Dr. Mustafa GÖRÜryilmaz



Yüklə 3,77 Mb.
Pdf görüntüsü
səhifə152/175
tarix15.03.2018
ölçüsü3,77 Mb.
#31547
1   ...   148   149   150   151   152   153   154   155   ...   175

324 

 

Türk  hərbi  birlikləri  Dərbənddən  Mahaçqala  yaxınlığına  qədər  dəmir  yolu 



boyunca 130, mühasirə qüvvələrinin irəlilədiyi qərb və Ģimal bölgələrində isə 175 

kilometrdən artıq yol qət etmiĢdi. Bu hərəkat əsnasında düĢmən daima sayca üstün 

idi və arasıkəsilmədən əlavə kömək alırdı. Məğlub olaraq çəkilməyə məcbur olan 

düĢmən  birlikləri  sonradan  daha  yaxĢı  müdafiə  oluna  biləcək  mövqelərə 

çəkilirdilər.  DüĢmənin  sol  cinah  qüvvələri  Xəzər  dənizinə  və  buradakı  döyüĢ 

gəmilərində  olan  top  atəĢlərinə  söykənirdi.  Mərkəzdə  isə  çox  fəal  və  son  dərəcə 

dəqiq  topçu  atıĢı  olan  zirehli  qatarlar  var  idi.  Sağ  cinahda  isə  süvarilər 

yerləĢdirilmiĢdi.  Məğlub  olub  geri  çəkilərkən,  əsgərlər  və  atları  hazır  dayanıb 

gözləyən  qatarlara  mindirərək  geri  mövqelərə  göndərirdilər.  Bəzən  olduqları 

mövqelərdə müqavimət göstərir, bəzən də hücuma keçirdilər. Mahaçqaladan böyük 

sürətlə əsgər və sursat yardımı almaq imkanları vardı. Tarki dağı isə hər cür qüvvə 

və təchizata malik təbii bir mövqe idi. Dağıstanda döyüĢən düĢmən qüvvələr, əsas 

etibarilə  bir  qismi  ingilis  və  ruslardan,  böyük  əksəriyyəti  də  rus  kazakları,  yerli 

xalq və ermənilərdən təĢkil olunmuĢdu. Əsgərləri yaxĢı idarə edən komandir heyəti 

var  idi.  Bunun  müqabilində  ġimali  Qafqaz  Respublikası,  öz  ölkələrini  qorumağa 

qalxan vətəndaĢlarından kifayət qədər silahlı adam toplaya bilməmiĢdi. 

15-ci  piyada  diviziyası  Rumıniyadan  Batuma,  oradan  da  Gümrüyə  keçdiyi 

zaman,  38-ci  və  56-cı  alayların  bir  çox  təchizatı  9-cu  Ordu  Komandanlığı 

tərəfindən  alınmıĢdı.  Bakı  yaxınlığında  və  Dağıstanda  dayanmadan  irəliləyərək 

döyüĢmüĢ, itkilər və xəstəlik səbəbindən tərkibi xeyli azalmıĢdı. Bu itkilərin yerini 

doldurmaq  üçün  Azərbaycan  və  Dağıstandan  əsgərlər  toplanaraq  bölüklərə 

paylanmıĢdı.  Lakin bunların sayı az, döyüĢ qabiliyyətləri isə  yox dərəcəsində  idi. 

Diviziyanın  sərəncamına  verilən  107-ci  alayın  sıraviləri  isə  ərəblərdən  ibarət  idi. 

DöyüĢ gücü və qabiliyyəti aĢağı idi. Bu səbəbdən 107-ci alaya daim ikinci dərəcəli 

tapĢırıqlar verilir və güclü nəzarət edilirdi. 15-ci piyada diviziyasının pulemyot və 

topçu  bölüyü  mükəmməl  hazırlıq  keçmiĢdi.  Dağıstan  hərəkatında  qüdrətli  dağ 

topçu  batareyasının,  xüsusilə  zirehli  qatarlara  və  əhəmiyyətli  hədəflərə  tuĢladığı 

atəĢlər  çox  uğurlu  nəticələr  vermiĢdi.  Diviziyanın  cəbbəxanası  kifayət  qədər  idi, 

ancaq təchizat bölükləri geri çəkildiyi üçün daima çətinliklərlə qarĢılaĢmıĢdı. 

Yusif Ġzzət paĢanın yerli xalqdan təĢkil etməyə çalıĢdığı 1-ci süvari və 4-cü 

piyada  diviziyaları,  lazımi  səviyyədə  xidmət  etməmiĢdilər.  Dağıstan  hərəkatının 

əsas ağırlığı 15-ci piyada diviziyasının üzərinə düĢmüĢdü. Uzun təcrübələrlə yaxĢı 

yetiĢən  diviziyadakı  zabitlərin  aldığı  əmri  tərəddüd  etmədən  yerinə  yetirməsi, 

komandirin  lazımi  anlarda  ərazidəki  qoĢun  bölüklərinə  izahat  verməsi,  alayların 

vəziyyət  nəzərə  alınaraq  növbə  ilə  döyüĢə  cəlb  edilməsi,  topçuların  ön  sıralarda 

yerləĢdirilməsi,  komandir  və  qərargah  rəislərinin  döyüĢlərdə  bəzən  ön  sıralarda 

döyüĢmələri  və  s.  Dağıstandakı  müharibənin  qalibiyyətlə  baĢa  çatmasına  gətirib 

çıxarmıĢdı. 




325 

 

 



1.

 

Kurat, Türkiyə və Rusiya, s. 480-481. 



2.

 

Yenə orada, s. 482. 



3.

 

Yenə orada. 



4.

 

Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, 



II c, s. 595. 

5.

 



Berkok, böyük hərbdə ġimali Qafqazdakı fəaliyyətlərimiz, s. 23. 

6.

 



Bu müraciət üçün bax: Əlavə 6. 

7.

 



Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, II 

c, s. 595. 

8.

 

Kurat, Türkiyə və Rusiya, s. 483-485. 



9.

 

Yenə orada, s. 487. 



10.

 

 Hərbi yardım haqqında müqavilə üçün bax: Əlavə 7. 



11.

 

Kurat,  Türkiyə  və  Rusiya,  s.  488:  Berkok,  böyük  hərbdə  ġimali 



Qafqazdakı fəaliyyətlərimiz, s. 18. 

12.


 

Bayur, Türk inqilabı tarixi, III c, IV qisim, s. 252. 

13.

 

Bu bildiriĢ üçün bax: Əlavə 9. 



14.

 

Kurat, Türkiyə və Rusiya. s. 488. 



15.

 

Berkok, böyük hərbdə ġimali Qafqazdakı fəaliyyətlərimiz, s. 44. 



16.

 

Bayur, Türk inqilabı tarixi, III c, IV qisim, s. 254. 



17.

 

Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, 



II c, s. 596. 

18.


 

Yenə orada. 

 

19.


 

Yenə orada, s. 597. 

20.

 

Yenə orada. 



21.

 

Yenə orada. s. 595. 



22.

 

Berkok, böyük hərbdə ġimali Qafqazdakı fəaliyyətlərimiz, s. 39-40. 



23.

 

Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, 



II c, s. 596. 

24.


 

Berkok, böyük hərbdə ġimali Qafqazdakı fəaliyyətlərimiz, s. 146. 

25.

 

Süleyman Ġzzət, böyük hərbdə 15-ci piyada tüməninin Azərbaycan və 



ġimali Qafqazdakı hərəkat və döyüĢləri, s. 61. 

26.


 

Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, 

II c., s. 599. 

27.


 

Süleyman Ġzzət, böyük hərbdə 15-ci piyada tüməninin Azərbaycan və 

ġimali Qafqazdakı hərəkat və döyüĢləri, s. 68. 

28.


 

Zirehli qatarlarda bir lokomotiv və altı vaqon olurdu. 

29.

 

Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, 



II c, s. 599. 


Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   148   149   150   151   152   153   154   155   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə