Dr. Mustafa GÖRÜryilmaz



Yüklə 3,77 Mb.
Pdf görüntüsü
səhifə6/175
tarix15.03.2018
ölçüsü3,77 Mb.
#31547
1   2   3   4   5   6   7   8   9   ...   175

16 

 

toqquĢması  yarandı.  Rus  alayında  xidmət  edən  bir  erməni  6  fevralda  bir  türkü 



öldürdü. Bu hadisə nəticəsində Ġrəvan, ġuĢa, Gəncə, Tiflisdə toqquĢmalar meydana 

gəldi.  Bu  hadisələr  baĢ  verən  zaman  rusların  ermənilərin  yanında  yer  alması 

türkləri  gizli  cəmiyyətlər  qurmağa  sövq  etdi.  1890-cı  ildə  qurulan  gizli  Erməni 

Ġxtilal Cəmiyyətləri Birliyi DaĢnaksütyun Komitəsinə qarĢılıq Azərbaycan türkləri 

də "Difai" (müdafiə) adlı bir təĢkilat qurdular. Bu təĢkilat ilə eyni dövrdə qurulan 

Hümmət  Partiyası  və  1911-ci  ildə  qurulan  Müsavat  Xalq  Partiyası  Azərbaycanda 

oyanan milli kimliyin ilk təĢkilatları oldu. 

Rusiyada  27 fevral  1917-ci ildə  baĢlayan  bolĢevik  ixtilalından  sonra  15-20 

apreldə Bakıda Qafqaz Müsəlmanları Konqresi, 1-11 mayda isə Moskvada Rusiya 

Müsəlmanları Konqresi toplandı. Bu qurultaylarda bütün Qafqaza təsir edəcək iki 

milliyyətçi görüĢ müzakirə olundu. Əsas hədəfdə bir fərqlilik olmamaqla bərabər, 

taktiki  və  strateji  baxımdan  fərqli  yolları  üstün  tutan  bu  görüĢlərdən  liberal 

milliyyətçilər,  Rusiya  və  müsəlmanların  bütünlüyünü  pozmadan  mədəni 

muxtariyyət əldə edilməsini müdafiə edirdilər; inqilabçı milliyyətçilər isə bölgələrə 

görə milli dövlətlər qurulması tezisinin Rusiya müsəlmanları üçün təzyiq, istismar 

və  iĢğaldan  qurtarıcı  bir  görüĢ  olduğunu  dilə  gətirirdilər.  Bu  konqreslərdə 

Azərbaycanın  taleyini  müəyyən  edən  Məmməd  Əmin  Rəsulzadənin  rəhbərlik 

etdiyi inqilabçı milliyyətçi tezis qəbul edildi. Bu irəliləyiĢlər yaĢanarkən 15 noyabr 

1917-ci ildə bolĢevik idarəsi, Millətlərin Haqları BildiriĢini yayaraq hər millətin öz 

taleyini özü təyin etməsi prinsipini açıqladı. 

Cənubi  Qafqaz  xalqları  da  bu  bəyanatdan  çıxıĢ  etdilər  və  gürcü 

menĢeviklərin  rəhbərliyi  altında  gürcülər,  ermənilər  və  türklər  28  noyabr  1917-ci 

ildə Zaqafqaziya Komissarlığını qurdular. Daha sonra bu təĢkilat 18 yanvar 1918-

ci  ildə  Sovet  hökuməti  ilə  əlaqəsini  kəsərək,  Seym  adlı  bir  məclis  yaratdı.  Bölgə 

ölkələri  arasında  çıxan  anlaĢılmazlıqların  gedərək  dərinləĢməsi  nəticəsində 

Gürcüstan,  Ermənistan,  Azərbaycan  bu  birlikdən  ayrılaraq  dövlətlərini  qurdular. 

Azərbaycan 28 may 1918-ci ildə müstəqilliyini elan etdi. 

Ġngilis Müttəfiq Ordu Komandanlığının təbliği ilə Ġngiltərə 8 yanvar 1920-ci 

ildə  Qarabağın  Azərbaycana  aid  olduğunu  qəbul  etdi.  12  yanvar  1920-ci  ildə  isə 

müttəfiq  dövlətlərin  hamısı  Azərbaycanın  müstəqilliyini  rəsmi  olaraq  tanıdı. 

Ermənilər isə Qarabağda 23 mart 1920-ci ildə Azərbaycana qarĢı qiyam qaldırdılar. 

Yeni  qurulan  Azərbaycan  ordusu  bu  üsyanla  mücadilə  edərkən  çox  zəiflədi.  Bu 

fürsətdən  istifadə  edərək  Sovet  bolĢevik  Qızıl  Ordu  qüvvələri  Azərbaycandakı 

kommunist  türklərin  də  köməyi  ilə  26  aprel  1920-ci  ildə  Azərbaycanın  Ģimal 

sərhədindən girib, 27 aprel 1920-ci ildə Bakını iĢğal etdi. Beləliklə, Azərbaycan rus 

bolĢeviklərin  və  Qızıl  Ordunun  iĢğalı  ilə  yeni  bir  müstəmləkə  dövrünü  yaĢamağa 

baĢladı.  Həmin  tarixdə  N.Nərimanovun  baĢçılığı  altında  Sovet  Azərbaycanı  elan 

edildi.  30  oktyabr  1920-ci  ildə  qurulan  Azərbaycan  bolĢevik  hökuməti  Sovet 




17 

 

Rusiyası ilə müstəmləkə xarakteri daĢıyan bir anlaĢma imzaladı. Azərbaycan Sovet 



Sosialist Respublikası 1922-ci ildə Zaqafqaziya Federasiyasına qatıldı. 1936-cı ildə 

isə Sovet Ġttifaqını təĢkil edən 15 respublikadan biri oldu. 

Azərbaycan,  Sovet  Ġttifaqının  dağılmasından  sonra  1990-cı  ildə  yenidən 

müstəqilliyini əldə etdi. 



3. Azərbaycanın strateji əhəmiyyəti: 

a.  Azərbaycan  tarix  boyu  bölgə  və  dünya  üçün  mühüm  bir  keçid  ölkəsi 

olmuĢdur. Tarixi Ġpək Yolunun bir hissəsi Azərbaycandan keçərək qərb ölkələri ilə 

əlaqə yaradırdı. Malların Azərbaycandan keçərək daĢınması və gəmi nəqliyyatında 

Xəzər  dənizinin  daha  da  çox  əhəmiyyət  qazanması  Don  və  Ġtil  (Volqa)  çayları 

arasındakı  kanalın  inĢası  ilə  daha  sürətləndi.  XIX  yüzilliyin  sonundan  etibarən 

Aralıq dənizi, Qara dəniz və Azov dənizindən keçən yük gəmiləri Volqa üzərindən 

Xəzər  dənizinə,  oradan  da  Türküstana  və  eyni  yolla  Avropa  və  Baltik  dənizinə 

gedən  malların  daha  asan  və  ucuz  daĢınmasını  təmin  edirdi.  Rusiyadan  cənuba 

doğru uzanan dəmir yolu ilə Batumi və Bakı arasındakı dəmir yolu və quru yolları 

mal və xidmətlərin nəqlini çox asanlaĢdırırdı. 



b.  Dünyada  ilk  neft  quyuları  XIX  yüzilliyin  ortalarında  Bakı  və  onun 

ətraflarında  qazıldı.  XX  yüzilliyin  əvvəllərində  dünyada  neft  çıxarılan  bölgələr 

ABġ,  Bəsrə  körfəzi,  Mosul-Kərkük  və  Bakıda  idi.  1900-cü  illərdə  dünyanın  "ən 

faydalı  yanacağı,  iqtisadiyyatın  ən  güclü  mənbəyi,  hətta  tibbin  dəyərli  dərmanı" 

olan  neftin  dünyadakı  hasilatının  yarısı  Bakı  və  onun  ətrafının  əlində  idi.  Neft  o 

qədər çox idi ki, qazılan hər quyudan qara qızıl fıĢqırırdı. Neft sənayesinin yükünü 

isə Bakı və onun ətrafında yaĢayan insanlar daĢıyırdı. 

Azərbaycan nefti dünyanın ən zəngin insanlarını və böyük Ģirkətlərini qısa 

müddətdə bölgəyə cəlb etdi. Ġsveçli  Nobel qardaĢları (Nobel  mükafatı onların adı 

ilə  bağlıdır),  ABġ-da  ən  böyük  neft  Ģirkəti  qurucularından  RotĢild,  Standart  Oil, 

Shell  ilə  daha  çox  ingilis,  alman  və  fransız  Ģirkətləri  Azərbaycan  nefti  sayəsində 

zənginləĢmiĢdilər. Nobel qardaĢları və digərləri Çar Rusiyası ilə bir çox anlaĢmalar 

imzalayaraq,  Bakıda  böyük  miqdarda  neft  hasil  edirdilər.  Azərbaycan  nefti  də 

Rusiyadan keçərək Avropa ölkələrinə daĢınırdı. 

Ġndi olduğu  kimi, keçən  yüzilliyin əvvəllərində də Azərbaycanın ən böyük 

Ģəhəri  Bakı  idi.  Birinci  Dünya  müharibəsinin  baĢlandığı  1914-cü  ildə  ABġ-dan 

sonra ən böyük neft hasilatçısı Rusiya olmuĢdu. Rusiya nefti isə o tarixlərdə yalnız 

Bakıda  çıxarılırdı.  Neft  lap  əvvəllər  sadə  üsullarla  hasil  edilirdi.  1872-ci  ildən 

etibarən  artezian  üsulu  ilə  iĢləyən  quyulardan  neft  çıxarılmağa  baĢlandı.  1875-ci 

ildə  Bakıda  5.300.000  pud  (1  pud=16  kq),  1901-ci  ildə  isə  681  milyon  pud  xam 

neft  hasil  edilirdi.

17

  Bakı  neftinin  müharibədən  əvvəl  illik  ixracı  22  milyon  tona 



yaxın  idi.

18

  Bakı  nefti  o  illərdə  Ģəhərin  Ģərq  bölgələri  olan  Balaxanı,  Suraxanı  və 



Sabunçuda  çıxarılırdı.  Quyulardan  borularla  Ģəhərin  Ģərq  kənarındakı  QaraĢəhər 


Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə