Dr. Mustafa GÖRÜryilmaz



Yüklə 3,77 Mb.
Pdf görüntüsü
səhifə60/175
tarix15.03.2018
ölçüsü3,77 Mb.
#31547
1   ...   56   57   58   59   60   61   62   63   ...   175

129 

 

Qafqaz  piyada  diviziyasının  mənim  razılığım  olmadan  kəskinliklə  Bakı  üzərinə 



hücum etməməsini əmr edirəm" Ģəklində ifadələr iĢlədirdi. 

BaĢkomandan vəkili Nuru paĢaya göndərdiyi açıq əmrdə isə: 

"Sizə  yardım  göndərmək  qabil  deyildir.  Vəzifənizin  Bakı  üzərinə  getmək 

olmayıb,  qüvvələrinizi  cəmləĢdirərək,  bolĢeviklərin  Gəncə  üzərinə  hərəkətinin 

qarĢısını almaq olduğunu bir daha təkrar edirəm" demiĢdi. 

Ənvər  paĢa  ġərq  Orduları  Qrupu  Komandanlığına  göndərdiyi  açıq  əmrdə 

də: 

"Məndən izin alınmadan Nuru paĢaya heç bir əlavə qüvvə göndərməmənizi, 



Nuru  paĢa  üçün  yola  çıxarılan  qüvvələri  də  geri  almanızı  rica  edirəm.  Əvvəlcə 

bildirildiyi  kimi  Nuru  paĢa  qüvvələrini  cəmləĢdirəcək  və  yalnız  bolĢeviklərin 

irəliləməsinə mane olmaqla kifayətlənəcəkdir" Ģəklində əmr verdi. 

Ənvər paĢa ġərq Orduları Qrupu Komandanlığına yardım barədə göndərdiyi 

gizli əmrdə isə "38-ci piyada alayı ilə bir dağ topçu taborunu Qazax Ģosesi ilə Nuru 

paĢaya 


yardıma 

göndərdiyini" 

bildirərək, 

komandiri 

xüsusi 

olaraq 


məlumatlandırmıĢdı.

51

 Ənvər paĢa, bir tərəfdən türk əsgərinin Bakı üzərinə hücum 



etməyəcəyi  məsələsində  almanları  inandırmağa  çalıĢırdı,  o  biri  tərəfdən  də  Nuru 

paĢaya  gizli  əmrlər  göndərərək  Bakının  ən  qısa  müddətdə  ələ  keçirilməsi  üçün 

təlimat  verirdi.  Həmçinin  Ənvər  paĢa  1-2  iyul  1918-ci  ildə  ġərq  Orduları  Qrupu 

komandan  vəkili  Əsad  paĢaya  "Ģəxsi"  qeydi  ilə  yazdığı  əmrdə  Hərbiyyə  hərəkat 

Ģöbə  müdiri  Feldmanın  son  savaĢ  durumunu  görmək  və  yerində  araĢdırmalar 

aparmaq  üçün  bir  gəmi  ilə  Batuma  hərəkət  etdiyini  və  Tiflisdə  Almaniyanın 

təmsilçisi  ilə  görüĢəcəyini  bildirərək,  baĢkomandan  vəkilindən  göndərilən 

əmrlərdən  ona  heç  bir  Ģəkildə  bəhs  edilməməsini  və  çox  gizli  tutulmasını  istədi. 

Ġstanbulla  xəbərləĢmə  məsələsində  bəzi  sıxıntılarla  qarĢılaĢa  biləcəyini  bildirərək, 

Bakının  ən  qısa  müddətdə  ələ  keçirilməsi  üçün  lazım  gələn  əsgər,  silah,  sursat, 

cəbbəxana və pulun Nuru paĢaya istədiyi qədər verilməsini əmr etdi. 

Ənvər paĢa davam edərək belə dedi: 

"Xülasə,  Nuru  paĢanın  və  Gəncədəki  qüvvələrimizin  mümkün  olan  əlavə 

əsgər,  silah  və  cəbbəxana  ilə  gücləndirilməsi  iĢinə,  vaxt  keçirmədən,  Feldmanın 

gəlməsi ilə durum çox çətin bir hal almadan, mümkün olduğu qədər sürətlə önəm 

verilməsini və sizə Ģəxsi və gizli olaraq yazdıqlarımın eyni Ģəkildə Nuru paĢaya da 

bildirilməsini  və  almanlara  hiss  etdirilməsi  qəti  doğru  olmayan  bu  xəbərləĢmə 

tərzinin,  sizin  tərəfinizdən  və  Nuru  paĢa  tərəfindən  də  mənimsənilməsinin  lazımi 

Ģəxslərə xəbər verilməsini rica edirəm."

52

 



Sovet Ġttifaqı dövründə Göyçay savaĢını araĢdıran bəzi tarixçilər türk hərbi 

qüvvələrinin  sayı  baxımından  Qızıl  Orduya  qarĢı  açıq  bir  üstünlüyü  olduğunu 

bildirirlər.  Həqiqətdə  isə  mövcud  sənədlərə  görə  bu  görüĢ  doğru  deyildir.  SavaĢın 

baĢladığı  dövrdə  Azərbaycana  çatan  türk  hərbi  qüvvələrinin  sayı  beĢ  min  belə 




130 

 

deyildi.  Qızıl  Ordu  qüvvələrinin  sayı  isə  erməni  dəstələrin  qatılması  ilə  30  mini 



aĢmıĢdı.  Rus  tarixçilərin  türk  zabit  heyətinin  bu  savaĢdakı  sövq  və  idarəsi  ilə 

təĢkilatçılığını görməməzliyə vurduqları açıqdır. Bundan baĢqa türk zabit heyətinin 

qardaĢ  Azərbaycanın  düĢmən  iĢğalından  qurtarılması  üçün  göstərdiyi  əzm  və 

qərarlılıq  ilə  Mehmetçiyin  çox  çətin  Ģərtlərdə  ortaya  qoyduğu  fədakarlığı  yox 

saymağa çalıĢdıqları da ortadadır. 

ġaumyan  və  ona  bağlı  Qızıl  Ordu  qüvvələri  hər  Ģeydən  əvvəl  Azərbaycan 

torpaqlarında  yaĢayan  yerli  xalqdan  təĢkil  edilməmiĢdi.  Çar  Rusiyası  ordularında 

xidmət  edən  zabit  və  əsgərlərdən  təĢkil  olunmuĢdu.  DaĢnak  qüvvələri  isə  böyük 

çoxluğu  ġərqi  Anadolu  bölgəsi  və  qismən  də  bugünkü  Ermənistan  və 

Azərbaycanda yaĢayan ermənilərdən ibarət idi. Erməni daĢnak qüvvələri təxminən 

3  ildir  rus

 

ordusunun  zabitləri  nəzarətində  təlim  görmüĢ  və  savaĢlara  qatılaraq 



nizamlı hərbi dəstələr halına gəlmiĢdilər. 

ġaumyan  Leninə  göndərdiyi  teleqrafda  rus  bolĢevik-erməni  daĢnak  hərbi 

qüvvələrinin Göyçay savaĢında üstün bir səy göstərdiyini, ancaq ordunu idarə edən 

komandirlərin  son  dərəcə  qorxaq  davrandıqlarını  bildirdi.  Bundan  baĢqa  ingilis 

gizli  xidmətinin  ordu  içində  bolĢeviklər  əleyhinə  apardığı  təbliğatın  da  təsiri 

olduğunu  bildirdi.

53

  Ənzəlidən  gəmilərlə  hərəkət  edərək  Ələt  stansiyası 



yaxınlığında quruya çıxan çarlıq tərəfdarı rus kazakı albay Biçeraxovun qüvvələri 

də  Kürdəmir  müharibəsində  iĢtirak  etmiĢdi.  Rus  kazakları  ağır  bir  məğlubiyyətə 

uğramıĢdı.  Biçeraxov  300-ə  yaxın  adamını  savaĢ  meydanında  qoyaraq  Bakıya 

qaçmıĢdı.  BirləĢmiĢ  düĢmən  qüvvələrinə  komandirlik  etdiyi  bu  qısa  müddətdə 

Biçeraxov  heç  bir  uğur  əldə  edə  bilmədi.  Böyük  ümidlərlə  gəldiyi  Kürdəmir 

cəbhəsindən  zərərlə  ayrıldı.  Türk  hərbi  qüvvələrinin  qarĢısında  məğlubiyyətə 

uğradı  və  komandirlik  vəzifəsini  22  iyuldan  etibarən  erməni  əsilli  Avetisova 

vermək məcburiyyətində qaldı.

54

 

BolĢevik  Qızıl  Ordu  və  erməni  daĢnak  birləĢmiĢ  hərbi  qüvvələri 



Azərbaycanda  yaĢayan  türkləri  etnik  təmizləmə  aparmaq  yolu  ilə  yox  etmək  və 

bölgədən  sürgün  edib  çıxarmaq  üçün  Cənubi  Qafqaza  girmiĢdilər.  O  tarixlərdə 

Cənubi Qafqazın və xüsusilə Azərbaycanın yerli xalqı tamamən Oğuz türklərindən 

ibarət  idi.  Birinci  Dünya  müharibəsi  illərində  bugünkü  Gürcüstan  və  Ermənistan 

coğrafiyasında da yenə türklər çoxluq təĢkil edirdilər. Bu baxımdan bolĢeviklər və 

ermənilərin  əsl  niyyəti,  Azərbaycan  və  xüsusilə  Bakı  neftinə  sahib  olmaq  və  bu 

hakimiyyət gerçəkləĢdikdən sonra da Azərbaycanı Sovetlərin ayrılmaz bir parçası 

olaraq  iĢğal  altında  saxlamaq  idi.  Zatən  Lenin  və  Stalin  də  bu  istiqamətdəki 

baxıĢlarını hər fürsətdə açıqca dilə gətirmiĢdilər. 

Türk  əsgərinin  Qafqaza  getməsinin  əsl  hədəfi  isə  hər  Ģeydən  əvvəl  erməni 

daĢnakların ġərqi Anadoluda baĢlatdığı və Azərbaycanın bir çox bölgəsində davam 

etdirdiyi  qətliamı  dayandırmaqdı.  Çünki  Anadolu  ilə  Azərbaycanda  dili,  dini, 




Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə