Dr. Mustafa GÖRÜryilmaz



Yüklə 3,77 Mb.
Pdf görüntüsü
səhifə16/175
tarix15.03.2018
ölçüsü3,77 Mb.
#31547
1   ...   12   13   14   15   16   17   18   19   ...   175

37 

 

ABġ-dan  Xaçatur  Malumyan.  Rumıniya  və  Bolqarıstandan  qatılan  təmsilçilər  isə 



rus səlahiyyətliləri tərəfindən müəyyən oluna bilməmiĢdi. 

Erməni  DaĢnaksütyun  partiyasının  qurultayında  aĢağıdakılar  qərara 

alınmıĢdı: 

1)

 



Türkiyədə  iqtidarda  olan  Ġttihad  və  Tərəqqi  Partiyası  ilə  ittifaqa 

girilməsi. 

2)

 

Osmanlı Məclisi-Məbusanında ən azı 4 təmsilçilik alınması. 



3)

 

Osmanlı  dövlətində  polis  və  məhkəmə  idarələrində  bəzi  həssas 



vəzifələrə partiya üzvlərinin yerləĢdirilməsi. 

4)

 



ġərqi  Anadolunu  6  vilayətə  bölərək,  görüləcək  iĢlərə  nəzarət  edilməsi 

və buralarda islahatlar aparılması. 

5)

 

Türkiyə  və  Ġrandakı  partiya  səlahiyyətlilərinə  Mərkəzi  Komitənin 



icazəsi olmadan illik seçkilər keçirmə səlahiyyəti verilməsi. 

6)

 



Partiya  pullarının  gəliri  və  çıxarı  haqqında  bütün  bölgələrin 

Cenevrədəki mərkəzin nəzarətinə tabe olması. 

7)

 

Mərkəzi  Büronun  icazəsi  olmadan  Mərkəzi  komitələrin  terror 



hərəkətləri etməməsi ilə bağlı qadağanın aradan qaldırılması. 

8)

 



Terror  hərəkətlərinə  ara  verilməsi  haqqında  yerli  komitələrin  qərar  ala 

bilməsi.  Əsas  əməliyyatların  dayandırılmasına  isə  ancaq  Mərkəzi  Büronun  qərar 

verməsi. 

9)

 



Mərkəzi  komitələrin  siyahısında,  əllərində  və  anbarlarında  olan 

silahların Mərkəzi Büroya bildirilməsi. 

10) 

Mərkəzi  komitələr  ilə  vilayət  komitələri  və  terror  əməliyyatları 



aparacaq qrupların liderlərinin yenidən müəyyən olunması. 

11) 


Hnçaq  partiyası  ilə  olan  anlaĢmaya  görə  Türkiyə  Ermənistanında 

lazım  olduğu  zaman  ermənilərin  müdafiəsinin  təmin  olunması  və  aparılacaq 

islahatlara yardımçı olunması. 

12)


 

Ġslahatların  aparılmasına  yardım  edən  Rusiya  hökumətini  məmnun 

etməyəcək  hadisələrin  baĢ  verməsinə  imkan  verilməməsi,  idarəçiliyə  qarĢı  olan 

müstəqil  və  sosialist-inqilabçı  partiyalarla  münasibətin  davam  etdirilməsi,  ancaq 

Rusiya  əleyhinə  davranıĢ  və  iĢbirliyinə  heç  bir  zaman  meydan  verilməməsi, 

tətillərdə fəhlə ittifaqına yardımçı olunması. 

13)

 

Bütün partizanların (militanların) Türkiyə Ermənistanına keçirilməsi. 



14)

 

Ġslahatlar  aparılana  qədər  Rusiyadakı  siyasi  yeniliklərin  yaxından 



izlənməsi,  buna  qarĢılıq  partiya  orqanlarının  öz  fəaliyyətlərini  ən  gizli  Ģəkildə 

həyata keçirməsi. 

15)

 

12-ci  maddədə  yer  alan  məqsəd  üçün  rus  sosial-demokrat  və  anarxist 



partiyaların Rus çarına qarĢı terror əməliyyatları aparmamaları üçün inandırılması. 


38 

 

16)



 

Qafqaza  pan-islamçılar  adı  altında  öz  adamlarımızı  göndərərək, 

Rusiyaya  qarĢı  müsəlmanların  fitnəkarlıq  etməsi  və  üsyana  təĢviq  edilməsi  üçün 

təbliğat  aparılmasının  təmin  olunması.  Bunun  nəticəsində  Rusiya  hökuməti 

tərəfindən  türklərə  təzyiq  və  güc  tətbiq  olunacağı,  əsas  da  bu  cəmiyyətlərin 

zəifləyəcəyi  düĢünülür.  Buna  görə  də  DaĢnaksütyun  partiyasının  Qafqazda 

aparacağı  əməliyyatlarda  türklərin  ermənilərə  qarĢı  müqavimət  göstərməsinin 

qarĢısı  alınacaqdır.  Bundan  baĢqa,  Qafqazda  yaĢayan  türklərlə  Anadoludakı 

türklərinin  ermənilərə  qarĢı  birlikdə  hərəkət  etməsi  və  birləĢməsi  istiqamətindəki 

təhlükə də ortadan qalxacaqdır. 

17)

 

Rusiya,  Ġran,  Türkiyə  və  Amerikada  ana  dilini  bilməyən  erməni 



uĢaqları üçün məktəblər açılması və ana dilinin qrammatikasının öyrənilməsi üçün 

kurslar keçirilməsi. 

Raportu  yazan  Rus  jandarma  məmurları  Qafqazdakı  pan-islamçı  qrupların 

yaxından təqib olunmasını da istəyirdi. 

Bu  raporta  dair  rusların  Qafqaz  baĢ  valisi  Voronsov-DaĢkov  10  yanvar 

1914/59  tarix  və  saylı  "çox  gizli"  qeydi  ilə  əlaqədar  Ģəxslərə  göndərdiyi  yazıda, 

Rusiya  vətəndaĢı  olan  ermənilərin  Osmanlı  dövlətində  yaĢayan  ermənilərlə  çox 

ciddi  münasibət  qurduqlarını  bildirərək,  Qafqazdakı  rus  idarəçilərin  onlara 

yardımçı olmalarını əmr etdi. Rusiya hökumətinin Qafqazdakı ermənilərin içərisinə 

yerləĢdirilmiĢ  kadrlarını  mühafizə  etməsi  üçün  tədbir  alması,  bundan  baĢqa 

ermənilərin  Rusiya  əleyhinə  üsyan  etmə  ehtimalının  da  göz  önündə  saxlaması 

vacibliyini  qeyd  etdi.  Qafqazda  yaĢayan  ermənilərin  Türkiyəyə  verə  biləcəkləri 

zərərlərdə  nəzarətli  davranmaları  və  ifrata  varmamaları  üçün  lazım  olanın 

edilməsini  və  bu  hadisələrin  Rusiyaya  aid  torpaqlarda  dinclik,  təhlükəsizlik  və 

asayiĢi  pozacaq  Ģəkildə  tərtib  edilməməsini  istədi.  Yazıda  ermənilərin  edəcəyi 

təcavüzlərdən və törədəcəkləri hadisələr səbəbindən Ġstanbulun Rusiyanı cavabdeh 

tutmaması və etiraz etməməsi üçün tədbirli davranılması, bundan baĢqa Türkiyəyə 

girəcək  erməni  terrorçulara  hər  hansı  bir  cəza  verilməməsi  və  beləliklə,  "bu  asi 

ruhlu insanlardan Rusiyanın qurtulmuĢ olacağı" da xüsusilə vurğulanırdı.

12

 



Erməni  daĢnakları  yeni  bir  təĢkilatlanma  yaratmıĢ  və  əhəmiyyətli  qərarlar 

almıĢdılar.  Birinci  Dünya  müharibəsi  addım-addım  yaxınlaĢırdı.  Bunun  üçün 

Qafqazda  səfərbərlik  elan  etmiĢlər  və  əli  silah  tutan  bütün  erməniləri  rus 

qüvvələrinə  yardımçı  ola  bilmək  məqsədilə  hərbiyə  almıĢdılar.  Hədəfləri  əvvəlcə 

Qafqazı türklərdən tamamən təmizləmək və sonra Anadoluya girməkdi. 

Eçmiədzin kilsəsi patriarxı V Kevork, rusların Qafqaz baĢ valisi Voronsov 

DaĢkova

13

  18/5/avqust  1914/1131  tarix  və  saylı  bir  məktub  göndərmiĢdi.  Bu 



məktubda Ġstanbuldakı erməni Ģurası və erməni kilsəsinin aldığı müstəqillik qərarı 

çərçivəsində  rusların  özlərinə  yardımçı  olmasını  istəyirdi.  Bundan  baĢqa,  bu 

hədəflərin  gerçəkləĢməsi  üçün  istər  Türkiyə  və  istərsə  də  Qafqazda  yaĢayan 



Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə