Dr. Mustafa GÖRÜryilmaz



Yüklə 3,77 Mb.
Pdf görüntüsü
səhifə139/175
tarix15.03.2018
ölçüsü3,77 Mb.
#31547
1   ...   135   136   137   138   139   140   141   142   ...   175

297 

 

türkləriyik,  onun  bir  parçasıyıq.  Bizim  qanımız  da,  dilimiz  də,  dinimiz  də  birdir. 



Niyə bizi bir-birimizdən ayırmaq istəyirlər? Bunu baĢa düĢmək mümkün deyildir. 

Ġndi  Ģükür  Allaha  ki,  Azərbaycan  müstəqillik  qazanıb.  Ġndi  azad  düĢünürük,  azad 

öyrənirik.  Biz  Türkiyəyə  gedirik,  onlar  bura  gəlirlər.  Biz  Türkiyənin  yazıçılarını, 

Ģairlərini  və  ədiblərini  oxuyuruq,  öyrənirik,  onları  öz  yazıçılarımız  hesab  edirik. 

Onlar  da  bizimkiləri  sevərək  oxuyurlar.  Bunu  bilirəm  ki,  mən  türklüyümlə  fəxr 

edirəm"


6

Sovet Ġttifaqında Lenin, Stalin və ətraflarındakı kommunist diktatorlar Bakı 



və Azərbaycanın sərvətinə yenidən əl uzatdılar. Min illərlə Azərbaycanda yaĢayan 

Oğuz türklərinin, Dədə Qorqud nəvələrinin yurdunu iĢğal etdilər. Sərvətlərini talan 

etdilər.  Bu  sərvətləri,  rusların  və  Moskvanın  sərəncamına  verdilər.  Bu  torpağın 

insanlarına  "siz  türk  deyilsiniz"  dedilər.  Xeyr,  mən  türk  oğlu  türkəm,  Dədə 

Qorqudun,  Nizaminin,  Füzulinin,  Koroğlunun,  Xətainin  nəvəsiyəm  deyənləri, 

1937-ci  illərdə  yalnız  türk  olduqları  üçün  qətl  etdilər.  Sibirə  sürgünə  göndərdilər, 

odunu-ocağını söndürdülər. 

Azərbaycanlıların milli Ģairi Əhməd Cavad türk millətinin bağrından çıxan 

qəhrəman ordu üçün duyuğu və həyəcan yüklü bir Ģer yazmıĢdı

7

. Türk dünyasının 



yetiĢdirdiyi,  bütün  dünyada  məĢhur  olan  bəstəkar  Üzeyir  Hacıbəyov  də  bu  Ģeirə 

musiqi bəstələmiĢdi. ġeirin orijinalı bu Ģəkildə idi

8



 



ÇIRPINIRDI QARA DƏNĠZ 

Çırpınırdı Qara dəniz,  

Baxıb türkün bayrağına  

Ah, ölmədən bir görəydim,  

Düşə bilsəm ayağına. 

 

Sırmalar sarsam qoluna,  

İncilər düzsəm yoluna,  

Fırtınalar dursun yana,  

Yol ver türkün bayrağına. 

 

Həmidiyə və türk qanı,  

Heç birinin bitməz şanı,  

Kazbek oldu ilk qurbanı,  

Əyil türkün bayrağına. 

 

Türk elindən əsən yellər,  

Sənə şirin salam söylər  

Olsun bütün Qafqaz ellər,  


298 

 

Qurban Türkün bayrağına. 



 

Qafqazlardan aşacağız, 

Türklüyə şan qatacağız  

Türkün şanlı bayrağını,  

Yüksəklərə asacağız. 

Qaf  dağlarında  oxunan  bir  mahnı  var:  "Lalələr"  Dinləyənləri  Ģad  edir. 

Qafqazdan  yüksələn  türklərin  imdadına,  fəryadına  çatan  Anadolu  övladları  üçün, 

qəhrəman Mehmetçik  üçün bir nəğmə  yazılmıĢdı. Bu  nəğmənin adı "Lalələr" idi. 

Qəhrəman Mehmetçiyin baĢına geydiyi Ģapkanın ucları yuxarı qalxmıĢ və sivri idi. 

Bu  baĢlıq  azərbaycanlılar  tərəfindən  laləyə  bənzədilmiĢdi.  Türklərin  milli 

sazlarından  tar  kimi,  milli  Ģapkalardan  qalpaq  kimi,  Novruz  bayramı  kimi, 

"Lalələr" mahnısı da Sovet rejimində bəzilərinin xoĢuna gəlmədi. Bir ara qadağan 

olundu. Ancaq bu mahnının sözləri 1937-ci ildə tamam dəyiĢdirildi. 

 

LALƏLƏR 



Yazın əvvəlində Gəncə çölündə  

Çıxıblar yenə də dizə lalələr.  

Yağışdan islanmış yarpaqlarını  

Səriblər dərəyə, düzə lalələr. 

 

Xəyalımdan nələr gəlib, nə keçər  

Yaz gələr, ellərə durnalar köçər 

Bulaqlar samovar, ağ daşlar şəkər,  

Bənzəyir çəməndə közə lalələr. 

 

Meylim üzündəki qara xaldadır,  

Hicranın əlacı ilk vüsaldadır,  

Nə vaxtdır Bakının gözü yoldadır  

Bir qonaq gələsiz bizə, lalələr. 

Azərbaycanın  paytaxtı  Bakı,  AbĢeron  yarımadasında  yerləĢir.  AbĢeron, 

Qafqazın bir qartal dimdiyi kimi Xəzər dənizinə uzanan son nöqtəsinə, düzlük olan 

bölgəyə verilən addır. AbĢeron kəlməsi, 24 Oğuz boyundan birinin adı olan türkcə 

"AvĢar" və ya "AfĢar" ilə farsca yer və aidiyyət bildirən an Ģəkilçisinin dəyiĢikliyə 

uğrayaraq  AbĢeron  Ģəklinə  düĢməsindən  meydana  gələn  bir  addır.  Türklərin  bu 

coğrafiyanı  özlərinə  vətən  etdikdən  sonra,  müxtəlif  zamanlarda  AfĢaran  və  ya 

AvĢaran kəlməsi Oğuzların danıĢdığı qərb türkcəsindəki səs və  ya  hərf dəyiĢməsi 

qanununa  uyğun  olaraq  AbĢeron  Ģəklinə  düĢmüĢdür.  AbĢeron  yarımadası  AvĢar, 



299 

 

Bayat,  Kınık  baĢda  olmaqla,  Oğuz  türklərinin  bir  çox  boyuna  mənsub  insanların 



yaĢadığı qəsəbə və kəndlərin yerləĢdiyi gözəl bir ərazidir. 

Buzovna,  AbĢeron  yarımadasının  Ģərq  tərəfində  yerləĢən  gözəl  bir  sahil 

qəsəbəsidir.  Adını  Oğuz  türklərinin  Boçox  qolundan  almıĢdır.  Buzovnalı  Hacı 

Ġsgəndər, 1918-ci ildə erməni, rus  və ingilislərin türklərə qarĢı törətdikləri qırğını 

dayandırmaq  üçün  əli  silah  tutanları  ətrafına  toplamıĢdı.  Bakının  düĢmən 

iĢğalından  qurtarılması  üçün  baĢlanan  hərbi  hərəkatda  o  da  yoldaĢları  ilə  tapĢırıq 

almıĢdı.  Əhmədli  və  Zığ  bölgələrini  ələ  keçirmiĢdilər.  Qələbədən  sonra  Nuru 

paĢanı evində üç gün qonaq etmiĢdi. Qorxu imperiyasının baĢındakı Stalinin əmrilə 

1937-ci  ildə  KQB  (DTK)  tərəfindən  sorğu-sual  edilib,  müasir  rus  çarları  Hacı 

Ġskəndərdən,  1918  ildə  ətrafına  toplanıb  vətənini,  evini,  namusunu  qoruyan 

buzovnalı  qəhrəman  silah  yoldaĢlarının  adını,  siyahısını  istəyiblər.  Hacı  Ġsgəndər, 

bir  qəhrəman  idi.  BaĢ  Göynükdə  "mən  sarı  çiyana,  düĢmənə  arxamı  çevirmərəm 

deyən  Türk  Əhməd  Baba"  kimi  etdi.  YoldaĢlarının  adını  düĢmənə  demədi.  Ağır 

iĢgəncələrə  məruz  qaldı.  Alçalmadı,  yıxılmadı,  iĢgəncələrin  önündə  əyilmədi, 

qəhrəmancasına Ģəhid oldu. 

Buzovnalılar, qəhrəman Hacı Ġsgəndər və yoldaĢlarını unutmadılar. Bu gün 

onların  xatirəsi  yaĢadılır.  Azərbaycan  müstəqillik qazandıqdan  sonra  2003-cü ildə 

Hacı  Ġsgəndərin  evini  muzey  kimi  yenidən  bərpa  etdilər.  Evin  küçəyə  baxan 

divarına  isə  Hacı  Ġsgəndərin  mərmər  üzərinə  həkk  olunmuĢ  Ģəklini  asdılar.  AçılıĢ 

mərasimində küçə Azərbaycan və Türk bayraqları ilə bəzədildi

9



Rus bolĢevikləri və erməni daĢnakları 1918-ci ildə Azərbaycan, Ermənistan 



və  Gürcüstanda  yaĢayan  türkləri,  eynən  Anadoluda  olduğu  kimi  vəhĢicəsinə 

öldürürdülər.  Mehmetçik  Toroslardan,  Ərciyəsdən,  Palantökənlərdən  qopub 

Qafqazdakı  qardaĢlarının  imdadına  çatdı.  Bu  düĢüncənin  arxasındakı  əsl  niyyəti, 

professor Nizami Cəfərov belə dilə gətirir: 

"Türk  ordusunun  Qafqaza  gəliĢi  Azərbaycan  türklərinin  taleyini  tarixi 

baxımdan istiqamətləndirən bir hadisədir. Sadəcə bunun nəticəsində Azərbaycanda 

milli  və  siyasi  diriliĢi  qoruyacaq,  müdafiə  edəcək  hərbi-siyasi  sistem  qurula 

bilmiĢdir.  Bu  hərbi  və  siyasi  sistemin  əsasını  isə  Türk  Qafqaz  Ġslam  Ordusu 

qoymuĢdur.  Bu  ordu,  düĢmən  tarixçilərin  yazdığı  kimi,  yalnız  Bakıya  gəlib  neft 

mədənlərini  ələ  keçirmək  və  talan  etmək  üçün  gəlməmiĢdi.  Bu  ordunun  məramı 

bütün Azərbaycan türklərini xilas etmək idi. Türk Qafqaz Ġslam Ordusu bu amala 

sona  qədər  sadiq  qaldı.  Azərbaycan  və  Dağıstanın  hər  yerində  yaĢayan  türklərin 

müstəqil  bir  dövlət  qura  bilmələri  üçün  mübarizə  apardılar.  Qafqazda  ən 

böyüyündən  ən  kiçiyinə  qədər  bütün  yaĢayıĢ  məntəqələrində  yaĢayan  türklərin, 

müdafiə  hissini  və  vətən  sevgisini  hərəkətə  keçirdilər.  Gəncə,  Göyçay,  Neftçala, 

Salyan və ġamaxıda olan döyüĢlər və nəhayət Bakının xilas edilməsi ilə sona çatan 




Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə