Dr. Mustafa GÖRÜryilmaz



Yüklə 3,77 Mb.
Pdf görüntüsü
səhifə25/175
tarix15.03.2018
ölçüsü3,77 Mb.
#31547
1   ...   21   22   23   24   25   26   27   28   ...   175

55 

 

ġeyxzamanlı xatirəsində belə deyir: 



Gənclik  Cəmiyyəti  təmsilçisi  olaraq,  Gəncə  bələdiyyə  rəisi  Xəlil  bəyin 

yanına  gedərək  onunla  görüĢdüm.  Müharibə  əsirləri  haqqındakı  düĢüncəmi  ona 

anlatdım.  "Ruslar  Qafqaz  cəbhəsində  əsir  aldıqları  türk  əsgərlərini  qatarlara 

doldurub Sibirə göndərirlər. Xəstə olanlara baxılmır, bəziləri ağırlaĢaraq yolda can 

verir. Cənazələr ilk vağzalda vaqondan atılır. Rusların bu qeyri-insani davranıĢları 

xalqı  hirsləndirir,  hiddətləndirir",  dedim.  Xəlil  bəy  məni  dinlədikdən  sonra 

Gəncədəki rus səlahiyyətlisi ilə bu məsələ ilə əlaqədar görüĢəcəyini və lazım gələni 

edəcəyini  dedi.  Nəticəni  öyrənmək  üçün  onunla  axĢam  Ģəhər  klubunda 

görüĢməyimi istədi. 

AxĢam kluba gedərək Xəlil bəy ilə görüĢdüm. Xəlil bəy mənə belə dedi:  

"O  məsələ  ilə  əlaqədar  görüĢdüm.  Sabah  vağzalda  böyük  bir  bina 

boĢaldılacaq. Ora bir xəstəxanaya çevriləcək. Rus ordusundan həkimlər istəniləcək. 

Bələdiyyə  və  hökumət  dairələri  də  bu  məsələdə  yardımçı  olacaqlar.  Tiflisdən 

Gəncəyə hərəkət edən əsir dolu qatarlar əvvəlcədən bizə xəbər veriləcək. Həkimlər 

vağzalda  əsirləri  müayinə  edəcək  və  xəstə  olanlar  xəstəxanaya  yerləĢdirilərək 

müalicə olunacaq". 

Bu  xəbərə  çox  sevindim  və  təĢəkkür  etdim.  Xəlil  bəy  təĢəkkürə  ehtiyac 

olmadığını  bildirərək,  bu  və  buna  bənzər  iĢlərin  özünün  də  vəzifəsi  olduğunu 

bildirdi.  Xəlil  bəydən  bir  xahiĢ  də  etdim.  Əsirlərin  rus  həkimlərin  dilini  baĢa 

düĢməyəcəklərini  və  onlara  tərcüməçi  lazım  olacağını  bildirərək,  bu  iĢi  də  sevə-

sevə  edə  biləcəyimi  söylədim.  Bu  təklifimi  qəbul  edən  Xəlil  bəy,  ertəsi  gün  rus 

səlahiyyətlisi ilə bu məsələ ilə əlaqədar görüĢəcəyini bildirdi. Həqiqətən ertəsi gün 

vağzalda  böyük  bir  bina  boĢaldıldı  və  içinə  lazım  olan  əĢyalar  yerləĢdirildi.  Üç 

həkim buraya təyin edildi. Mən də dərhal tərcüməçilik iĢinə baĢladım. Bu iĢ üçün 

əmək  haqqı  almayacağımı  öyrənən  rus  səlahiyyətlisi  və  mərkəz  komandiri  mənə 

təĢəkkür məktubları göndərmiĢdilər. 

Həmin gün əsir daĢıyan bir qatarın saat 14.00-da Gəncə vağzalında olacağı 

xəbər  verildi.  Hamımız  birlikdə  vağzala  gedərək  qatarı  gözləməyə  baĢladıq. 

Qatarın  vağzala  girməsindən  10  dəqiqə  əvvəl  rus  əsgərləri  ətrafı  mühasirəyə  aldı. 

Əsirləri qarĢılamaq üçün perrona yığıĢan xalqı salona doldurdular. Bəzi dostlarım 

rus  əsgərlərin  xalqın  əsirlərə  hədiyyə,  yemək  və  içmək  verməsini  qadağan 

etdiklərini,  bəzi  erməni  əsgərlərin  isə  xalqın  əsirlərə  yaxınlaĢmasına  belə  razı 

olmadıqlarını  xəbər  verdilər.  Buna  görə  dərhal  mərkəz  komandirinin  yavərinə 

vəziyyəti bildirdim. Yavər qatarda iyirmi səkkiz vaqon olduğunu bildirərək, xalqın 

gətirdiyi  hədiyyələrin  hər  vaqona  bir  paket  düĢəcək  Ģəkildə  paketlənərək  əsirlərə 

verilməsini  istədi.  Vəziyyəti  xalqa  izah  etdim  və  dərhal  paketlər  hazırlanmağa 

baĢlandı. 



56 

 

Qatar  gəldikdən  sonra  səhiyyə  heyəti  olaraq  vaqonlara  mindik.  Mən  əsir 



əsgərlərə  türk  dilində  aralarında  xəstə  olub-olmadığını  soruĢdum.  Onlar  ĢaĢqınlıq 

içərisində mənə və rus həkimlərə baxırdılar. Əsirlər müayinə olunmaq istəmirdilər. 

Bizə inanmadıqlarını görüb danıĢmağa baĢladım: 

"Hal-hazırda  olduğumuz  yer  Gəncə  vağzalıdır  və  Ģəhərin  əhalisi  türkdür. 

Sizin  öz  qardaĢlarınızdır.  Vağzalda  bir  xəstəxanamız  var.  Xəstə  olan  əsgərləri 

oraya  aparacağıq.  Ġstirahət  edib,  sağlamlığınıza  qovuĢduqdan  sonra  yolunuza 

davam edəcəksiniz". 

Bundan  sonra  gördüm  ki,  xəstə  olmayan  əsirlər  də  xəstəxanaya  getmək 

istəyirlər.  Müayinə  nəticəsində  40  əsgəri  xəstəxanaya  göndərdik.  Sonra,  xəstə 

olmayan  vaqonlara  da  girdik  və  bütün  əsirlərin  hal-əhvalını  soruĢduq.  Rus 

həkimlər əsirlərə müxtəlif suallar verirdilər. Daha sonra xalq tərəfindən hazırlanan 

bağlamaları  vaqonlara  apardıq  və  "Gəncə  xalqından  türk  qardaĢlarına  verilmək 

üçün hazırlanan hədiyyədir", deyərək paylamağa baĢladıq. Bu zaman gənc bir zabit 

vaqonun  pəncərəsindən  bizi  çağıraraq  onların  vaqonuna  minməmizi  istədi.  Oraya 

da girdik. Zabit bizə dedi: 

-  Mən  xəstəyəm,  çox  xəstəyəm.  Ġki  həftədir  heç  istirahət  etmədik. 

Vaqonumuzda həkim var, ancaq dərmanımız yoxdur. 

Zabit  sözünü  bitirdikdən  sonra  həkim  olduğu  aydın  olan  biri  bizə  doğru 

yaxınlaĢdı  və  xəstənin  vəziyyətini  bizə  anlatdı.  Rus  həkimlər  də  öz  aralarında 

söhbət etdikdən sonra mənə dedilər: 

-  Xəstəni  aparaq.  Əgər  istərsə  əsir  həkim  də  bizimlə  gəlsin.  Bizə  yardım 

edər və beləcə iĢimiz asanlaĢar. 

Həkimlərin  qərarını,  adının  Murad  olduğunu  öyrəndiyim  əsir  türk  zabitinə 

və  həkimə  anlatdım.  Bu  təklifi  qəbul  etdilər.  Hamımız  bərabər  camaatın  olduğu 

salona girdik. Orada olanlar dərhal ayağa qalxaraq əsirləri salamladı. 

Gəncədəki əsirlərin həsrət çəkməməsi üçün Ģəhərin tanınmıĢ ziyalılarını da 

vaxtaĢırı  xəstəxanaya  ziyarətə  aparırdıq.  Xəstə  əsirlərin  ən  çox  sevdiyi  adam,  heç 

Ģübhəsiz, Ģair Əhməd Cavad idi. M.Ə.Rəsulzadənin Bakıda nəĢr etdiyi "Açıq söz" 

qəzeti ilə türkcə nəĢr olunmuĢ kitab və digər nəĢrləri də əsir xəstələrə aparırdıq. 

Bir gün Gəncənin tanınmıĢ tacirlərindən Hacı Həsən ağa ilə söhbət edərkən, 

əsirlərə  bir  ziyafət  vermək  istədiyini  söylədi.  Bunu  bələdiyyə  rəisi  Xəlil  bəyə 

bildirdim və rus səlahiyyətlisindən icazə almasını xahiĢ etdim. 

Bir neçə gün sonra Xəlil bəy mənə dedi: 

-  Hacı  Həsənə  söylə,  gözəl  və  zəngin  bir  ziyafət  versin.  Əsirlərdən  baĢqa, 

mən,  rus  rəhbər,  mərkəz  komandiri,  hökumət  və  bələdiyyə  həkimləri  ilə  Ģəhərin 

tanınmıĢ əĢrafı da yeməkdə olacağıq. 




Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə