Dr. Mustafa GÖRÜryilmaz



Yüklə 3,77 Mb.
Pdf görüntüsü
səhifə156/175
tarix15.03.2018
ölçüsü3,77 Mb.
#31547
1   ...   152   153   154   155   156   157   158   159   ...   175

333 

 

yollarını  axtardığı  halda,  digər



 

tərəfdən  də  Sultan  Vahdəddinin  əmrinə  əsasən 

Ġttihadçıların  tutulub,  müharibə  günahkarı  olaraq  Divani-Hərbə  verilmələri  haqda 

düĢünürdü.  Saray  ilə  Sədrəzəm  arasında  müzakirə  edilən  bu  fikirdən  xəbər  tutan 

Ġttihad və Tərəqqi Partiyası üzvləri, ölkəni tərk etmək qərarına gəlmiĢdilər. Mudros 

saziĢinin imzalanmasından iki gün sonra, 1918-ci il noyabr ayının ikisindən üçünə 

keçən  gecə  bəzi  liderlər  gizlicə  ölkəni  tərk  etdi.  Ölkədən  gedənlər  arasında 

Sədrəzəm  Tələt  paĢa,  Hərbiyə  Naziri  Ənvər  paĢa,  Bəhriyyə  Naziri  Camal  paĢa, 

Hərbi Ləvazim rəisi Topal Ġsmayıl Haqqı paĢa, Polis BaĢ Müdürlüyü ilə Hələb və 

Beyrut  valiliyi  vəzifələrində  olmuĢ  Bədri  və  Əzmi  bəylər,  Ġttihad  və  Tərəqqi 

Partiyasının  Ġdarə  Heyəti  üzvlərindən  Doktor  Nazim  və  Doktor  Bahəddin  ġakir 

bəylər  var  idi.

17

  Qara  Kamal  bu  liderlərin  ölkədən  kənara  qaçması  üçün  lazımi 



təĢkilati iĢləri görmüĢ və kömək etmiĢdi

18



Ənvər  paĢa  "Birinci  Dünya  müharibəsində  qalib  gəlsəydik,  Çarlıq  süqut 

etmiĢ, Böyük Turan qurulmuĢ olacaqdı. Nə edək ki, tale üzümüzə gülmədi. Buna 

müvəffəq olmadıq. Viran olduq". demiĢdi. Sabiq Hərbiyə Naziri Ənvər paĢa Böyük 

Turan  ideyasını  gerçəkləĢdirmək  üçün  getdiyi  Türküstanda,  Pamir  dağlarının 

ətəyində, 1922-ci  ildə  ruslara  qarĢı hücumların  birində, at  belində  ən ön sıralarda 

vuruĢarkən Ģəhid oldu

19



Tələt, Ənvər və Camal paĢalar ölkədən getdikdən sonra, haqlarında bir çox 



araĢdırmalar  aparıldı,  xatirələr  yazıldı,  məqalələr  qələmə  alındı.  Yazılanlar 

arasında bu liderlərin bilgisizliyini, bacarıqsızlığını, siyasi və hərbi liderliklərini və 

səhvlərini də dilə gətirənlər oldu. Ancaq bu liderlərin, Türk millətinə sadiq və Türk 

Dövlətinə  bağlı  olmadıqları,  xəyanət  etdikləri,  Ģəxsi  sərvət  toplamaq  üçün 

xəzinənin  pulunu  və  xalqın  malını  çapıb-taladıqları,  əqidəsizlik,  oğurluq  və  s.  bu 

kimi  suçlamaları  heç  kimsə  yazmadı.  Bu  barədə  heç  bir  məlumat  və  sənəd 

tapılmadı. 

Əhməd  Ġzzət  paĢa  Mudros  saziĢinin  imzalanmasından  doqquz  gün  sonra 

vəzifəsindən istefa verdi

20

. Yerinə 11 noyabrda Tofiq paĢa gətirildi. Çünki, Əhməd 



Ġzzət  paĢa  kabinetinin  ölkə  daxilindəki  problemləri  həll  edə  bilməyəcəyi 

əvvəlcədən məlum idi. DüĢmən qüvvələri, ehtiyac olmadığı halda və heç bir səbəb 

də  göstərmədən,  11  noyabr  1918-ci  ildə  Ġstanbula  qoĢun  yeritdilər.  Beləliklə, 

saziĢin Ģərtlərini pozdular. Osmanlı Dövlətinin bölüĢdürülməsi ilə əlaqədar Sykes-

Picot  Müqaviləsinin  əsasları  çərçivəsində  və  Paris  Sülh  Konfransı  qərarlarına 

əsasən,  Mudros  saziĢi  Ģərtlərini  öz  anlayıĢlarına  uyğun  həyata  keçirməyə 

baĢladılar. 

2. Mudros saziĢinin Qafqazdakı əks-sədası 

Əhməd  Ġzzət  paĢa  hökuməti  elan  etdikdən  sonra,  ermənilərin  Ġstanbuldakı 

təmsilçisi  onun  yanına  gedərək,  türk  əsgərlərinin  Bakıda  30  min  ermənini  qətlə 

yetirdiyini

21

,  Qarabağda  isə  hərbi  hərəkatın  davam  etdiyini  iddia  edərək,  bölgədə 




334 

 

daha  çox  insanın  ölməsinin  qarĢısını  almağı  xahiĢ  etdi.  Bu  və  buna  bənzər 



Ģikayətlər  əsasında  Əhməd  Ġzzət  paĢa  23  oktyabrda  Nuru  paĢaya  bu  teleqramı 

göndərdi: 

1.

 

Ermənilərin  Ġstanbuldakı  təmsilçisinin  dediyinə  görə,  Osmanlı  hərbi 



birliklərinin Qarabağda ġuĢaya girdiyi məlum oldu. Bu hərəkət qarĢılıqlı qətliama 

yol aça biləcəyindən, Qarabağa  hərəkət edən hərbi hissələrimiz  varsa, dərhal geri 

çəkiləcək  və  geri  çəkilmə  barədə  BaĢ  Qərargaha  məlumat  veriləcəkdir.  Qarabağa 

heç bir əsgərimiz girməyəcəkdir. 

2.

 

Bakının  zəbti  zamanı  30  min  erməni  öldürüldüyü  və  mallarının  talan 



edildiyi,  talanlarda  bizim  əsgərlərimizin  də  iĢtirak  etdiyi,  indi  də  bir  çox 

ermənilərin  təqib  olunduğu  bildirilmiĢdir.  Bu  söylənənlər  doğru  isə,  buna  səbəb 

olanlar  və  bununla  əlaqəsi  olanların  aĢkara  çıxarılıb  cəzalandırılmaları  və  ya 

tərəfimizə bildirilməsi lazımdır. 

3.

 

Bakıda  həbs  olunan  ermənilər  dərhal  azadlığa  buraxılacaq  və  onların 



təqib olunması qətiyyətlə qadağan ediləcəkdir. Bakıda olan ermənilərdən Ģəhərdən 

kənara  çıxmaq  və  ya  Ermənistana  getmək  istəyənlərə  heç  bir  maneə  olmayacaq, 

lazımi  köməklik  göstəriləcəkdir.  Azərbaycan  ilə  Ermənistan  arasındakı  sərhəd 

münaqiĢələri,  siyasi  konfranslar  və  danıĢıqlar  yolu  ilə  həll  ediləcəyindən,  silahlı 

birliklərin bu kimi hallara müdaxilə etməsini qəti surətdə qadağan edirəm. Əksinə, 

əsgəri qüvvələrimiz olduqları yerlərdə asayiĢi təmin etməklə məĢğul olmalıdır." 

Erməni təmsilçilərin Osmanlı BaĢ Nazirinə verdikləri məlumatın bölgədəki 

həqiqətlərlə  heç  bir  əlaqəsi  yox  idi.  Ermənilərin  hadisələri  və  sayları  ĢiĢirdərək, 

dəyiĢdirərək  və  içinə  yalan  və  yanlıĢ  olan  bir  çox  məlumatlar  da  qataraq,  dünya 

ictimaiyyətini  öz  tərəflərinə  çəkməkdə  mahir  olduqları  hamıya  bəllidir.  Bakı 

hadisələrində  də  eyni  cür  hərəkət  etmiĢdilər.  Nuru  paĢa  Sədrəzəm  Əhməd  Ġzzət 

paĢaya 27 oktyabrda göndərdiyi raportda bunları qeyd etdi: 

1.  Qarabağ  bölgəsinin  düzlük  ərazisində  yaĢayanların  hamısı  türkdür. 

Bunlar  isti  yay  günlərində  yaylaqlara  gedirlər.  ġuĢanın  üçdə  ikisi  türk  və 

müsəlmandır.  Ermənilər  uzun  müddətdir  ġuĢa  Ģəhərini  mühasirədə  saxlayırlar, 

Ģəhərdə yaĢayan müsəlmanlar isə aclıqdan tələf olmaq üzrədirlər. Bunun qarĢısını 

almaq üçün 08.10.1918 tarixində Azərbaycan hərbi birlikləri ilə bizim əsgərlərimiz 

tərəfindən Ģəhər iĢğal edilmiĢ və Ağdam ilə əlaqəsi təmin edilmiĢdir. Bu irəliləmə 

əsnasında ilk gün bir neçə  yüz erməni buna  mane olmaq istəmiĢsə də bunlar geri 

oturdulmuĢ  və  asayiĢi  pozacaq  heç  bir  hadisə  olmamıĢdır.  Əsasən  Bakının 

qüvvətləndirilməsi  məqsədilə  Qarabağdakı  hissələrimiz  geri  çəkilmiĢ  və  ġuĢada 

yalnız  Azərbaycan  hərbi  birləĢmələri  qalmıĢdır.  Qarabağ  Azərbaycanın  ayrılmaz 

hissəsidir, onsuz yaĢaya bilməz. 

2.  Bakının  Osmanlı  qüvvələri  tərəfindən  zəbti  ilə  düĢmən  tərəfindən  tərk 

edilməsi və evakuasiyası arasındakı müddət ərzində, 31 mart qırğınının intiqamını 



Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   152   153   154   155   156   157   158   159   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə