Dr. Mustafa GÖRÜryilmaz



Yüklə 3,77 Mb.
Pdf görüntüsü
səhifə151/175
tarix15.03.2018
ölçüsü3,77 Mb.
#31547
1   ...   147   148   149   150   151   152   153   154   ...   175

322 

 

noyabrda Mahaçqaladan Tarki, Atlıboyun, Qumtərqala kimi əhəmiyyətli bölgələrə 



göndərilərək, bu ətrafda nəzarəti təmin etdilər

62



Yarbay  Süleyman  Ġzzət  bəyə  baĢ  çəkmək  üçün  tezliklə  ġimali  Qafqaz 

Respublikasının  prezidenti  Əbdülməcid  Çermiyev  və  ġimali  Qafqaz  Komandanı 

Yusif  Ġzzət  paĢa,  mülki  və  hərbi  heyət  gəldilər.  Milli  Komitə  rəisi  Danyal  bəy, 

Süleyman  Ġzzət  bəyə  xitabən:  "Siz  respublikamızın  qurulması  üçün  bizə  böyük 

xidmətlər göstərmisiniz. Cəsarət və Ģücaətinizi hər yerdə sübut etdiniz. Ən nəhayət, 

Tarki  dağındakı  döyüĢlərdə  yaralandınız  və  bizə  Ġnciqalanı  (Mahaçqala/Petrovsk) 

bağıĢladınız. Sizi heç vaxt unutmayacağıq. Milli Komitə tərəfindən bu qılıncı Sizə 

hədiyyə edirəm" - dedi. Bu, gümüĢ naxıĢlı və qızıl suyuna çəkilmiĢ gözəl bir qılınc 

idi.  Yusif Ġzzət  paĢa  da  Süleyman bəyin boynuna  Qılınclı Üçüncü Osmani  niĢanı 

və  döĢünə  də  qızıl  Ģərəf  medalı  taxdı

63

.  ġanlı  Türk  bayrağı,  Özdəmiroğlu  Osman 



paĢanın  1580-1581  ilində  qəhrəmanlıqlarla  dolu  xatirəsini  Xəzər  dənizinin 

kənarında  təkrar  yad  edirdi.  Dağıstan  səmalarında  Mahaçqala  və  Dərbənd 

bürclərində,  Xəzər  dənizinin  sahillərində  350  illik  fasilədən  sonra  yenidən 

dalğalanırdı. 

ġimali  Qafqaz  Komandanı  Yusif  Ġzzət  paĢa,  15-ci  piyada  diviziyası 

Komandanı  Süleyman  Ġzzət  bəyi  ziyarətə  getdiyi  vaxtda,  Osmanlı  Dövlətinin 

Ġngiltərə  ilə  barıĢıq  elan  etdiyini  və  bir  ingilis  flotunun  Qara  dənizə  açıldığını 

söylədi. Sülh Ģərtlərinə görə, Brest-Litovsk müqaviləsi hökmlərinin xaricində qalan 

iĢğal edilmiĢ bölgələrdəki, yəni Qafqazdakı hərbi qüvvələrin çəkiləcəyini bildirdi. 

Könüllü olaraq və üç illik  kontrakt imzalanması Ģərti ilə bəzi zabitlərin Qafqazda 

qalmasına  hökumətin  icazə  verdiyini,  bu  zabitlərin  ailələrinin  Dağıstana 

köçürülməsi  üçün  bəzi  təĢkilati  iĢlər

 

aparılacağını  bildirərək,  Süleyman  Ġzzət 



bəydən də  Mahaçqalada  qalmağı  xahiĢ etdi.  Süleyman Ġzzət  bəy də tabeliyindəki 

15-ci piyada diviziyasında xidmət edən zabit və əsgər heyətini Dağıstanda qalmağa 

təĢviq edəcəyini, ancaq özünün vətənə dönəcəyini bildirdi

64



Mahaçqalanın  ələ  keçirilməsi  üçün  5-6  noyabr  döyüĢlərində  5  zabit  Ģəhid 

olmuĢ,  10  zabit  isə  yaralanmıĢdı.  Sıravi  əsgər  tələfatı  isə  11  Ģəhid  və  318  yaralı 

Ģəklindəydi.  Dağıstan  hərəkatının  davam  etdiyi  bir  ay  müddətində  15-ci  piyada 

diviziyasından  192  Ģəhid,  362  yaralı  və  20  nəfər  itkin  olmaqla,  cəmi  574  tələfat 

verilmiĢdi

65

.   . 



9.Dağıstan hərbi hərəkatının qiymətləndirilməsi 

ġimali Qafqaz hərəkatını uğurla yeridən 15-ci piyada diviziyası Dağıstanda 

üstün düĢmən qüvvələrinə qarĢı vuruĢdu. Türk hərbi birlikləri, bölgədəki çətin təbii 

Ģəraitlə  üz-üzə  qalaraq  mübarizə  aparırdılar.  Son  dərəcə  dik  yamaclar,  qayalar, 

dağlar,  sıx  meĢəlik  ərazilər,  bataqlıqlar,  körpüsü  düĢmən  tərəfindən  dağıdılan 

çaylar,  keçilməsi  lazım  gələn  baĢlıca  maneələr  idi.  Türk  əsgərləri  Xaçmazdan 

etibarən  80  kilometrlik  və  bir  bölüyü  də  Yalamadan  baĢlayaraq  45  kilometrlik 



323 

 

məsafəni  çox  çətin  Ģəraitdə  qət  edərək  Dərbənd  yaxınlığına  qədər  gəlmiĢdi. 



Olduqca yorulan birliklər, buna rəğmən vaxt itirmədən Dərbənd üzərinə yerimiĢdi. 

Dərbəndi  zəbt  edən  qüvvələr  56-cı  alaydan  cəmi  iki  batalyon  idi.  QarĢısında  isə 

polkovnik  Bertrandın  komandanı  olduğu  800  piyada,  8  pulemyot,  5  top,  piyada 

pulemyotu  və  topla  təchiz  edilmiĢ  bir  zirehli  qatarla,  Xəzər  dənizində  "Qars"  və 

"Ərdahan"  adlı  iki  döyüĢ  gəmisi  olan  bir  ordu  dayanmıĢdı.  DüĢmən  hərbi 

birləĢmələri  Mahaçqaladan  arasıkəsilmədən  əlavə  qüvvə  alırdı.  Çünki  Bakıdan 

qaçan  bolĢevik  və  erməni  daĢnaklarla  bəzi  ingilis  əsgərləri,  Dağıstana  gedərək 

Bertrandın ordusu sıralarına daxil olmuĢdular. 

15-ci  piyada  diviziyası  Dərbəndi  ələ  keçirdikdən  sonra  dincəlməyə  macal 

tapmadan  Ģəhərin  Ģimalında  düĢmənlə  mübarizəni  davam  etdirirdi.  Eyni  günlərdə 

Ġstanbula  göndərilməsi  haqqında  əmr  alan  15-ci  piyada  diviziyasından  qabaq 

cəbbəxana  və  ərzaq,  səhiyyə  bölüyü  və  iĢçi  qrupları  qatarla  Batuma  istiqamət 

götürmüĢdü. Dağıstan cəbhəsinə 5-ci Qafqaz piyada diviziyasının  səhiyyə bölüyü 

əlavə


 

olaraq  göndərilmiĢdi.  Lakin  digər  köməkçi  elementlər  olmadan  yalnız 

döyüĢçü sinfi ilə hərəkət etmək məcburiyyətində qalmıĢdı. 13 oktyabrdan etibarən 

düĢmənin əks hücumlarına  uğurla  müqavimət  göstərdikdən sonra, 107-ci alayı da 

özünə  birləĢdirən  15-ci  piyada  diviziyası  20  oktyabr  1918-ci  ildə  irəli  hərəkətə 

baĢlamıĢdı.  Düzdəki  dəmir  yolunun  iki  tərəfindən  hərəkətə  baĢlayan  107-ci  alay, 

10 kilometrə qədər irəliləyə bilmiĢdi. Bunun qarĢılığında, əsl birlikləri təĢkil edən 

qüvvələr  son  dərəcə  namünasib  olan  yüksək  dağlardan  və  balta  dəyməmiĢ  sıx 

meĢəliklərdən yol açaraq hərəkəti davam etdirmiĢ, körpüsü olmayan üç çay, saysız 

dərə  və  bataqlıqlardan  keçmiĢ,  15  saat  dayanmadan  hərəkət  edərək  təxminən  40 

kilometrə qədər irəliləmiĢdi. Türk hərbi birlikləri ani bir hücumla Camekəndi iĢğal 

etmiĢ,  süvari  bölüyünü  isə  Qayakənd  istiqamətinə  göndərmiĢdi.  15-ci  piyada 

diviziyası irəli hərəkətini növbəti günlərdə də davam etdirmiĢ, çoxlu maneəsi olan 

ərazilərdə,  kolluqlar  içində  döyüĢərək,  gündə  30-40  kilometr  irəliləmiĢ,  eyni 

zamanda  Xəzər  dənizindəki  gəmilərin  atəĢinə  məruz  qalmıĢdı.  DüĢmənin  zirehli 

qatarlarının  atəĢinə,  üstün  vəziyyətdə  olan  düĢmən  qüvvələrinə  qarĢı  mübarizə 

aparmıĢ,  onları  geri  oturtmuĢ,  onlardan  qənimət  kimi  pulemyot  və  top  ələ 

keçirmiĢdi. 

15-ci  piyada  diviziyası,  27  oktyabr  1918-ci  il  tarixində  Mahaçqalanın  qərb 

və cənubunu əhatə edən Tarki dağına qədər irəliləməyə müvəffəq olmuĢdu. Dəniz 

sahilindən  Tarki  məntəqəsi-Üçkullar-Tebiksolqan  təpəsi  (2,006  m)-Soldattəpə 

(2,450  m.)-Atlıboyun-Ostra  təpələri-ġahmal  təpə  (Vladiqafqaz  və  Temirxan-ġura 

dəmir  yolunun  ətrafı)  həndəvərini  iĢğal  etmək  surəti  ilə  Mahaçqalanı  mühasirəyə 

almıĢdı.  Bu  irəli  hərəkət  daim  çənli,  yağıĢlı  və  soyuq  havada  reallaĢmıĢdı.  Hərbi 

birliklər açıq havada gecələməli olurdular. 



Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   147   148   149   150   151   152   153   154   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə