Dr. Mustafa GÖRÜryilmaz



Yüklə 3,77 Mb.
Pdf görüntüsü
səhifə140/175
tarix15.03.2018
ölçüsü3,77 Mb.
#31547
1   ...   136   137   138   139   140   141   142   143   ...   175

300 

 

hərəkat,  Azərbaycanın  milli,  mədəni  və  mənəvi  müstəqilliyinə,  hərbi  və  siyasi 



təməl olmuĢdur." (ġəxsi arxiv) 

Ermənilər,  Sovet  Ġttifaqının  dağılmağa  baĢladığı  bir  dövrdə,  1988-ci  ildən 

etibarən  bugünkü  Ermənistanda  yaĢayan  türklərə  qarĢı  etnik  təmizləmə 

əməliyyatına  baĢladılar.  Bugünkü  Ermənistan  dövlətinin  hüdudları  içində  qalan 

torpaqlarda  və  Göyçə  gölü  ətrafında  yüz  illər  boyu  yaĢayan  türkləri  evlərindən, 

yurdlarından  qovdular.  Bu  etnik  təmizləmədən  sonra  ġuĢa,  Laçın,  Xankəndi, 

Xocalı ilə Qarabağın bir çox yerində yaĢayan və özlərindən olmayan insanları, yəni 

o  torpaqların  yerli  xalqı  olan  türkləri  də  yalnız  "türk  olduqları  üçün"  qətl  etdilər, 

evlərindən, ocaqlarından qovdular. 

Azərbaycan  müstəqillik  qazandıqdan  sonra  indiki  ġəhidlər  Xiyabanındakı 

Kirovun  heykəli  oradan  götürüldü.  Qızıl  Ordunun  Bakını  iĢğal  etdiyi  20  yanvar 

1990-cı  il  tarixində  Ģəhid  olanlar  və  Qarabağ  müharibəsində  həlak  olanların 

bəziləri burada dəfn edilib. 

Azərbaycan  türkləri  unutdurulmaq  istənən  keçmiĢini  və  tarixini  yenidən 

öyrənməyə baĢlamıĢdı. Azərbaycan və Türkiyə 1918-ci ildə əldə edilən müstəqillik 

uğrunda  Ģəhid  olanların  xatirəsini  yaĢatmaq  üçün  bir  abidə  qoyulmasını  qərara 

aldılar.  Anadolu  Türklərinin  Qafqazda  yaĢayan  qardaĢları  uğrunda  Azərbaycanın 

müstəqilliyi üçün verdikləri ortaq mübarizənin nəsildən nəslə xatırlanmasını və bir 

qəhrəmanlıq dastanı olaraq anılmasını arzu edirdilər. 

Bakıdakı  ġəhidlər  Xiyabanında  bir  Türk  Ģəhid  məzarlığı  üçün  Türkiyənin 

Bakı Səfirliyi və xüsusilə o vaxt Türk Silahlı Qüvvələr AttaĢesi tuğgeneral Saldıray 

Berk  PaĢa  iĢə  baĢladı.  Saldıray  Berk  paĢa  xidmət  müddətini  tamamlayıb  Bakıdan 

getdikdən sonra, eyni vəzifəyə gələn tuğgeneral Sadıq Ercan paĢa da bu iĢi davam 

etdirdi.  Sadıq  Ercan  paĢa  qoyulacaq  Ģəhidlik  abidəsinin  yer  seçimindən  tutmuĢ 

atına qədər yaxından maraqlandı. 

Bakı  Ġcra  Hakimiyyəti,  abidənin  qoyulması  üçün  bəzi  əraziləri  təklif 

etmiĢdi.

 

Aparılan araĢdırmalardan sonra abidənin 1919-cu  ildə təməli qoyulan  və 



inĢası  yarımçıq  qalan  o  vaxtkı  Çəmbərəkənd  məzarlığının  olduğu  indiki  ġəhidlər 

Xiyabanında  qoyulması  nəticəsinə  gəlindi.  Çünki,  1918-ci  ildəki  əziz  xatirənin 

yaĢadılması  və  Sovet  Ġttifaqının  silməyə,  yox  etməyə  çalıĢdığı  milli  hafizənin  də 

təzələnməsi  lazım  gəlirdi.  Türkiyədən  gələn  baĢ  memar  Hüseyin  Bütüner 

tərəfindən hazırlanan və Səlcuqlu memarlığı üslubunda hazırlanan bir layihə təsdiq 

olundu. Türk Ģəhidliyi "ġəhidlər Xiyabanı" ilə bir vəhdət təĢkil edəcək Ģəkildə inĢa 

edildi.  Yanında  da  türk-islam  memarlığının  gözəl  bir  nümunəsini  təĢkil  edən  və 

Memar Sinanın tərzində olan bir məscid tikildi. 

Qəhrəmanların xatirəsinə ucaldılacaq abidə 1999-cu ildə tamamlandı. AçılıĢ 

mərasimi  isə  9  aprel  2000-ci  ildə  oldu.  Mərasimdə  o  vaxt  Türkiyənin 

CumhurbaĢkanı olan Süleyman Dəmirəl və Azərbaycan prezidenti Heydər Əliyev, 



301 

 

hər  iki  ölkənin  siyasi,  hərbi  və  mülki  nümayəndələri,  təmsilçiləri  və  çox  sayda 



vətəndaĢ  iĢtirak  etdi.  Azərbaycan  Atatürk  Mərkəzi  rəhbəri,  professor  Nizami 

Cəfərov Qafqazdakı Türk Ģəhidlərini bu Ģəkildə dəyərləndirir: 

"Bu  gün  Azərbaycan  torpaqlarında,  türk  əsgərinin  ayağı  dəymiĢ  hər  yerdə 

mütləq  bir  Ģəhid  məzarlığı  vardır.  Sovet  hökuməti  dövründə,  Azərbaycan  xalqı 

çətinliklə  də  olsa,  bu  məzarları  qoruyub  saxlamıĢdır.  Məzarların  olduğu  yerlərdə 

yaĢayan  əhali  orada  yatan  əsgərlərin,  qəhrəmanların  adını  bilmirlər,  unudublar. 

Ancaq  bu  qəbirləri  müqəddəs  bir  yer  kimi  qəbul  edərək,  adına  da  "Türk  qəbri" 

deyiblər.  Bu  da  Azərbaycan  xalqının  Anadolu  türklərinə  bəslədiyi  sevginin, 

məhəbbətin və orduya qarĢı sədaqətinin bir nəticəsidir" (ġəxsi arxiv).  

Xatirə  kompleksinin  açılıĢına  həsr  olunmuĢ  mərasimdə  Türkiyənin  9-cu 

prezidenti Süleyman Dəmirəl, belə demiĢdir: 

"Sizin  dara  düĢdüyünüz  zaman,  bu  qəhrəmanlar  1918-ci  ildə  gəlmiĢ  və 

burada Ģəhid olmuĢdular. Sizi qurtarmıĢdılar. O gün qurulan Azərbaycan dövlətinin 

ömrü  qısa  oldusa  da,  ondan  böyük  dərs  alındı.  Ankarada  dəfn  edilmiĢ  Məmməd 

Əmin Rəsulzadə, müstəqil Azərbaycan dövlətini qurduğu zaman, yüksələn bayraq 

enməyəcək,  demiĢdi.  Bir  kərə  yüksələn  bayraq,  bir  daha  enməz,  demiĢdi.  Ancaq 

təəssüf  ki,  bir  az  baĢqa  cür  oldu.  Ġndi  isə  Azərbaycan  yenidən  müstəqilliyinə 

qovuĢmuĢdur.  Bu  dəfə  yüksələn  bayraq  isə  heç  vaxt  enməyəcəkdir.  Bu  yüksələn 

bayrağı  hər  yerdə  görəcəyik,  həmiĢə  yüksəkdə,  səmalarda  görəcəyik.  Azərbaycan 

naminə, bu torpaqlar naminə, bu gözəl torpaqlar naminə, Azərbaycan xalqı naminə. 

Bunu bilin  ki,  Anadoluda  yaĢayan  qardaĢlarınız,  həmiĢə sizinlədir.  Biz iki dövlət, 

bir  millətik.  Bir  millətin  iki  dövlətiyik."  Bu  mərasimdə,  o  zaman  Azərbaycan 

prezidenti olan Heydər Əliyev də nitq söyləmiĢdir: 

"Azərbaycan tarixdə bir çox böyük təhlükələr, faciələr ilə üz-üzə qalmıĢdır. 

Ermənilər  bir  neçə  dəfə  Azərbaycan  xalqına  qarĢı  soyqırım  həyata  keçiriblər. 

Onlardan  ən  dəhĢətlisi  1918-ci  ilin  31  martında  Bakıda  törədilən  soyqırımıdır.  O 

zaman yalnız Bakıda deyil, Azərbaycanın bir çox bölgəsində belə soyqırım həyata 

keçirdilər,  minlərlə,  on  minlərlə  sayda  məsum  insanları  qətl  etdilər.  O  zaman 

Azərbaycan  və  Bakı  bir  çox  dövlətin  diqqətini  çəkirdi.  Azərbaycanın  tarixi 

torpaqlarında  baĢqa  dövlətlər  hökmranlıq  etmək  istəyirdi.  Azərbaycanı  və  Bakını 

ələ keçirmək istəyirdilər. O günlərdə bizə köməyə gələn Türk ordusunun cəngavər, 

qəhrəman oğulları olmuĢdur. Azərbaycanda Nuru paĢanı, Xəlil paĢanı indiyə qədər 

xatırlayırlar.  Sovet  hakimiyyəti  illərində  bu  tarix  yaddaĢlardan  silinmiĢdi. 

Ġnsanların bu tarixi öyrənmə imkanı olmamıĢdır. Ancaq o qəhrəman türk əsgərləri 

bizim  xalqımızın  qəlbində  yaĢamıĢdır.  Burada  Ģəhid  olmuĢ  türk  əsgərlərinin  ana-

atasına, qohum-əqrabalarına öz təĢəkkürümü bildirirəm. Və bu əsgərlərin Ģəxsində 

qəhrəman  Türk  ordusuna,  bu  gün  dünyanın  ən  güclü  ordularından  biri  olan  Türk 



Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə