Dr. Mustafa GÖRÜryilmaz



Yüklə 3,77 Mb.
Pdf görüntüsü
səhifə143/175
tarix15.03.2018
ölçüsü3,77 Mb.
#31547
1   ...   139   140   141   142   143   144   145   146   ...   175

306 

 

IX HĠSSƏ 



 

TÜRK QAFQAZ ĠSLAM ORDUSUNUN DAĞISTAN HƏRƏKATI 

 

1. ġimali Qafqaz və Dağıstan 

Qafqazda  say  baxımından  çox  da  böyük  olmayan  bir  çox  müsəlman  türk 

etnik qrupu  yaĢayır.  Qısaca  Qıpçaq türkləri olaraq  da  adlandırılan  Qafqaz türkləri 

arasında  qaraçaylar,  qarabulaqlar,  kumuklar,  balkarlar  və  avarlar  əhəmiyyətli  yer 

tutur. Çərkəzlər, çeçenlər, kabardinlər, osetinlər, abxazlar və sayca kiçik olan baĢqa 

müsəlman etnik qruplar, Qafqazın yerli xalqlarını təĢkil edir. 

Çar  Rusiyası  1556-cı  ildə  Xəzər  dənizinin  Ģimal  sahilində  yerləĢən  və  bir 

türk  Ģəhəri  olan  HəĢtərxanı  iĢğal  etdi.  1784-cü  ildə  Qafqazı  Ģimaldan  cənuba 

bağlayan Darlal keçidini ələ keçirdi. Rus əsgərləri ġimali Qafqazda hakimiyyəti ələ 

keçirdikdən sonra, 1810-cu illərdən etibarən cənub və Ģərq bölgələri istiqamətində 

müdaxiləni artırdı. ġimali Qafqazdakı rus istilasına qarĢı türk və müsəlman xalqlar 

birləĢərək, vətənlərinin müdafiəsinə qalxdılar. 

Rus  istilasına  qarĢı  ġeyx  Mənsur  və  Ġmam  Hadis  ilə  baĢlayan  mübarizə, 

Tayni  Beybulat  ilə  davam  etdi.  1829-cu  ildən  1859-cu  ilə  qədər  davam  edən 

Ġmamlar dövrü, rus iĢğalına qarĢı müqavimətin ən əhəmiyyətli halqasını meydana 

gətirdi. Dağıstanda Qazi Məhəmməd ilə baĢlayan Ġmamlar dövrü, Ġmam Həmzətin 

ardından  Ġmam  ġamil  ilə  ən  Ģanlı  dövrünü  yaĢadı.  ġeyx  ġamilin  ruslar  tərəfindən 

dustaq edilməsindən sonra Qafqaz tamamilə Rusiyanın nəzarəti altına keçdi. 1860-

cı illərdən etibarən, bir tərəfdən ġimali Qafqaz ilə ġimali və Cənubi Azərbaycanda 

iĢğalı davam etdirdilər, bir tərəfdən də hakimiyyətlərini möhkəmləndirdilər. Ruslar 

türklərə  və  müsəlman xalqlara hər cür təzyiq, qorxu, iĢgəncə və sürgün siyasətini 

tətbiq  edərək  hakimiyyəti  qorumağa  çalıĢırdılar.  Bölgədən  sürgünlər  o  həddə 

çatmıĢdı  ki,  bəzən  bir  kənd,  qəsəbə  və  ya  bir  Ģəhər  əhalisinin  hamısı zorla  baĢqa 

yerlərə  köçürülürdü.  Doğulub  böyüdükləri  evlərindən,  yurdlarından  köçürülən 

türklərin  yerinə  isə  rus  kazakları  yerləĢdirilirdi.  Rus  çarlığının  siyasətinə 

baxmayaraq, Sovet Ġttifaqı qurulana qədər Qafqazda ortaq dil türkcə idi. Qafqazın 

böyüklü-kiçikli bir çox xalqı arasında hər kəs türkcə bilir və danıĢırdı.

1

 Dağıstanda 



təqribən  100  müxtəlif  xalq  yaĢayır.  Kalmıklar,  avarlar,  darginlər,  kumuklar, 

nogaylar, azərilər, laklar, tabasaranlar, ləzgilər, çeçenlər, rutullar, aqullar, tatlar və 

ruslar, say baxımından bölgədəki ən çoxsaylı qruplar arasında yer tutur. 

ġimali  Qafqazda  xalqın  böyük  əksəriyyəti  türk  əsillidir.  Dağıstan  türkləri 

1877-ci  ildə  Osmanlı-Rus  müharibəsində  ayağa  qalxmıĢ  və  bölgədən  rusları 

çıxarmıĢdı.  Lakin  müharibənin  nəticəsi  rusların  lehinə  dönəndən  sonra, 

Dağıstandakı  oyanıĢ  da  qanlı  bir  Ģəkildə  yatırılmıĢdı.  Dağıstan  və  Qafqazda 



307 

 

yaĢayan  türklər  1905-ci  ildə  rus  imperializminə  qarĢı  bir  daha  üsyan  edib  ayağa 



qalxmıĢlar, ancaq bu da nəticəsiz qalmıĢdı. 

Birinci  Dünya  müharibəsi  illərində  ġimali  Qafqazda  yaĢayan  türk  və 

müsəlman  icmaları,  rus  çarları  tərəfindən  Terek  çayı  boyunca  yerləĢdirilən  rus 

kazakları və qırmızı bolĢeviklərin təzyiq və təsirlərinə məruz qalırdılar. Dağıstanda 

rus kazakları və Rusiyadan köçənlərin sayı təxminən 500 min nəfər idi. Bunlardan 

baĢqa 5 milyon da türk və müsəlman ilə digər yerli xalqlar yaĢayırdı, lakin rusların 

və  rus  kazaklarının  sahib  olduğu  ərazilər  həm  münbit  yerlərdəydi  və  həm  də 

türklərinkindən iki qat çox idi. Rusiyada inqilab baĢ verdikdə, baĢda osetin, inquĢ, 

çeçen və türklər, rus çarları tərəfindən zorla əllərindən alınan ərazilərin bir qisminə 

sahib  olmaq  üçün  hərəkata  baĢladılar.  BolĢevik  təhlükəsi,  rus  kazakları  və 

müsəlmanları  müvəqqəti  olaraq  bir  yerə  topladı.  Ancaq  bu  süni  ittifaq  uzun 

sürmədi.  Rus  kazaklarının  hərbi  təĢkilatı  mövcud  idi  və  silah  baxımından  da  türk 

və müsəlmanlardan çox üstün vəziyyətdə idilər

2



Birinci  Dünya  müharibəsində  Rus  Çarlığı  devrildikdən  sonra,  Qafqazdakı 

türk  və  müsəlman  xalqlar  bir  tərəfdən  Ġngilis  iĢğalçılarının,  digər  tərəfdən  çar 

tərəfdarlarının,  o  biri  tərəfdən  isə  bolĢeviklərin  təzyiqinə  məruz  qalmıĢdılar. 

Azərbaycanda  isə  bolĢeviklərin  hakimiyyəti  ələ  keçirməsi  və  ordu  quruculuğu  ilə 

məĢğul  olması  narahatçılığı  daha  da  artırırdı.  Bu  vəziyyət  qarĢısında  birləĢmək 

yollarını  axtaran  Qafqaz  xalqları  müstəqil  bir  dövlət  qurmaq  üçün  hərəkətə 

keçdilər. Bölgədəki türk və müsəlman xalqlar may 1917-ci il tarixində Vladiqafqaz 

Ģəhərində bir konqres çağırdılar. Gərgin mübahisələrdən sonra bütün Qafqazı əhatə 

edə  biləcək  bir  dövlət  qurmaq  qərara  alındı.  Temirxan-ġura  Ģəhərində,  ġimali 

Qafqaz  xalqları  və  Dağıstan  türklərini  əhatə  edən  "Dağıstan  Ġcmalar  Birliyi"  adlı 

milli  bir  komitə  yaratdılar.  Bu  təĢkilata,  çar  ordusunda  zabit  olmuĢ  Tapa 

(Əbdülməcid)  ,Çermoyev  və  Heydər  Bammat  ilə  PĢemaho  Kotsev  kimi  tanınmıĢ 

adamlar  rəhbərlik  edirdilər.  ġeyx  ġamilin  ən  ləyaqətli  müridi  və  adamlarından 

birinin  oğlu olan Nəcməddin  Gotsinski,  ġimali  Qafqazın  imamı,  yəni dini rəhbəri 

seçildi. Dini təəssübü ilə tanınan və bölgədə böyük nüfuza malik olan Uzun Hacı 

da  yeni  imamı  dəstəkləmək  məcburiyyətində  qaldı.  Bu  iki  qurum  ölkənin 

idarəçiliyini  ələ  aldı  və  idarədəki  rusları  təmizlədi.  BolĢeviklərə  düĢmən  olan  və 

rus  çarlarına  sədaqətləri  ilə  tanınan  rus  kazakları  da  özlərinə  bir  baĢçı  seçərək 

ġimali Qafqaz Birliyinə daxil oldular. Beləliklə, Terek Kazakları və Dağıstanlılar 

arasında,  bolĢeviklərə  qarĢı  bir  ittifaq  yaranmıĢ  oldu.  Kazaklarla  müsəlmanlar 

arasındakı  ərazi  mübahisəsi  üzündən  bu  əməkdaĢlıq  tez  bir  zamanda  pozuldu  və 

qanlı mübarizə yenidən baĢladı. Çar tərəfdarı ruslar ilə rus kazakları, bolĢeviklər ilə 

müttəfiqlik edərək, bir həmlə ilə paytaxt Vladiqafqazı iĢğal etdilər

3



ġimali  Qafqazdakı  bu  hadisələrdən  sonra  Dağıstandakı  türklərin  milli  bir 

dövlət qurma istəkləri  və cəhdləri yenidən baĢ qaldırdı. Nəhayət, 11  may 1918-ci 




Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə