Dr. Mustafa GÖRÜryilmaz



Yüklə 3,77 Mb.
Pdf görüntüsü
səhifə146/175
tarix15.03.2018
ölçüsü3,77 Mb.
#31547
1   ...   142   143   144   145   146   147   148   149   ...   175

312 

 

Yusif  Ġzzət  paĢa  ġimali  Qafqaz  Respublikasının  baĢçısı  Əbdülməcid 



Çermiyev ilə birlikdə Batumdan qatarla yola çıxdı və 5 oktyabr 1918-ci il tarixində 

Bakıya  çatdı.  Xəlil  paĢa,  Yusif  Ġzzət  paĢa  və  Nuru  paĢa,  qərargah  heyətləri  ilə, 

böyük  çətinliklər  hesabına  düĢməndən  təmizlənən  Azərbaycanın,  Ģimal,  cənub, 

qərb  və  Xəzər  dənizi  istiqamətindən  təcavüzə  açıq  olduğu  və  vəziyyətin  təhlükə 

altında olduğu qənaətinə gəldilər. Bu dövlətin yaĢaya bilməsi üçün qonĢu ölkələrdə 

də sülh, əmin-amanlıq və asayiĢin tam bərpa edilməsinin vacibliyinə qərar verdilər. 

Komandanların Qafqazdakı vəziyyəti qiymətləndirdikləri günlərdə Bakıdan 

çəkilən  39-cu  ingilis  korpusu,  Cənubi  Azərbaycandakı  sahil  Ģəhəri  Ənzəlidə  idi. 

Biçeraxov  qüvvələri  isə  Dağıstanda  Dərbənd  və  Mahaçqalaya  çəkilərək  özlərinə 

tərəfdarlar  toplamağa  baĢlamıĢ,  Bakıdan  qaçan  rus  və  ermənilər  də  bu  birliklərə 

qoĢulmuĢdu. Bunun qarĢısında ġimali Qafqazda türk və müsəlman əhalidən ibarət 

ciddi bir ordu təĢkil olunmamıĢdı. Ġrəvandakı erməni hökuməti ilə Osmanlı Dövləti 

arasında  isə  bir  müqavilə  imzalanmıĢdı.  Lakin,  Andranik  Qarabağ  və  Zəngəzur 

bölgələrində türklərə həmlə etmək üçün bir dəstə hazırlamaq iĢinə baĢlamıĢ, ġuĢa, 

Gorus, Ordubad və Naxçıvan ətrafında yolları kəsmiĢdi. Buna görə də türklər ciddi 

bir basqın təhlükəsi altında idilər. Bu vəziyyətdə Azərbaycan dörd bir tərəfdən dost 

olmayan qüvvələrlə mühasirəyə alınmıĢdı

19



Ənvər  paĢanın  Bakının  qurtuluĢu  münasibətilə  göndərdiyi  təbrik 

teleqramında  əks  olunan  xüsusiyyətləri  də  nəzərə  alan  komandanlar  lazımi 

hazırlıqlara  baĢladılar.  Nuru  paĢa  BaĢ  Komandanlıq  Qərargah  rəhbərliyinə 

göndərdiyi raportda, Türk Qafqaz Ġslam Ordusuna tabe 15-ci piyada diviziyasının 

Dağıstan  və  Mahaçqalanın  zəbti,  9  və  106-cı  Qafqaz  Alaylarının  da  Qarabağ 

hərəkatı  üçün  təlimatlandırıldığını,  5-ci  Qafqaz  piyada  diviziyasının  isə  hələlik 

Bakıda  qalacağını  bildirdi.  Yeni  bir  hərəkat  tapĢırığı  alan  hərbi  birliklərin, 

vəzifələrini yerinə yetirdikdən sonra uyğun dıviziyalara qaytarılacaqlarını bildirdi. 

Bakıda, vaxt keçirmədən, 20 sentyabrdan etibarən hazırlıqlara baĢlandı

20



 

4. Quba və Xaçmazın qurtuluĢu 

ġimali Qafqazda  milli qüvvələr təĢkil etmək üçün 1918-ci  ilin may ayında 

hazırlıq iĢlərinə baĢlanmıĢdı.  Bölgə əhalisindən bir piyada və bir süvari diviziyası 

ilə  iki  alay  təĢkil  edilməsi  nəzərdə  tutulurdu.  Dağıstan  türklərindən  qurulacaq  bu 

hərbi  birliklər  üçün  6-cı  Ordunun  6-cı  diviziyası  və  9-cu  Ordunun  11-ci 

diviziyasından 74 zabit ilə 577 serjant və sıravidən ibarət bir "TəĢkilat Diviziyası" 

qurulmuĢdu.  Yaradılacaq  4-cü  piyada  diviziyası  komandanlığına,  ġərq 

Cəbhəsindəki döyüĢlərdə ruslara əsir düĢən, ancaq Rusiyadakı bolĢevik inqilabı və 

qarıĢıqlıqdan  yararlanaraq  qaçmağa  müvəffəq  olan  polkovnik  (albay)  Əhməd 

ġükrü bəy gətirilmiĢdi. 1-ci süvari diviziyası komandanlığına isə polkovnik (albay) 




313 

 

Akif bəy keçmiĢdi. Dağıstan türklərindən qurulacaq milli orduya rəhbərlik edəcək 



heyət 15 iyul 1918-ci il tarixində xidmət bölgələrinə yola düĢmüĢdü.

21

 



Türkiyədən gələn komandirlər, Dağıstanın Temirxan-ġura bölgəsi ilə Gimri, 

Arkaz və Qızılyar dairəsində bolĢeviklərə qarĢı ordu quruculuğu iĢlərinə baĢladılar. 

Ġlk  olaraq  Osmanlı-Rus  müharibəsində  əsir  düĢən  bölgədəki  türk  əsgərlərini  bir 

yerə cəmlədilər, sonra Dağıstan türklərindən 500 nəfərlik bir hərbi birlik yaratdılar. 

Bu  hərbi  birliklər  Mahaçqalanı  Bakı  və  Dərbənd  ilə  birləĢdirən  dəmir  yolunu 

kəsmək  üçün  iĢə  baĢladı.  Dağıstanda  bolĢevik  təbliğatı  aparılan  bölgələrdə  isə 

xalqın rusların vədinə uymasının qarĢısını almaq üçün fəaliyyətə baĢladılar

22



Dağıstandakı  türk  qərargah  heyəti,  qısa  müddətdə  təĢkil  etdikləri  hərbi 

birliklərlə Temirxan-ġura cəbhəsindəki Arkaz, Gimri və Qızılyar bölgələrində olan 

bolĢevik  qüvvələrinə  həmlələr  etdilər.  5  avqusta  qədər  davam  edən  münaqiĢədən 

bir  nəticə  alınmadı.  BolĢeviklər,  Dağıstanın  daxili  bölgələrində  çox  güclü  bir 

müqavimətlə  qarĢılaĢacaqlarını  baĢa  düĢərək,  əks-hücuma  keçməyə  cəsarət 

etmədilər. 

Azərbaycanın Ģimal-Ģərqində  Qafqazın ən uc  nöqtəsində  yerləĢən Quba  və 

Xaçmaz bölgələrində baĢ verən döyüĢlərdə, iĢğalçı qüvvələrə edilən basqın uğurlu 

oldu. Qubadakı döyüĢlərdə, sözsüz ki, 4-cü diviziya komandanı (polkovnik) albay 

Əhməd  ġükrü  bəy  də  iĢtirak  edirdi.  Qubanı  düĢmən  iĢğalından  qurtarmaq  üçün 

süvari  minbaĢı  Səbri  bəyin  komandanlıq  etdiyi  təxminən  min  nəfərlik  bir  milis 

qüvvəsi,  gecə  boyunca  yürüĢ  edərək  Qubanın  Ģimalındakı  Qusar  qəsəbəsini  ələ 

keçirdi. Burada bir bolĢevik bölüyünü əsir aldı, bununla bərabər dörd pulemyot və 

xeyli  miqdarda  sursat  ələ  keçirdi.  Bunun  ardından  Quba  üzərinə  yeriyərək,  2 

avqustda  bolĢevik  iĢğalına  son  qoydu

23

.  Qubadan  qaçan  bolĢeviklər,  Xaçmaz 



istiqamətində

 

gedərkən,  Qasımkənddə  olan  milis  qüvvələri  düĢməni  mühasirəyə 



aldılar,  lakin  bir  uğur  qazanılmadı.  Türk  hərbi  birlikləri,  düĢməni  təqib  edərək 

Xaçmaz  üzərinə

 

yeridi,  lakin  düĢmən  Xəzər  dənizindəki  gəmilərdəki  topçu 



dəstəsinin sayəsində 8

 

avqusta qədər Ģəhəri qorumağa müvəffəq oldu. 



Cənubi  Azərbaycandakı  Ənzəli  üzərindən  Bakıya  gələn  və  Türk  Qafqaz 

Ġslam Ordusu qarĢısında dayana bilməyəcəyini baĢa düĢən çar tərəfdarı Biçeraxov 

oradan  da  dəmiryolu  ilə  Xaçmaza  gəlmiĢdi.  Polkovnik  Biçeraxov,  türk  hərbi 

birliklərinin  təqibi  nəticəsində  11  avqustda  buradan  da  çıxıb  Ģimaldakı  Dərbəndə 

keçdi. Biçeraxovun qüvvələri Xaçmazı tərk edən kimi türk milis qüvvələri Ģəhərə 

daxil  oldu.  Daha  sonra  polkovnik  Biçeraxovun  qüvvələrini  Dərbəndə  qədər  təqib 

etdilər. Ancaq bir nəticə alınmadı

24



Quba  və  Xaçmazın  düĢmən  iĢğalından  qurtarılması  və  bölgənin  nəzarət 

altına alınması nəticəsində, Dağıstan və Rusiya ilə Bakı arasındakı dəmir və quru 

yolu  tamamilə  türklərin  əlinə  keçdi.  Eləcə  də,  bolĢeviklərin  bölgədəki 

təbliğatlarının  qarĢısı  alınmıĢ  oldu.  Qafqazın  bu  cənub-Ģərq  ucunda  əldə  edilən 




Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   142   143   144   145   146   147   148   149   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə