Dr. Mustafa GÖRÜryilmaz



Yüklə 3,77 Mb.
Pdf görüntüsü
səhifə8/175
tarix15.03.2018
ölçüsü3,77 Mb.
#31547
1   ...   4   5   6   7   8   9   10   11   ...   175

20 

 

aradan  qaldırmağı  qarĢısına  məqsəd  qoymuĢdular.  Bu  qrupun  təmsilçiləri  hər 



Ģeydən  əvvəl  öz  daxillərində  bir-biriləri  ilə  anlaĢa  bilmirdilər.  Bu  cərəyanın 

baĢında  Dr.  Abdullah  Cövdət,  Cəlal  Nuri  və  Kılıçzadə  Haqqı  bəylər  dururdu.  Bu 

cərəyanın  təmsilçiləri  düĢüncələri  baxımından  hər  dövrdə  mübahisə  mövzusu 

olmuĢdular. 



b.Ġslamçılıq  cərəyanı:  Osmanlı  sultanı  eyni  zamanda  Ġslam  ümmətinin  də 

xəlifəsi  idi.  Bu  baxımdan  dövlətin  təməl  ideologiyası,  vətəndaĢlar  arasında  ayrı- 

seçkilik  edilməməsi  prinsipini  əsas  tutmuĢdu.  MəĢrutəçiliyin  ən  təsirli  və 

digərlərinə  nisbətən  ən  çox  tərəfdar  toplayan  cərəyanıdır.  Dini  əqidələrə  dayanan 

düĢüncə  sisteminə  sahib  olduğu  üçün  Ġslamçılıq  daha  təmiz  bir  cərəyan  idi. 

Qabaqcılları arasında Prens Mehmet Səid Halim paĢanı, Mehmet Akifi, Babanzadə 

Əhməd Naimi, ġəmsəddin (Günaltay) bəyi göstərmək olar. Ġslamçılıq cərəyanı ilə 

bağlı görüĢlər hər siyasi partiyada az-çox var idi. Bu cərəyanın təmsilçiləri bir çox 

qəzet və jurnalda öz görüĢlərini açıqlamıĢdılar. Bunlar arasında "Sirati Müstəqim", 

"Səbilür-RəĢad",  "Cəridəyi  Sufiyyə",  "Cəridəyi  Elmiyyə",  "Hikmət",  "Bəyanül-

Həqq" kimi nəĢr orqanlarını göstərmək olar. 

c.Türkçülük  cərəyanı:  Osmanlı  dövlətində  iqtidar  partiyasının  təmsilçiləri 

bu cərəyanın qabaqcılları olduğu üçün Türkçülük cərəyanı ən güclü cərəyanlardan 

biri  idi.  Ġttihad  və  Tərəqqi  Partiyasının  ən  yüksək  orqanı  olan  Mərkəzi-Ümumi 

üzvü və partiyanın rəsmi ideoloqu olan Ziya Göyalpın təsiri bu cərəyanın gücünü 

artıran  ən  önəmli  amillərdən  biri  olmuĢdur.

27

  Osmanlı  dövlətinin  siyasi  rejiminə 



"Türk  millətindənəm,  İslam  ümmətindənəm,  Qərb  mədəniyyətindənəm" 

prinsipini  qoymaq  istəyən  türkçülər  Osmanlı  vətəndaĢlarına  bir  "yeni  həyat" 

təqdim 

edirdilər. 



Bu 

qurtuluĢ 

resepti 

və 


hərəkətinin 

təməlini 

türk milliyyətçiliyi fikir sistemi təĢkil edəcəkdi. Buna görə türklər əvvəlcə Osmanlı 

dövləti  içində  milli  bir  Ģüura  sahib  olacaqdılar.  Ġkinci  mərhələdə    də  Osmanlı 

dövlətinin  xaricində  yaĢayan  türklərin  müstəqilliyini  qazanaraq  öz  ayaqları 

üzərində  durmaları  və  varlıqlarını  qorumaları,  daha  sonra  da  onlarla  mədəni  və 

siyasi  tərəflərdən  bütünləĢmə  düĢüncəsi  vardı.  Bunun  ən  son  mərhələsində  isə 

bütün türk vilayətlərinin qatıldığı Turan adlı böyük bir ölkə qurulacaqdı. Türkçülük 

və  Turançılıq  cərəyanı  ilk  olaraq  macar  ziyalıları  tərəfindən  ortaya  atılmıĢ, 

Rusiyanın  iĢğalı  altında  olan  türk  vilayətlərində  isə  sürətlə  yayılmıĢdı.  Kazan, 

Krım,  Ġdil-Ural,  Macarıstan,  Qafqaz  və  xüsusilə  Azərbaycan  kimi  ölkələrdə 

yaĢayan  ziyalılar  bacardıqları  qədər  bu  fikir  cərəyanına  müxtəlif  tərəflərdən 

köməklik göstərmiĢdilər. 

Osmanlı  dövlətində  Türkçülük  cərəyanı  Ziya  Göyalpla  bərabər  siyasət  və 

mədəniyyət  sahəsindəki  tanınmıĢ  adamlar  vasitəsilə  də  inkiĢaf  etmiĢ  və 

zənginləĢdirilmiĢdi.  Akçuraoğlu  Yusif,  Ömər  Seyfəddin,  Cənab  ġahabəddin, 

Həmdullah  Sübhi  (Tanrıöver),  Köprülüzadə  Mehmet  Fuad,  Ağaoğlu  Əhməd, 



21 

 

Kazım  Naim  (Duru),  ġair  Mehmet  Əmin  (Yurdaqul)  kimi  aydınlar,  Türkçülük 



cərəyanının  önəmli  isimləri  idilər.  Ġttihad  və  Tərəqqi  Partiyası  osmanlıca  olan 

partiya  proqramını  1911-ci  ildə  türkcələĢdirmiĢdi.  Ġttihad  və  Tərəqqi  Partiyasının 

xaricindəki bəzi siyasi partiyalarda da milliyyətçi prinsiplər var idi. 

Türk  Ocağı,  milliyyətçi  türkçü  cərəyanını  ən  güclü  Ģəkildə  yayan  bir 

mədəniyyət  qurumu  olma  xüsusiyyətini  uzun  illər  saxlamıĢdı.  "Türk  Yurdu"  və 

"Kiçik  Məcmuə"  kimi  fikir,  sənət  və  ədəbiyyat  dərgiləri  də  cəmiyyətə  dərin  təsir 

göstərmiĢdir. Ġttihad və Tərəqqi Partiyası iqtidarda olduğu müddətdə bütün mətbuat 

və nəĢr imkanlarıyla Türkçülük cərəyanını dəstəkləmiĢdir.

28

 

Osmanlı dövlətində bəzi məsləki quruluĢlar, liberallar və marksistlər də bir 



sıra  iĢlər  görürdülər.  Ancaq  bu  və  buna  bənzər  qrupların  cəmiyyətdəki  fikir, 

ədəbiyyat, mədəniyyət və sənət sahəsində ciddi heç bir təsirləri olmurdu.

29

 

5.Ġstanbuldakı siyasi hadisələrin Azərbaycandakı aydınlanmaya təsiri. 



Türk  tarixi  və  mədəniyyəti  Mete  xandan  baĢlayaraq  Orta  Asiya-Səlcuq-

Osmanlı  xəttində  və  bir  bütün  olaraq  araĢdırılmalıdır.  Bu  tarixi  gediĢdə  Oğuz 

adətlərinin  böyük  bir  yeri  vardır.  Bu  adətlərin  hamısı  yazıya  köçürülməmiĢdir. 

Ancaq  cəmiyyətin  hər  təbəqəsində  və  dövlət  təĢkilatında  canlı  bir  Ģəkildə 

yaĢamıĢdır. Tarixin ən qədim dövrlərindən Ġstanbulun fəthinə qədər Orta Asiya və 

xüsusilə  müqəddəs  paytaxt  olaraq  bilinən  Ötükən  "böyük  xaqanlığın"  mərkəzi 

olaraq  qəbul edilmiĢdir.  Ötükənə hakim olan  türk qövmünə,  ya  da sülaləsinə  Göy 

Tanrının  yaxĢı tale, xoĢbəxtlik,  bəxt verdiyinə  inanılmıĢ və digərlərinə  görə  üstün 

qəbul edilmiĢdir. Bəzi anlayıĢlarda zaman içində dəyiĢiklik edilsə də Fateh Sultan 

Mehmetin  Ġstanbulu  fəth  etməsindən  sonra  "böyük  xaqanlıq"  qərb  türklərinə 

keçmiĢdir.  Teymur  ilə  Ġldırım  Bəyazid,  Yavuz  Sultan  Səlim  ilə  ġah  Ġsmayıl  kimi 

türk  xaqanları  arasındakı  qovğanın  təməlində  baĢqa  səbəblər  də  olmaqla  bərabər, 

"böyük  xaqanlıq",  ya  da  tabe  olma  duyğusu  var  idi.  BaĢqa  sözlə,  türk  tarixində 

sülalələr, ya da dövlətlər arasındakı mücadilənin təməlində siyasi səbəb vardı. Türk 

tarixi  bu  əhatədə  araĢdırıldığı  zaman  siyasi,  sosial,  iqtisadi  və  mədəni  hadisələrin 

qavranılması daha da asanlaĢacaqdır. 

Bugünkü  ġərqi  Anadolunun  Ģərqi,  Azərbaycan,  Gürcüstan  və  Ermənistan 

torpaqları  X  yüzillikdən  bu  yana  Oğuz  türklərinin  vətəni  olmuĢdur.  Azərbaycan 

torpaqlarında  türk-islam  tarixi  və  mədəniyyətinə  böyük  qatqıları  olan  saysız-

hesabsız  elm,  mədəniyyət,  sənət  və  siyasət  adamı  yetiĢmiĢdir.  Fəqət  bunlar 

arasında Dədə Qorqud ilə Nizami Gəncəvinin xüsusi bir yeri vardır. 

Ġstanbul, türklər tərəfindən  fəth edildikdən sonra, türk  və islam dünyasının 

uzun illər boyu mərkəzi, təmsilçisi, idarəedicisi və avtoritet mərkəzi olmuĢdur. Bu 

baxımdan  XIX  yüzillikdə  Qafqaz,  Orta  ġərq  və  Orta  Asiyanın  üzü  də,  əlbəttə, 

Ġstanbula  dönmüĢ  olurdu.  Kazan,  Krım,  Tiflis

30

  və  Bakının  gözü  də  təbii  olaraq 



Ġstanbula çevrilmiĢdi. 


Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə