Dr. Mustafa GÖRÜryilmaz



Yüklə 3,77 Mb.
Pdf görüntüsü
səhifə148/175
tarix15.03.2018
ölçüsü3,77 Mb.
#31547
1   ...   144   145   146   147   148   149   150   151   ...   175

316 

 

sahəyə  çəkilən  Biçeraxov  qüvvələri  ilə  9  oktyabrda  da  qanlı  döyüĢlər  oldu.  Rus 



birlikləri  12  və  13  oktyabrda  da  hücum  manevrləri  etdilər,  ancaq  hər  dəfə  də 

məğlub olaraq ağır itkilərlə geri çəkilmək məcburiyyətində qaldılar

38



6.  Dərbənd  döyüĢləri  əsnasında  cərəyan  edən  siyasi  və  hərbi 



münasibətlər 

ġimali  Qafqazda  hərbi  hərəkat  davam  edərkən,  alman  və  bolqar  cəbhələri 

süqut  etmiĢdi.  Osmanlı  Dövlətinin  müttəfiqləri,  məğlubiyyəti  qəbul  edərək,  sülh 

danıĢıqlarına  getmək  üçün  Antanta  dövlətlərinə  müraciət  etmiĢdilər.  Belə  bir 

Ģəraitdə  çox  böyük  fədakarlıqla  Qafqazda  davam  etdirilən  hərbi  hərəkatda  Türk 

ordusu  lazımi  üstünlüyü  təmin  etmiĢdi.  Hərbiyə  Naziri  və  BaĢ  Komandan  vəkili 

Ənvər  paĢa,  bu  vəziyyətin  davam  edə  bilməsi  üçün  5-6  oktyabr  tarixində  ġərq 

Orduları Qrupu Komandanlığına bir əmr göndərdi. Ənvər paĢanın əmri belə idi: 

"Azərbaycan  və  ġimali  Qafqazdakı  əsgərlərimizi  çəkmiĢ  kimi  bir  görüntü 

yaratmaq  məcburiyyətindəyik.  Bu  halda,  Azərbaycan  və  ġimali  Qafqaz 

Respublikalarının öz əsgəri qüvvələrinə güvənməsi lazım gələcəkdir. Bu səbəbdən, 

Qafqazda qalacaq qüvvələrin Azərbaycan və ġimali Qafqaz qüvvələri olması üçün 

indidən  bu  qüvvələri  əsas  tutaraq,  bunların  silahlandırılması  və  yenidən  təĢkil 

olunaraq qüvvətlənməsi vacibdir. 

Ermənilərlə qovğa etməyərək, onlarla yaxĢı davranaraq sülh müzakirəsində 

onlarla  birlikdə  olmaq  üçün  çalıĢmaq  lazımdır.  Orada  qalacaq  zabitlərlə  digərləri, 

Azərbaycan  vətəndaĢı  olaraq  qalsın  və  hökumət  geri  çəkilmə  əmri  versə  belə, 

onların  orada  qalması  üçün  tərtibat  hazırlansın.  Azərbaycana  rus  silah  və 

cəbbəxanası olmaqla çoxlu silah və sairə göndərilsin"

39



ġərq Orduları Qrupu Komandanı, BaĢ Komandanlığın bu əmri əsasında 5-ci 

Qafqaz  piyada  diviziyasının  Azərbaycanda,  bir  piyada  batalyonu  dəstəsinin  də 

Dağıstanda  qalacağını  bildirdi.  Azərbaycanlı  sıravilərlə  gücləndirilən  5-ci  Qafqaz 

diviziyası,  Azərbaycanda  üç  diviziyalı  bir  korpus,  Dağıstandakı  piyada  batalyonu 

dəstəsi  də  bir  diviziya  halına  gətirilərək,  Azərbaycan  və  ġimali  Qafqaz 

Respublikalarının öz vətənlərini milli qüvvələri ilə qorumaları təmin ediləcəkdi

40



Dərbəndin  Ģimalında  döyüĢlər  davam  edərkən,  ġimali  Qafqaz  Komandanı 



Yusif  Ġzzət  paĢa  və  ġimali  Qafqaz  Respublikası  Dövlət  baĢçısı  Əbdülməcid 

Çermiyev,  8  oktyabrda  Dərbəndə  getmiĢdi.

41

  Dərbənddə  vəziyyətin  tamamilə 



normallaĢmasının  ardından,  13  oktyabr  1918-ci  il  tarixində  ġimali  Qafqaz 

Respublikası hökuməti quruldu. Türk Qafqaz Ġslam Ordusu Komandanı Nuru paĢa 

ilə  ġimali  Qafqaz  Respublikası  Dövlət  baĢçısı  Əbdülməcid  Çermiyev,  ġimali 

Qafqaz  Komandanı  Yusif  Ġzzət  paĢa,  15-ci  piyada  diviziyası  komandanı  yarbay 

(podpolkovnik) Süleyman Ġzzət bəy də hökumətin elan edilməsi münasibətilə təĢkil 

olunan mərasimdə iĢtirak edirdilər. 




317 

 

Dərbənddə  səhər  saat  10.00-da  ġimali  Qafqaz  Respublikasının  bayrağı 



mərasimlə  qaldırıldı  və  hökumətin  qurulduğu  rəsmi  olaraq  elan  edildi

42

.  Yarbay 



(podpolkovnik)  Süleyman  Ġzzət  bəy  mərasimdən  sonra  Dərbəndin  qurtuluĢu 

haqqında komandirlərlə brifinq keçirdi. Süleyman Ġzzət bəy yığıncaqda Dərbəndin 

ələ keçirilməsi üçün çəkilən  əziyyətləri xatırlatdı. ġəhərin, Biçeraxov qüvvələrinə 

qarĢı  bir  batalyon  piyada  və  süvari  bölüyündən  əmələ  gələcək  Dərbənd  dəstəsi 

tərəfindən  mühafizə  olunmasının  mümkün  olmadığını  bildirdi.  15-ci  piyada 

piviziyasının hərəkatı davam etdirərək, Mahaçqala və Dağıstanı iĢğaldan tamamilə 

təmizləmək lazım olduğunu bildirdi. Süleyman Ġzzət bəyin verdiyi məlumata görə, 

həqiqətən  də  rus  döyüĢ  gəmiləri  Dərbənd  sahillərində  aramsız  manevrlər  edirdi. 

DüĢmən hərbi birləĢmələri Dərbənd-Mahaçqala yolundan rahatca istifadə edirdi ki, 

bunun da qarĢısı mütləq alınmalı idi. Türk əsgəri, yerli xalqdan heç bir yardım ala 

bilmirdi

43

.  Yusif  Ġzzət  paĢa  da  bu  vəziyyətdə  Dərbənd  dəstəsinin  (107-ci  Qafqaz 



alayı)  Ģəhəri  qoruya  biləcəyinə  inamı  olmadığını  bildirərək,  15-ci  piyada 

diviziyasını, o bölgədən ayrılana qədər Yusif Ġzzət paĢanın əmrinə verdi. Çünki 15-

ci  piyada  diviziyasının  Dağıstanda  qalmasının  vacib  olduğunu  bildirdi. 

Müzakirələrdən sonra bu təklif qəbul olundu. Nuru paĢa 15-ci piyada diviziyasını, 

o  bölgədən  ayrılana  qədər  Yusif  Ġzzət  paĢanın  əmrinə  verdi.  15-ci  piyada 

diviziyasının Batuma göndərilməsi ilə əlaqədar əmr hər an gələ bilərdi. Buna görə, 

Mahaçqalanın ələ keçirilməsi üçün ediləcək hərbi müdaxiləni tezliklə baĢlamaq, ən 

qısa zamanda nəticə əldə etmək tələb olunurdu

44



Hərbi  birliklərdə  struktur  dəyiĢikliyindən  sonra,  lazımi  hazırlıqlar  sürətlə 



baĢa

 

çatdı.  Türk  Ordusu  Dərbəndin  Ģimalından  etibarən  dəniz  ilə  dağlar  arasında 



nisbətən geniĢ və düz bir ərazidə irəliləmiĢ və düzənliyə çatmıĢdı. Üzərinə hücum 

planlaĢdırılan  Mahaçqala  Xəzər  dənizinin  sahilində  yerləĢirdi.  ġəhərin  qərbi  və 

cənub-qərbi  yüksək  dağlar  və  təpələrlə  əhatələnmiĢdi.  Bunlardan  bəziləri 

aĢağıdakılardır:  ġambol  (242  m),  Uçkullar  (1,667  m),  Teylisolqan  (2,006  m), 

Soldat  (2,499  m  və  2,450  m),  Tarki  dağı  (1,579  m  və  2,362  m).  Mahaçqalanın 

Ģimalında  isə  daha  düz  olan  bir  ərazi  vardı  və  Xəzər  dənizi  boyunca  uzanırdı. 

Dərbənd  istiqamətindən  gələn  dəmir  və  quru  yolları  da  Mahaçqaladan  keçərək, 

Ģimal  istiqamətində  Vladiqafqaz  və  Rusiyaya  doğru  uzanırdı.  Tarki  dağının 

Ģimalında  Mahaçqalanı  Qafqazın  daxili  bölgələri  və  Temirxan-ġura  Ģəhəri  ilə 

bağlayan quru yolu mövcud idi. Bu yol üzərindəki Atlıboyun qəsəbəsi Tarki dağı 

ilə  Ostra  dağı  arasında  əhəmiyyətli  bir  keçid  nöqtəsidir.  Bu  bölgədəki  dağ  və 

təpələrin  bir  xüsusiyyəti  də  son  dərəcə  dik  olması,  dərin  yarğan  və  vadilərlə  bir-

birindən ayrılaraq keçməyi qeyri-mümkün etməsidir. Ərazi sıx kolluqlarla örtülüb. 

Dağlar  payız  aylarında  çox  vaxt  dumanlı  və  yağıĢlı  olur.  Gecələr  isə  sərt  ayaz 

hökm  sürür.  15-ci  piyada  diviziyası  da  bu  Ģərtlərlə  Mahaçqalanın  yerləĢdiyi 

düzənliyi və hakim təpələri ələ keçirərək Ģəhərə girməyi planlaĢdırırdı

45




Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə