Dr. Mustafa GÖRÜryilmaz



Yüklə 3,77 Mb.
Pdf görüntüsü
səhifə58/175
tarix15.03.2018
ölçüsü3,77 Mb.
#31547
1   ...   54   55   56   57   58   59   60   61   ...   175

125 

 

Həmdi  bəyin  idarə  etdiyi  Azərbaycan  süvari  milisləri  bolĢeviklərə  qarĢı  ləngitmə 



taktikası aparırdılar, ancaq davam gətirə bilmədilər və səhər saat 07.00 radələrində 

tamamən dağıldılar.

36

 

Qaraməryəm  cəbhəsindəki  25-ci  piyada  taboru  və  bəzi  milis  qüvvələri 



Göyçaya çatmıĢdı. Göyçayın alınmaq üzrə olduğunu və cəbhənin arxadan mühasirə 

təhlükəsi  olduğunu  görən  Nuru  paĢa  Qaraməryəm  ilə  AğdaĢ  ətrafındakı  bəzi 

qüvvələri  ilə  Göyçaydakı  bolĢeviklərin  üzərinə  göndərdi.  Poylu  stansiyasında 

yerləĢən  9-cu  Qafqaz  alayı  komandiri  Cəmil  Cahid  bəy  ilə  ġəki  və  Zaqatala 

bölgəsindəki albay (polkovnik) Yusif bəyə dəstələri ilə Göyçaya hərəkət etmələrini 

əmr etdi. Topçu və avtomat tüfəng dəstəyindəki 25-ci piyada taboru AğdaĢ milis və 

piyada  bölüyü,  bolĢevik  qüvvələrini  Göyçaya  girmədən  mühasirəyə  aldı.  ġəhərin 

talan və məhv edilməsinin qarĢısını aldı və qarĢı hücuma keçərək, böyük hissəsini 

burada məhv etdi. Göyçayı talan etmə imkanı tapa bilməyən bolĢevik qüvvələrinin 

geridə qalanı gəldikləri yoldan Pəzəvənd, Kırdadut və Ġvanovkadan Qaraməryəmə 

doğru məğlub halda qaçarkən, 13-cü Qafqaz alayı da cəbhədən hücuma  keçmiĢdi. 

Bundan sonra əsas bir təqibə giriĢən 5-ci Qafqaz piyada diviziyası, bolĢevik rus və 

erməni  daĢnak  qüvvələrinə  böyük  itkilər  verdirdi.  Bu  müvəffəqiyyət  cəbhə 

hakimiyyətinin 5-ci Qafqaz piyada diviziyasının əlinə keçməsini təmin etdi. O biri 

qüvvələrin də Ģiddətli hücuma baĢlamasından sonra bolĢeviklər Qaraməryəmdə də 

davam gətirə bilməyərək, məğlub halda Ģərq istiqamətində qaçmağa baĢladılar.

37

 

Göyçay  və  Qaraməryəm  savaĢlarında  Qızıl Ordu  qüvvələrindən  çox  sayda 



silah  və  sursat  ələ  keçirildi.  AğdaĢ,  Göyçay,  Qaraməryəm  və  Ġsmayıllı  ilə 

bölgədəki  qəsəbə  və  kəndlərdə  yaĢayan  erməni  və  ruslar  qəti  olaraq  itaət  altına 

alındı. Əllərindəki silahlar da toplandı.

38

 



Göyçay savaĢında Ģəhid olan türk əsgərlərinin böyük bir hissəsi ilə yaralılar 

Gəncəyə  aparıldı.  ġəhidlər  Gəncə  ilə  daha  Ģimal-qərbdəki  Xanlar  və  Goranboy 

qəbiristanlıqlarında  dəfn  edildi.  Bəzi  Ģəhidlər  isə  Ġslam  adət-ənənəsinə  uyğun 

olaraq qanlı libasları ilə və Ģəhid olduqları yerdə dərhal o gün torpağa tapĢırıldı. Bu 

məzarlardan  bəziləri  Göyçay,  Qaraməryəm,  Bığır  və  Ġsmayıllı  bölgələrindədir. 

Türk əsgəri Anadolunun bağrından qopub, Qaf dağından yüksələn imdad fəryadına 

yardıma gəlmiĢ və özlərinə heç də yabançı olmayan bir baĢqa vətən torpağının qara 

bağrında əbədi yuxuya getmiĢdilər. 

Türk Qafqaz Ġslam Ordusu Göyçay yaxınlarında savaĢarkən, çarlıq tərəfdarı 

rus  kazakı  albay  (albay:  polkovnik)  Biçeraxov,  1500  tərkibli  hərbi  qüvvəsi  ilə 

bərabər,  Ənzəlidən  gəmilərlə  hərəkət  etdi  və  2  iyul  1918-ci  ildə  Bakının 

cənubundakı  Ələt  qəsəbəsində  quruya  çıxdı.  ġaumyan  ilə  görüĢüb,  cəbhə 

bölgəsində  araĢdırmalar  apardılar.  Biçeraxov  6  iyulda  da  rus  bolĢevik-erməni 

daĢnak  qüvvələrinin  komandanlığına  gətirildi.  Rus-erməni  birləĢmiĢ  qüvvələrində 

cəbhənin sağ qanadının komandiri isə Korqanov idi.

39

 Türk  Qafqaz  Ġslam  Ordusu 




126 

 

komandiri  Nuru  paĢa  erməni  daĢnak  və  rus  bolĢeviklərin  ruslardan  və  ətrafdakı 



erməni  kəndlərindən  davamlı  dəstək  alaraq,  arxadan  və  yandan  basqın  Ģəklindəki 

hücumlara qalxmalarının ordu üçün təhlükə törətdiyini düĢünürdü. Bu hücumların 

davam  etməsi  halında  5-ci  Qafqaz  piyada  diviziyasının  böyük  təhlükə  altında 

olacağından  əndiĢələnirdi.  Bakının  mövcud  qüvvələrlə  ələ  keçirilə  bilməyəcəyi 

qənaətinin  qüvvətlənməsi  səbəbiylə  ġərq  Orduları  Qrupu  Komandanlığından  bir 

dəfə də dəstək istəməyə qərar verdi. 



3. Ağsu və Kürdəmirin qurtuluĢu: 

Qaraməryəmdə məğlub olan və darmadağın edilmiĢ halda qaçan Qızıl Ordu 

qüvvələrinin  bir  hissəsi  türk  ordusunun  sıx  təqibi  altında  Ağsuya  gedərək  burada 

bir  müdafiə  xətti  təĢkil  etməyə  çalıĢdı.  5-ci  Qafqaz  piyada  diviziyası  isə  cəbhəni 

Müsüslü-Kilisli 

arasındakı 

xətt 

üzərində 



qurdu. 

Qaraməryəmdəki 

müvəffəqiyyətdən  sonra  cəbhəyə  gedən  Nuru  paĢa  10-cu  və  13-cü  Qafqaz 

alaylarına 5 iyul 1918-ci ildə  hücuma  keçmələri  üçün əmr verdi.

40

 Erməni daĢnak 



və  rus  bolĢevik  qüvvələri  təxminən  7  min  nəfərlik  bir  hərbi  qüvvə  ilə  Kürdəmirə 

doğru çəkilirdi. Türk ordusunun hərbi hərəkat planı bu Ģəkildə idi: 

Müsüslü dəstəsi Kürdəmirə basqın edəcək, mürəttəb süvari alayı da Xəlilli-

Qarasaqqal istiqamətində  hərəkət edərək  Ağsu-Kürdəmir  yolunu  kəsəcəkdi.  13-cü 

alay  isə  ġamaxı-Ağsu  xəttinə  qarĢı  hücuma  keçəcək,  10-cu  alay  da  Kəlağaylı-

Ağsu-Gürcivanın  Ģimalındakı  dağlıq  bölgəyə  basqın  edəcəkdi.  Beləcə  ordunun 

arxadan mühasirə olunması imkanı ortadan qalxdıqdan sonra Ağsu tamamən iĢğal 

ediləcək  və  daha  sonra  Kürdəmir  üzərinə  yeriyərək,  Ģəhərə  Ģimaldan  giriləcəkdi. 

Türk Qafqaz Ġslam Ordusu düĢməni burada tamamən məhv etdikdən sonra ġamaxı 

üzərinə  yeriyəcəkdi.  Burada  qüvvələr  yenidən  nizamlanacaq  və  Bakının  ələ 

keçirilməsi üçün hərəkətə keçiləcəkdi.

41

 



Ġnsanın  hövsələsini  daraldan  isti  bir  havada  baĢlayan  hücum,  yavaĢ 

irəliləyirdi. Ərazinin dik və eniĢ-yoxuĢlu olması hərbi qüvvələrin yeni bir pusquya 

düĢməmək üçün ehtiyatlı davranması və havanın qaralması kimi səbəblərlə hərəkat 

6 iyula saxlanıldı.

42

 Ertəsi gün səhər tezdən hərəkata yenidən baĢlayan Mehmetçik 



Qızıl Ordu cəbhəsini  yarıb, onları geri çəkilməyə  məcbur etdi. TəlaĢ içində qaçan 

düĢmən  əsgərlərinin  bir  hissəsi  Kürdəmirə,  bir  hissəsi  də  Ağsu  təpələrini  aĢaraq 

ġamaxı  istiqamətinə  doğru  çəkilirdi.  13-cü  Qafqaz  alayının  qabaqcıl  qüvvələri 

günortadan  sonra  Ağsuya  girərək,  qəsəbəni  Qızıl  Ordu  qüvvələrindən  tamamən 

təmizlədi. Erməni daĢnak dəstələri, ġərqi Anadoluda SarıqamıĢ, Van, Ərdahan və 

bir çox yerdə etdikləri kimi, Ağsu qəsəbəsini də tamamən yandıraraq qaçmıĢdılar.

44

 

Ağsunun 



qurtarılması 

üçün  aparılan  əməliyyatlarda  Qızıl  Ordu 

birliklərindən bir səhra topu, beĢ pulemyot, bir cəbbəxana arabası, on beĢ nəqliyyat 

arabası və bir tibb çadırı ilə birlikdə çoxlu tibbi ləvazimat ələ keçirilmiĢdi. 




Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə