Dr. Mustafa GÖRÜryilmaz



Yüklə 3,77 Mb.
Pdf görüntüsü
səhifə51/175
tarix15.03.2018
ölçüsü3,77 Mb.
#31547
1   ...   47   48   49   50   51   52   53   54   ...   175

110 

 

ġəhərin  cənubundakı  bəzi  kəndlərdə  nəzarət  təmin  edildikdən  sonra  2-ci 



süvari  alayı  erməni  məhəlləsinin  giriĢinə  yerləĢdirildi.  Burada  yaxaladıqları  bir 

neçə  ermənidən  məhəllənin  durumu  və  silahlı  milislər  haqqında  bilgi  aldılar. 

Bundan  sonra  baĢ  leytenant  Səlahəddin  bəy  ilə  Səməd  bəy  erməni  məhəlləsinə 

gedərək  silahlarını  təslim  etmələrini  istədilər,  ancaq  ermənilər  bu  istəyə  atəĢlə 

qarĢılıq verdilər. Bununla da kifayətlənməyib daha öncə bağların izinə yerləĢdirilən 

militanlar  yaylım  atəĢi  açdılar  və  hücuma  keçdilər.  Heç  gözlənilməyən  bu  hücum 

qarĢısında  9-cu  Qafqaz  alayının  bəzi  qüvvələri  geri  çəkilmək  məcburiyyətində 

qaldı. Bu hücumda Gəncə Müfrəzəsindən 13 əsgər Ģəhid oldu, biri zabit 7 əsgər də 

yaralandı.

42

  Gəncə  ermənilərinin  itaət  altına  alınmaları  və  silahlarını  təslim 



etmələri  üçün baĢladılan hərəkata  qatılan  türk zabitlərdən  Mucip  Kemalyeri,  daha 

sonrakı illərdəki xatirəsində belə söyləyir: 

"Ermənilərə  təslim  olmaları  üçün  verilən  müddət  dolunca  ertəsi  gün  hərbi 

hərəkat  baĢladı.  Küçəyə  yenicə  girmiĢdik  ki,  birdən  ətrafımız  sarıldı.  Ağacların 

üzərindən  belə  üzərimizə  atəĢ  açılırdı.  Ġçində  olduğumuz  pis  vəziyyətdən  istifadə 

edən  20-30  erməni  üzərimizə  atıldı.  QarĢı  tərəf  atəĢi  kəsmiĢdi.  Ġndi  heç  alıĢqın 

olmadığımız  küçə  boğuĢması  baĢlamıĢdı.  Zabitlərimiz  tapançaları  ilə  atəĢ  açır, 

Mehmetçik  isə  hələ  süngü  taxmağa  belə  fürsət  tapmadan  hücum  edən  erməniləri 

əziĢdirirdi.  Qısa  sürən  vuruĢmada  basqınçılar  ortadan  qeyb  oldular.  Biz  də  bu 

fürsətdən  istifadə  edərək  10-a  qədər  yaralımızı  da  götürərək  yavaĢ-yavaĢ  geri 

çəkildik.  Ən  öndə  gedən  manqanın  Ģəhid  düĢən  4  əsgərinin  cəsədini  orada 

qoymağa məcbur olduq. Ermənilər isə 15-ə qədər ölü qoymuĢdular". 

Bu  hücumdan  sonra  erməni  məhəlləsi  tamamən  mühasirəyə  alındı. 

Mühasirənin baĢlamasından sonra bir keĢiĢ ilə bir sivil və bir zabit minbaĢı Cəmil 

Cahid  bəyin  yanına  gələrək  silahlarını  təslim  edəcəklərini,  ancaq  Gəncənin  yerli 

sivil  əhalisinin  hücumundan  qorxduqlarını  bildirdilər.  Cəmil  Cahid  bəy  erməni 

heyətə can  və  mal  təhlükəsizliyi təminatı  verdi və silahların təslim edilməsi  üçün 

axĢama qədər vaxt qoydu. Bu arada məhəlləni mühasirəyə alan türk birliklərindən 

15-ə  qədər  əsgərin  erməni  bağlarında  eyni  Anadolunun  bir  çox  yeriylə  Bakı, 

ġamaxı və baĢqa bölgələrdə də olduğu kimi, zalımcasına, vəhĢicəsinə parçalanaraq 

qətl  edildiyinə  dair  xəbərlər  ordu  qərargahına  çatdı.  PaĢa  buna  rəğmən  qan 

tökülməsini  istəmirdi.  Nuru  paĢa  Yelenendorflu  bir  alman  vasitəsiylə  ermənilərə 

bir  məktub  göndərərək  atəĢi  kəsmələrini  və  artıq  müqavimət  göstərmədən  təslim 

olmalarını,  əks  halda  məhəllənin  topa  tutulacağını bildirdi.  Ermənilər bu  məktubu 

da  diqqətə  almadılar  və bir  yarma  hərəkatına  giriĢdilər,  ancaq  süvarilər tərəfindən 

geri  oturduldular.  Ermənilərin  axĢam  saat  17.00-a  qədər  təslim  olması  bir  daha 

istənildi,  ancaq  ermənilər  müqavimət  göstərdi.  Bundan  sonra,  silahlarını 

vermədikləri  təqdirdə  saat  18-dən  etibarən  top  atıĢının  baĢlayacağı  və  hər  kimdə 




111 

 

silah yaxalanırsa dərhal edam ediləcəyi bildirildi. Saat 18.00 olunca, axĢam olması 



səbəbindən hərəkatın sabah qaldığı yerdən davam etməsinə qərar verildi. 

Səhər  günəĢ  çıxınca  mühasirə  yaxĢıca  daraldıldı  və  məhəlləyə  doğru  bir 

neçə  topçu  atıĢı  atıldı.  Həqiqətdə  türk  əsgərində  top  mərmisi  də  azdı.  Nuru  paĢa 

məhəllədəki  erməni  irəli  gələnlərinə  göndərdiyi  məktubda  silahların  ən  qısa 

müddətdə  təslim  edilməsini,  gün  batmadan  iki  saat  öncə  silahların  verilməməsi 

halında  hərbi  hökmlərin  tətbiq  olunacağını  sərt  bir  dillə  ifadə  etdi.  Türk  Qafqaz 

Ġslam Ordusu Komandanlığı məhəllənin təxrib olunmasını istəmirdi. Ermənilər də 

silahlarını  təslim  etmirdi.  Daha  müqavimətin  bir  fayda  gətirməyəcəyini  anlayan 

ermənilər,  nəhayət    təslim  olmağa  qərar  verdilər.  Gəncə  Müfrəzəsi  erməni 

məhəlləsinə  girərək  13  və  14  iyun    günlərində  tamamən  nəzarəti  ələ  aldı  və 

silahları topladı.

43

 



Gəncənin  erməni  məhəlləsində  meydana  gələn  bu  hadisə  türk  əsgərlərinin 

Azərbaycandakı ilk silahlı vuruĢması oldu. Mehmetçik Qafqazda ilk dəfə Gəncədə 

torpağa tapĢırıldı.  ġəhidlər,  silahdaĢları  və  xalqın qatıldığı  təntənəli  bir  mərasimlə 

Gəncə məzarlığında torpağa verildi. Sovet Ġttifaqı dövründə bu Ģəhidlərin məzarları 

dağıldığı üçün bu gün harada olduqları bilinmir. 

 

1.



 

Qasımlı,  Birinci  Dünya  müharibəsi  illərində  böyük  dövlətlərin 

Azərbaycan siyasəti, s. 83. 

2.

 



Mirzəbala Məmmədzadə, Milli Azərbaycan hərəkatı, s. XXII. 

3.

 



Yenə orada, s. 83-84. 

4.

 



Mustafa Görüryılmazın Ģəxsi arxivi. 

5.

 



Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, II 

c, s. 554. 

6.

 

Yenə orada. 



7.

 

Kurat, Türkiyə və Rusiya, s. 479-480. 



8.

 

Mirzəbala Məmmədzadə, Milli Azərbaycan hərəkatı, s. 85. 



9.

 

Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, II 



c, s. 555. 

10.


 

Yenə orada, s. 554. 

11.

 

"VəhĢi  diviziya  deməkdir.  Ruslar  özlərini  mədəni,  rus  əsilli 



olmayanları,  xüsusilə  də  Qafqazlı  türkləri  vəhĢi  millətlər  olaraq  gördükləri  üçün, 

qurduqları hərbi birliyə bu adı vermiĢdilər. 

12.

 

Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, II 



c, s. 555. 

13.


 

Yenə orada. 

14.

 

Kurat, Türkiyə və Rusiya, s. 527. 




Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə