Dr. Mustafa GÖRÜryilmaz



Yüklə 3,77 Mb.
Pdf görüntüsü
səhifə46/175
tarix15.03.2018
ölçüsü3,77 Mb.
#31547
1   ...   42   43   44   45   46   47   48   49   ...   175

99 

 

təcavüzü  qarĢısında  canları  və  namuslarını  qurtara  bilmək  üçün  AbĢeron 



yarımadası  ilə  ətrafdakı  qəsəbə  və  kəndlərə  sığındılar.  Bakıdakı  bu  qətliama  görə 

Azərbaycanın  Ģimal  bölgələri  ilə  Dağıstanda  yaĢayan  türklərdən  ibarət  bəzi 

könüllülər  soydaĢlarının  yardımına  gəldilər.  Ancaq  bu  sistemsiz  milislər  və 

könüllülər heç bir varlıq göstərə bilmədilər.

6

 

Azərbaycanın  yetiĢdirdiyi  önəmli  ziyalılardan  Nəsiman  Yaqublu  1918-ci 



ildə  Bakıya  hakim  olan  bolĢeviklər  və  onların  rəhbərlərinin  düĢüncələrini  bu 

sözlərlə dilə gətirir: 

"Qızıl  Ģef  ġaumyan  Bakı  və  ətrafında  törədilən  qətliamdan  sonra  Leninə 

göndərdiyi  teleqraflarda,  Bakının  türklərdən  tamamən  təmizləndiyini  və  bir  daha 

Ģəhərə  girmələrinin qarĢısının alındığını bildirmiĢdi. Bu xəbərləĢmələr də  göstərir 

ki, bolĢevik rus və ermənilər  Bakı neftini ələ keçirə bilmək üçün bölgədə yaĢayan 

türklərin  yox  edilməsinin  vacibliyinə  inanmıĢdılar.  Ruslar  Qafqazda  ermənilərin 

istədiyi  kimi  bir  dövlət  qurmaq  istəyirdilər.  Bakıdakı  rus  və  erməni  ittifaqına 

bölgədə yaĢayan bəzi əməkdaĢ türk ziyalıları da qatılmıĢdı. Nəriman Nərimanov və 

Əzizbəyov  kimi  ziyalılar  Bakıda  öz  soydaĢlarının  öldürülməsinə  göz 

yummuĢdular.  Bunlar  ġaumyana  və  Leninə  inanmıĢdılar.  Erməni  daĢnakların 

Bakıda  türklərə  tətbiq  etdiyi  etnik  təmizləmə  və  soyqırımı  bilərək  və  istəyərək 

törətdiyinə  heç  cür  inanmırdılar.  Onlar  türklərə  qarĢı  törədilən  qətliamı  sosialist 

inqilabına qarĢı çıxan bəzi qruplarla aparılan qanlı toqquĢma olaraq görürdülər. Bu 

tamamən  yanlıĢ  və  gerçəklərlə  əlaqəsi  olmayan  bir  göz  boyamadan  ibarətdi." 

(ġəxsi arxiv) 

ġaumyan türklərə qarĢı qətliama baĢlamağa müvəffəq olmuĢdu, ancaq daha 

alınması  gərək  olan  olduqca  çox  məsafə  qaldığını  da  bilirdi.  Bakının  qızıl 

bolĢeviklərin  əlinə  keçməsi  xüsusilə  Astraxandan  alınan  yardım  ilə  mümkün  ola 

bilərdi. Astraxana Ġdil (Volqa) çayı  yolu ilə Tsaritsın (sonradan Stalinqrad, indiki 

Volqaqrad)  və  digər  Ģəhərlərdən  davamlı  olaraq  yardım  göndərilirdi.  Bakıdan  isə 

yenə eyni  yolla Moskva və Rusiyanın daxilinə qədər neft məhsulları göndərilirdi. 

Sovet  bolĢevik  hökuməti  tamamən  çökən  iqtisadiyyatını  Bakını  əlində  tutaraq 

ayağa qaldırmaq üçün çalıĢırdı. BolĢevik təĢkilatı isə Dağıstan  və Cənubi Qafqazı 

ələ keçirə bilmək üçün  kommunizm təbliğatını sürətləndirirdi. Türk və  müsəlman 

əsillilərdən  baĢqa  bölgədəki  bütün  millətlər  və  sosial  qruplar  bolĢevikləri 

dəstəkləyirdi.  Bundan  istifadə  edən  ermənilər  də  türklərə  hər  fürsətdə  hücum 

edirdilər.

7

 

Lenin iqtidarı ələ keçirincə Qafqaz xalqlarına belə səslənmiĢdi: 



"Məscidləri,  məktəbləri,  mədəniyət  müəssisələri  çar  hökuməti  tərəfindən 

yox  edilən,  siz  ey  Zaqafqaziya  türk  və  tatarları!  Bundan  sonra  milli  və  mədəni 

müəssisələriniz sərbəst və toxunulmaz elan olunur. Milli həyatınızı istədiyiniz kimi 

qurun. Hətta istərsəniz Rusiyadan ayrıla bilərsiniz."

8

 



100 

 

Lenin  ilə  Stalinin  bu  və  buna  bənzər  parlaq  və  zərli  sözləri,  millətləri  və 



xalqları  Ģirnikdirmək  üçün  verdikləri  vədləri  çox  olmuĢdu.  Sovetlər  Birliyi  tarixi 

bunun  bir  çox  örnəyi  ilə  doludur.  ġaumyanın  Bakıda  qətliam  törətdiyi  tarixlərdə 

Azərbaycan  türklərinin  təmsilçiləri  də  Tiflisdəki  Seymdə  ruslardan  və 

bolĢeviklərdən müstəqilliyi qurtarmanın yollarını axtarırdılar. Əslində mart qırğını 

bir baxımdan, bu istəyin intiqamı olmuĢdur deyilə bilər. 

Bakıda türklərə qarĢı soyqırım davam edərkən digər yerlərdə yaĢayan rus və 

ermənilər  də  bundan  cəsarət  aldılar.  Bakıdan  ölkənin  dəyiĢik  bölgələrinə 

göndərilən qüvvələr və ingilislərin də yardımı ilə hücumlar bir anda Azərbaycanın 

bir  çox  yerinə  yayıldı.  Fəqət,  Zaqatala,  Qax,  ġəki,  Oğuz  kimi  Azərbaycanın 

müxtəlif  bölgələrində  edilən  bolĢevik  və  daĢnak  hücumları  qısa  müddətdə  aradan 

qaldırıldı.

9

 Quba və ətrafında isə ruslar, ermənilər və yəhudilər əməkdaĢlıq edərək 



bölgədəki türkləri öldürdülər. 

Türk  cəbhəsindən  çəkilən  rus  hərbi  birlikləri  yerlərini  və  anbardakı 

silahlarını  erməni  və  gürcülərə  verirdilər.  Erməni  və  rusların  silahlı  birlikləri 

olmasına  qarĢılıq,  türklərin  belə  bir  təĢkilatı  yox  idi.  Rus  çarlığı  ordusunda 

generallığa  qədər  yüksələn  Əlağa  ġıxlinskinin  cəhdləri  ilə  hərbi  milis  birlikləri 

təĢkil  edilməyə  baĢlandı.  Könüllü  hərbi  dəstələr  rus  və  erməni  birliklərin 

anbarlarını  basaraq  silah  və  sursat  təmin  etməyə  çalıĢırdılar.  Türk  cəbhəsindən 

evlərinə  dönməyə  çalıĢan  rus  əsgərlərin  mindiyi  qatarları  bəzi  bölgələrdə 

saxlayaraq,  yüngül  silahlarına  əl  qoyurdular.  Beləcə  Gəncə  və  ətrafındakı  türklər 

qismən  də  olsa  silahlanmağa  müvəffəq  olmuĢdu.  Türklərin  əsl  hədəfi  Bakıdan 

kənarda  silahlanaraq,  əyaləti  nəzarət  altına  ala  bilməkdi.  Ancaq  çarlıq  ordusunun 

bütün  silah,  cəbbəxana  və  sursatı  ilə  zabit  və  əsgərləri  bolĢeviklər  arasında 

paylaĢılmıĢdı. Türklərin bunlara qarĢı dura bilməsi çətin görünürdü.

10

 



Əliağa  ġıxlinski  rus  çarlığının  Avropa  cəbhəsində  istifadə  edilmək  üçün 

Qafqazlı  müsəlmanlardan  təĢkil  etdiyi  "Diki  diviziya"ya  mənsub  əsgərlərdən  300 

nəfərlik  bir  süvari  birliyi  qurmuĢdu.

12

  Bu  birliyə  Tatar  alayı  adı  verilmiĢdi. 



Bununla  bərabər  Azərbaycanın  Ģimalındakı  Nuxa  və  Zaqatala  kimi  bölgələrdə  və 

Dağıstanda əsarətdən qaçan türk zabitləri və əsgərləri tərəfindən qurulan bəzi milis 

təĢkilatları da vardı.

11

 



Rus  bolĢevik  rəhbərlər,  Bakıda  yaĢayan  türklərin  Ģəhəri  bir  an  öncə  tərk 

etməsi  və  beləcə  əhali  tərkibinin  özlərinin  lehinə  dəyiĢməsi  üçün  hazırlanan 

planları tətbiq etməyə baĢladılar. Kommunist ruslar və erməni daĢnakların türklərə 

qarĢı  Ģiddət  və  basqıları  qısa  müddətdə  təcavüzə  dönüĢdü.  Bakıda  qalan  türklərin 

Ģəhərdən  qaçmaqdan  baĢqa  çarəsi  qalmamıĢdı.  AbĢeron  yarımadası  ilə  Bakının 

ətrafındakı  qəsəbə  və  kəndlərə  sığınmağa  çalıĢırdılar.  Rus  və  ermənilərin  Bakı 

kənarında  əhali  və  hərbi  tərəfdən  üstünlükləri  olmadığı  üçün,  ġaumyan, 



Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə