Dr. Mustafa GÖRÜryilmaz



Yüklə 3,77 Mb.
Pdf görüntüsü
səhifə41/175
tarix15.03.2018
ölçüsü3,77 Mb.
#31547
1   ...   37   38   39   40   41   42   43   44   ...   175

88 

 

edirdi.  Eyni  günlərdə  Bakıdakı  ġaumyan  idarəsi  də  türklərə  qarĢı  soyqırıma 



baĢlamıĢdı.  Erməni  daĢnakları  və  rus  bolĢeviklər  üç  gün  içində  14  min  məsum 

insanı  acımasızca  öldürmüĢdü.  Xəlil  bəy  26  martda  Çenkeliyə  bir  nota  verdi.

26 

Notanın məzmunu belə idi: 



"Özlərinə  inqilabçı  deyən  bir  qrup  quldurlar,  Bakı  və  ətrafında  türk  və 

müsəlman əhalini acımasızlıqla öldürməkdədir. Osmanlı dövlətinin eyni irq və eyni 

dindən  olan  bu  qardaĢlarının  öldürülməsinə  seyrçi  qalması  gözlənilə  bilməz. 

Qafqazdakı  türklər,  gürcülər  və  ermənilərin  milli  maraqları  bir-biri  ilə  davamlı 

olaraq toqquĢmaqdadır. Osmanlı dövləti ilə daimi və adil bir sülh bağlanması üçün 

Zaqafqaziya Cümhuriyyətini meydana gətirən hər cəmiyyətin öz müstəqil dövlətini 

qurması ən doğru yoldur." 

Xəlil  bəy  məktubunda  birincisi  11  may  1918-ci  ildə  verilib,  indiyə  qədər 

qarĢılığı alınmayan məktubların cavabının üç gün içində ona çatdırılmasını istədi.

27

 



Batum Konfransından bir nəticə alına bilməmiĢdi. Həqiqətən də Qafqazdakı 

Azərbaycan  və  Dağıstan  türkləri,  Osmanlı  dövlətindən  yardım  istəyirdilər.  Buna 

qarĢılıq  olaraq,  gürcü  və  ermənilər  isə  türk  ordusuna  qarĢı  savaĢırdılar.  Bu  da 

Zaqafqaziya  Cümhuriyyətini  meydana  gətirən  üç  ana  millətin  arasında  "birlikdə 

yaĢama arzusunun olmadığının" açıq bir əlaməti idi. 

Tiflisdəki Seym Məclisi 26 may 1918-ci ildə son toplantısını təĢkil etdi. Bu 

toplantıda alınan qərarla Zaqafqaziya Cümhuriyyəti ləğv olundu.

28

 



Toplantıda alınan qərar bu Ģəkildə idi: 

"Zaqafqaziya  Müstəqil  Cümhuriyyətini  meydana  gətirən  millətlər  arasında 

hərb  və  sülh  məsələsində  əsaslı  ayrılıq  olduğu  və  nüfuzlu  bir  hökumət  təĢkil 

edərək,  bütün  Cənubi  Qafqaz  adından  danıĢmağa  imkan  qalmadığı  üçün  Seym, 

Zaqafqaziya  bölməsinin  bir  əmri-vaqe  olduğunu  qeyd  ilə  öz  səlahiyyətini  tərk 

edir." 


Gürcü  və  ermənilər  eyni  gündə  öz  dövlətlərini  qurdular.  Gürcüstanın 

paytaxtı Tiflis, Ermənistanın paytaxtı da Ġrəvan olaraq açıqlandı. Gürcülər qısa bir 

müddət  sonra  Batuma  gələrək,  Osmanlı  dövləti  ilə  sülh  müqaviləsi 

bağlayacaqlarını  bildirdilər  və  bu  müddətdə  xüsusilə  Axıska  və  Axalkələk 

bölgəsinə  qarĢı  hərbi  hərəkat  təĢkil  olunmasını  istədilər.  Vəhib  paĢa  isə  qısa 

zamanda  Batuma  gəlmələri  halında  bu  arzularının  yerinə  yetiriləcəyini  bildirdi. 

Nəhayət,  gürcülərlə  3  iyun  1918-ci  ildə  sülh  müqaviləsi  imzalandı.  Müqaviləyə 

görə  Batum,  Axıska  və  Axalkələk  bölgəsi  Osmanlı  dövlətində  qaldı.  Türk-gürcü 

sərhədi də Çuluq suyu olaraq müəyyən olundu.

29

 



Müstəqilliyini  elan  edən  Ermənistan  Respublikası  ilə  Osmanlı  dövləti 

arasında  31  may  1918-ci  ildə  Batumda  "Sülh  və  Dostluq  Müqaviləsi"  imzalandı. 

Bu  ölkə  ilə  ortaq  sərhəd,  1877-78-ci  ildəki  Osmanlı-Rusiya  sərhədi  qəbul  edildi. 

Beləliklə,  Osmanlı  dövləti  baxımından  Qafqazda  savaĢ  halı  sona  çatmıĢ  oldu. 




89 

 

Gürcüstan  və  Ermənistan  ilə  yanaĢı  Azərbaycan  da  Cənubi  Qafqazda  azad  və 



müstəqil bir dövlət halına gəldi. 

Müqavilə  hökmlərinə  görə,  ermənilərə  qarĢı  yürüdülən  hərbi  hərəkat 

tamamilə  dayandırıldı  və  Osmanlı  dövlətinin  Gümrü-Culfa  dəmir  yolundan 

faydalanması hökmə  bağlandı.  Bundan baĢqa  Ermənistandakı  düĢmən  ünsürlər  və 

Ġtilaf dövlətlərinin təmsilçiləri ölkə  xaricinə çıxarılacaqdı.  Bu ölkədəki  müsəlman 

türklər bir  müfti (imam) seçəcək, Ġstanbulda olan ġeyxülislamın təyin edəcəyi bir 

baĢ  müfti  də  evlənmə,  boĢanma,  miras,  varislik  və  vəqflərin  nəzarəti  kimi 

məsələlərə  baxacaqdı.  Ermənistan  ordusu  sülh  məqsədli  və  bir  diviziyadan  artıq 

olmayacaq,  bunun  xaricindəki  hərbi  birliklər  tərxis  ediləcəkdi.  Bağlanan  bu 

müqavilənin hökmlərinin müzakirə edilməsi və imzalanması üçün də 3-cü Ordudan 

qrup komandiri Yaqub ġüvqü PaĢa, Erməni hökuməti tərəfindən də ordu qərargah 

sədri general Karqanov nümayəndə olaraq təyin edilmiĢdilər.

31

 

Gürcü  hökuməti  ilə  də  3  iyun  1918-ci  ildə  bir  sülh  müqaviləsi  imzalandı. 



Müqaviləyə  görə  Axıska  və  Axalkələk  Türkiyədə  qaldı.  Hər  iki  ölkənin 

sərhədlərində  zəif  postlar  qurulması  və  birliklərin  sərhədin  arxasında  istirahət  və 

təlim kimi məsələlərlə məĢğul olması qərarlaĢdırıldı.

32

 



Gürcü  və  ermənilərin  milli  dövlətlərini  qurmasından  sonra  Zaqafqaziya 

Seyminin  Azərbaycanlı  türklərdən  ibarət  olan  üzvləri  də  özlərini  "Azərbaycan 

Milli ġurası" olaraq elan etdilər. ġuranın sədrliyinə də Məmməd Əmin Rəsulzadəni 

gətirdilər.  Ardından  Azərbaycan  Milli  ġurası  bir  bəyannamə  yayaraq,  28  may 

1918-ci ildə müstəqilliyini elan etdi. Xalqa yayılan bəyannamə belə idi: 

"Seçimlə vəzifə baĢına keçən Azərbaycan Milli ġurası bütün xalqa elan edir 

ki: 

1.

 



Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyət haqqına sahib olduğu 

kimi Cənubi və ġərqi Qafqazdan ibarət Azərbaycan da daxil olmaqla  müstəqil bir 

hüquq dövlətidir. 

2.

 



Müstəqil  Azərbaycan  dövlətinin  idarə  Ģəkli  xalq  cümhuriyyəti  olaraq 

qərarlaĢdırılır. 

3.

 

Azərbaycan  Xalq  Cümhuriyyəti  bütün  millətlərlə  və  ələlxüsus  qonĢu 



olduğu millət və dövlətlərlə yaxĢı münasibət təsis edəcəkdir. 

4.

 



Azərbaycan  Xalq  Cümhuriyyəti  millət,  məzhəb,  sinif  və  cins  fərqi 

gözləmədən  bütün  vətəndaĢlarının  siyasi  və  vətəndaĢlıq  hüquqlarını  təmin 

edəcəkdir. 

5.

 



Azərbaycan  Xalq  Cümhuriyyəti,  ərazisi  daxilində  yaĢayan  bütün 

millətlərin sərbəst inkiĢafı üçün imkan yaradacaqdır. 

6.

 

Milli  Məclis  toplanana  qədər  Azərbaycan  idarəsinin  baĢında  ümumi 



səsvermə  ilə  seçilmiĢ  Milli  ġura  və  Milli  ġuraya  qarĢı  cavabdeh  olan  müvəqqəti 

hökumət durur."

33

 



Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə