Dr. Mustafa GÖRÜryilmaz



Yüklə 3,77 Mb.
Pdf görüntüsü
səhifə22/175
tarix15.03.2018
ölçüsü3,77 Mb.
#31547
1   ...   18   19   20   21   22   23   24   25   ...   175

49 

 

kirayəyə veriləcək və dəyərləri sahiblərinə ödənmək üzrə mal sandıqları vasitəsilə 



əmanətə qeyd ediləcəkdir; 

e)  Bütün  bu  məsələlər  xüsusi  komissiyalar  vasitəsilə  həyata  keçiriləcək  və 

bu xüsusda bir təlimatnamə hazırlanacaqdır". 

Tələt  PaĢanın  Sədarətə  təzkirə  verməsindən  bir  gün  sonra  27  may  1915-ci 

ildə  "Səfər  vaxtı  hökumətin  əmrlərinə  boyun  əyməyənlərə  tətbiq  olunacaq  hərbi 

tədbirlər  haqqında  müvəqqəti  qanun"  çıxarıldı.  Bu  keçici  qanun  "Təqvimi-

Vəqaye"də 1 iyun 1915-ci ildə nəĢr olunaraq qüvvəyə mindi.

43

 



DüĢmənin  Anadolu  torpaqlarına  əsgər  çıxarmasını  asanlaĢdıracaq 

bölgələrdə  təhcir  tətbiq  olunmasına  təminat  verilmiĢdir.  Daha  sonra  bu  təcrübə 

üsyan çıxaran, düĢmənlə əməkdaĢlıq edən, erməni komitəçilərə yardım edən digər 

vilayətlərdəki  erməniləri  də  əhatə  edəcək  Ģəkildə  geniĢləndirilmiĢdir.  BaĢlanğıcda 

katolik və protestan ermənilər kənar olunurkən, daha sonra bunlar arasından zərərli 

iĢlər görənlər də sövq olundu. 

Tələt PaĢa Qərb ölkələrinin etirazı və basqısı qarĢısında təhcirin məqsədinin 

ermənilərin kökünü kəsmək, ortadan qaldırmaq və yox etmək olmadığını bildirirdi. 

Bu məqsədlə 29 avqust 1915-ci ildə Xudavəndigar, Konya, Ankara, Ġzmit, Adana, 

MaraĢ,  Urfa,  Hələb,  Zor,  Sivas,  Kütahya,  Karəsi,  Niüdə,  Məmüratül-Əziz, 

Diyarbəkir, Qarahisarı-Sahib, Ərzurum və Kayseri vali və idarəçilərinə göndərdiyi 

Ģifrəli teleqrafda təhcirin qayəsini bu Ģəkildə açıqlamıĢdı: 

"Ermənilərin  yerləĢdikləri  yerdən  çıxarılaraq  təyin  edilən  məntəqələrə 

göndərilmələrində  hökumətin  qayəsi,  bu  ünsürlərin  hökumət  əleyhinə  fəaliyyət 

göstərmələrini və bir Ermənistan hökuməti təĢkili haqqındakı milli arzularını təqib 

edə bilməyəcək bir hala gətirilmələrini təmin əsasına dayanmaqdadır. Bu, kimsənin 

məhvi  demək  olmadığı  kimi,  köçürülmə  əsnasında  qrupların  əmniyyəti  təmin 

edilməli  və  mühacirlər  üçün  ayrılan  vəsait  hesabına  iaĢələrinə  aid  hər  cür  tədbir 

görülməlidir.  Yerlərindən  çıxarılıb  göndərilənlərdən  baĢqa,  yerlərində  qalan 

ermənilər  bundan  sonra  yerlərindən  çıxarılmamalıdır.  Əvvəllər  də  təbliğ  edildiyi 

kimi, əsgər ailələri ilə ehtiyac nisbətində sənətkar, protestan və katolik ermənilərin 

köçürülməməsi  qəti  olaraq  qərarlaĢdırılmıĢdır.  Erməni  qruplarına  hücum  edənlər 

və  ya  bu  kimi  hücumlara  təĢəbbüs  göstərən  jandarm  və  məmurlar  haqqında  ciddi 

qanuni  tədbir  görülməli  və  bu  kimilər  dərhal  iĢdən  çıxarılaraq  Divanı-Hərblərə 

təslim edilməlidir. Bu kimi hadisələrin təkrarından vilayət və sancaqlar məsuliyyət 

daĢıyacaqlar".

44

 

Osmanlı  dövləti  bu  mövzuda  hüquqi  struktur  yaratmıĢ  və  bəzi  qanunlar 



çıxararaq  dəstəkləmiĢdir.  Qanun  əhatəsində  türk  arxiv  sənədlərinə  görə  təxminən 

702.500 adam ölkənin cənub bölgələrinə köç etdirilmiĢdir. Ermənilər daha sonrakı 

illərdə  bu  köç  əsnasında  milyonlarla  insanın  öldüyünü  iddia  etmiĢdilər.  Yolçuluq 

zamanı ortaya çıxan problemlərdən ölənlər olduğu kimi, baĢqa səbəblərdən ölümlər 




50 

 

də meydana gəlmiĢdir. Hesablamalara görə, Birinci Dünya müharibəsində müxtəlif 



səbəblər üzündən ölən ermənilərin sayı təxminən 300 mini keçməmiĢdir. Ermənilər 

və  onları  qoruyan  dövlətlər  tərəfindən  bu  ədəd  1918-ci  ildən  bu  günə  qədər  bir 

neçə  yüz  mindən  bir  neçə  milyona  çıxarılmıĢdır.  Təhcir  zamanı  ölən  ermənilərin 

sayı  haqqında  müxtəlif  ölkələrin  elm  adamları  müqayisəli  olaraq  araĢdırmalar 

aparmıĢdır.  Erməniləri  zorla  köç  etdirmə  məsələsi,  hər  Ģeydən  əvvəl  bir  savaĢ 

məcburiyyəti olaraq, alınmıĢ tədbirlərdən doğmuĢdur. 

Arxa cəbhədə ermənilərə təhcir tətbiq olunarkən, ruslar, Qafqaz cəbhəsində 

çətin vəziyyətdə qalan türk qüvvələri qarĢısında ciddi bir hərbi hərəkata giriĢmədi. 

Bəzi önəmli hərbi qüvvələrini ġərqi Avropadakı alman qüvvələrinin qarĢısına nəql 

etmə  fürsəti  tapmıĢdı.  Bu  dövrdə  ġərqi  Anadoluda  olan  Qars,  Artvin,  Ağrı, 

Ərzurum,  Ġspir,  AĢkale,  Rizə,  Trabzon,  Bayburt,  GümüĢxanə,  Ərzincan,  Van, 

Bitlis, MuĢ rusların iĢğalı altındaydı. 

BirləĢmiĢ  Millətlərin  təsvir  etdiyinə  görə,  soyqırım  bir  milləti,  mənsub 

olduğu irq və ya inancı səbəbindən tamamən,  ya da qismən  məhv etməkdədir. Bu 

bir  suçdur.  Təhcir  isə  bir  ölkədə  yaĢayan  azlıqlardan  birini,  təhlükəsizlik  əsasıyla 

bir  bölgədən  bir  baĢqa  bölgəyə  məcburi  köçə  tabe  etməkdir.  Osmanlı  dövlətinin 

Birinci Dünya müharibəsi illərində ermənilərə qarĢı çıxardığı və tətbiq etdiyi qərar 

bir  təhcirdir.  Aparılan  əməliyyatın  soyqırım  ilə  əlaqəsi  yoxdur.  Təhlükəsizlik  və 

hərbi  səbəblər  üzündən  belə  bir  təcrübəyə  gedilmiĢdir.  Birinci  Dünya 

müharibəsində alman BaĢ Qərargahının təmsilçiləri, müttəfiqi olan Osmanlı dövləti 

ilə  əldə  edilən  anlaĢmalara  görə,  ordularda  kurmay  (hərbi  akademiya  məzunu) 

zabitlər  yerləĢdirilirdi.  Bu  zabitlər  ermənilərdəki  hərəkətliliyə  diqqət  çəkərək, 

erməni  partiyalarından  DaĢnak  və  Hnçaq  liderlərinin,  ölkənin  daha  təhlükəsiz 

bölgələrə  köçürülmələrinin  gərəkliliyini  təlqin  etmiĢdilər.  Ancaq  müharibənin  o 

çətin  Ģərtlərində  bəzi  yerli  rəhbərlər  bu  köçü  lazım  olduğu  kimi  nizamlaya 

bilməmiĢdilər. Osmanlı dövləti də ġərq cəbhəsində bəzi həssas bölgələrdə yaĢayan 

erməni liderlərini daha təhlükəsiz olan cənubdakı ətraflara yerləĢdirmiĢdi. Orta və 

Qərbi Anadolu ilə xüsusən Ġstanbulda yaĢayan ermənilər təhcir edilməmiĢdi. Çünki 

o bölgələrdə yaĢayan ermənilərin dövlətə zərər vermələri mümkün deyildi. 

Osmanlı  dövlətində  illik  büdcə  mart  ayında  təsdiqlənməkdəydi.  Dövlətin 

erməni  vətəndaĢlarını  əvvəlcədən  təhcirə  tabe  etmək  kimi  bir  düĢüncəsi,  ya  da 

planı olsaydı, vacib olan məbləği mart ayından əvvəl hər hansı bir Ģəkildə büdcəyə 

daxil  etməsi  lazım  gələrdi.  SarıqamıĢ  hadisəsi  və  ardından  ermənilərin  türklərin 

qətlinə  baĢlaması  üzündən  Daxiliyyə  Nəzarəti  büdcəsinə  60  milyon  quruĢ  əlavə 

məbləğ qoyulması ilə əlaqəli qanun, 1915-ci ilin iyununda çıxarılmıĢdır. Üstəlik də 

təhcirə  tabe  olanlardan  kiçik  yaĢlılara  günlük  60  para,  böyüklərə  də  3  quruĢ  yol 

xərci  verilməsi  qərarlaĢdırılmıĢdı.  Milliyyəti  ya  da  irqi  səbəbindən  bir  qisim 



Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə