĢtirak  edəcək  hərbi 



qüvvələrin  qərargahları  2  oktyabrda  Xaçmaza  çatdı  və  bölgədəki  komandirlər 

vəziyyətlə  əlaqədar  məsləhətləĢmə  keçirdilər.  Öncül  qüvvələr  də  Fərhadkənd  və 

Orucabad  xəttinə  yerləĢdirildi

30

.  Nuru  paĢa  Dağıstan  hərəkatını  izləmək  və 



hazırlıqları  yaxından  görmək  üçün,  4  oktyabrda  qatarla  Xaçmaza  getdi.  Buradan 

maĢınla Qubaya keçdi. Yollarda maĢını saxlatdıran türklər Nuru paĢanı duz-çörəklə 

qarĢıladılar. Xalqın böyük məhəbbəti ab-havasında Xaçmaza daxil olan Nuru paĢa 

burada yaĢayan türklərlə apardığı danıĢıqlarda vətənlərinə sahib çıxmalarını, bunun 

üçün də övladlarını əsgər göndərmələrini istədi.

31

 



Türk  ordusunun  Dərbəndə  yürüĢ  etməyə  hazırlaĢdığından  xəbər  tutan 

Biçeraxov,  Mahaçqaladan  300  nəfərlik  bir  birliyi  Dərbəndə  gətirdi.  Buradakı 

mövqelərini  möhkəmlətdikdən  sonra,  müdafiəni  gücləndirmək  istəyirdi.  Hərbi 



315 

 

hərəkatın  bir  az  da  gecikdirilməsi  halında,  düĢmənin  daha  da  güclənəcəyini 



düĢünən komandirlər 38-ci piyada alayının da cəbhə xəttinə çatmasını gözləmədən, 

56-cı  piyada  alayının  Dərbənd  istiqamətində  hərəkətə  gəlməsini  qərarlaĢdırdılar. 

Beləliklə,  Dağıstanın  düĢmən  iĢğalından  qurtarılması  üçün  gözlənilən  hərbi 

müdaxilə  5  oktyabrda  baĢladı

32

.  56-cı  piyada  alayı,  cəbhəyə  yenicə  çatan  38-ci 



alayın qabaqcıl hissələri ilə birlikdə, Dərbəndin bağlarını keçdikdən sonra, stansiya 

ətrafında pusqu quran Biçeraxov qüvvələri ilə qarĢılaĢdı. Qanlı döyüĢlərdən sonra 

Stansiyadan süpürülüb atılan Biçeraxov qüvvələri axĢama doğru Dərbənd qalası ilə 

Qala  Dəyirmanı  bölgəsindən  də  uzaqlaĢdırıldı.  Havanın  qaralmaq  üzrə  olduğunu 

görən komandirlər əsgər itkisi verməmək üçün hərəkata ara verdilər

33

. Ertəsi gün, 



türk silahlı qüvvələrinin kəskin hücumu qarĢısında tab gətirməyən düĢmən, dağınıq 

halda  Ģəhərə  yayıldı.  56-cı  piyada  alayı  6  oktyabr  saat  10.45-də  Ģəhərə  girərək 

Dərbəndi tamamilə nəzarətə götürdü

34



15-ci  piyada  diviziyası  Qərargah  rəisi  yarbay  (podpolkovnik)  Süleyman 

Ġzzət  bəy  günortaya  doğru  qərargahı  ilə  birlikdə  Dərbəndə  daxil  oldu.  Süleyman 

Ġzzət bəy Dərbəndi zəbt etmələrini belə təsvir edir: 

"Günorta  firqə  qərargahı ilə  Ģəhərə  girdim. Əvvəlcə  verdiyim əmrə  əsasən 

Ģəhərdə asayiĢə cavabdeh zabit və sıravi heyətinin iĢinə baĢçılıq etdim və bələdiyyə 

rəisi Müslüm Ġsrafilovu hökumət rəisi təyin elədim."

35

 

Dərbəndin əsas küçə və meydanlarına Türk bayrağı asıldı. Bakının düĢmən 



iĢğalından qurtarmasında yaxĢı nəticələr göstərmiĢ 56-cı alay, Dərbənddə də buna 

oxĢar fəaliyyəti ilə fərqlənmiĢdi. 38-ci alay isə Ģəhərə qərb istiqamətindən girmiĢdi. 

DüĢmənin ən azı 800 piyadası, səkkiz pulemyotu və bir zirehli qatarı vardı. Xəzər 

dənizində  rus  çar  ordusundan  qalma  Ərdəhan  və  Qars  adlı  döyüĢ  gəmiləri  isə 

açdıqları  top  atəĢi  ilə  döyüĢlərə  yardım  edirdilər.  DüĢmən  əsgər  və  silah 

baxımından  da  56-cı  alaydan  üstün  idi

36

.  Dərbəndi  ələ  keçirən  56-cı  piyada 



alayının döyüĢkən tərkibi 679 əsgərdən ibarət idi. 12 pulemyotu, 12 də topu vardı. 

Dərbənddə düĢməndən birinin arxa qapağı çıxarılmıĢ üç top ilə dörd pulemyot ələ 

keçirilmiĢdi.  15-ci  piyada  diviziyası  Bakıdan  210  kilometr  Ģimalda  yerləĢən 

Dərbəndə qədər irəliləmiĢ və cəmi beĢ gün ərzində bölgəni nəzarət altına almıĢdı. 

Polkovnik  Biçeraxov  Dərbəndi  müdafiə  edən  qüvvələrin  komandiri 

polkovnik Bertrandı bacarıqsızlıqda günahlandırıb vəzifədən kənarlaĢdırdı və həbs 

etdirdi.

37 


Biçeraxov qüvvələri 6-7 oktyabr gecəsində bir zirehli qatarla 15-ci piyada 

diviziyasına  qarĢı  cəbhəni  yarmağa  təĢəbbüs  göstərdi.  Ancaq  türk  hərbi  birlikləri 

tərəfindən  geri  oturduldu.  Qatardan  açılmıĢ  bir  vaqonda,  sursatla  birgə  bir 

pulemyot və birinin arxa qapağı çıxarılmıĢ iki top ələ keçirildi. Gecə baĢ verən bu 

hadisədən  sonra  yenə  7  oktyabrda  səhər  saatlarında  8  pulemyot  və  4  top  ilə 

müĢayiət  olunan  880-ə  qədər  düĢmən  piyadası  56-cı  piyada  alayına  qarĢı  hücum 

təĢkil  etdi.  Bu  hücum  da  geri  oturduldu.  Dərbəndin  Ģərqindəki  dağlıq  və  meĢəlik 



Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə