Dr. Mustafa GÖRÜryilmaz



Yüklə 3,77 Mb.
Pdf görüntüsü
səhifə17/175
tarix15.03.2018
ölçüsü3,77 Mb.
#31547
1   ...   13   14   15   16   17   18   19   20   ...   175

39 

 

ermənilərin  maraq  və  mənafelərinin  çara  ərz  edilməsini  və  çarın  da  buna  sahib 



çıxması üçün xüsusi təĢəbbüs göstərməsini rica edirdi. 

Voronsov-DaĢkov  Rusiya  xarici  iĢlər  naziri  Sazonova  24/11/avqust 

1914/445  tarix  və  saylı  bir  teleqraf  göndərərək,  "bəzi  kürd  liderləri  ilə  erməni 

rəhbərlərin  Türkiyədə  üsyan  etmək  üçün  Rusiyanın  yardım  etməsi"  istiqamətində 

istəkləri  olduğunu  bildirdi.  DaĢkov  bu  təkliflərə  ehtiyatla  yanaĢmanın  gərək 

olduğunu  bildirərək,  bunun  üçün  bəzi  tədbirlərə  ehtiyac  olduğunu  və  türklərə 

düĢmən  kürd  və  erməni  dairələrin  su  üzünə  çıxaraq  tamamən  bəlli  olmasının 

əhəmiyyətini dilə gətirdi. Bu qruplardan silahlı qruplar təĢkil edərək, müharibənin 

baĢlaması halında bunlardan istifadə olunmasının gərəkliliyini də qeyd etdi. 

Erməni  DaĢnaksütyun  partiyası  Birinci  Dünya  müharibəsinə  hazırlaĢarkən 

Osmanlı  dövləti  də  Ġstanbuldakı  erməni  xalqı,  patriarx  və  ətrafını  yaxından  təqib 

etdi.  Erməni  dairələrindəki  hərəkətliliyi  və  hadisələri  yaxından  izləyən  dövlət 

vəzifəliləri düĢüncələrini açıq və dürüst bir dillə erməni kilsəsinin məsul Ģəxslərinə 

bildirdilər. Birinci Dünya müharibəsində önəmli vəzifələr icra edən hərbiyyə naziri 

və baĢ komandan vəkili Ənvər PaĢanın əmisi Xəlil (Qut) PaĢa, o tarixlərdə Ġstanbul 

Mərkəz komandanı idi. Xəlil PaĢanın yavəri yüzbaĢı (yüzbaşı: kapitan) Səlahəddin 

xatirəsində  bu  mövzuda  aĢağıdakıları  qeyd  edir:  "Xəlil  PaĢanın  mənə  anlatdığına 

görə 4 avqust 1914-cü ildə Osmanlı dövləti böyük səfərbərlik elan edincə, o tarixdə 

Məclisi-Məbusan  sədri  MenteĢe  məbusu  Xəlil  bəyin  sədrliyində  Ġstanbul  Mərkəz 

komandanı  minbaĢı  (minbaşı:  mayor)  Xəlilin  (Xəlil  PaĢa)  də  daxil  olduğu  bir 

heyət, hökumət adından erməni patriarxlığına gedərək bunları söyləmiĢdilər: 

-  Osmanlı  dövləti  bir  dünya  müharibəsinə  girmək  üzrədir.  Bu  müharibə 

dövlətimiz üçün ölüm-qalım məsələsidir. Bunun üçündür ki, dövlət hər tədbirə baĢ 

vuracaqdır. Ermənilərin yüz ildən bəri bir dövlət qurmaq üçün çalıĢdıqlarını və bu 

yolda  Rusiya  və  ingilislər  tərəfindən  dəstəkləndiyini  bilirik.  Bu  durum  qarĢısında 

təklifimiz budur: 

1.

 

Biz bu müharibədə ya qalib gələcəyik, ya da məğlub olacağıq. Əgər bu 



müddətdə  siz  bir  pislik  etməzsəniz  və  biz  də  qalib  gələrsək,  mərkəzi  Ġrəvan 

olmaqla  bir erməni dövləti qurulmasını (Türkiyə-Ġran-Rusiya  torpaqlarında) qəbul 

edərik. Yox, məğlub olarsaq, onsuz da qalib dövlətlər sizə bunu edəcəklər. 

2.

 



Ermənilər düĢmənlərimizə yardım edərlərsə, o vaxt Türkiyədəki bütün 

erməniləri  məhv  edərik.  Qalib  gələr  və  Qafqaza  keçərsək,  orada  eyni  davranıĢı 

davam etdirərik. Məğlub olsaq da ermənilər üçün heç bir qazanc yoxdur". 

Bu  təklif  qarĢısında  patriarxlıq  ermənilərin  müharibə  müddətincə  tamamən 

tərəfsiz qalacağını vəd etmiĢ və "tarixin müqəddəratına baxacaqlarını" söyləmiĢdir. 

Buna  rəğmən  hadisələr  ermənilərin  verdikləri  sözdə  durmadıqlarını  və 

inqilab yoluna baĢ vurduqlarını göstərdi.

14

 




40 

 

Birinci Dünya müharibəsinin baĢlamasından dərhal sonra erməni patriarxı V 



Kevork  Voronsov-  DaĢkova  18/5/  avqust  1914/1131  tarix  və  saylı  bir  baĢqa 

məktub  göndərdi.  Məktubda  dünyadakı  bütün  ermənilərin  "türklərə  qarĢı 

vuruĢmağa  susadığını"  müəyyən  edərək,  bu  arzularının  dəstəklənməsini  istədi. 

Voronsov-DaĢkov  da  Rusiyanın  baĢ  naziri  Kuremikinə  22/9/avqust  1914/1955 

tarix və saylı bir "gizli" məktub göndərmiĢdi. Kuremikin də bu məktubu xarici iĢlər 

naziri  Sazonova  həvalə  etdi.  Sazonovun  buna  cavab  olaraq  Rusiya  Nazirlər 

Heyətinə  göndərdiyi  30/17/avqust  1914/1955  tarix  və  saylı  "gizli"  məktubda  belə 

deyilirdi: 

"Rusiya  hökumətinin  Türkiyəyə  qarĢı  tətbiq  etdiyi  siyasət  ilə  ermənilərin 

gələcəyi ilə bağlı görüĢlərini, Qafqazda yaĢayan erməni təmsilçilərinin daha yaxĢı 

anlaması  və  üsyanın  son  dərəcə  gizli  aparılması  üçün  vacib  olanın  yerinə 

yetirilməsi  mövzusunda  məlumatlandırılmaları  yerində  olacaqdır.  Türkiyə  ilə 

münasibətlərin  kəsilməsi  halında  gələcəkdə  istifadə  edə  bilmək  üçün  kürdlər  və 

ermənilərlə  yaxĢı  münasibət  qurulması  lazımdır.  Türkiyə  ilə  münasibətlərin 

kəsilməsi  qaçılmaz  olduqda,  ya  da  tamamən  kəsilməsi  halında  istifadə  olunmaq 

üçün sərhəddən silah və sursat keçirilərək, gələcək üçün hazırlıq görülməlidir."

15

 

Rusiya  Nazirlər  Heyətindəki  bu  olaylara  dair  Voronsov-DaĢkov  erməni 



patriarxına  göndərdiyi  cavabda  Qafqaz  ilə  Anadoluda  yaĢayan  ermənilərin 

təĢəbbüs edəcəkləri hər hərəkətdə onunla məsləhətləĢmələrini və verəcəyi təlimata 

görə hərəkət etmələrini istədi. 

Voronsov-DaĢkov  Rusiya  Xarici  ĠĢlər  Nazirliyinin  də  təsdiqini  alaraq, 

Birinci  Dünya  müharibəsi  baĢladıqdan  sonra  Tiflis  valisinə  erməni  birliklərinin 

yaradılması  üçün  təlimat  verdi.  Erməni  birliklərinin  xərclərinin  də  Rusiya 

tərəfindən qarĢılanacağını bildirdi. 

Müharibənin baĢlamasına qədər keçən dövrdə erməni daĢnaklarına məsafəli 

duran,  hətta  düĢmənçilik  göstərən  Rusiya  beləcə  siyasətini  dəyiĢdirmiĢdi.  Erməni 

silahlı  dəstələrini  əvvəlcə  siyasi  yolla  dəstəkləməyə  baĢlamıĢ,  daha  sonra  da 

nəzarəti  tamamən  ələ  keçirərək,  Qafqaz  və  Osmanlı  dövləti  torpaqları  üzərinə 

salmıĢdılar.  Onların  silah,  cəbbəxana  və  hər  növ  alət  və  ləvazimatlarla  təchiz 

edilmələrini  də  təmin  etdi.  Rusiya  hökumətinin  bu  siyasət  dəyiĢikliyinə  görə 

daĢnak liderlər ailələrini də yanlarına alaraq Qafqaza dönməyə baĢladılar. Əvvəllər 

Bolqarıstanda olan Andranik də Tiflisdə Voronsov-DaĢkov ilə görüĢərək, quracağı 

erməni qüvvələri üçün minlərlə silah, sursat və pul yardımı təmin etdi.

16

 

Çarın  əmrinə  görə,  ermənilərlə  Rusiyanın  Qafqaz  BaĢkomandanlığı 



arasındakı əməkdaĢlıq  sürətlə  möhkəmləndi.  Sazonov,  Voronsov-DaĢkova  Qafqaz 

bölgəsində  təĢkil  ediləcək  erməni  və  kürd  qrupların  təlim-tərbiyəsi  üçün  26  min 

tüfəng və on iki milyon mərmi göndərdi.

17

 Ġlk iĢ olaraq Qafqaz cəbhəsində türklərə 



qarĢı vuruĢmaq üçün ermənilər silahlanmağa baĢladı. Ermənilərdən təĢkil edilən bu 


Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə