Dr. Mustafa GÖRÜryilmaz



Yüklə 3,77 Mb.
Pdf görüntüsü
səhifə4/175
tarix15.03.2018
ölçüsü3,77 Mb.
#31547
1   2   3   4   5   6   7   8   9   ...   175

12 

 

B.  Şimali  Azərbaycan:  ġərqi  Anadolu  və  Cənubi  Azərbaycandakı  türklər 

yenə  bölünmədən  Ģimala  və  Ģimal-Ģərqə  doğru  davam  edir.  Ġki  bölgəni  Araz  çayı 

ayırır. Azərbaycanın ərazisi 86 min kv.km-dir. Ərazi coğrafi olaraq üç ana bölgəyə 

ayrılır: ġərqi Qafqaz  və  AbĢeron  yarımadası,  Kür çayı çökəkliyi  ilə Murovdağ və 

Qarabağ yaylası. ġərqi Qafqaz dağları Dağıstan ilə Kür çökəkliyini bir divar kimi 

bir-birindən ayırır. Bu hissə ilə əlaqə ancaq Xəzər dənizi sahilindən mümkündür. 

Kür çayının yerləĢdiyi ikinci hissə Azərbaycanın ən sulu bölgəsidir. Kür və 

Araz  çaylarının  kanallar  vasitəsilə  suladıqları  bu  sahə  ölkə  iqtisadiyyatının  ən 

önəmli kənd təsərrüfatı qaynağıdır. 

Murovdağ  və  Qarabağ  yaylası  isə  Kiçik  Qafqaz  dağlarının  Azərbaycan 

hissəsini  təĢkil  edir.  Ətrafının  dağlarla  əhatəli  olmasına  rəğmən  Azərbaycan 

torpaqlarının  40%-i  düzənlikdir.  Bu  düzənliklərin  yarıdan  çoxu  400-1500  metr 

yüksəklikdəki  platolardan  meydana  gəlir.  Dağların  2000  metr  yüksəkliyinə  qədər 

fıstıq, palıd və Ģam meĢələri vardır. 

Azərbaycanın  qərbində  Ermənistan  Respublikası  yerləĢir.  Türkiyənin  Ġqdır 

vilayəti  ilə  qonĢu  olan  Naxçıvan  Muxtar  Respublikası  da  Azərbaycanın 

tərkibindədir.  Sovet  Ġttifaqı  dövründə  Stalin  Naxçıvan  ilə  Azərbaycanın  və 

Türkiyənin  quru  yolu  əlaqəsini  kəsmək  üçün  Zəngəzur  bölgəsini  Ermənistana 

vermiĢdir.  Zəngəzurdakı  erməni  hakimiyyəti  Araz  çayına  qədər  uzanır  və  Ġran  ilə 

sərhəd  təĢkil  edir.  Azərbaycanın  Ģimalında  Qafqaz  dağları  və  Dağıstan,  Ģimal-

qərbində Gürcüstan yerləĢir. ġərqində isə yenə Xəzər dənizi vardır. 

Azərbaycanın əhalisi təxminən 8 milyon nəfərdir. Xalqın dolanıĢıq mənbəyi 

əsasən  kənd  təsərrüfatı  və  heyvandarlıqla  bağlıdır.  Neft,  təbii  qaz,  taxta-Ģalban, 

balıq  məhsulları  (kürü)  dövlətin  önəmli  gəlir  mənbələridir.  Sovet  Ġttifaqı 

dağıldıqdan  sonra  Azərbaycanın  qərb  qonĢusu  olan  Ermənistan  Respublikası, 

Azərbaycan  Respublikasına  aid  olan  Dağlıq  Qarabağ  bölgəsini  iĢğal  etmiĢdir.  Bu 

bölgə Azərbaycan torpaqlarının 20%-ni təĢkil edir. 

Azərbaycanın  paytaxtı  Bakı  Ģəhəri  3  milyonu  aĢan  əhalisi  ilə  Ġstanbul  və 

Ankaradan  sonra  türklərin  yaĢadığı  üçüncü  böyük  türk  Ģəhəridir.  Bakı  geniĢ  küçə 

və meydanları, park və xiyabanları, teatr, konsert salonları və universitetləri ilə bir 

təhsil,  mədəniyyət,  sənət  mərkəzi  olması  ilə  bərabər,  eyni  zamanda  bir  sənaye 

Ģəhəridir. 

Gəncə  Ģəhəri  eyni  adı  daĢıyan  çayın  iki  tərəfində  qurulmuĢdur.  Türk 

mədəniyyət və ədəbiyyat dünyasının ən önəmli Ģəxsiyyətlərindən biri olan Nizami 

Gəncəvinin  məmləkətidir.  Gəncə  uzun  müddət  Azərbaycanın  paytaxtı  olmuĢdur. 

Mis və alüminium emalı bu Ģəhərin sənayesinin əsasını təĢkil edir. 

Naxçıvan  Ģəhəri  Səlcuqlulardan  bu  yana  önəmli  bir  mədəniyyət,  elm  və 

sənət mərkəzidir. 



13 

 

Sumqayıt  Ģəhəri  Azərbaycanın  əsas  ağır  sənaye  müəssisələrinin  yerləĢdiyi 



Ģəhərdir. Ancaq bu müəssisələrin bəziləri hələlik fəaliyyət göstərmir. 

ġəki  Ģəhəri  keçmiĢ  tarixlərdə  Nuxa  da  adlanırdı.  Bu  Ģəhər  uzun  illər  ġəki 

xanlarının idarəetmə mərkəzi olmuĢdur. Qaf dağının qoynunda ipək istehsal edilən 

ən önəmli mərkəzdir. 

ġuĢa Ģəhəri ermənilərin iĢğalı altındadır, vaxtilə burada ipək açma və xalça 

toxuma sənəti inkiĢaf etmiĢdi. 

Ermənilərin  iĢğalı  altında  olan  ġahbulaq  Qarabağ  xanlarının  mərkəziydi. 

Azərbaycanın Ģimal tərəfində yerləĢən Quba, Qazax, Tovuz Ģəhərləri də əhalisinin 

sayına görə əsas Ģəhərlərdəndir.

2

 



İQLİM: Qafqaz dağlarının Ģimaldan əsən soyuq küləkləri kəsməsi bölgədə 

ilıq  bir  iqlimin  yaĢanmasına  səbəb  olur.  Lənkərandan  baĢlayaraq  cənub 

bölgələrində sərt yaylaq iqliminə keçilir. ġimal və orta zonalarda qıĢ uzun, yayı isə 

çox istidir. Nəmli və subtropik iqlimin yer aldığı cənubdakı Astara və ətrafı ən çox 

yağıĢlı  bölgədir.  Ölkədə  ortalama  istilik  qıĢda  0-la  -6  dərəcə  arasında,  yayda  isə 

+24-lə  +30  dərəcə  arasında  dəyiĢir.  Azərbaycanda  yay  ayları  Xəzər  sahillərindən 

orta  və  iç  zonalar  və  Ģimal-qərbə  doğru  çox  isti  keçir.  Bakı  və  ətrafı  ilə  orta 

zonalarda,  Kür  çayı  boyunca  sərt  isti  külək  əsir  və  zaman-zaman  qum  fırtınaları 

meydana  gəlir.  Kür  çayının  hər  iki  yanında  sulanan  ərazinin  kənarında  qalan 

bölgələrdə  hava  çöl  istiliyində  olur.  Buralarda  içmə  suyu  yox  dərəcəsindədir. 

Kürün  sahil  zonaları  isə  ağcaqanadların  ən  çox  olduğu  yerlərdir.

3

  Aran  ovası 



deyilən  bu  bölgədə  kənd  təsərrüfatı  üçün  əlveriĢli  ərazilər  var.  Bölgə  əhalisi  hələ 

keçmiĢdən yay mövsümündə dağ və yaylaqlara köçər, qıĢı isə bu ovalardakı qəsəbə 

və kəndlərində keçirərdilər. 

C.  Dağıstan:  Qafqaz  dağlarının  cənub-Ģərq  bölgəsi  ilə  Xəzər  dənizi 

arasında  qalan  bölgədə  yerləĢir.  Azərbaycanın  Ģimalında  yerləĢən  Dağıstanın 

ərazisinin  çoxu  dağlıqdır.  Ölkədə  müxtəlif  Qafqaz  xalqları  və  türk  qrupları  ilə 

yanaĢı  ruslar  da  yaĢayır.  Dağıstanın  əhalisi  təxminən  beĢ  milyondur.  Dağıstan 

vətəndaĢlarının böyük hissəsini türkdilli əhali təĢkil edir. Əsas Ģəhərləri Mahaçqala 

və cənubdakı Dərbənd Ģəhəridir. Qafqaz dağları Dağıstandan qərbə və cənuba olan 

əlaqəni  böyük  ölçüdə  əngəlləyir.  Cənubdakı  Dərbənd  Qafqazın  Xəzər  dənizinə 

qədər  dik  bir  Ģəkildə  endiyi  sahildə  yerləĢir.  ġimaldakı  Rusiya  ilə  cənubdakı 

Azərbaycan  arasında  önəmli  quru  yolu  və  dəmir  yolu  əlaqəsi  Dərbənd  üzərindən 

təmin olunur. Dağıstan qərbdə Gürcüstan, Çeçenistan və ĠnquĢetiya Respublikaları, 

Ģimalda  da  Kalmık  Respublikası  ilə  qonĢudur.  Dağıstan  Rusiyanın  tərkibinə 

daxildir. 



2. Azərbaycanın tarixi: 

Azərbaycan  adının  Böyük  Ġsgəndərə  xidmət  göstərən  iranlı  bir  məmurun 

adından  götürüldüyü  rəvayət  edilir.  Bölgədə  müxtəlif  tarixlərdə  Manna,  Urartu, 



Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə