Dr. Mustafa GÖRÜryilmaz



Yüklə 3,77 Mb.
Pdf görüntüsü
səhifə145/175
tarix15.03.2018
ölçüsü3,77 Mb.
#31547
1   ...   141   142   143   144   145   146   147   148   ...   175

310 

 

xalqdan  hesab  soracağını  bildirdi.  Buna  görə  də  xalqı  bolĢeviklərlə  üz-üzə 



qoymamaq  və  Dağıstanın  mənafeyini  düĢünərək  hərəkət  etmək  məcburiyyətində 

qaldıqlarını  bildirdi.  TəĢkil  edilən  bir  ovuc  milis  gücü  ilə  bolĢeviklərə  qarĢı 

mübarizə  aparmaq  mümkün  olmadığı  nəticəsinə  gələn  Ġsmayıl  Haqqı  bəy 

Dağıstana nizami bir ordunun gəlməsinin vacib olduğunu bildirdi. 

Ġsmayıl  Haqqı  bəy  Dağıstanda  bu  iĢlərə  davam  edərkən,  Bakı-Dərbənd-

Mahaçqala dəmir yolu və bu Ģəhərlərə yaxın olan Quba və Temirxan-ġura bolĢevik 

rus  qüvvələrinin  iĢğalı  altındaydı.  Ölkənin  qalan  bölgələrində  isə  anarxiya  hökm 

sürürdü.  Bəzi  dini  dairələr  və  görüĢlərin  öncüləri  bir-birlərini  günahlandırır, 

bəziləri bolĢevik ruslara yardım edilməsi üçün fitvalar verirdilər. Ziyalılar isə sayca 

çox az idilər və xalqdan ayrı düĢmüĢ bir həyat yaĢayırdılar. Ətraf əhali onları kafir 

elan etmiĢdi. 

Ġsmayıl  Haqqı  bəy  8  iyul  1918-ci  il  tarixində  Gunip  qalasına  getdi.  ġeyx 

ġamil ruslara qarĢı mübarizədə qərargahını Gunip qalasında qurmuĢdu. Buna görə 

Gunip qalası Qafqaz xalqlarının nəzərində böyük hörmətə layiq bir yer idi. Ruslar, 

ġeyx  ġamil  hərəkatının  sona  yetməsindən  sonra  Gunipdə  çar  üçün  bir  saray  və 

hərbi  kazarmalar  tikdirmiĢdilər.  Ġsmayıl  Haqqı  bəy  xalq  tərəfindən  kafir  sayılan 

yerli  zabitləri  də  xidmətə  cəlb  edərək  xalq  ilə  aralarındakı  soyuqluğu  ortadan 

qaldırmağa  çalıĢırdı.  Qafqazda  din  adamları  və  Ģeyxlərin  xalq  kütlələri  arasında 

nüfuzunu bilən Ġsmayıl Haqqı bəy bolĢeviklərə alət olmayan dindarların iĢtirakı ilə 

bir  konqres  çağırdı.  Uzun  müzakirələrdən  sonra  onların  xalqa  təsir  edərək,  rus  və 

bolĢeviklərə qarĢı aparılacaq milli müqavimət hərəkatında iĢtirak etmələrini təmin 

etdi. 


Dağıstanın dağlıq bölgələrində yaĢayan avarlar ilə düzdə yaĢayan kumuklar 

arasındakı qovğalar bu ölkənin yadellilərin əlinə keçməsini asanlaĢdırırdı. Hər ikisi 

türk  və  müsəlman olan avarlar və  kumuklar arasındakı bu  çəkiĢmə, elə bir həddə 

çatmıĢdı  ki,  kumuk  türkləri,  avarlara  qarĢı  olmaq  üçün  bolĢeviklərin  tərəfinə 

keçmiĢdilər.  Ġsmayıl  Haqqı  bəy  bu  iki  türk  icması  arasındakı  münaqiĢəni  yoluna 

qoymaq  üçün  səy  göstərdi.  Dağıstanın  Ģimalında  yerləĢən  Kuban  və  Terek 

bölgələrindəki  münbit  ərazinin  rus  kazaklarından  geri  alınması  üçün  fəaliyyətə 

baĢladı.  Digər

 

tərəfdən  iyul  ayının  sonuna  doğru  Temirxan-ġura  bölgəsini 



ruslardan  təmizləmək  üçün  bir  hərbi  hərəkat  baĢlatdı.  BolĢeviklərin  müdaxiləsi 

nəticəsində  Dağıstan  birliklərinin  qısa  zaman  ərzində  dağıdılması  səbəbindən  bu 

fəaliyyət nəticəsiz qaldı. 

3. Çar tərəfdarlarının Dağıstanı iĢğal etməsi 

ġimali  Qafqaz  Respublikasının  yeni  təĢəkkül  etməyə  çalıĢan  orqanlarını 

aradan  qaldırmaq  üçün  Dağıstandakı  bolĢeviklər  bir  yandan,  çar  tərəfdarı  rus 

kazakları da digər yandan hücuma keçmiĢdilər. Bakı yaxınlığında qüvvələrinin bir 

çoxunu  itirən  Biçeraxov,  Dərbənd  və  Mahaçqalanı  iĢğal  etmək  üçün  fəaliyyətə 



311 

 

baĢladı. Kifayət qədər hərbi qüvvəsi olmayan ġimali Qafqaz Respublikası, Ģimalda 



qırmızı  bolĢeviklər,  cənubda  isə  Biçeraxovun  ordusunun  arasında  sıxılıb 

qalmıĢdı


14

Biçeraxovun  əsas  məqsədi  Dağıstana  girmək  və  bölgəni  nəzarət  altına 



almaq idi. Sərəncamında yaxĢı təlim görmüĢ 2 min əsgər və 18 top ilə 40 pulemyot 

vardı. Dərbəndə girərkən xalqa  müraciətində özünün çar tərəfdarı və bolĢeviklərə 

düĢmən  olduğunu  bildirərək,  Dağıstanı  qurtardıqdan  sonra  əsl  sahiblərinə  təhvil 

verəcəyini  və  Bakıya  gedəcəyini  bildirmiĢdi.  Polkovnik  Biçeraxov  tabeliyindəki 

qüvvələrlə  15  avqustda  Dərbəndi  iĢğal  etdi.  Yaydığı  bəyanatda  isə  əsl  niyyətini 

ortaya  qoyan  Biçeraxov,  Qafqazda  yaĢayan  türklərin  Rusiyaya  xəyanət  etdiyini, 

Osmanlı  ordusuna  güvənənlərin  ağır  Ģəkildə  cəzalandırılacağını,  yalnız  ona  itaət 

etdikləri  halda  Rusiyaya  və çara  etdikləri bu  xəyanəti bağıĢlayacağını elan etdi

15



Biçeraxov  Dərbənddə  kifayət  qədər  qüvvə  qoyaraq,  daha  Ģimalda  yerləĢən 



Mahaçqala  üzərinə  yeridi.  Müdafiə  qüvvəsi  olmayan  Ģəhəri  asanlıqla  iĢğal  etdi. 

Mahaçqaladan  sonra  Timirxan-ġuranı  da  ələ  keçirən  Biçeraxov  qüvvələrinin  sayı 

Bakıdan  qaçan  erməni  və  ruslar  da  daxil  olmaqla  6  mini  keçmiĢdi

16

.  Osmanlı 



Dövləti  tərəfindən  müstəqilliyi  tanınan  və  bir  Türk  dövləti  olan  ġimali  Qafqaz 

Respublikasının  mövcudluğunu  davam  etdirə  bilməsi  üçün  Dağıstanın  müxtəlif 

bölgələrini iĢğal etmiĢ bolĢeviklərin və Biçeraxov qüvvələrinin ölkədən çıxarılması 

lazım  idi.  Azərbaycanda  olan  15-ci  piyada  diviziyası  və  dağıstanlı  milislərdən 

ibarət  Cənubi  Qafqaz  Ordusu  quruldu.  Ordu  komandanlığına  da  əvvəllər 

Çanaqqala  Qrupuna  komandanlıq  etmiĢ  Mirliva  Yusif  Ġzzət  paĢa  gətirildi.  Yusif 

Ġzzət  paĢa  Ordu  Komandanlığı  ilə  yanaĢı,  həm  də  ġimali  Qafqaz  Respublikası 

nəzdində Osmanlı Dövlətinin siyasi və hərbi təmsilçisi idi. ġimali Qafqaz Ordusu 

Qərargah  rəisliyinə  də  yarbay  (podpolkovnik)  Ġsmayıl  Haqqı  bəy  (Berkok) 

gətirildi

17



Ordu  Komandanı  Yusuf  Ġzzət  paĢa  29  avqust  1918-ci  il  tarixində 



Ġstanbuldan Batuma getdi. Bakının iĢğaldan təmizlənməsi əməliyyatlarına qoĢulan 

ġərq Orduları Qrupu Komandanı Xəlil paĢa, Batumda olan Yusif Ġzzət bəyə xəbər 

göndərərək,  Gürcüstandakı  Almaniya  Hərbi  Təmsilçisinin  bəzi  tələblərlə  çıxıĢ 

etdiyini bildirdi. Xəlil paĢa almanların türk hərbi qüvvələrinin arxasından iki alman 

batalyonundan  birini  Vladiqafqaza,  digərini  də  Çeçenistandakı  Qroznıya 

göndərmək istədiklərini bildirərək, bu barədə nə düĢündüyünü soruĢdu. Yusif Ġzzət 

paĢa,  verdiyi  cavabda,  Almaniyanın  hər  Ģeydən  əvvəl  ġimali  Qafqaz 

Respublikasını  tanıması  lazım  olduğunu  bildirdi.  ġimali  Qafqaz  hərəkatına  hər 

hansı  bir  müdaxiləni  qəbul  etməyəcəyini  bildirən  Yusif  Ġzzət  paĢa  göndərilməsi 

nəzərdə  tutulan  iki  alman  batalyonunun  onun  sərəncamına  verilməsi  Ģərtiylə, 

ġimali Qafqazın digər hissələrinə göndərilə biləcəyini qeyd etdi

18




Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə