Dr. Mustafa GÖRÜryilmaz


 Türk Ordusunun Mahaçqala üzərinə yürüĢü



Yüklə 3,77 Mb.
Pdf görüntüsü
səhifə149/175
tarix15.03.2018
ölçüsü3,77 Mb.
#31547
1   ...   145   146   147   148   149   150   151   152   ...   175

318 

 

7. Türk Ordusunun Mahaçqala üzərinə yürüĢü 

Komandanların  verdiyi  qərara  görə  15-ci  piyada  diviziyası,  Mahaçqala 

üzərinə  yeriyərək  Dağıstanı  iĢğalçılardan  azad  edəcəkdi.  ġimali  Qafqaz 

Respublikası  Prezidenti  Çermiyev,  rus  kazakı  polkovnik  Biçeraxova  13  oktyabr 

1918-ci  il  tarixində  bir  ultimatum  verərək,  Dərbənd  və  Mahaçqala  arasındakı 

ərazinin  ġimali  Qafqaz  Respublikasının  ərazisi  olduğunu  bildirdi  və  Dağıstanı 

boĢaltması  üçün  20  oktyabra  qədər  vaxt  verdi.

46

  Biçeraxov  isə  16  oktyabrda 



göndərdiyi cavabda qafqazlı və rus kazakı olduğunu bildirərək, onu məmləkətindən 

heç  kəsin  qova  bilməyəcəyini  və  Dağıstanı  da  Rusiyanın  bir  parçası  olaraq 

gördüyünü bildirdi. Biçeraxov məktubda bunları yazmıĢdı: 

"Bu torpaqlar Rusiyanındır. Tabeliyimdəki əsgər isə böyük Rus Ordusunun 

bir parçasıdır. Dağıstandan çıxmayacağam. Ancaq siz, özünüzün kim olduğunuzu 

bilmirsiniz.  ġimali  Qafqaza  sahiblik  iddia  edərkən,  Brest-Litovsk  müqaviləsini, 

türklərin  də  sizinlə  birlikdə  döyüĢdüyünü  xatırlamırsınız.  Türklərin  öz  ölkələrinə 

xeyri olmadıqdan sonra, sizə heç bir faydası olmaz. Xəbəriniz yoxdurmu ki, ingilis 

topları  Çanaqqala  yaxınlığında  gurlayır.  Fələstin  və  Suriya  tamamilə  iĢğal  edilib. 

Ġki  həftəyə  qədər  türklərin  buradan  tamamilə  çəkiləcəyi  mütləqdir.  O  zaman  tək 

qalacaqsınız  və  bir Ģey etməyə  qüdrətiniz  çatmayacaqdır. Mən sizin bir yaxınınız 

və  sizin  yaxĢılığınız  üçün  çalıĢan  bir  adam  kimi,  sizə  təklif  edirəm  ki,  gəlin 

danıĢaq. Sizin və bizim üçün ən yaxĢı olan məsələləri müzakirə edək. Ondan sonra 

istədiyinizi  edə  bilərsiniz.  Bu  məktubuma  18  oktyabr  tarixinə  qədər  cavab 

istəyirəm.  Əgər  cavab  almasam,  yazdıqlarımın  nəzərə  alınmadığını  hesab  edərək, 

Dərbəndin  qurtarılması  üçün  hərəkət  edəcəyəm.  Dərbənddə  nə  qədər  əsgər 

olduğunu və nə iĢlə məĢğul olduqlarını da lap əla bilirəm"

47



Türk qüvvələri Biçeraxova verilən vaxtın bitməsinə qədər hərbi əməliyyata 

baĢlamadı.  Türk  hərbi  birlikləri,  vaxtın  tamam  olması  günündən  etibarən,  20 

oktyabrda  səhərə  yaxın,  üç  qrup  halında  hücuma  keçdi.  15-ci  piyada  diviziyası, 

yarbay  Süleyman  Ġzzət  bəyin  komandası  altında  mühasirə  qrupu  kimi  hərəkət 

edəcəkdi.  Sərəncamında, 38-ci və 56-cı alaylardan iki batalyon, 107-ci alaydan 1-

ci batalyon və 42-ci süvari bölüyü ilə 8 topdan ibarət bir topçu batareyası var idi. 

Cəbhədən  irəliləyəcək  qrupda  isə  podpolkovnik  Fazil  bəyin  komandası  altında 

107-ci  alaydan  2-ci  və  3-cü  batalyon,  13-cü  alaydan  46-cı  batalyon  ilə  5  topdan 

ibarət  bir  topçu  batareyası  və  bir  zirehli  qatar  var  idi.  Dərbənd  Qrupunda  isə 

komandir  yarbay  Saadəddin  bəyin  sərəncamında  bir  milis  batalyonu  ilə  bir  top 

vardı. Bu qrupun vəzifəsi, Dərbəndə dənizdən edilə biləcək hər hansı müdaxilənin 

qarĢısını  almaq  idi.  DüĢmən  qüvvələrinin  bir  qismi  Caməkənddə,  bir  qismi  isə 

Xanməhəmmədqalada  müdafiə  xətti  qurmuĢdu.  Xəzər  dənizində  Ağni 

açıqlıqlarında  isə  ruslara  aid  "Qars"  və  "Ərdahan"  adlı  döyüĢ  gəmiləri 

dayanmıĢdı

48




319 

 

ġimali  Qafqaz  Komandanı  Yusif  Ġzzət  paĢa,  20  oktyabr  1918-ci  il  saat 



07.45-də  hücum  əmri  verdi.  Süleyman  Ġzzət  bəy,  o  gecə  diviziyaya  göndərdiyi 

əmrdə,  hücumun  detallarını  bildirdi

49

.  Hücum  payızın  gəlməsi  ilə  əlaqədar  çox 



soyuq  və  yağıĢlı  bir  gündə  baĢladı.  Yusif  Ġzzət  paĢa,  Cəbhə  Qrupu  ilə  birlikdə 

hərəkət edirdi. ġimali Qafqaz Komandanlığı Qərargah rəisi yarbay Ġsmayıl Haqqı 

bəy  isə  107-ci  alay  komandiri  vəzifəsini  icra  edirdi.  Hərbi  birliklər  dağlıq  və 

meĢəlik ərazidə çətinliklə irəliləyə bilirdi

50

. 24 oktyabr axĢamına qədər davam edən 



hərəkatda,  Türk  hərbi  birlikləri  Biçeraxov  qüvvələrini  geri  oturda  bilmiĢdi.  Rus 

kazakı  polkovnikinin  bir  çox  hücumları  uğursuzluqla  nəticələndi.  Belə  olduqda 

Biçeraxov  əsl  qüvvələrini  Mahaçqalaya  çəkdi  və

 

bölgədəki  yüksək  dağlarda 



müdafiə  xətləri qurmağa baĢladı.

51

  25  oktyabr  gününü  dincələrək  baĢa  vuran  türk 



hərbi  birlikləri,  26  oktyabrda  yenidən  hərəkətə  baĢladı.  Manas  çayına  qədər 

irəliləyərək,  müqavimət  göstərməyə  çalıĢan  Biçeraxov  qüvvələrini  buradan  da 

geriyə  oturdu.  Tarki  dağı  və  Mahaçqala  yaxınlığına  qədər  irəliləyən  türk  hərbi 

birlikləri o günə qədər Biçeraxovun əsl qüvvələri ilə heç döyüĢməmiĢdi. Süleyman 

Ġzzət bəy 27 oktyabrda Tarki dağında müqavimət xətti quran Biçeraxov qüvvələrini 

cənub və qərb istiqamətində tamamilə mühasirəyə aldı

52



Polkovnik  Biçeraxovun  Mahaçqalada  4-5  minə  qədər  bir  hərbi  qüvvəsi 



dururdu. Türk hərbi qüvvələrinin Dağıstandan çəkilməsindən sonra, ġimali Qafqaz 

Respublikasının  tabeliyində  olan  və  elə  də  böyük  hərbi  gücü  olmayan  milis 

qüvvələri ilə ruslara qarĢı çıxmaq mümkün deyildi. Buna görə də, Biçeraxova bağlı 

qüvvələrin  tamamilə  məhv edilməsi  və  Mahaçqalanın  iĢğaldan qurtarılması vacib 

idi. 

Tarki-Atlıboyun xəttinə qədər irəliləyən 15-ci Piyada Diviziyası, 4 noyabra 



qədər mühasirə vəziyyətini qorudu. Aparılan kəĢfiyyat nəticəsində üç cərgə tikanlı 

məftillər və güclü istehkamlarla Ģəhərin müdafiəyə hazırlaĢdığı, toplar, zirehli qatar 

və  dənizdəki  döyüĢ  gəmiləri  ilə  müdafiənin  möhkəmləndiriləcəyi  məlum  oldu.  5 

noyabra  Mahaçqala  üzərinə  planlaĢdırılan  hücumda  15-ci  piyada  diviziyasından 

1.700  döyüĢçü  iĢtirak  edəcəkdi.  Milis  diviziyasından  isə  iĢtirakçıların  sayı  2.000 

olacaqdı.  Hücumun  bütün  ağırlığını  üzərinə  götürəcək  38-ci  və  56-cı  alayların 

əsgərlərinin ümumi sayı isə 1.067 nəfər idi. Türk piyadasını 40 pulemyot və 13 top 

müĢayiət  edəcəkdi.  Süleyman  Ġzzət  bəy  dənizdəki  gəmilərə  qarĢı  istifadə  etmək 

üçün Nuru paĢadan Bakıda olan 10,5  mm-lik dağ qaubitsa  batareyasını istəmiĢdi. 

Bu batareya isə vaxtında çatmadı və ancaq 6 noyabrda cəbhədəki yerini tuta bildi

53



Türk  hərbi  birlikləri  5  noyabrda  səhərə  yaxın  hücuma  keçdilər.  DüĢmən 



qüvvələri Tarki dağını müdafiə etməyə çalıĢırdılar. Təpə və  yarğanlardan aĢağıya 

doğru sərbəst atəĢ açırdılar. Bir ara uzun mənzilli top atəĢinə  məruz qalan 107-ci 

alaya aid bəzi birliklər tamamilə dağılmıĢdı. Cəbhənin ən ön cərgəsində döyüĢlərə 

qoĢulan yarbay Süleyman Ġzzət bəy bu alayın əsgərlərini çətinliklə də olsa, bir yerə 




Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə