Dr. Mustafa GÖRÜryilmaz



Yüklə 3,77 Mb.
Pdf görüntüsü
səhifə43/175
tarix15.03.2018
ölçüsü3,77 Mb.
#31547
1   ...   39   40   41   42   43   44   45   46   ...   175

92 

 

etməkdədir.  Digər  tərəfdən,  ümumi  hərbin  Ģərtləri  daxilində  Osmanlı  dövləti,  öz 



ordusunu  digər  cəbhələrə  Qafqaz  yolu  ilə  nəql  etmək  məcburiyyəti  qarĢısındadır. 

Bu  da,  hal-hazırdakı  qeyri-müəyyən  vəziyyətə  təcili  olaraq  son  verilməsini  vacib 

hala gətirir. 

28.


 

Mirzəbala Məmmədzadə, Milli Azərbaycan hərəkatı, s. 82, 

29.

 

Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, II 



c, s. 524. 

30.


 

Yenə orada, s. 522. 

31.

 

Yenə orada, s. 524. 



32.

 

Yenə orada. 



33.

 

Mirzəbala Məmmədzadə, Milli Azərbaycan hərəkatı, s. 90. 



34.

 

Müqavilənin mətni üçün bax: Əlavə 2 və 3. 



35.

 

Müqavilənin mətni üçün bax: Əlavə 4. 



36.

 

Ġsmayıl  Musayev,  Azərbaycanın  Naxçıvan  və  Zəngəzur  bölgələrində 



siyasi vəziyyət və xarici dövlətlərin siyasəti (1917-1921), Bakı, 1998, s. 77. 

37.


 

Xəritə 2. 

38.

 

Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, II 



c, s. 527. 


93 

 

III   HĠSSƏ 

 

TÜRK ORDUSUNUN QAFQAZA GĠRĠġĠ 



 

1. Osmanlı dövlətinin Qafqaz və Türküstan siyasəti: 

Türklərdəki  dövlət  anlayıĢında  qərbli  dövlətlərin  təməl  ideologiyasını 

meydana gətirən və kökləri Roma imperatorluğuna qədər uzanan "empire" anlayıĢı 

yoxdur.  Yəni  türk  dövlətlərində  keçmiĢ  Roma,  Hellin  və  xristianlığın  mədəni  və 

ideoloji  birləĢiminin  nəticəsində  ortaya  çıxmıĢ  olan  istismar  və  imperializm 

(empire)  anlayıĢı  bulunmaz.  Türklər  imperialist  deyildir  və  bu  anlayıĢı  toplum  və 

dövlət  həyatında  heç  bir  zaman  tətbiq  etməmiĢlər.  Dili,  dini,  irqi,  anlayıĢı  və  ya 

yaĢadığı torpaqlar səbəbindən baĢqa millətləri və mədəniyyətləri aĢağılamamıĢlar. 

Onları da "insan" olaraq qəbul etmiĢlər. Osmanlı dövləti də insanlıq tarixinin nadir 

Ģahid  olduğu  bir  neçə  cahan  dövlətindən  biridir.  Türklər  dövlət  təĢkilatı, 

vətəndaĢlıq  hüququ,  ədalət  sistemi,  dünyagörüĢü  və  hərbi  baxımdan  dövrünün  ən 

irəli super gücünü qurmuĢlar. 

Bu  qısa  təsbitdən  sonra  XIX  yüzilliyin  fikir  cərəyanlarına  qısaca  baxmaq 

lazım gəlir. Fransız ixtilalı ilə dünyaya yayılan milliyyətçilik və milli dövlət qurma 

cərəyanı  Osmanlı  və  türk  coğrafiyasına  da  yayılmıĢdı.  Dövlətin  təməl 

ideologiyasının  gərəyi  olaraq,  Osmanlılar  daha  çox  milləti  bir  arada,  barıĢ  içində 

idarə  edirdilər.  Ancaq  dünyadakı  bu  cərəyandan  təsirlənmələri  uzun  sürmədi. 

Çünki bir tərəfdə müstəqil bir türk dövləti olan Osmanlı dövləti vardı, digər tərəfdə 

də  Rusiya  və  Çin  imperatorluqlarının  basqısı  altında  əzilən  bir  çox  türk  qövmü 

vardı. Türk ziyalıları  və siyasətçiləri bu Ģərtlərdə  bir çıxıĢ 

 

yolu  tapa  bilmək  üçün 



öncə  Osmanlıçılıq,  ardından  Ġslamçılıq  cərəyanını  ortaya  atdılar.  Bu  görüĢlərin, 

dövlətin  yıxılmasının  və  parçalanmasının  qarĢısını  almada  aciz  qalacağı  qısa 

müddətdə aydın oldu. Nəhayət, Türkçülük cərəyanı Rusiya, Türküstan, Qafqaz və 

Anadoluda sürətlə inkiĢaf etdi. 

Qərblilər  tərəfindən  Pantürkizm,  ya  da  Turançılıq  olaraq  adlandırılan  türk 

millətçiliyi  cərəyanının  qabaqcılları  Krımdan  Qaspıralı  Ġsmayıl  bəy,  Kazandan 

Yusif  Akçura,  Azərbaycandan  Əli  bəy  Hüseynzadə  və  Əhməd  bəy  Ağaoğlu  kimi 

türk  ziyalıları  ilə  bərabər  Türkiyədən  də  bu  görüĢləri  milli  bir  ideya  halına 

gətirərək, sosioloji bir sistemə qovuĢduran Ziya Göyalp olmuĢdur. 

18-ci  və  19-cu  əsrlər  boyunca  universitetlərin  özünü  yeniləyə  bilməməsi, 

elmin  və  ağlın  dövlət  idarəsinin  arxasında  qalmasına,  yəni  siyasətə  yol  göstərmə 

vəsfini  itirməsinə  yol  açdı.  Dövlət  və  cəmiyyət  həyatında  ard-arda  zərbələr 

almasına  səbəbiyyət  verdi.  Hərbi  sahədəki  məğlubiyyətlər,  torpaq  itkiləri,  daxili 

üsyanlar və qərb ölkələrinin yerli əməkdaĢları vasitəsilə dövlətə və xalqa vurduğu 

zərbələr  və  bunların  nəticəsində  cəmiyyəti  dərindən  sarsıdan  hadisələr  dövlət 



94 

 

heyətlərində  və  xüsusilə  hərbidə  özə  dönüĢü  sürətləndirdi.  Ġttihad  və  Tərəqqi 



Partiyası  liderləri  Osmanlıçılıq  və  Ġslamçılıq  fikirlərinin  iflas  etdiyi  bir  dövrdə 

Osmanlı  dövlətini,  daha  doğrusu,  türk  dövlətini  yaĢada  bilmək  və  ayaqda  tuta 

bilmək  üçün  Türkçülük  və  Turançılıq  fikirlərindən  baĢqa  bir  ideoloji  gücün 

qalmadığı  nəticəsinə  gəldilər.  Beləliklə,  Türkçülük  və  Turançılıq  ideyası  Birinci 

Dünya müharibəsində Osmanlı dövlətinin hərəkətverici gücü və təməl ideologiyası 

halına gəldi. 

Dövlətin  içində  olduğu  ağır  Ģərtlər  səbəbilə  Ġttihad  və  Tərəqqi  heyətlərinin 

yürütdüyü bu fikir hərəkətini cəmiyyət kifayət qədər müzakirə edə bilməmiĢdi. Bir 

sistem  halına  gəlməmiĢ  fikir  cərəyanının,  ya  da  ideologiyanın,  tətbiq  olunacağı 

praktik sahə olan dövlət təĢkilatında bəzi sıxıntılarla qarĢılaĢması normaldır. Ġttihad 

və Tərəqqi liderləri 1908-ci ildən etibarən çox ciddi sosial və ekonomik çalxantılar 

və torpaq itkisi ilə bərabər, təxminən beĢ il içində də Birinci Dünya müharibəsi ilə 

üz-üzə qaldılar. Üst-üstə gələn bu hadisələr Ənvər PaĢa və yoldaĢlarının böyük bir 

Ģanssızlığı olaraq dəyərləndirilə bilər. Əskiklərə, yoxluqlara, xaricdən və daxildən 

əngəlləmələrə  və  xəyanətlərə  rəğmən  Ənvər  PaĢa  və  yoldaĢlarının,  türk  dövlətini 

düĢdüyü  sıxıntılardan  çəkib  çıxarmaq,  bundan  baĢqa  digər  türk  vilayətlərini  rus 

çarlarının istismarından  və imperializmin iĢğalından qurtarmaq üçün  göstərdikləri 

cəhdin səmimi olduğuna Ģübhə edilə bilməz. 

Osmanlı  dövlətini  idarə  edən  heyət  Türkçülük  və  Turançılıq  hədəfinə  çata 

bilmək  üçün  Azərbaycanın  coğrafi  vəziyyətinə  önəm  vermiĢdilər.  Bu  doğru  bir 

tərcih idi. Rusiyadakı çar idarəsinin savaĢ içində yıxılması, bu sahədə daha əhatəli 

və sürətli hərəkət edilməsini tələb edirdi. Bunun, əlbəttə, bir sıra sosioloji, dini və 

strateji səbəbləri vardı: 

a)

 



Azərbaycan, Anadolu kimi bir türk ölkəsi və Oğuzların yurdu idi, 

b)

 



Xalqının dini Ġslam idi, 

c)

 



Tarixi Azərbaycan coğrafiyası Turan yolunda önəmli bir yer tuturdu, 

d)

 



Zəngin təbii sərvətləri vardı, 

e)

 



Müstəqil  bir  Azərbaycanın  Türkiyə  ilə  yaxın  dostluq,  qonĢuluq  və 

əməkdaĢlıq etmə imkanı mövcuddu, 

f)

 

Xüsusilə ġimali Azərbaycandakı türk ziyalıları, Müsavat Xalq Partiyası 



çevrəsində toplanmıĢdılar və bu bölgədə müstəqil bir türk dövlətinin qurulması ilə 

Türküstanın  gələcəyi  məsələsində  Osmanlı  dövlətini  idarə  edən  heyətlərlə  eyni 

görüĢləri paylaĢırdılar.

1

 



Azərbaycan  və  Qafqazı  rus  idarəsindən  qurtarmaq  üçün  gizli  çalıĢmalar 

yürüdən  Difai adlı  təĢkilat  Osmanlı dövləti ilə uzun  müddətdir irtibat halında idi. 

TəĢkilat üzvlərindən Əmiraslan xan Xoyski, savaĢ davam edərkən Ərzurumda türk 

səlahiyyətliləri ilə görüĢmüĢdü. Əmiraslan xan Qafqazda yaĢayan xalqlardan ibarət 

olan və muxtar bölgələrdən əmələ gələn bir dövlət qurula biləcəyini bildirmiĢdi. 



Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə