84
mütləq alacağımız məntəqə daxilində qalacaqdır. Gürcülərin bizimlə dost
olmalarını təmin etmək üçün onlara Batumidən iqtisadi məsələlərdə faydalanma və
Qara dəniz ilə buradan əlaqə qurma icazəsi verə bilərik.
Bu gün ingilis və fransızlardan bir az yardım görən, sabah bu yardımdan
məhrum olunca, Rusiyanın alacağı intiqam hərəkətlərinə müqavimət göstərə
bilməz. Bizimlə yaxĢı davranmağa və dost olmağa məcburdur. Yaxında baĢlayacaq
Trabzon müzakirələrində bu əsasın mühafizə edilməsi və diqqətə alınması
lazımdır. Bu məqsədlə zəif müqavimətlərdən çəkinməyərək, müstəqil hərbi
dəstələrimizin mümkün olduğu qədər irəliləmələri və qıra bilmədikləri bir
müqavimətlə qarĢılaĢdıqları təqdirdə dayanaraq həqiqi qüvvələrin gəlməsini
gözləmələri vacibdir".
11
Qafqaz Cəbhəsindəki 3-cü Ordu komandanı Vəhib paĢa Ənvər paĢaya
Qafqaz haqqında göndərdiyi məktubda Osmanlı ərkanı-hərbiyəsinin bu
dəyərləndirmələrinə qarĢı ehtiyatla yanaĢırdı.
Vəhib paĢanın 3 aprel 1918-ci tarixli məktubu belə idi:
"Bu gün SarıqamıĢa, sabah da sahil hərəkatına baĢlayırıq. Sizdən daha fərqli
əmr almadıqca sahil hərəkatı davam edəcəkdir... Bu ərz etdiyim məsələlərin
əsgərliklə əlaqəsi yoxdur. Bir vətən övladı olmaq, söz və vicdan azadlığının hər
zaman və hər yerdə haqqını vermək məcburiyyətindəndir ki, bunu nəzərinizə
çatdırıram. Qısaca bildirirəm ki, Qafqazdakı hərəkat ilə dövlət acı bir
çıxılmamazlığa sürüklənməkdədir."
Vəhib paĢa Qafqazda irəli hərəkata baĢlanması üçün, hər Ģeydən əvvəl,
əlində lazımi hərbi qüvvənin olmadığını düĢünürdü. Bölgədə asayiĢ və
təhlükəsizliyin təmin edilməsində çətinliklə qarĢılaĢılacağına, bu vəziyyətdə də
Osmanlı dövlətinin Qafqazda anarxiya Ģəraitinə son verə bilməyəcəyinə və bu
səbəbdən dünya ictimaiyyəti qarĢısında çətin vəziyyətdə qalacağına inanırdı.
Erməni və gürcülərin türklərə qarĢı birlikdə hərəkət edəcəyini əvvəlcədən görən
Vəhib paĢa bunun nəticəsində ortaya çıxacaq hərbi gücün, bölgədəki türk və
müsəlman əhalinin qırılmasına və ortadan qaldırılmasına yol aça biləcəyini güman
edirdi. Bakıda ermənilərin vəziyyətə hakim olacağını müəyyən edərək, indiyə
qədər fikri və hissi olaraq lazım olduğu qədər yetiĢməmiĢ və olduqca ağır bir
istibdad altında əzilmiĢ ünsürlərdən ibarət olan Qafqaz türklərindən yardım
gözlənə bilməyəcəyini qeyd edirdi. Vəhib PaĢa təxminən yüz ildi rus iĢğalı altında
olan Qafqazda xalqın zülm gördüyünü və əsgərlik peĢəsindən uzaq tutulduğunu da
hesablayırdı. BolĢeviklərin Rusiyada qayda-qanunu və asayiĢi təmin etdikdən
sonra Qafqazda yenidən hakimiyyətə nail olmaq üçün mütləq hərbi birliklərini
bölgəyə göndərəcəyini düĢünürdü.
12
Ənvər paĢa isə 4 aprel 1918-ci ildə 3-cü Ordu komandanı Vəhib paĢaya
göndərdiyi cavabda: "üç ildir tökdüyü qanların və uğradığı çətinliklərin və
85
fəlakətlərin mükafatı olaraq, Osmanlı dövlətinin keçmiĢdə itirdiyi və Brest-Litovsk
müqaviləsi ilə istiqbalını təmin etdiyi Batum, Qars və Ərdahanı iĢğal etmək
hökumətin vəzifəsidir" demiĢdi.
15
3-cü Ordu Ġstanbuldan gələn əmrə görə zatən davam edən hərbi hərəkatı
sürətləndirdi.
14
Ərdahan 3 apreldə yenidən türk hakimiyyətinə girdi. Qara dəniz
sahilində olan 37-ci və 10-cu Qafqaz diviziyaları da Borçka və Batum üzərinə
yeridi. O tarixlərdə Trabzonda olan Çenkelinin gecikdirmələrinə rəğmən türk hərbi
birlikləri 10 apreldə Batuma beĢ kilometr aralı olan Orta Batumi iĢğal etdi. 37-ci
diviziyaya bağlı hərbi birliklər, nəhayət, 14 aprel günü axĢama doğru Batuma
girdi.
16
Batum və ətrafında yaĢayan türk və müsəlman əhali bolĢevik zülmünə son
verən türk əsgərini bir xilaskar olaraq görmüĢdü.
Qarsın qurtarılması 3-cü Orduya bağlı 1-ci Qafqaz korpusuna tapĢırıldı.
17
Korpus komandiri albay Kazım (Qarabəkir) bəy, ermənilərin SarıqamıĢa
çəkilməsinə fürsət vermədən məhv edilmələri üçün 9-cu Qafqaz diviziyasını
hərəkətə keçirdi. Bundan sonra bölgədən qaçan ermənilər Qarsa doğru geri
çəkildilər. Ermənilər geri çəkilərkən SarıqamıĢ, Səlim, Kağızman və ətrafındakı
kəndlərdə yaĢayan türkləri öldürürdülər. 36-cı və 9-cu diviziyalar bölgəni
ermənilərdən təmizləyərək irəliləyirdi. 22 apreldə Səlim ələ keçirildi. Sivil
ermənilər panikaya düĢərək Qarsdan qaçıb Gümrü və Ġrəvana gedirdilər. 23 apreldə
də Qars qalası mühasirə olundu. Qarsda olan bolĢeviklər ilə ermənilər və bunlara
hərbi dəstək verən ingilislər mühasirəni yara bilməyəcəklərini anladıqda, 25
apreldə axĢama yaxın Ģəhəri təslim etməyə məcbur oldular. 1-ci korpusa bağlı 1-ci
avcı taboru axĢam saatlarında Qarsa girərək nəzarəti təmin etdi. Beləliklə, 1877-
78-ci illərdəki müharibədə rusların əlinə keçən Qars 40 il sonra vətənə
qaytarılmıĢdı.
Albay Kazım bəyin Ərzincan, Ərzurum və SarıqamıĢ hücumunda göstərdiyi
qərarlı davranıĢı, istiqamətvermə və idarəetmədəki üstün qabiliyyəti 1-ci Qafqaz
korpusunu Qars yaxınlıqlarına qədər bacarıqla gətirməsi, bölgədə yaĢayan minlərcə
türkün ermənilər tərəfindən öldürülməsinin qarĢısını almıĢdı. Qarsın ələ
keçirilməsiylə Osmanlı dövləti 1877-ci ildəki Ģərq sərhədlərinə çatmıĢdı.
18
BaĢkomandanlıq vəkaləti ingilis və ermənilərin Təbrizdə bir qüvvə
yaratmağa çalıĢdıqlarını xəbər almıĢdı. Buna görə türk ordusu Arpaçayın
Ģərqindəki Gümrü-Naxçıvan-Culfa dəmir yolunu ələ keçirərək, Təbrizə hərbi
qüvvə göndərməyi planladı. Beləliklə, Təbriz ətrafındakı ingilis qüvvələri ilə
ermənilərin ünsiyyətini qoparmağı düĢünürdü.
19
Osmanlı dövləti Zaqafqaziya
idarəsindən 1829-cu ildə Ədirnə müqaviləsi ilə ruslara verilən və əhalisi tamamən
türklərdən ibarət olan Axıska və Axalkələk bölgəsinin dərhal boĢaldılmasını istədi.
Vəhib paĢa 1-ci və 2-ci korpusların 15 may 1918-ci ildə Arpaçayın Ģərqinə keçərək