Dr. Mustafa GÖRÜryilmaz



Yüklə 3,77 Mb.
Pdf görüntüsü
səhifə141/175
tarix15.03.2018
ölçüsü3,77 Mb.
#31547
1   ...   137   138   139   140   141   142   143   144   ...   175

302 

 

ordusuna  təĢəkkürümü  bildirirəm.  Bu  Ģəhidlərə  Allahdan  rəhmət  diləyirəm.  Allah 



rəhmət eləsin, qəbirləri nurla dolsun

10



Prezidentlərin çıxıĢından sonra, mərasimdə iĢtirak edən dövlət adamları  və 

əhali,  Ģəhidlərin  xatirəsini  bir  dəqiqəlik  sükutla  yad  etdilər.  Sonra  himn  sədaları 

altında  Azərbaycan  və  Türkiyə  bayraqları  yuxarı  çəkildi.  Sonra  hər  iki  prezident 

abidənin  üstünü  örtən  Türk  bayrağını,  Ģəhidlərin  nazlı  örtüyünü  yavaĢ-yavaĢ 

açdılar, xatirə dəftərinə duyğularını qeyd etdilər. 

Bu Ģəhidlik, uzunluğu 50,85 metr, eni isə 16,80 m - 854 kvadrat metr sahəsi 

olan bir ərazini əhatə edir. Qranit mərmər,  Azərbaycanda çıxarılan gülbaq daĢı və 

Ankara  daĢı  kimi  tanınan  andezit  daĢı  olmaqla  3  növ  təbii  inĢaat  materialından 

istifadə olunmuĢdu. 

ġəhid məzarlığının "protokol yolu" Ankara daĢı, qalan hissə isə gülbaq daĢı 

ilə  döĢənib.  Protokol  yolu  ilə  digər  bölmələr  arasındakı  zolaqlar  və  abidənin 

qoyulduğu  postamentin  yeri  isə  qranti  daĢı  ilə  döĢənib.  Kompleksin  abidə-məzar 

hissəsində  isə  Afrika  qırmızısı  adlanan  qranit  mərmər  daĢdan  istifadə  edilib. 

Abidənin daxili həyəti və platformanın ətrafındakı maili divarlar da gülbaq daĢı ilə 

örtülüb. Kompleksin giriĢində iki, arxa tərəfində isə 10 olmaqla, 12 bayraq dirəyi 

var. 


Kompleksin  xatirə-məzar  hissəsində  qoyulan  abidə  8,25  m  x  8,25  m 

ölçülərində bir postament üzərində yerləĢdirilib. Abidənin oturacağının sahəsi 2,50 

m,  hündürlüyü  isə  7  metrdir.  Abidə  səkkizbucaqlı  prizma  Ģəklində  inĢa  edilib,  4 

əsas tərəfində də ağ mərmərdən ay-ulduz yerləĢdirilib. Postamentdə olan kitabədə 

bu sözlər yazılıb: 

"25  may-17  noyabr  tarixləri  arasında  cərəyan  edən  Qafqaz  hərəkatında, 

Nuru paĢanın komandanlığı ilə Türk Qafqaz Ġslam Ordusu; Gəncə, Göyçay, Ağsu, 

Kürdəmir və ġamaxı istiqamətlərində hücumu davam etdirərək 16 sentyabr 1918-ci 

ildə  Bakıya  girərək  Azərbaycanı,  sonra  Qarabağ  və  Dağıstanı  düĢmən  iĢğalından 

qurtarmıĢdır.  Bu  hərəkatda  qəhrəman  Mehmetçik  Azərbaycanın  müstəqilliyi 

uğrunda azəri qardaĢları ilə çiyin-çiyinə döyüĢmüĢ və 1130 Ģəhid vermiĢdir. Onlar 

Azərbaycanın  hər  yerində  bir  çox  adsız  məzarda,  ikinci  vətənlərində 

yatmaqdadırlar.  Bu  abidə  qardaĢlıq  uğrunda  canlarını  sevə-sevə  fəda  edib 

"ayrılarmı  könül  candan,  Türkiyə  Azərbaycandan"  düsturunu  ürəklərimizə 

pərçimləyən  o  möhtəĢəm  əsgərin,  Ģəhid  Mehmetçiklərin  xatirəsinə  ucaldılmıĢdır. 

Ruhları Ģad olsun. 15 sentyabr 1999". 

Kompleksin  divarlarında  Qafqazda  həlak  olan  1.130  qəhrəmanın  adı, 

doğulduğu yer

 

və tarixin yazıldığı kiçik lövhələr asılmıĢdır



11

Azərbaycanın  yetiĢdirdiyi  görkəmli  ziyalılardan  biri,  yazıçı  və  ilahiyyatçı 



Nəriman  Qasımoğlu  1918-ci  il  tarixindəki  Ģanlı  hərəkatı  bu  sözlərlə 

qiymətləndirir: 




303 

 

"Qəhrəmanların 1918-ci ildə Azərbaycana gəlməsi bizə, Tanrının sevdiyi və 



insanlıq  aləminin  böyük  övladı  olan  türk  millətinin,  getdiyi  hər  yerə  sevgi  və 

xoĢbəxtlik  gətirdiyini  xatırladır.  Tarixi  hadisələr  bizə  göstərmiĢdir  ki,  müzəffər 

türk  əsgərinin  ayağı,  izi  dünyanın  harasına  dəymiĢsə,  orada  bir  qurtuluĢ  havası 

əmələ  gəlmiĢdir.  Bu  köklü  dəyiĢikliklər,  zülmdən  qurtuluĢ,  zalımların  nizamının 

pozulması, qaranlıqlardan qurtulub iĢıqlığa çıxmaq kimi baĢa düĢülür. 1918-ci ildə 

Qafqazdakı müzəffər Türk ordusu, mənə, buralara qədər gəlib, bizlərə hürriyyət və 

aydınlığı hədiyyə etdiyini xatırladır." (ġəxsi arxiv) 

ġair-yazıçı  və  tədqiqatçı  Alxan  Bayramoğlunun  bu  barədə  fikirləri  isə 

belədir: 

"Türkiyə  ordusunun,  Türk  Qafqaz  Ġslam  Ordusunun  Azərbaycana 

gəlməsini, Azərbaycan türkləri və burada yaĢayan türk aydınları böyük bir sevinc 

və  coĢqu  ilə  qarĢılamıĢdı.  Türk  komandanlar  sərhədi  keçər-keçməz,  xidmət 

etdikləri Gəncəyə qədər hər yerdə yüzlərlə qurbanlar kəsilərək qarĢılanmıĢdılar. Bir 

çox  Ģair  və  ədib  "yolunuzu  gözlərik"  deyə  Ģeirlər,  yazılar,  məqalələr,  əsərlər 

yazıblar. Türkiyədən ordu ilə gələn həkim-Ģair Arif Ġrfan Qaraosman, "Gül, sevin 

Qafqaz, biz gəldik, səni qurtarmaq üçün yüksəldik" deyirsə, Ümmügülsüm, Əhməd 

Cavad  və baĢqa  Ģairlər,  yazdıqları  Ģeirlərdə  və  yazılarda  "biz  bu gəliĢin  yuxusunu 

görmüĢdük,  bu  gəliĢin  yolunu  gözlərdik"  deyirdilər.  Bu  Ģeirlərilə  özlərinin  xilas 

olacaqlarına  ümidlərinin  artdığını  göstərmiĢdilər.  Eyni  zamanda  Birinci  Dünya 

müharibəsində  Osmanlı  dövlətinin  daxil  olduğu  ittifaq  məğlub  olmuĢdu. 

Türkiyənin  daxilində  olan  sıxıntıları  Azərbaycan  ədibləri  Abdulla  ġaiq,  Əhməd 

Cavad,  Cəfər  Cabbarlı,  Ümmügülsüm,  Məhəmməd  Hadi  və  digər  bir  çox  Ģair  və 

yazıçı, böyük üzüntü ilə qarĢılamıĢdılar. Bu Ģairlər "Turan ellərinə salam söyləyin", 

"Arazdan  Turana",  "Yeni  ay  doğarkən"  Ģeirlərində  Turan  dünyasının  və  Qafqaz 

ellərinin gələcəkdə daha parlaq və böyük uğurlar əldə etməsini arzu etmiĢdilər. 

Abdulla  ġaiqin  "Yeni  ay  doğarkən"  adlı  Ģeirində  bəhs  etdiyi  Yavuz  adlı 

uĢaq anasına deyir ki: 

- Bilmirəm nə üçün bu yeddi ülkər məni özlərinə çəkirlər. 

Anası da deyir ki: 

- Bu yeddi ülkərdən biri sənin bəxt ulduzundur, oğul. 

Yavuz: 


- Onlardan biri məni daha çox cəzb edir, nə edim, - deyir. 

Anası oğluna deyir ki: 

- Sən çalıĢ, o ulduzları birləĢdir, uğurlu və böyük bir günəĢ əmələ gətir. 

Abdulla ġaiqin bu Ģeirində bəhs etdiyi bu yeddi ülkər, bu yeddi ulduz, yeddi 

türk  dövlətinin  simvolu  idi.  Bu  yeddi  ülkərin  bir  günəĢ  olması,  yeddi  dövlətin 

birləĢib Turan dünyasını əmələ gətirməsini və bu coğrafiyaya iĢıq salmasını təmsil 

edirdi" 



Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə