Dr. Mustafa GÖRÜryilmaz



Yüklə 3,77 Mb.
Pdf görüntüsü
səhifə5/175
tarix15.03.2018
ölçüsü3,77 Mb.
#31547
1   2   3   4   5   6   7   8   9   ...   175

14 

 

Pers, Sasani və Bizans kimi dövlətlər ilə türklər hakimiyyət qurmuĢdur. Sakalar, ya 



da  Ġskitlər  ilə  Hunlar,  Göytürklər  və  Xəzər  türklərinin  də  bölgəni  hakimiyyətləri 

altına  aldıqları  məlumdur.

4

  Azərbaycan,  Bizanslıların  hakimiyyətindəykən,  Xəlifə 



Hz.  Ömərin  dövründə  642-ci  ildə  Ġslam  dövlətinin  idarəçiliyi  altına  girdi.  Hz. 

Osman və Hz. Əli dövrlərində Ərdəbil, ġimali Qafqaza ediləcək basqınlar üçün bir 

hərbi  paytaxt  halına  gətirildi.  Azərbaycan  əvvəlcə  Əməvilərin,  sonra  isə 

Abbasilərin  hakimiyyəti  altında  qaldı.  Abbasi  dövlətinin  zəifləməsi  nəticəsində 

bölgədə  Oğuz  türklərinə  aid  müxtəlif  qəbilə  və  tayfalara  mənsub  ġirvanĢahlar, 

Sacoğulları,  Rəvvadilər,  Səllarilər,  ġəddadilər  və  Əhmədilər  kimi  bəzi  kiçik  yerli 

xanlıqlar  quruldu.

5

  Böyük  Səlcuq  dövlətinin  quruluĢundan  sonra  1040-cı  illərdən 



etibarən  müsəlman  Oğuzlar  Azərbaycana  gələrək  yerləĢməyə  baĢladılar.  Ġran  və 

Azərbaycan  Böyük  Səlcuq  dövlətindən  baĢlayaraq,  Monqol  istilası  dövrü  istisna 

olmaqla, 1925-ci ilə qədər Oğuz türklərinin qəbilə və tayfalarına mənsub sülalələr 

tərəfindən idarə olunmuĢdur.

6

 

Səlcuq  sultanları  Toğrul  bəy



7

  və  Alp-Arslan

8

  dövrlərində  Azərbaycana 



Oğuz türkləri (türkmənlər) çox sıx olaraq köç etdi.

9

 Sultan MəlikĢah dövründə isə 



1076-cı  ildə  ġəddadilərin  idarəçiliyinə  son  verildi.  Beləliklə,  Azərbaycan 

bütünlüklə  Böyük  Səlcuq  dövlətinin  hakimiyyəti  altına  keçdi  və  bölgə  tamamilə 

türkləĢdi.  Azərbaycanın cənub zonaları Böyük Səlcuqlardan  sonra Ġraq Səlcuqları 

və  ardından  Eldənizlər,  Ģimal  bölgələri  də  ġirvanĢahlar  sülaləsinin  idarəçiliyində 

qaldı.  Monqol  istilasının  ardından  XarəzmĢahlar,

10

  Elxanilər  və  daha  sonra 



Teymurilər

11

  dövlətlərinin  hakimiyyətini  yaĢadı.  Qaraqoyunlu  (1380-1468)



12 

və 


Ağqoyunlu  (1340-1514)  dövrlərinin  ardından  Azərbaycan  Səfəvilərin  hakimiyyəti 

altına  keçdi.  Yavuz  Sultan  Səlimin  1514-cü  ildəki  Çaldıran  səfəri  ilə  Təbriz  və 

Cənubi  Azərbaycan  Osmanlı  idarəsinə  keçdi.  Bölgə,  Səfəvilərin  hakimiyyətinə 

keçməsinin  ardından,  Qanuni  Sultan  Süleyman  dövründə  1534-cü  ildə  təkrar 

Osmanlı  hakimiyyətinə  keçdi.  Azərbaycan  Özdəmiroğlu  Osman  paĢanın  1585-ci 

ildə Təbrizi alması, daha sonra Səfəvi hökmdarı ġah Abbasın 1603-cü ildə bölgədə 

nəzarəti  yenidən  təmin  etməsi,  Osmanlı  sultanları  IV  Murad  və  III  Əhməd 

dövrlərində iki türk  sülaləsi arasında  gedib gəlməsi kimi tarixi dövrlər  yaĢadı. III 

Əhməd dövründə Ġrəvan və Qarabağ Osmanlı torpaqlarına qatıldı.

13

 Azərbaycan o 



illərdə  Osmanlı,  Rusiya  və  Səfəvilər  arasındakı  savaĢlara  səhnə  oldu.  Nadir  Ģahın 

1747-ci ildə öldürülməsindən sonra Azərbaycan böyük və uzun sürən bir anarxiya 

dövrü keçirdi. ġimali Azərbaycanda ġəki, Quba, Dərbənd, Gəncə, Qarabağ, Bakı, 

Naxçıvan,  TalıĢ,  Ġrəvan,  cənubda  isə  Təbriz,  Ərdəbil,  Urmiyə,  Xoy,  Maku  və 

Marağa  xanlıqları  kimi  kiçik  xanlıqlar  yarandı.  Bu  dövrün  ardından  Quba  xanı 

Fətəli  xan  ġimali  Azərbaycanda  birliyi  yenidən  təmin  etdi.  XVIII  yüzilliyin 

sonlarına  doğru  Osmanlı  dövlətinin  bölgədəki  nüfuzunun  gedərək  azalması 

nəticəsində ruslar ġimali Qafqazda sıx-sıx görünməyə baĢladılar.

14

 



15 

 

Çar II Yekaterina dövründə 1770-ci ildən sonra rus ordusu Qafqazı aĢaraq 



ġimali  Azərbaycana  hakim  olmağa  baĢladı.  Gəncə  xanı  Cavad  xanın  1804-cü 

ildəki  qəhrəmancasına  müqaviməti  də  bir  nəticə  verməyincə,  rus  orduları  cənuba 

doğru  irəliləyərək  Azərbaycanı  bütünlüklə  iĢğal  etdi.  Dərbənd  və  Quba  1806-cı, 

Bakı 1807-ci, TalıĢ 1812-ci, ġəki 1819-cu,  ġirvan 1820-ci, Qarabağ 1822-ci, Ġlisu 

1844-cü  illərdə  rusların  əlinə  keçdi.  Rusiya  ilə  Ġran  arasında  1813-cü  ildə 

imzalanan  Gülüstan  müqaviləsi  ilə  Quba,  ġəki,  Gəncə,  Bakı,  Dərbənd  və  TalıĢ 

xanlıqları ruslarda, Cənubi Azərbaycandakı xanlıqlar isə Ġranda qaldı.

15

 Bu durumu 



qəbul  edə  bilməyən  Fətəli  xanın  oğlu  Abbas  Mirzə  xalqın  dəstəyinə  güvənərək 

Araz çayını keçdi və ġimali Azərbaycana girdi. Bu müharibədə türk ordusu məğlub 

olaraq geri çəkildi və Təbriz rusların əlinə keçdi. Ġki dövlət arasında 1828-ci ildəki 

Türkmənçay  müqaviləsi  və  Osmanlı  dövləti  ilə  Rusiya  arasında  1829-cu  ildə 

imzalanan  Ədirnə  müqaviləsi  nəticəsində  ġimali  Azərbaycanın  millətlərarası 

statusu və  sərhədləri  də  təsbit  edilmiĢ  oldu.  Buna görə  Araz  çayı ilə Xəzər dənizi 

sahilindəki TalıĢ dağları sərhəd olmaq üzrə Azərbaycan iki yerə ayrıldı. 

ġimali  Azərbaycanda  Rusiya  hakimiyyəti  1918-ci  ilə  qədər  davam  etdi. 

ġimali Azərbaycanda yaĢayan türklər Rus çarlığına qarĢı davamlı olaraq mücadilə 

etdilər.  Ruslar  Azərbaycan  türklərinə  qarĢı  1830-cu,  1840-cı  və  1850-ci  illərdə 

müstəmləkə  hakimiyyətini  Ģiddətləndirmək  üçün  sosial  və  mədəni  müdaxilələr 

etdilər.  Azərbaycanda  rus  müstəmləkə  siyasəti  XIX  əsrin  ilk  dövrlərində 

baĢlamıĢdı. Azərbaycanın cənub və Ģimal olaraq parçalandığı anlaĢmalardan sonra 

Rusiya  ġərqi  Anadolu  və  Ġranda  yaĢayan  erməniləri  Cənubi  Qafqazda  sıx 

yerləĢdirməyə baĢladı. Rusiya Cənubi Azərbaycan və Ġranda yaĢayan erməniləri öz 

tərəfinə çəkə bilmək üçün 20 il müddətlə vergidən imtiyazlı olacağlarını açıqladı. 

Beləliklə, Cənubi Qafqaza  70  min erməni  köç  etdi  və bunlar  Naxçıvan, Ġrəvan  və 

Qarabağa  yerləĢdirildi.  Rusiyanın  bu  yerləĢdirmə  siyasəti  Osmanlı  dövləti  ilə 

arasında  bitərəf  bir  bölgə  yaratmağa  meyilli  idi.  Rus  çarlığı  digər  tərəfdən  türk 

elləri  arasındakı  əlaqəni  də  kəsmək  istəyirdi.  Osmanlı  dövləti  və  Cənubi 

Azərbaycan  ilə  Rusiya  arasında  bitərəf  bir  Erməni  dövləti  qurmaq  üçün  çalıĢırdı. 

Rusiya  tərəfindən köç  etdirilən  ermənilər,  baĢda  Ġrəvan xanlığı ərazisi olmaq  üzrə 

Qarabağ  ilə  Göyçəgöl  ətrafına,  Gəncə  və  Bakı  ətrafına  yerləĢdirildi.  Bu  köç 

siyasəti  I  Dünya  müharibəsinə  qədər  davam  etdi.  Rusiyanın  rəsmi  mənbələrinə 

görə 1914-cü ilə qədər Cənubi Qafqaza bu Ģəkildə yerləĢdirilən ermənilərin sayı 1 

milyonu  keçmiĢdi.  Ruslar  bölgəyə  erməniləri  yerləĢdirməklə  kifayətlənməmiĢ, 

Araz və Kür çaylarının Xəzər dənizinə töküldüyü bölgə ilə Bakı və bəzi yerlərə də 

rusları  yerləĢdirmiĢdi.  Bu  Ģəkildə  yerləĢdirilən  rus  mühacirlərinin  sayı  200  minə 

qədər idi.

16

 



Rusiyanın  paytaxtı  Peterburqda  9  yanvar  1905-ci  ildə  Qanlı  Bazar  adı 

verilən  hadisələrdən  sonra  Qafqazda  6  fevral  1905-ci  ildə  ilk  dəfə  türk-erməni 




Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə