Dr. Mustafa GÖRÜryilmaz



Yüklə 3,77 Mb.
Pdf görüntüsü
səhifə54/175
tarix15.03.2018
ölçüsü3,77 Mb.
#31547
1   ...   50   51   52   53   54   55   56   57   ...   175

117 

 

var idi.  ġəhərdə yaĢayan türklərin əhvalı isə son dərəcə pis idi, böyük bir qorxu və 



həyəcan  içində  çarəsiz  gözləyirdilər.  Bakıdan  kənara  çıxılmasına  qəti  izin 

verilmirdi. ġəhərin kənarındakı önəmli çıxıĢ yerlərinə və strateji bölgələrdə torpaq 

altına  partlayıcı  maddələr  yerləĢdirilmiĢdi.  Erməni  və  ruslar  arasında  ingilislərin 

Bakıya yardıma gələcəyinə dair söyləntilər də gedərək yayılırdı.

2

 

Azərbaycandakı  hadisələri  diqqətlə  təqib  edən  Ġngiltərə  Bakı  neftinin 



bolĢeviklər  ilə  Osmanlı  dövləti  və  Almaniya  arasında  maraq  toqquĢmasına  səhnə 

olduğunu  və  bunlardan  birinin  əlinə  keçməsi  halında,  özləri  əleyhinə  nəticələr 

doğuracağını  düĢünürdü.  Ġngiltərə  BaĢkomandanlığı  bu  hadisələr  səbəbindən 

Ġraqdakı  qüvvələrdən  bir  hissəsini  Bəsrə  körfəzi  üzərindən  Cənubi  Azərbaycanda 

Xəzər  dənizi  sahillərinə  göndərmə  qərarı  aldı.  Çünki  Bakı  neftinin  türklərin  və 

bilavasitə  almanların  əlinə  keçməsi  halında  neftin  borularla  Batum  limanına 

çatdırılması  mümkün  olacaqdı.  Bundan  da  Alman  savaĢ  iqtisadiyyatı  böyük  bir 

qazanc  əldə  edəcəkdi.    Bundan  baĢqa,  Osmanlı  dövləti  pantürkist  əməlləri  üçün 

önəmli  bir  mövqe  əldə  edərək,  Bakıdan  Ġran  və  Türküstana  və  oradan  da 

Əfqanıstana  keçmələri  halında,  Hindistandakı  ingilis  müstəmləkə  idarəçiliyinin 

böyük  bir  təzyiq  altına  girəcəyini  hesabladı.  Bunun  üçün  Bakının  türklərin  əlinə 

keçməməsi  lazım  gəlirdi.  Ġngilis  hərbi  qüvvələri  Cənubi  Azərbaycandakı  Ənzəli 

limanına asanca çatdı. Bu bölgədə olan rus kazakı albay Biçeraxov çarlıq yanlısı və 

bolĢeviklərə  düĢmən  olduğu  üçün  ingilislərlə  əməkdaĢlıq  etmiĢdi.  Ġngilis  hərbi 

qüvvələrinin  komandiri  general  Denstervil,  Biçeraxov  ilə  anlaĢdı  və  rus 

kazaklarının  əvvəlcədən  gəmilərlə  yola  çıxaraq  Bakının  cənubundakı  Ələtə 

daĢınmasını  və  arxadan  da  özünün  ingilis  hərbi  qüvvələri  ilə  Bakıya  getməsini 

qərarlaĢdırdı.

3

 

Bakıdakı  bolĢevik  ġaumyan  idarəsi  isə  Gəncə  üzərinə  yerimək  üçün  30 



tabordan  ibarət  olan  bir  hərbi  dəstə  yaratmıĢdı.  Bu  hərbi  dəstənin  təxminən  60 

faizini ermənilər təĢkil edirdi.

4

 BolĢevik rus və erməni daĢnaklarının qurduğu Qızıl 



Ordunun  Bakıda  təĢkil  etdiyi  hərbi  qüvvələrin  gücünü  Gəncəyə  çatan  məktub  və 

baĢqa  bilgilər  də  təsdiq  edirdi.  Bu  hərbi  qüvvələr  Bakı  və  ətrafında  olan  neft  və 

sənaye  müəssisələrində  çalıĢan  iĢçilər  və  erməni  könüllülərlə  də  gücləndirildi. 

Kommunist  ġaumyan  idarəsi  "Bakı  ilə  Gəncə  arasındakı  bölgələrdə  yaĢayan 

erməni və rusları türk əsgərindən qorumaq üçün" hərbi hərəkata baĢladıqlarını elan 

etmiĢdi,  ancaq  gerçək  səbəb,  müstəqilliyini  yeni  elan  edən  Azərbaycan 

Cümhuriyyətini yıxaraq ölkədəki türk əhalini qətliam, köç və etnik təmizləmə yolu 

ilə  azaldıb,  müvazinəti  erməni  və  rusların  lehinə  dəyiĢdirməkdi.  Bu  düĢüncənin 

gerçəkləĢməsi halında isə Azərbaycan, Sovet Rusiyasından ayrılmayacaqdı. 

2. Göyçay savaĢı: 

Qızıl  Ģef  ġaumyanın  liderliyindəki  Bakı  Soveti,  türk  ordusunun  Gəncədə 

toparlanmasına  fürsət  verməmək  üçün  hərbi  hərəkata  baĢlanması  istiqamətində 



118 

 

qərar aldı. Bakı Xalq Komissarları Sovetinin Hərbi və Dəniz iĢləri üzrə komissarı 



Korqanov, 4 iyun 1918-ci il tarixində bir əmr imzalayaraq, Qızıl Ordu qüvvələrinin 

hərəkətə  keçməsini  istədi.  Rus  bolĢevik  və  erməni  daĢnaklardan  ibarət  olan  hərbi 

qüvvələrə Yevlax Ģəhərinə qədər olan düzlükdəki bölgələri iĢğal etməsi və Yevlax 

körpüsünü ələ keçirməsi üçün təlimat verdi. Erməni və rus dəstələri 6 iyun 1918-ci 

il  tarixində  Bakıdan  yola  çıxaraq  toplanma  yeri  olan  Hacıqabula  doğru  hərəkət 

etdilər.  Yolları  üzərindəki  yaĢayıĢ  məntəqələri  ilə  Qazıməmməd  və  ətrafındakı 

kəndləri talan etdilər. Bir çoxunu yandırıb məhv etdilər. Türklərin heyvanlarını və 

yeyəcək-içəcəklərini əllərindən aldılar. 

Hacıqabul  stansiyasında  toplanmağa  baĢlayan  Qızıl  Ordu  qüvvələri  10 

iyundan  etibarən  Gəncəyə  getmək  üzrə  yola  çıxdı.  Qızıl  Ordu  qüvvələrinin 

qarĢısında gürcü və türklərdən ibarət kiçik bir hərbi dəstə vardı. Bu dəstəyə gürcü 

əsilli Maqalov komandirlik edirdi.

5

 BirləĢmiĢ qüvvələr 11 iyunda Sığır stansiyasını 



ələ keçirdi. ġaumyan türk hərbi qüvvələrinin hələ hamısının Gəncəyə çatmadığını 

da  xəbər  almıĢdı.  Gəncəli  ermənilər  isə  o  günlərdə  türk  əsgəri  ilə  toqquĢma 

halındaydılar.  Bakı  Soveti  komissarı  lehinə  olan  bu  durumdan  faydalanmaq 

istəyirdi.

6

  Sığır  stansiyasının  ələ  keçirilməsi  ġaumyanı  son  dərəcə  ümidləndirdi. 



Leninə göndərdiyi teleqrafda hadisəni anladarkən belə demiĢdi: 

"Hərbi  qüvvələrimizin  ön  qüvvələri  11  iyunda  Sığır  stansiyasını  iĢğal 

etmiĢdir.  KəĢfiyyat  qolumuz  isə  Kərrar  stansiyası  yaxınlarında  top  atəĢinə 

tutulmuĢdur. Hərbi qüvvələrimiz irəli hərəkət etməkdədir".

7

 

Qızıl  Ordu  hərbi  qüvvələrindən  birinci  qol  Bakı-Hacıqabul  dəmir  yolu 



boyunca qərbə doğru irəliləyərək Müsüslü stansiyasına qədər olan bölgəni nəzarət 

altına aldı. Digər qol isə Hacıqabuldan keçərək Kürdəmir Ģəhərinin önlərinə çatdı. 

Bölgədəki  Qızıl  Ordu  qüvvələri  burada  toplanaraq,  Gəncədən  təxminən  150 

kilometr  uzaqlıqda  olan  Kürdəmir  üzərinə  hərəkət  etdi.  ġəhəri  müdafiə  etməyə 

çalıĢan  Azərbaycan  türklərindən  ibarət  milis  qüvvələrinin  müqaviməti  bir  nəticə 

vermədi.  Qızıl  Ordu  qüvvələri  Kürdəmir  ilə  buradakı  stansiyanı  nəzarət  altına 

aldılar.  Kürdəmirdəki  bolĢevik  qüvvələri  tam  mövcudlu  iki  piyada  taboru  ilə  bir 

dəmir  yolu  bölüyü,  iki  batareya  səhra  topu  və  bir  qaubitsa  batareyasından  ibarət 

idi.

8

 



Kürdəmirin düĢmən qüvvələrinin əlinə keçməsi Gəncə üçün böyük təhlükə 

ərz  edirdi.  Çünki  dəmiryolu  boyunca  irəliləyərək  Yevlaxa  çatmaları  halında  Kür 

çayı  üzərindəki  körpünü  nəzarət  altına  alıb,  Gəncə  yolunu  kəsmələri  hər  an 

mümkün  idi.  Bu  da  Qafqaz  Ġslam  Ordusunun  Ģərq  istiqamətində  Bakıya  doğru 

irəliləməsinə qarĢı ciddi bir əngəl törədə bilərdi. 

BolĢeviklərin üçüncü qolu da Bakının Ģimalından hərəkət etdi. Bakı-Gəncə 

yolu  boyunca  Ģimal-qərb  istiqamətində  irəliləyərək  Mərəzə  və  ġamaxıya  daxil 

oldular.


9

  Sonra  da  Ağsu  təpələrini  aĢaraq  Ağsu  qəsəbəsini  iĢğal  etdilər.  Daha 




Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə