Dr. Mustafa GÖRÜryilmaz



Yüklə 3,77 Mb.
Pdf görüntüsü
səhifə47/175
tarix15.03.2018
ölçüsü3,77 Mb.
#31547
1   ...   43   44   45   46   47   48   49   50   ...   175

101 

 

bolĢevikləri  türklər  əleyhinə  davamlı  olaraq  qızıĢdırır  və  bütün  Cənubi  Qafqazı 



içərisinə alacaq bir müharibənin qaçılmaz olduğundan bəhs edirdi. 

Bugünkü  Ermənistan  torpaqlarında  isə  türklərə  qarĢı  böyük  bir  qətliam 

yaĢanırdı.  Göyçə  gölü  ətrafı  ilə  Ġrəvan,  ġuĢa  və  Zəngəzurda  yaĢayan  türklər 

müdafiəsiz bir durumda idilər.

13

 

Andranikin  yaratdığı  erməni  bandaları,  bu  bölgələrdəki  türk  kəndlərindən 



iki yüz iyirmiyə qədərini qısa müddətdə xəritədən sildi və əhalisini tamamən məhv 

etdi.  Erməni  bandalarının  Ġrəvan  ətrafında  minlərlə  türkü  öldürdüyü  də  elmi 

dairələr tərəfindən ifadə edilməkdədir. Bu qətliam qarĢısında təxminən üç yüz əlli 

min  türk  evini  və  yuvasını  tərk  edərək,  canını  güclə  qurtarmıĢdı.  Erməni  qətliamı 

Qarabağ  bölgəsində  də  sürmüĢ,  ancaq  Gəncə  və  ətrafındakı  qəsəbə  və  kəndlərdə 

türklər çoxluq təĢkil etdiyi üçün erməni təcavüzlərini dəf etməyi bacarmıĢdılar. 



3.Osmanlı dövlətinin Cənubi Qafqaza girməsi: 

Avstriyalı  bir  yarbay  ruslara  əsir  düĢmüĢ  və  bir  müddət  sonra  qaçaraq 

Qafqaz  üzərindən  Mosuldakı  6-cı  Orduya  çatmıĢdı.  6-cı  Ordu  komandanı  Xəlil 

paĢa  ilə  görüĢməsində  Qafqazdakı  durum  haqqında  bəzi  bilgilər  vermiĢdi.  Xəlil 

paĢa  baĢkomandan  vəkili  və  yaxın  qohumu  Ənvər  paĢanın  Qafqaz  və  Türküstan 

haqqındakı düĢüncəsini  yaxından bildiyi üçün bu zabit ilə Ġstanbulda görüĢməsinə 

yardımçı oldu. 

Kazan  türkləri  Milli  Ġdarə  rəisi  Sədri  Məqsudi  Arsal  10  may  1918-ci  ildə 

Osmanlı  dövlətinin  Moskva  böyük  elçisi  Qalib  Kəmali  bəyi  ziyarət  etdiyi  zaman 

Türküstanın  birinci  qapısının  Bakı  olduğunu,  buranın  hər  tərəfdən  bir  anbar 

xüsusiyyəti  daĢıdığını  və  irəli  hərəkatı  üçün  baza  olaraq  istifadə  oluna  biləcəyini 

bildirmiĢdi. Kazan, Türküstan və Azərbaycan türkləri, rus iĢğalının sona çatması və 

müstəqilliklərini  qazana  bilmələri  üçün  Qafqaz  və  Bakının  bir  an  öncə  ələ 

keçirilməsinin vacibliyi görüĢünü hərarətlə müdafiə edirdilər.

14

 

Bu  və  buna  bənzər  nümunələrin  artması  nəticəsində  türk  ellərinin 



müstəqilliyini qazanması üçün hərəkətə keçilməsi haqqındakı görüĢ, Hərbiyə naziri 

və  baĢkomandan  vəkili  Ənvər  paĢa  ilə  ziyalılar  və  siyasətçilər  arasında  getdikcə 

güc  qazandı.  Dövlət  heyətləri  Türkçülük  və  Turançılıq  cərəyanını  tətbiq  etməyə 

baĢlamaq üçün Ģərtlərin yetərli olduğunu düĢünürdülər.

15

 

Ənvər PaĢa, baĢqa bir çox bilgiləri  və  savaĢın gediĢini də  dəyərləndirərək, 



Qafqazda  fəaliyyətə  keçmək  üçün  uyğun  Ģərtlərin  doğurduğu  nəticələrə  vardı.  3 

fevral 1918-ci ildə 6-cı Ordu komandanı Xəlil PaĢaya bir məktub göndərdi.

17

 

Göndərilən əmr bu Ģəkildə idi: 



 

Qafqaz,  Dağıstan,  Türküstan,  Əfqanıstan  və  Rusiyanın  əsarəti  altında 

olan  türk  və  müsəlmanların  yaĢadığı  bölgələrə,  möhtac  olduqları  dəstəyin  verilə 

bilməsi üçün mərkəzi Tehranda olan bir təĢkilat qurulması, 

 

Bu bölgələrə çalıĢqan və iĢini yaxĢı bilən zabitlərin göndərilməsi, 




102 

 

 



Yarbay  Nuru  bəyin  (Ənvər  paĢanın  ögey  qardaĢı)  Tehran  Mərkəz 

TəĢkilatının sədri olması, 

 

Yarbay  ġövkət  bəyin  Dağıstana,  minbaĢı  Naim  Cavad  bəyin 



Əfqanıstana  göndərilməsi  və  Xəlil  paĢanın  uyğun  görəcəyi  zabitlərin  də 

Azərbaycan və Türküstanda vəzifələndirilməsi, 

 

Bu  bölgələrə  gedəcək  zabitlərin  yanına,  alt  heyətləri  təĢkil  etmək  üzrə 



ən azı 5-6 zabitin da qatılması." 

BaĢkomandanlıq  Vəkaləti,  Azərbaycanda  hər  birində  üç  piyada  alayı  olan 

üç piyada diviziyasından əmələ gələn bir korpus qurulmasını qərarlaĢdırdı. 1-ci və 

2-ci  diviziyaların  təĢkili  ilə  görəvli  olacaq  iki  heyətin  zabitlərinin  6-cı  Ordu 

Komandanlığının  olduğu  Mosula,  3-cü  diviziyanın  zabit  heyətinin  də  3-cü  Ordu 

Komandanlığının  yerləĢdiyi  Trabzona  göndəriləcəyini  bildirdi.  BaĢkomandanlıq 

Vəkalətinin  2  mart  1918-ci  ildə  əlaqəli  komandanlıqlara  göndərdiyi  əmrə  görə, 

Qafqazda  xidmət  edəcək  general,  üst  zabit  və  zabitlər  bir  üst  rütbə  (fəxri  rütbə) 

daĢıyacaq və bu rütbənin hüququna sahib olacaqdılar. Bütün vəzifəlilər rütbələrinin 

maaĢının bir misli dəyərində artığını alacaqdılar.

17

 

Hərbiyyə naziri və baĢkomandan vəkili Ənvər paĢanın bu çalıĢması düĢüncə 



olaraq  son  dərəcə  dəqiq  idi.  Ancaq  Osmanlı  dövlətində  gecikmiĢ  bir  hərəkatdı. 

Birinci  Dünya  müharibəsinin  sonunda  Osmanlı  dövlətinin  adı  keçən  bu  türk 

ellərində  gərəkli  bazis  çalıĢması  yox  idi,  ya  da  yetərsiz  idi.  Bundan  baĢqa 

xəbərləĢmə  üsul  və  vasitələri  ilə  kadrların  bu  coğrafiyada  edəcəyi  xidmətlə  bağlı 

əvvəlcədən  bir  təlim  keçirilməmiĢ  olması  da  bir  sıra  çətinlikləri  bərabərində 

gətirirdi. Digər tərəfdən, Osmanlı dövlətinin hərbi, inzibati, iqtisadi və insani gücü 

də tükənmək üzrəydi. 

Qafqazda  və  xüsusilə  Azərbaycanda  erməni  daĢnaklar  və  rus  Qızıl  Ordu 

birlikləri türklərə qarĢı hücumlara baĢlamıĢdılar. Bakı və ətrafında 31 mart 1918-ci 

ildə  baĢladılan  qətliam,  AbĢeron  yarımadasında  yayılaraq  davam  edirdi.  Ənvər 

paĢa Qafqazdakı bu qətliamı dayandırmaq və bölgədə ruslara qarĢı bitərəf bir bölgə 

təĢkil  etmək  üçün  hərəkətə  keçdi.  Qafqaz  hərəkatının,  böyük  torpaq  və  bu 

səbəbdən  prestij  itkisinə  uğrayan  Osmanlı  dövlətinin  etibarını  yenidən 

yüksəldəcəyini də düĢünürdü. 

Ənvər  paĢa  Qafqaz  hərəkatı  üçün  gənc,  enerjili,  dinamik,  öz  düĢüncəsini 

qavrayan və bunu tətbiq edə biləcək zabitlərlə görüĢməyə baĢladı. Qafqaz hərəkatı 

üçün  ilk  öncə  albay  Kazım  (Qarabəkir)  bəy  ilə  görüĢdü.  Ancaq  Kazım  bəy  o 

aralarda  Ərzurum  və  ətrafının  azad  edilməsi  üçün  çalıĢdığını  bildirərək,  bu 

vəzifədən  əfvini  istədi.  Kazım  bəy  Ərzurumun  qurtarılmasından  sonra  Qafqaz 

TəĢkilatı  Komandanlığı  vəzifəsini  almağa  hazır  olduğunu  bildirdi.  Ancaq  Ənvər 

paĢa  aradan  keçəcək  zamanın  boĢa  getməməsi  üçün  tez  qərar  vermək 

məcburiyyətində  olduğunu,  bu  vəzifəyə  ögey  qardaĢı  yarbay  Nuru  bəyin  təyin 




Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə